CƏHƏNNƏM ƏHLİ, CƏHƏNNƏMƏ LAYİQ BİR ƏXLAQSIZLIQLA YARADILMIŞDIR. BİZİM BİLDİYİMİZDƏN DAHA QƏRİBƏ BİR MƏXLUQDURLAR

Normalda cəhənnəmdən çıxış yoxdur. Amma Allah deyir ki “kəndir (ya da dəvə) iynənin dəliyindən keçənə qədər cənnətə girməzlər”. Yəni çıxa bilməzsiniz mənasında deyir. Amma “Mən diləsəm” deyir. Cəhənnəmdəkilər onsuz da oraya uyğun tiplərdir, onlar başqa yerdə rahat ola bilməzlər. Onlara ən uyğun yer oradır. Onlar başqa yerdə sıxılarlar. O əxlaqsızlıq edəcək, birinə sataşacaq, murdarlıq edəcək, söz atacaq. Onsuz da Allahı inkar edir, orada da inkar edir. İndi təəccüblü orasıdır ki, onlar zənn etdiyimiz kimi deyillər, təsirlənmirlər məxluqlar. Allahı hələ də inkar edir. Qəribədirlər. Çox həyasızdırlar, azğın həyasızdırlar, təsirlənmirlər. Həm də cəhənnəm odu deyirik, amma əlbəttə, cəhənnəm odunda əzab var yenə də adam danışır. Yəni ədabazlıq etməyə yenə davam edir, əli-üzü yanır, dəriləri tökülür yenə danışır. Yəni kabus kimi bir yer düşünün. Bizim tam anlaya biləcəyimiz kimi bir yer deyil.