MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİSLƏR

İmam Sadiq: “Elm iyirmi yeddi hissədən ibarətdir. Bütün peyğəmbərlər və imamlar elmin iki hissəsini gətirmişlər. Mehdi gəldikdə digər iyirmi beş elmi daha gətirəcək” -deyir. Bax, “indiyə qədər dünyada iyirmi yeddi elmdən”, “yalnız iki elm peyğəmbərlərlə birlikdə gəlmişdir” -deyir, “peyğəmbərlər daxil iki elm gəlmişdir. Mehdi gəldikdə iyirmi beş elm daha gələcək” -deyir “və beləliklə iyirmi yeddiyə çatacaq” -deyir.

Peyğəmbər (s.ə.v) deyir: “Bilin ki, Mehdi bütün elmlərin varisidir. Bütün elmləri bilir”. (Necmu’s-Sagib, səh. 193) Əlbəttə, elm deyərkən əzbər elmi, nəql elmi deyil. Elm tamam ayrı bir şeydir. Allahın ürəyə ilham etdiyi xüsusi məlumata elm deyilir. Ledün elmi də fövqəladə hadisələrə qarşı möminləri qorumaq üçün istifdə edilən strategiyadır. Kəhf surəsində ledün elminin izah edilməsinin səbəbi Mehdi (ə.s)-ın da ledün elminin sultanı olmasıdır. Çünki Mehdi (ə.s) başqa cür hərəkət edə bilməz. Ledün elmi olmadan Mehdilik edə bilməz. Onun üçün Mehdi (ə.s)-ın zahirinə baxanın Mehdi (ə.s)-ı anlaması mümkün deyil. Onun yetmiş pərdəsinin olmasının ən əsas səbəbi ledün elmidir. O pərdələr o ledün elmi ilə meydana gələr. Məsələn, Peyğəmbərimiz (s.ə.v) deyir: “İmam Mehdi ən yüksək elmə sahib olandır”. “İmam Mehdi elm sandığının qoruyucusudur. Bütün peyğəmbərlərin elmlərinin varisidir. Hər şeydən xəbərdardır” -deyir. “İmam Mehdi ilahi məlumata uyğun olaraq hökm edəcək. İnsanları öz gerçəkləri və öz daxili halları ilə tanıyacaq. Davud peyğəmbər (ə.s) Süleyman peyğəmbər (ə.s)-ın qərarları kimi onun hökmlərinə də şahid lazım olmayacaq”. Bax, “onun hökmlərinə şahid lazım olmayacaq”. Məsələn, adam gəlir, ifadəsini alır, günahkar olduğu qənaətinə gəlir, göndərir. Şahid axtarmır. Baxışından, danışığından, səs tonundan anlayır, Allahın diləməsi ilə.

 

KƏHF SURƏSİ ƏVVƏLDƏN AXIRA KİMİ MEHDİYYƏTİ İZAH EDİR. KİÇİK BİR GƏNC BİRLİYİNİN MAĞARAYA SIĞINMALARI HƏMİŞƏ MEHDİYYƏTİ İFADƏ EDİR

Kəhf surəsi əvvəldən axıra mehdiyyəti izah edir. Kəhf surəsi mehdiyyəti izah etmək üçündür. Kiçik bir tələbə birliyi, mağara -bunlar Mehdi (ə.s)-ın simvollarla izahıdır. Mehdi (ə.s)-ın evini, eşiyini, işini, fəaliyyətlərini hamısını izah edir. Qurana diqqətlicə baxıldıqda Mehdi (ə.s)-ın bütün həyatı Quranda çıxar. Hər şey incə-incə detallarla, vurğularla çıxar. Ağıllı baxıldıqda bütün həyatına aid məlumatı görmək mümkündür.

Məsələn, Kəhf Əhlinin Quranda təsviri gənclərdən ibarətdir. Mehdi (ə.s)-da gənclərdən ibarətdir. Məsələn, Kəhf Əhlinin sayı azdır, Mehdi (ə.s) camaatının, yaxud birliyinin sayı da azdır. Məsələn, Kəhf Əhli çox güclü kəslərdir, Mehdi (ə.s)-ın tələbələri də çox güclüdür. Məsələn, Kəhf Əhli çox uzun müddət mağarada qalır, Mehdi (ə.s) camaatı da, birliyi də çox uzun illər mübarizə aparır. Qısa bir mübarizə deyil. 40 il davam edir, hətta 40 ildən də çox. Məsələn, Mehdi (ə.s) camaatına da, Kəhf Əhlinə də Allah xüsusi hidayət etdiyini söyləyir. Məsələn, Kəhf Əhli dəccaliyətlə qarşılaşdıqlarında ilk yaradılışı izah edirlər. Hz. Musa (ə.s) da ilk yaradılışı izah edir. Məsələn, biz də ilk qarşılaşdığımızda yaradılışı izah edirik. Mehdi (ə.s) da ilk qarşılaşdıqda yaradılışı izah edəcək. Darvinizmin etibarsızlığını və yaradılışı izah edir. Məsələn, Kəhf Əhli şirkə şiddətlə qarşıdır, Mehdi (ə.s) camaatı da şirkə çox şiddətlə qarşıdır.

 

MÜNAFİQ İSLAMA, QURANA UYĞUN OLMAYAN İŞLƏR EDƏR, AMMA SÖZLƏRİ İLƏ İNSANLARI ALDATMAĞA ÇALIŞAR. DƏRİN DÜŞÜNMƏYƏNLƏR DƏ BUNA ALDANAR

Munafiqun surəsi 4, Allah ağılsızlar üçün, ağlı zəif olanlar üçün mövzunu açıqlayır. Munafiqun surəsi 4 “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!”

 “Onları gördüyün zaman bədən quruluşları xoşuna gəlir”, yəni baxdıqda hər kəs görünüşünü bəyənə bilər. Peyğəmbər də bəyənə bilər, amma Peyğəmbər onun iç üzünü bilər. “Danışdıqları zaman da onlara qulaq asarsan” dilli-dilavər olur. “Adamda tip yaxşıdır, danışıq da mükəmməldir, tərif də alır” “e bitdi” -deyir o zaman “mükəmməl adamdır” –deyir, “daha geriyə bir şey qalmadı ki” -deyir. Peyğəmbər (s.ə.v)-in nə demək istədiyini başa düşmür. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in vəhy katibi çox düzgün biri kimi görnürdü. Dizi dizinə dəyirdir, o qədər yaxın idi, çox gözəl danışan biri idi, çox ağıllı idi. Amma Peyğəmbərimiz (s.ə.v) onun alçaq olduğunu bilirdi, əxlaqsız olduğunu bilirdi. Vəhy katibliyi etdi, amma onu həmişə nəzarətdə saxladı. Ayrıldıqda bir çox adam şok oldu, adamların ağlı getdi. “Necə olar” -deyir, adamın başı işləmir. Allah Nisa surəsi, 88-də “Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız?”, bəzilərinin hadisələri qiymətləndirmədə ağlı daha zəif olur. O münafiqlərdən yana olur. “Adam mükəmməl adam idi, inana bilmirəm” –deyir. “Peyğəmbər onu necə görə bilmədi” -deyir. Və yaxud “Səhv qərar verdi”, “adam niyə getdi ki?” -deyir. “Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən”. Allah bəlasını verdiyini söyləyir. Adam da onu tam fərqli bir düşüncə ilə qiymətləndirir. Bax, Rəsulullah (s.ə.v) deyir: “Mən ümmətim haqqında bir mömin və ya müşrikdən qorxmuram. Çünki mömini pislikdən imanı qoruyar. Müşriki də öz küfrü dəf edər” -deyir. Onsuz da küfr içində olduğu üçün tanınar, mane olarsan. “Lakin əsl dildən pərgar münafiqdən narahat olmaq lazımdır”, münafiqlərin güclü danışıq qabiliyyətləri olar. Çox danışar. Çox lovğa, özündənrazı və çoxbilmiş olar. Bəzi avamlar da ona inanar. Onun üstün və ağıllı olduğunu zənn edər, onun lovğalığını anlamaz. Böyük bir ağla sahib olduğunu zənn edər. “Çünki o sizin xoşunuza gələn şeyləri söyləyər”. Çünki o sənin zəif istiqamətini, nöqtələrini bilər. O lovğalıqla ona təsir etməyə çalışar. “Amma xoşunuza gəlməyən işlər görər”. İslama, Qurana zidd işlər görər. Adam da onu bilmədiyi, görmədiyi üçün heyran olur. Allah deyir: “Onlar divara söykədilmiş dirəklər kimidirlər”. Amma adam baxmır, dirəyə baxır heyran olur. Az qala o da kötüyün içinə başını soxacaq, yəni anlamır.

Məsələn, Peyğəmbərimiz (s.ə.v) zamanında mübarizə aparan münafiqlər hamısı lovğa idi. Çoxbilmiş, lovğa, həm də Bizans mədəniyyətinə meylli idilər, Sasani mədəniyyətinə meylli idilər, guya ultra modern həyat tərzi keçirirdilər. Yəni müşrik dedikdə, münafiq dedikdə insan səhv düşünə bilər. O dövrdə münafiqlərin arasında bəzəkli tiplər və homoseksuallıq çox yayılmışdı. Məsələn, daha sonra Lut (ə.s) qövmü ilə əlaqədar o ayələr endi. O homoseksualların mövqeyini izah edən. Münafiqlərin içində qum kimi homoseksual qaynayırdı. Onlar da şiddətlə dekolteyə qarşı idilər. Dırar məscidinə qadın qoymurdular və öz qadınlarının da ciddi bağlı olmasına diqqət göstərirdilər və qadınları məscidə qoymurdular. Peyğəmbərimiz (s.ə.v) həcc ediləcəyi vaxt qadınları da çağırırdı, onların bütün oyunlarını pozurdu. Məscidə də qadınlar gəlirdi.

İmam Cəfər Sadiq (ə.s) “Günahkarlar üzlərindən tanınacaq. “(Məhəmməd surəsi, 30) ayəsi haqqında belə buyurdu: “Allah onları tanıyar”. Ayənin mənası zahirdə budur deyir. “Amma işarə etdiyi mənası” –deyir. “Mehdi haqqında nazil olmuşdur. Mehdi kafirləri, münafiqləri üzlərindən tanıyacaq və səhabələri ilə birlikdə onları mənən təsirsiz hala gətirəcək” -deyir.