Allah insanlara əsla zülm etməz… (Yunus surəsi, 44)

Bu ayədə Allahın rəhmət olaraq göstərdiyi yoldan üz çevirən, ya da bu yola lazım olduğu kimi tabe olmayan insanların yaşadıqları mənfilikləri öz səyləriylə əldə etdikləri bildirilir. Yunus surəsindəki bu ayə insanların bu vəziyyətini açıq şəkildə ortaya qoyur.

 

Din əxlaqından üz çevirən bəzi insanlar Allahı unudub (Allahı tənzih edirik) xoşbəxt olmağın yollarını axtararlar. Halbuki, xoşbəxt olmağın yolu əslində son dərəcə asandır. Allah endirdiyi haqq kitab Quran ilə insanlara xoşbəxt ola bilməyin sirrini bildirmişdir. İnsan ancaq öz yaradılışına Allahın özü üçün təyin etdiyi fitrətinə uyğun şəkildə davrandığı təqdirdə gözəl bir həyat yaşaya bilər. Allahın rəhmət olaraq göstərdiyi bu yoldan üz çevirən, ya da bu yola gərəyi kimi tabe olmayan insanlar, öz əlləriylə özlərinə bədbəxt bir dünya meydana gətirirlər. Qısaca, bu insanlar özlərinə zülm edərlər.

Məsələn, romantiklik, əslində zənn edildiyi kimi adamın doğuşdan sahib olduğu, ya da tərk edə bilməyəcəyi bir xarakter xüsusiyyəti deyil. Çəkinməli olduğumuz bu ruh halı, insanın şüurlu ya da şüursuz təlqinlə əldə etdiyi bir yöndür. Bu səbəbdən duyğulara qapılmanın-ağlamağın, kədərlənmək, hirslənmənin-iradələri xaricində olduğunu, buna qarşı çıxa bilmədiklərini iddia edənlər də səmimi düşünəndə bunun etibarlı olmadığını görəcəklər. Məsələn, ağlayan, kədərli bir adama böyük məbləğdə bir pul təklif ediləndə, ya da ciddi bir başqa mənfəət təqdim edəndə bu adamın birdən-birə sevinə bilməsi, istədiyi lazım gördüyü təqdirdə bu ruh halından asanlıqla çıxa bilməsinin ən dəqiq göstəricisidir. O zaman insanın  xüsusi olaraq əldə etdiyi bu romantik istiqamət, həm ətrafına qarşı vicdansızca bir rəftar, həm də Allahın Quranda xəbər verdiyi kimi insanın öz-özünə zülm etməsidir. Bu öz-özünə zülm səhvindən xilas olmaq isə ancaq Allaha qarşı mütləq bir səmimiyyət və dərin bir imanı yaşamaqla mümkündür.