DƏCCALIN BİLİNMƏYƏN XÜSUSİYYƏTLƏRİ

Dəccal indi yaşlıdır, çox irəli yaşlardadır. Yəni təxminən yetmiş yaşı vardır. Hədislərdə ifadə edir, “saçı saqqalına qarışmışdır. Bir gözü kordur”. “Saçları ağac budaqları kimi bir-birinə girib” -deyir. Yəni belə filosof görünüşlüdür. “Dərisi qırmızıdır”, qırmızı. “Bədəni böyükdür. Saçları buruqdur. Bir gözü kordur”, bir gözü də sönükdür. Gözlərində problem var. Saçlarının ön tərəfi qırmızıdır, lakin arxa tərəfi qaradır. Yəni özünə görə tərz də etmiş ola bilər və yaxud quruluşu da elə ola bilər. “Onun bir gözü kordur. Başı ilan və ya kərtənkələ başını xatırladır” -deyir, görünüşü. Yəni qəribə bir görünüşü var. Təbəranidə keçir. “İri, qalın boyunlu, tək gözlü və çəpdir”. Sehr və maqnetizm növündə təsir edici xüsusiyyətlərə sahibdir. Bu mövzuda çox məlumatlıdır. Maqnetizm, ruh elmi, metafizik mövzularda çox məlumatı olan, çox araşdıran bir adamdır. Hipnoz gücü var.

İngilis dərin dövlətinin ən böyük silahı mövhümatçılıq olacaq. Hz. Mehdi (ə.s) da onların silahını parçalayan bir insan olacaq, yəni müasir şəxsiyyəti ilə mövhümatçılığı dağıdacaq. Məvdudi belə açıqlayır: “Müasir bir müsəlman olacaq”. Məvdudi deyir ki, hamı onu hoca, molla kimi gözləyəcək, amma o əsrinin ən müasiri olacaq. Çox keyfiyyətli və müasir bir insan olacaq deyir. Ta yüz il əvvəl söyləyir.

Bütün masonlar həzrəti İsa Məsih (ə.s)-ın mason olduğunu düşünürlər. Həzrəti Musa (ə.s)-ın da Mason olduğu qənaətindədirlər. Həzrəti Süleyman (ə.s)-ın da Mason olduğu və həzrəti Adəm (ə.s)-ın da Mason olduğunu düşünürlər. İlk önlüyü, mason önlüyünü həzrəti Adəm (ə.s)-ın istifadə etdiyinə inanırlar. Yarpaqdan, böyük bir yarpaqdan mason önlüyü taxdığına inanırlar. Kəbənin tikilişində də masonların kömək etdiyinə inanırlar. Kub daş formasında, onlarda müqəddəsdir, bilirsiniz, kub şəklində olması. O daşın qoyulmasını da yenə elə onunla əlaqələndirirlər. Yəni masonluqla əlaqəli görürlər. Əlbəttə, onların öz inanclarıdır. Həcərül Əsvəd bilirsiniz, göz şəklindədir. Bütün müqəddəs məbədlərin tikilişində yenə masonların iştirak etdiyinə inanırlar. Vəzifələrinin də ən son mərhələdə, ən üst mərhələdə Mehdi (ə.s)-a kömək etmək, yəni Moşiyaha kömək etmək olduğuna inanırlar. Onlar 33-cü dərəcənin üstündə izah edilir. Daha çox alt təbəqədəkiləri yönləndirirlər.

 

MASONLUQ VƏ MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR AÇIQLAMALAR

Bəqərə surəsi 127; şeytandan Allaha sığınıram, “İbrahim, İsmayılla birlikdə Evin (Kəbənin) sütunlarını” sütun; cüt sütun masonluqda müqəddəsdir “qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!”“ Bəqərə surəsi 127-də həzrəti İbrahim (ə.s) və həzrəti İsmayıl (ə.s)-ın divar ustası olduğu aydın olur. İkisi birlikdə Kəbəni kub formada tikirlər. Buradan da açıqca görürük ki, hər ikisi də ingiliscə qarşılığı olaraq masondur. Çünki divar ustası, açıq, Quranın ifadəsiylə divar ustası. Və sütunları yüksəldirlər. “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (Bəqərə surəsi, 128)

 İsmayıl (ə.s) və İbrahim (ə.s) “Ey Rəbbimiz!” –deyirlər, şeytandan Allaha sığınıram “Onların içərisindən özlərinə elə bir elçi”, bir Mehdi “göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin”. Quranı öyrətsin və hikməti öyrətsin “və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”. (Bəqərə surəsi 129)

“Quranın haqq olduğu onlara aydın olana qədər”, Allah: “Biz ayələrimizi (dəlillərimizi)” -deyir “onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik” yəni özlərinin maddə olmadığını onlara göstərəcəyik, yəni bədənlərindəki möcüzə sistemi biləcəklər. “Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət surəsi 53) Bu ayənin təfsirində Əbu Cəfər deyir: “Biz ayələrimizi həm kainatda, həm öz nəfslərində onlara göstərəcəyik belə ki, şübhəsiz, Allahın haqq olduğu özlərinə açıqca müəyyən olsun”. “Qaim Mehdinin zühuru mənasını verir ki, Allah onun Mehdinin çıxışını qullarına qaçılmaz surətdə göstərəcək”. Yəni kainatdakı ayələrlə, kosmosdakı, göydəki günəş ay tutulmaları, kometanın çıxışı həm öz nəfslərində özlərində də görəcəklər deyir. “Belə ki şübhəsiz, onun haqq olduğunu”, yəni Mehdinin haqq olduğunu “özlərinə açıqca müəyyən olsun, qaim Mehdinin zühuru mənasını verir ki, Allah onun Mehdinin çıxışını qullarına qaçılmaz surətdə göstərəcək” bu şəkildə təfsir edir. (Beklenen Mehdi, Allame Məhəmməd Bakır el-Məclisi, Bihar’ul Envar, İngiliscə tərcüməsi cild 13 (köhnə nəşr)/ cild 51)

“Qaim Mehdi hər cür insanın, insanlara hökm edib hər cür hökumətin qurulub artıq bundan sonra heç kimin “əgər biz hökm etsəydik, ədalət yayardıq” deyə bilmədikləri bir zamanda ortaya çıxar. Ancaq bundan sonra Qaim Mehdi gerçək ədalətlə hökm etmək üçün ortaya çıxar”. (“Beklenen Mehdi” kitabında).

Peyğəmbərimiz (s.ə.v) “Aləmlərdən də, xalqdan da Mehdini tanıya bilməyəcəklər” -deyir, böyük alimlər də tanıya bilməyəcək. “Mehdi gəldiyi zaman bir zaman gələr ki, sünnə bidət kimi çirkin görülər, bidət isə sünnə kimi rəğbət görər”. Məsələn, bu, Bədiüzzamanın açıqlamalarında da var, amma buradakı hədisdə çox açıqdır. “Bir zaman gələr ki, sünnə bidət kimi çirkin görülər”. Sünnə Qurana əməl etmək deməkdir, “bidət kimi çirkin görülər”, yəni anormal bir şeymiş kimi göstərirlər. “Bidət isə”, xurafatlar isə “sünnə kimi rəğbət görər” məsələn, Cübbəlinin izah etdiyi xurafatlar sünnə kimi rəğbət görür. “Bidət işləməyə öyrəşmiş Mədinədəki alim”, yəni İstanbuldakı alim “bidəti gözəl sanıb”, yəni xurafatı gözəl sanıb “ibadət olaraq etdiyi üçün həzrəti Mehdi (ə.s)-ın bidət əleyhindəki sözlərinə təəccüblənib”, yəni Quranın yetərli olduğunu izah etməsi və xurafata qarşı olmasına təəccüblənib “bu adam bizim dinimizi yox edir” deyəcək” -deyir. Kim deyir? İmam Rəbbani Məktubatında yazır.

“Mehdi gəldiyi zaman dini yayarkən sünnələri diriltməyə çalışacaq”, yəni insanları Qurana dəvət edəcək “və bidətlə əməl işləməyə öyrəşənlər”, yəni xurafatlarla əməl işləməyə öyrəşənlər “və xurafatları gözəl sandığı və ibadət bildiyi üçün Mədinədəki alimlər də Mehdi üçün: “bu bizim dinimizi yox etdi və millətimizi yox etdi” -deyə qarşı çıxacaqlar” -deyir. “Millətimiz” dediyi nədir? Dinimizi, inancımızı yox etdi “bu ateist, kafirdir” deyə ortaya çıxacaqlar deyir. “Mehdi onların gözəl sandığı, xurafatların çirkinliyini, sünnənin əhəmiyyətini”, yəni Qurana əməl etməyin əhəmiyyətini izah edəcək. İmam Rəbbani Məktubatının 1-cildinin 255-ci məktubunda. “Bu, Allahın bir nemətidir” –deyir.

Allahın Elçisi (s.ə.v) dedi: “Əhli beytimdən qaim Məhəmməd Mehdinin zamanında yaşamaq imkanı əldə edənlər nə qədər də qismətlidirlər. Onun”, Mehdinin “çıxışından əvvəl Mehdiyə inananlar, Mehdinin yoldaşlarını sevənlər və Mehdinin düşmənlərindən uzaq dayananlar mübarək olsun”. Peyğəmbərimiz (s.ə.v) mübarək olsun deyir, dua edir. “Bu insanlar mənim ən yaxınlarım və hesab günü dostlarım olacaqlar”. Rufaidən nəql edilən hadisə görə də Peyğəmbərimiz (s.ə.v) “Mənə görə Allahın ən hörmətli varlıqları olacaqlar” -deyir.