XIZIR HEKAYƏSİNDƏN MEHDİYYƏTƏ AİD İŞARƏLƏR
Şeytandan Allaha sığınıram. “Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm”. Əvvəla bura İstanbul olaraq vurğulanır, çox dəqiqdir, iki dənizin birləşdiyi yer. “Mehdiyyət izah edilmir” -deyirlər, amma Quranda çox yaxşı izah edilir, anlayana, çox dəqiqdir. “… uzun illər sərf edənə qədər …” (Kəhf surəsi, 60) Mehdiyyətin çıxışı da uzun zaman aldı, bilirsiniz. Mehdi (ə.s)-ın zühuru çox uzun zaman aldı.
“Hər ikisi iki dənizin qovuşduğu yerə gəlib çatdıqda …” Allah bunu boş yerə deməz yəni ikisi, iki, iki dəfə ikini üst-üstə deməz. Yəni “beləliklə onlar” -deyər, “getməli olduqları yerə çatınca” -deyə bilər. Amma bax, Allah nə deyir, “Hər ikisi iki dənizin qovuşduğu yerə gəlib çatdıqda”. İki, iki. “… özləri ilə götürdükləri balığı unutdular” -deyir. Mənim anladığım Xızır (ə.s) balıq şəklini alır, bütün tarixi qaynaqlarda Xızır (ə.s) həmişə balıq üstündədir. Həmişə balıqla əlaqəlidir. Bax, deyir: “Hər ikisi iki dənizin qovuşduğu yerə gəlib çatdıqda …” Allahın kəlamı belədir “çatdıqda”. Əvvəla İsa Məsih də, Mehdi də İstanbula gələcək, buna bir işarə var. Çatma var. “… balığı unutdular”. Deməli, unutqanlıq Axırzamanda yayılacaq. Hədisdə də var. Bədiüzzamanın xüsusi açıqlaması var bununla əlaqədar, unutqanlıq Axırzamanda yayılar. “… Balıq isə dənizdə suyun altı ilə (axıntı ilə) yol alıb getdi”. (Kəhf surəsi, 61) İstanbulun, boğazın ən əhəmiyyətli xüsusiyyəti axıntısının olmasıdır. Quran İstanbul Boğazı olduğunu bir daha vurğulayır, işarə edir. Hadisənin də İstanbulda keçdiyi açıq-aydın görünür.
“Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz gənc xidmətçisinə”. Deməli, Mehdi tələbələri gənclərdən ibarət olacaq, buna işarə var. ““Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük” – dedi”. Nə gətirir? Balıq. Allah balığın faydasına da diqqət çəkir. “… lap əldən düşdük” (Kəhf surəsi, 62) Axırzaman da yorucudur, yəni Axırzaman çox uzun bir mübarizədir.
“Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum”. Burada qayalıq bir yerdən bəhs edilir. İstanbul da qayalıq bir yerdir. Yəni bu çox qəribədir. Quranda heç vaxt gərəksiz bir heç bir açıqlama olmaz, qayalıq bir yer. Yəni möhkəm bir bölgə, İstanbulun möhkəm qayadan ibarət olan bir bölgəsi. “Qayanın yanında gizləndiyimiz vaxt” deməli, Mehdiyyətin olacağı yer də qayalıq bir bölgədir. Yəni möhkəm, zəmini möhkəm bir bölgədir. Bunu zaman göstərər. “Balığı unutdum” bax, təkidlə unutma, Axırzamanın xüsusiyyətidir, “balığı unutdum”. Assur mədəniyyəti, Mesopotamiya mədəniyyəti, Misir mədəniyyəti hamısında var.
“Onu xatırlamağı mənə yalnız şeytan unutdurdu”. Deməli, şeytanın insan beyninə müdaxilə edib unutdurma gücü var. Diqqət etsəniz, hz. Musa (ə.s) da bax, həmişə “unutdum, unutdum” deyir. O şeytanın hz. Musa (ə.s)-a təzyiqidir, həmişə beyninə təzyiq edir, o məsələn, sıxıntı da verir, görürsünüz. O sıxıntını verən cin şeytandır, amma əsaslı bir gücü yoxdur, yəni imanından, ağılından istifadə etməsinə maneə ola bilmir, amma bu tip gücü var. Bax, “Onu xatırlamağımı mənə yalnız şeytan unutdurdu”. O da boş biri deyil, mənim gördüyüm, bu məlumat elə vəhy olmadan bilinəcək bir şey deyil. “Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getdi”. (Kəhf surəsi, 63) Qəribədir, bax qəribə, Xızır (ə.s)-ın xüsusiyyəti qəribə olmasıdır. Mehdi (ə.s)-ın xüsusiyyəti qəribədir, məsələn, bax, burada da qəribə. “Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getdi”. Deməli, onun hərəkət sahəsi dənizdir. “Musa: “Elə istədiyimiz də bu idi!” – dedi”. Deməli, əvvəldən ona məlumat verilib. Dənizdə qarşılaşacaqsan, ölü kimi dayanacaq, amma birdən canlanacaq.
“Musa: “Elə istədiyimiz də bu idi!” – dedi. Sonra ikisi”, bax yenə “ikisi” –deyir Allah, “öz ləpirlərinin izinə düşüb geri qayıtdılar”. (Kəhf surəsi, 64) Tam ayaq basdıqları yerlərin. Zaman-zaman tam iz üzərində geriyə getmək hədəfi tutmaqda çox əhəmiyyətli bir üsuldur. Onun üçün izləri mühafizə etmək lazımdır. Gedilən izləri, danışılan sözləri, danışılan üsulları mühafizə etmək lazımdır. Bəzən izlərin üzəri ilə geri qayıtdıqda çox müvəffəqiyyətli olarsan.
“Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər. (Kəhf surəsi, 65) Deməli, dünyada belə qullar var. Biz bəlkə diqqət yetirmədiyimiz üçün görə bilmirik, amma diqqətini verənlər qavrayarlar. “Musa ona dedi: “Doğru yol (rüşd) olaraq”, “sıratəl müstəqim” Quranda keçir, bax “doğru yol (rüşd) olaraq sənə öyrədilmiş” (Kəhf surəsi 66) amma bax “sənə öyrədilmiş” -deyir “mənə öyrədilmədi” -deyir. Sənə doğru yol olaraq öyrədilmiş. Mənə öyrədilən demir, bax diqqət yetirin. “Doğru yol olaraq sənə öyrədilən” -deyir, ayrı bir şəriətdir. Çünki onsuz da doğru yol ona öyrədilib. Amma “bir də sənə öyrədilən var” -deyir. “Sənə öyrədiləni öyrənə bilərəmmi?” -deyir. Onun şəriəti ayrıdır. “Mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” (Kəhf surəsi 66)
“Dedi: “Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən”. (Kəhf surəsi 67) Bu cür dərinliklərə elə hər kəsin gücü çatmaz. Peyğəmbər də olsa, bəzən bax, gücü çatmır. Peyğəmbər də olsa, böyük hövsələ, böyük bir güc, böyük bir iradə lazımdır. “Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” (Kəhf surəsi 68). Deməli, dünyada həmişə səbəbini bilmədiyimiz hadisələr olur. Məsələn, Suriyada döyüş olur, İraqda döyüş olur, bir yerlərdə partlama olur, amma İslam da bu arada yüksəlir. İnsanlar səbəbini heç cür anlaya bilmir. “Səbəbini bilmədiyin” köklü elm kimdə görürük? Zülqərneyn (ə.s)-da görürük. Axırzamanda kimdə görürük? Mehdi (ə.s)-da görürük. Çünki məsələn, televiziyaya çıxırlar, adam boş-boş danışır, köklü elm yoxdur. İnsanların beyni keyiyir, danışır, danışır, heç cür köklü məlumata keçilmir.
Bax, Musa (ə.s) “inşaAllah” -deyir. Çünki inşaAllah niyə söyləyir? Mehdi dili. Moşiyah dili. Moşiyah şifrəsi. Bax, o danışır, danışır, sirri ilk hansı sözlə açır? Açar nədir? “İnşaAllah”. Mehdiyyət açarıyla açır, bax. “İnşaAllah, məni səbr edən görəcəksən”. Çünki ayədə Allah: “səbirli olmayanlar buna qovuşa bilməz” -deyir. Buna ancaq səbr edənlər qovuşarlar. Əhəmiyyətli bir sirrdir, amma inşaAllah ilə başlayır, açar sözlə. “Sənin heç bir əmrindən çıxmayacağam”. (Kəhf surəsi, 69) -deyir. Onsuz da imamətin şərti budur, heç bir işdə qarşı çıxmamaq. Peyğəmbər imaməti belədir. “Dedi: “Əgər mənə tabe olsan” bax, “əgər” –deyir. Çünki tabe olmaya da bilər, tabe olsan. Əgər fərz olmuş olsaydı, Tövrata tabe olması kimi fərz olsa, tamam. Amma onsuz da təlimat alıb, Musa (ə.s)-a “lakin bunu edə bilməzsən” -deyir. Amma “əgər mənə tabe olsan” –deyir. Məsələn, o zaman mən bir az daha özümü yığışdırım ondan sonra gəlim deyə bilər, izah edim deyə bilər, tabe olum deyə bilər. “Heç bir şey haqqında mənə sual vermə”, bu niyə belə oldu? Bu niyə belə oldu? Bu olmaz deyir. “Özüm sənə bir xəbər bildirməyincə”. (Kəhf surəsi, 70) Nəsihət etmək, izah etmək amma “mən sənə izah edərəm, lazım olsa izah edərəm” -deyir. Quranda da var, “siz soruşmayın” -deyir. “Hökm ortaya çıxar”. Yəni Allah: “Sizə hökmün gəlməsini gözləyin” -deyir.
“Sonra hər ikisi yola düzəlib getdilər” bax, həmişə “ikisi” -deyir. Həmişə Mehdi (ə.s) və İsa (ə.s)-a diqqət çəkilir. “Bir gəmiyə minincə,” deməli, bu dəniz kimsəsiz bir dəniz deyil, gəmilərin qaynadığı bir yerdir. Yenə olsa-olsa İstanbul olar, iki boğazın birləşdiyi, çünki dənizlər var, amma okean tərzində və s olur. Oralarda da boğazlar var, amma bax, bu boğaz elə deyil, burada gəmilərin olduğu bir boğazdır. “Gəmiyə mindikləri zaman, Xızır onu (gəmini) deşdi”. Bu nədir? Bir təxribat, bir partlayış kimi, bir çökdürmə kimi bir şey, elə görünür.
“Dedi ki: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin?”“ Adam soruşur, məsələn, bu qədər hadisələr olur, “niyə olur?” -deyir. Məsələn, bu qədər insan ölür, niyə ölür? Halbuki, Allah Qatında bir hikməti, səbəbi olur. “Dedi ki: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin?”“ İçindəki insanlar bax, hz. Musa (ə.s) ən pis ehtimalı söyləyir. “Onları öldürməyimi nəzərdə tutursan?” Açıq-aydın deyir. “Cinayətəmi təşəbbüs göstərirsən?” -deyir. “Doğrusu, günahı böyük olan bir iş gördün”. (Kəhf surəsi, 71) Onsuz da onun üslubu həmişə heyrət vericidir, təəccüblü bir iş gördün. Bir də and içərək söyləyir.
“Dedi ki: “Mən demədimmi ki, sən mənim yanımda qətiyyən səbir edə bilməzsən?”“ (Kəhf surəsi, 72) Qətiyyən, niyə qətiyyən deyir? Vəhy aldığı üçün. Hz. Musa (ə.s)-ın bütün danışıqlarını bilir. Etiraz edəcəyini bilir. Bax, təkidlə o da eyni şeyi söyləyir. “Unutduğuma görə məni qınama”. Diqqət etsəniz, köməkçisi də həmişə unutma, unutma söyləyir. “Öz işimdə məni çətinliyə salma!” dedi. (Kəhf surəsi, 73) Halbuki, çətinliyə saldığı üçün deyil, Allahın əmri elə olduğu üçün edir.
“Beləliklə, ikisi” bax, dəfələrlə ikisi deyə keçir. “Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü”. Məsələn, bax orada cinayətə təşəbbüs var, burada da cinayət var, elə deyilmi? Zahirən elə görünür. “(Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı”, Tövrata görə hökm elədir cana-can, gözə-göz, dişə-dişdir. “Günahsız bir canamı qəsd etdin?” Bax, bir də “günahsız” -deyir. Halbuki, günahsız olduğunu bilə-bilməz, amma yaşı az olduğu üçün hökmünün elə olduğunu düşünür. Bilə bilməz, günahsız olduğunu bilməsi üçün vəhy almalıdır. Çünki onsuz da günahsız olmadığını söyləyir. Xızır (ə.s) vəhy ilə söyləyir. Bax, “Günahsız bir canamı qıydın? Doğrusu, pis bir iş tutdun” (Kəhf surəsi, 74) -deyir. And içərək söyləyir, çox əmindir, halbuki, heç bir işə qarışmayacağına dair söz verib, amma dəqiq hökmlə “cinayət işlədin” -deyir. “Qatil oldun” -deyir.
“Dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?” (Kəhf surəsi, 75) Dünyada insanların bilməyəcəyi dərin bir təşkilatlanma var, bunu insanlar başa düşə bilməz. Görən böyük bir zülm olduğunu düşünər. Halbuki, mütləq olmalı olan bir şey olur. O hadisələr olmasa nə Mehdiyyət olar, nə İsa Məsihin enişi olar, nə vəli qullar ortaya çıxar, nə imtahan olar heç bir şey olmaz. Olmalıdır, amma əlbəttə, buna düz ağılla taqət çatmaz. İnsanlara ehtimalla Hurufi müqəddanın içindəki sirlərlə açıqlana bilər. “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma” –deyir. “Yoldaşlığımız bitsin” -deyir. “Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın”. (Kəhf surəsi, 76) “Mən artıq qəbul edəcəyəm” -deyir.
“Beləliklə, ikisi yola düşdü”. Bax, indi o gənc gedir, amma yenə iki. Heç cür üç olmur. O gənci buraxır, o gəncin İstanbulda olduğu deyilir. Məzarının burada olduğu deyilir, bilirsiniz. Adı nədir? Yuşadır. Onu orada buraxması da çox mənalıdır, tək buraxır, normalda olmamalıdır. Ledün elminin bir gərəyi olaraq onu tək buraxır. Xızır (ə.s) yalnız onu qəbul edir. Sirri yalnız ona verəcəyi üçün çünki üçüncü bir adama o sirri verə bilməz, səlahiyyəti yoxdur. Sirr vermə səlahiyyəti olmalıdır. Önünə gələn ətrafında on adam belə olsa onu götürə bilməz. Öz, arvadı, uşağı da olsa götürə bilməz. Yanına yalnız sirr veriləcək adam alına bilir və təkə-tək, o qədər.
“Beləliklə, ikisi yola düşdü. Nəhayət, bir qəsəbəyə gəlib yemək istədilər”. Burada da ruhani varlıq olmadıqları aydın olur, yemək istədilər, Xızır (ə.s)-ın istədiyində yemək yeyə bildiyi aydın olur, mələk olmadığı aydın olur, onsuz da Quran onu vurğulamaq üçün də açıqlayır. “(Qəsəbə xalqı) onları yeməyə qonaq etmək istəmədi”. Səbəbinin nə olduğu da məlum deyil. Çox güman o uşağın ölümünü qəsəbə xalqı eşitdisə, dəhşətə düşmüş ola bilərlər. Yuxu kimi bir həyat olmadığı aydın olur, bu, aktiv bir həyatdır. Bir yuxu görmürlər. Yəni yekaza halı olmadığını da anlayırıq, yekazaya da bənzəmir, çünki qəsəbə xalqı o qəsəbəyə şüurlu olaraq qoymur. Bu Allahualəm, hərhalda uşaq öldürmə hadisəsi qəsəbə yaxınlarında olub, dərhal eşidilib, adamlar da heç bir şəkildə belə bir şeyi qəbul etmirlər. Qəsəbəyə qoymaq istəmirlər, təhlükəli görürlər. Xızır (ə.s)-ın da heybətli olduğu aydın olur, yoxsa xalq onları normalda həbs edə bilər, həbsə ata bilər, amma güc çatacaq kimi olmadığı aydın olur. Bir qəsəbə dolusu insanın güc çatdıra bilməyəcəyi vəziyyətdə olduğu aydın olur.
“Lakin (qəsəbə xalqı) onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər”. Dağılmaq istəyən bir divar, məhz o Məscidi Aksadakı divardır, ona işarə edir. “Dərhal onu düzəltdi”. Burada da divar ustası olduğunu vurğulamaq üçün. Çox açıq və dəqiq olaraq divar ustasıdır, inkar ediləcək bir tərəfi yoxdur. Xızır (ə.s) divar ustasıdır, ustaddır və bax, “dərhal onu tikdi” -deyir, yəni böyük bir məlumata sahibdir, öyrəşilməmiş bir məlumata sahibdir. “(Musa) Dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”“. (Kəhf surəsi, 77) Qəsəbə xalqından, amma qəsəbə xalqı onsuz da çəkinir, bir də adamlarla razılaşması və s. də yoxdur. Xızır (ə.s) “Dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır”. Zamanı gəldi deyir. Çünki özü də söyləyir, artıq tamamdır. “Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm”. (Kəhf surəsi, 78) Deməli, bu sistemin insanlarının etdiklərinə normal bir insanın dözməsi mümkün deyil.
“Dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır”. Ayrılma zamanı Allah Qatında müəyyəndir. “Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm”. (Kəhf surəsi, 78) Həqiqətən, bu qrubun fəaliyyətlərini görən həmişə harama girdiyini düşünər. Kütlə qırğınları kimi görünər, yıxılan binalar görünər, arxa-arxaya faili məchullar görünər, aydın olmur, yəni bir insanın qavrayıb anlaya biləcəyi kimi deyil.
“Gəmi, dənizdə çalışan yoxsullara məxsus idi”. Quranda həmişə gəmi keçər. Nuhun gəmisi, digər gəmilər. “Gəmi, dənizdə çalışan yoxsullara məxsus idi, onu korlamaq istədim. Çünki onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdar var idi”. (Kəhf surəsi, 79) Bax, despot bir dövlət adamından da bəhs edir, despot dövlət adamları Axırzamanda zorakılığın olduğu rejimlərə də işarə var. “Gəmi, dənizdə çalışan yoxsullara məxsus idi, onu korlamaq istədim,” Bu elmi ledündür, məhz bu, batin elmidir. Bunu hz. İbrahim (ə.s) da tətbiq edir. Bütpərəstlər yanına gəlir, “mən xəstəyəm” -deyir. Bu elmi ledündür, adamların hamısı qaçır, halbuki, xəstə deyil, ledün elmidir. Məsələn, Mehdi (ə.s)-da da ledün elmi vardır, yəni pərdələr.
“Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. (Kəhf surəsi, 80) Şübhə etdiyi üçün adam öldürür. Yəni Xızır (ə.s) pislik edəcəyini düşündüyü, İslama zərər verəcəyini düşündüyü insanları faili-məchulla öldürür. “Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz”. Bax, əvvəla təmiz və mərhəmətli, bax, təmiz, mərhəmətli. “… və daha mərhəmətli olan başqa bir övlad versin. (Kəhf surəsi, 81) 81-ci ayə Mehdiyyətə işarə edir. O biri də dəccaliyyətə işarə edir. Biri ölür, biri müvəffəqiyyətli olur.
“Divar isə, şəhərdə iki yetim uşağın idi”. Bu iki yetim uşaq, bax, yetim Mehdi (ə.s); yetim olduğu hədislə sabitdir. İsa Məsih onsuz da Quran ayəsi ilə məlumdur. “Altında onlara məxsus bir xəzinə vardı”. Deməli o, hz. Süleyman (ə.s)-ın məscidinin qalıqlarının altında çox əhəmiyyətli şeylər var. Hazırda İsrail onu axtarır. Tunel qazır. Müsəlmanlara icazə vermir. Xüsusilə, Məscidi Aksanın altını axtarmaq istəyirlər. Bilirsiniz, Məscidi Aksanın çökmə təhlükəsinə görə icazə vermirlər. “Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Bu, Rəbbindən bir rəhmətdir. Mən bunları öz ixtiyarımla etmirdim”. Necə edib? “Vəhylə etdim” -deyir. Peyğəmbərdirmi? Deyil. Qul, bax, qul da vəhy alır. Eyni peyğəmbər kimi, qul vəhy alır. Yəni bu əhəmiyyətli bir məlumatdır. “Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82) Onun müəllimi mövqeyindədir.
ZÜLQƏRNEYN HEKAYƏSİNDƏN AÇIQLAMALAR
Mehdinin edəcəyi bütün fəaliyyətləri Allah yaradır
“(Ey Məhəmməd,) Səndən Zülqərneyn barəsində soruşurlar”. Zül Qərneyn də Zul iki deməkdir. Bax, yenə burada iki çıxır. Zül Qərneyn iki istiqamətli, iki zamanlı mənasını verir. “De: “Onun barəsində sizə nəsihət və xatırlatma olaraq bəzi məlumatlar verəcəyəm” (Kəhf surəsi, 83) Bax, öyüd və xatırlatma indi fərz məlumatlar deyil, ehkama aid mövzular deyil; öyüd və xatırlatma. Öyüd və xatırlatma nədir? İbrət götürüləcək mövzulardır.
“Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik”. Bu, hz. Mehdi (ə.s)-da gözlədiyimiz quruluşdur, yer üzündə sağlam bir iqtidar. Bu gün bütün İslam ölkələrində sağlam bir iqtidar yoxdur, parça-parçadırlar. Parça-parça olunması onsuz da sağlam olmağı ortadan qaldıran bir vəziyyətdir. “Və hər şeyin yolunu (səbəbini) ona öyrətdik” (Kəhf surəsi, 84) Səbəb çox əhəmiyyətlidir. Allahın gücü səbəblə ortaya çıxır. Zül Qərneyndə də meydana gələn bütün hadisələr onun gücündən qaynaqlanmır. Yəni onun heç bir gücü yoxdur. Allah: “Mən verdim” -deyir. “Hər şeyin bir yolunu (səbəbibini) öyrətdik” -deyir. Bu səbəbdən insanlar Zül Qərneyn, Mehdi deyincə fövqəladə varlıq olaraq görürlər. Bütün güc Allah tərəfindən verilir. Yəni onun şəxsinə aid heç bir güc yoxdur. Yəni şirk qoşmağa maraqlı tiplər var, “Mehdimi bizi qurtaracaq?” -deyir. Mehdi qurtarmır, Allah qurtarır, Allah ondan istifadə edir. O bədəndən istifadə edir. Yəni deyir: “etsə peyğəmbər edərdi”. Peyğəmbəri də bütləşdirir. Peyğəmbərə bütün gücü verən Allahdır. Hz. Mehdi (ə.s)-dan da bir qul olaraq yalnız Allah istifadə edir, o qədər.
ALLAHIN MÖMİNLƏRƏ BİR RƏHMƏTİ OLARAQ MEHDİYYƏT ASANLIQ VƏ GÖZƏLLİK ÜZƏRİNƏ QURULMUŞDUR
“O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı”. (Kəhf surəsi, 85) “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!” (Kəhf surəsi, 86) Hz. Mehdi (ə.s) hansını seçir? Gözəlliyi prinsip götürür. Yəni onun prinsipində əzab yoxdur. Bax, Allah iki istiqamət göstərir. İstəsə əzab da göstərə bilər, şiddət də göstərə bilər. Amma gözəlliyi də prinsip götürür. Gözəlliyi prinsip götürmək əsas olur.
“O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir!” (Kəhf surəsi, 87) “İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir”. Yəni burada hz. Mehdi (ə.s)-a tabe olan, İslamdan, Qurandan yana olanlara bir müjdə vardır. “İman gətirib yaxşı” səmimi “iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir”. Necə gözəl qarşılıqdır. Həm dünyada, həm axirətdə fövqəladə gözəlliklər.
Bax, “Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf Surəsi, 88) İndi Mehdiyyətin üsulu nədir? Dini asanlaşdırmaq. Burada ayədə nə izah edilir? “Biz ona əmrimizdən asan olanı buyuracağıq”. Dinin asanlaşdırılması. Allah deyir, şeytandan Allaha sığınıram. “O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı”. (Həcc surəsi, 78) “Allah, sizə asanlıq diləyər, çətinlik diləməz”. (Bəqərə surəsi, 185) Mühafizəkar sistem dini ola bildiyincə çətinləşdirmək üzərinə qurulmuşdur. Mehdiyyət də dini ola bildiyincə asanlaşdırmaq üzərinə qurulmuşdur. Bax, aradakı fərq budur. Mühafizəkar sistem dəccalın təsiri ilə dini ola bildiyincə çətinləşdirər, içindən çıxılmayacaq hala gətirər. Mehdiyyət də Mehdiyyətin bərəkəti ilə dini ola bildiyincə asanlaşdırar. Bu da Allahın möminlərə bir rəhmətidir.
“Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq”. (Kəhf surəsi, 90) “Bax belə! Onun yanında “əhatəli məlumat olduğunu” (və ya olub-keçən hər şeyi) Biz (elmimizlə) tamamilə əhatə etmişik” (Kəhf surəsi, 91) Bax, yenə eyni məlumat burada da keçir, görürsünüz. “Əhatəli məlumat” hz. Mehdi (ə.s)-da olan da budur, Zül Qərneyndə də olan budur. Yəni mühafizəkar cəfəngiyyatlar deyil, mühafizəkar demaqoqluğu deyil. Köklü, qısa doğru məlumat.