“Hürriyet Bilim” jurnalının 4 yanvar 2003-cü il tarixli sayında “Şimpanzelərin qoz qırma atelyeləri tapıldı” başlıqlı bir yazı yayımlandı. Yazıda insanların bir zamanlar şimpanzelərlə eyni anlayış və mədəniyyət səviyyəsini yaşadığı irəli sürülərək darvinizm təbliğatı edildi. Bu yazıda “Hürriyet Bilim” jurnalında ortaya qoyulan iddiaları etibarsız edən elmi dəlillər gözlər önünə səriləcək.

 

Şimpanzelərin darvinizmdəki rolu və həqiqətlər

Əvvəlcə şimpanzenin, təkamül təbliğatında xüsusilə istifadə edilməsinin altında yatan səbəbi aydınlaşdırmaq lazımdır. Təbiətdə ağıllı davranışlar göstərən bir çox növ vardır. Təkamülçü mətbuatda bu canlılardan xüsusilə, şimpanzelərin davranışları tez-tez mövzu edilərək vurğulanır. Çünki darvinizmdə şimpanzelər xüsusi bir rol oynayırlar: Uydurma təkamül prosesində insanın ən yaxın qohumu şimpanzelərdir.

Buna görə şimpanzelərlə insan arasında davranış baxımından da bənzərliklər qurulmağa çalışılır. Beləliklə, zəka baxımından insana ən yaxın canlının şimpanze olduğu təəssüratı verilir.

Halbuki, şimpanzenin insandan sonra ən ağıllı canlı olduğu fikirini çürüdən bir çox canlı vardır. Bu canlılar şimpanzelərdən daha yüksək şüur nümunələri nümayiş etdirirlər. Məsələn, qunduzlar axıntıya qarşı hidrodinamik baxımdan ideal ölçülərə sahib anbarlar yaradaraq evlər tikə bilir, termitlər xüsusi havalandırma kanallarına sahib nəhəng evlər inşa edə bilir, bal arıları həndəsi və riyazi məlumata əsaslanan pətəklər inşa edə bilirlər. Belə kompleks davranışlar reallaşdırmalarına baxmayaraq, bütün bu canlılar kiçik beyinlərə malikdirlər. Bu möcüzəvi davranışlara son bir nümunə Oksford Universiteti laboratoriyasında araşdırılan Betti adlı bir qarğanın etdikləridir.

Betti heç bir istiqamətləndirmə olmadan bir metal çubuğu bir məqsədə xidmət edəcək şəkildə bükərək bir alət halına gətirmişdir. Qarğa dərin bir qabın dibində olan yeməyə dimdiyi ilə çata bilməyincə, laboratoriyada özünün tapdığı bir metal çubuğun ucunu büküb bir qarmaq halına gətirmişdir. Daha sonra metal çubuqdan istifadə edərək yeməyi asanlıqla çölə çıxarmışdır. Burada elm adamlarını heyrətə salan əhəmiyyətli bir nöqtə vardır. Betti, daha əvvəl heç qarşılaşmadığı bir materialın uzunluğu və elastikliyi ilə işə yarayan olduğunu anlaya bilmişdir. Elastik materialı tamamilə məqsədinə uyğun şəkildə bükməyi bacarmışdır. Bettinin bu müvəffəqiyyətinin təsadüf olub olmadığını görmək istəyən elm adamları qarğanı test etdiklərində 10 sınaqdan 9-da eyni müvəffəqiyyəti görmüşlər.

Elm adamları kiçik beyninə baxmayaraq, Bettinin şimpanzelərdən daha irəli zəka səviyyəsi ortaya qoyduğunu ifadə etmişlər. Darvinist ön mühakimələri müdafiə edən BBC mövzu ilə əlaqədar olaraq “Betti ən yaxın qohumlarımızı utandırdı” şərhini etmişdir. Bir başqa deyişlə Betti təkamülçülərin zəkanın mənşəyi ilə əlaqədar qəbul etdikləri fikirləri alt-üst etmişdir. Bettini araşdıran Oksfordlu elm adamı Aleks Kacelnik bu şərhi etmişdir:

“Heyvanlar arasında ən ağıllı olanların primatlar olduqlarını düşünürük, çünki bizə ən yaxın növü onlar təşkil edir. Ancaq bu heyvan (Betti) görmüş olduğumuz hər hansı bir primatdan daha ağıllıdır”. (1)

Betti “ağıllı” davranışlar edə bilən bir çox quşdan yalnız biridir. Bu mövzuda elm dünyasında edilən daha çox sayda çalışma vardır. (Ətraflı məlumat üçün Harun Yəhyanın “Danışan quşlar möcüzəsi” adlı kitabına müraciət edə bilərsiniz.) Bütün bunlar şimpanze davranışları ilə əlaqədar təkamülçü iddiaların daha çox təbliğat məqsədli müdafiə olunduğunu ortaya qoyur. Bu açıq bir həqiqətdir ki, şimpanzelərin zəkasından danışan və sonra da bunu insanla şimpanzelər arasında bir qohumluq olduğu iddiasına dayaq kimi göstərən hər açıqlama, səhvdir.

 

Şimpanzelərlə müqayisə edilən insanabənzər meymunlar heç yaşamamışdır

“Hürriyet Bilim” xəbəri görünüşdə şimpanzelərin əl bacarığına əsaslanan bəzi ağıllı davranışları ilə əlaqədardır. Yazının giriş hissəsində Fil dişi sahilindəki arxeoloji qazıntılarda tapılan bəzi tapıntılardan danışılır. 300-500 illik olduğu bildirilən xüsusi formalı daşların şimpanzelər tərəfindən qoz qırmaq üçün istifadə edilmiş olduğu irəli sürülür. Yazının bundan sonrakı hissəsində isə darvinizm təbliğatına başlanır, yəni elmilikdən uzaqlaşılıb doqmatizmə keçilir.

Şimpanzelərin istifadə etdiyi daşlar ilə 2.5 milyon il əvvəl yaşanmış Daş dövrünə aid daşlar arasında bir bənzərlik qurulmaqda; müasir şimpanzelərin Daş dövründə yaşadığı iddia edilən uydurma “insanabənzər meymunlar”la eyni mədəniyyət və anlayış səviyyəsində olduğu irəli sürülür.

Bu iddia iki baxımdan gerçəyi əks etdirmir. Əvvəlcə “insanabənzər meymun” anlayışı həqiqətlərə deyil, təkamülçülərin ön mühakimələrinə əsaslanır. İkincisi, insanın mədəniyyət və anlayış səviyyəsi təkamüllə açıqlana bilməz. Çünki mədəniyyət və anlayış şüurla əlaqədardır. Şüur isə təkamül nəzəriyyəsinin əsaslandığı materializmin ən böyük dilemmalarından biridir. Bu iki mövzunu sıra ilə açıqlayaq:

 

İnsanın təkamülü ssenarisinin tənəzzülü

Xəyali təkamül şəcərəsinə yerləşdirilən fosillər üzərində aparılan elmi araşdırmalar meymundan insana təkamülün yaşanmadığını açıqca göstərir. Özləri də təkamülçü olmalarına baxmayaraq, bir çox elm adamı, apardıqları araşdırmalar nəticəsində bu şəcərədə yer alan Avstralopitekusların nəsli kəsilmiş meymunlardan meydana gəldiyini ortaya qoymuşlar. Təkamülçülər tərəfindən Homo sinfinə daxil edilən Homo habilisin Avstralopitekus sinfinə daxil edilməli olduğu, yəni bir meymun növü olduğu göstərilmişdir. Təkamül şəcərəsində daha sonra gələn Homo ergaster, Homo erectus, Homo sapiens arxaik, Neandertal adamı, Cro-Magnon adamı isə gerçək insanlardır. Almaniyada təşkil edilən bir konfransda bir çox təkamülçü paleontoloq və antropoloq bu həqiqəti təsdiq edər şəkildə; son iki milyon illik dövrü əhatə edən bütün Homo növlərinin əslində Homo sapiensin, yəni müasir insanın bir variasiyası olduğunu qəbul etmişlər. (2) Qısacası, 2.5 milyon il əvvələ aid daşların sahibi insanabənzər meymunlar deyil. “Hürriyet Bilim” jurnalında dəfələrlə təbliğatı edilən, rekonstruksiya şəkillərlə göstərilən meymun adamlar, yalnız bir nağıl məhsuludurlar. (İnsanın təkamülü nəzəriyyəsinin süqutu üçün baxın. Harun Yəhya, “Həyatın həqiqi mənşəyi”)

 

Davranışların təkamülü tezisində şüur maneəsi

“Hürriyet Bilim”dəki ikinci yanılma isə insanların bir zamanlar şimpanzelərlə eyni mədəniyyət və anlayış səviyyəsində olduqlarıdır. Bu iddia insan mədəniyyət və anlayışının təkamüllə ortaya çıxdığı mənasını verir ki bu, yalnız təkamülçülərin ön mühakimələrindən qaynaqlanır. İnsanın da, şimpanzenin də anlayış səviyyələri zamanla dəyişməyib. Çünki hər iki anlayış da təkamüllə açıqlanması mümkün olmayan “şüur” anlayışına əsaslanır.

Materialistlər şüurun beyindəki hüceyrələr arasında reallaşan elektrokimyəvi reaksiyaların məhsulu olduğunu iddia edirlər. Halbuki, bu iddianın heç bir elmi dayağı yoxdur. Şüurun beynin harasında yarandığı, ya da hansı zəncirvari beyin fəaliyyətlərinin nəticəsi olduğu, son dərəcə inkişaf etmiş MRT analiz cihazlarının olmasına baxmayaraq cavabı tapılmayan bir sualdır. Əslində, 20-ci əsr ərzində şüuru açıqlamaq üçün aparılan bütün elmi tədqiqatlar göstərir ki, şüurun maddi əsası yoxdur. Şüur, tək sözlə möcüzədir; maddə üstü, metafizik bir qaynaqdan, yəni ruhdan gəlir.

Uzun illər şüur üçün materialist əsas qurmağa çalışmış təkamülçü Julian Huxley bu mövzuda ümidsizliyini bu cür ifadə etmişdir:

“Şüurlu hal qədər fövqəladə bir şeyin necə sinir hüceyrəsinin başladıcı hərəkəti nəticəsində ortaya çıxması, eynilə “Ələddinin sehrli çırağı” hekayəsində çırağın içindən cinin çıxması qədər anlaşılmazdır…” (3)

Təkamül nəzəriyyəsi isə maddələr arasında təsadüfi kimyəvi proseslərə əsaslanır. Açıqlamaları maddə ilə məhdud bir nəzəriyyənin maddəyə sadələşdirilə bilməyən şüur kimi bir anlayışı açıqlaması, həm də təkamüllə ortaya çıxdığını ortaya qoyması qeyri-mümkündür. İnsan şüurunun, ağlının, mədəniyyət və anlayışının təkamüllə ortaya çıxdığı, elmi dəlillər gözardı edilərək, müdafiə olunan cəfəngiyyatdan ibarətdir.

 

“İnsan heyvan növüdür” iddiası

“Hürriyet Bilim”də bəzi davranış alimlərinin fikirlərinə də yer verilmişdir. Fransız etoloq (heyvan davranışlarını öyrənən alim) və eyni zamanda təkamülçü olan Dominik Lestel insanın yalnız, digər heyvanlarla müqayisədə bir sıra ayırdedici xüsusiyyətlərə sahib olan heyvan növü olduğu iddiasını irəli sürmüşdür.

Lestelin bu fikirləri öz ideologiyası ilə əlaqədardır və heç bir əsaslı yönü yoxdur. İnsanın digər canlılarla bənzər bioloji əlamətlərə sahib olması onu heyvan növü etməz. Çünki insan mədəniyyətlər qura bilən, bəstələr edən, rəsm əsərləri yaradan, maşınlar düzəldə bilən, özünü müalicə edəcək dərmanlar istehsal bilən, qanunlar qoyub tətbiq edə bilən, texnologiya inkişaf etdirən, kosmos araşdırmaları apara bilən üstün bir varlıqdır. Bu qədər üstün biliyə və ən əhəmiyyətlisi əxlaqa sahibi olan insanı heyvanlarla eyni tutmaq, gözlə görünən, konkret bir gerçəyi inkar etmək deməkdir.

Qısacası, insanın mənşəyi mövzusunda iddia sahibi olanlar darvinistlərdir. Bütün təcrübə və müşahidələrə zidd bir ssenarini müdafiə edir, yəni insanın əslində bir sıra genetik qəzalar (mutasiyalar) keçirmiş primat olduğunu irəli sürürlər. Ancaq bu iddia özlərini dəstəkləməsini ümid etdikləri, genetika, paleoantropologiya və molekulyar biologiya kimi elm sahələri tərəfindən çürüdülür. Buna görə təkamülçülərin mətbuata bəyanatlar verib, özlərinə etibarlı bir üslub ilə “insan əslində heyvandır” demələrinin heç bir mənası yoxdur. “Hürriyet Bilim”in sözlərinə yer verdiyi Lestelin açıqlamaları də eyni şəkildə mənasız və dəyərsizdir.

 

İnsan şüurunun həqiqi qaynağı

Heyvanlarla bənzər bioloji əlamətlərə sahib insanın ağıl və şüur baxımından bu cür üstün olmasının təməlində ruh sahibi olması durur. Bütün canlıların yaradıcısı olan Allah, insana Öz Ruhundan üfürərək onu ağıllı bir varlıq etmişdir. Allah insanın yaradılışındakı bu sirri Quranda belə açıqlayır:

 

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 6-9)

 

Heyvanlardakı ağıllı davranışların qaynağı isə yenə varlığı Quranda bildirilən “ilham”dır. Riyaziyyat və həndəsə bilmədikləri halda qüsursuz altıbucaqlılar düzəldə bilən bal arıları buna gözəl bir nümunədir. Təkamülçülərin instinkt adlandırdığı, ancaq heç bir açıqlama verə bilmədiyi bu davranış Allahın bal arısına ilhamıdır və ayələrdə belə xəbər verilir:

 

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

 

Nəticə

İnsan təkamülləşmiş bir heyvan növü deyil. Şimpanzenin və ya digər canlıların ağıllı davranışları təkamül nəzəriyyəsinin lehində deyil, əksinə əleyhində olan gerçəklərdir. (Digər yandan, insanı etdiklərindən məsul tutulmayacaq bir heyvan növü kimi göstərən “Hürriyet Bilim” jurnalının, ailə, cəmiyyət və dövlət quruluşuna son dərəcə dağıdıcı zərbə vuran bir ideologiyanı müdafiə etdiyini də ifadə etmək lazımdır.) Jurnala tövsiyəmiz bundan sonra heyvan davranışları ilə əlaqədar olaraq elmi gerçəkləri nəzərə alması və darvinizmin köhnə iddialarını kor-koranə müdafiə etməkdən imtina etməsidir.

 

  1. http://www.reuters.com/news_article.jhtml;jsessionid=ULR5HJFNPM2KICRBAEZSFEY?type=search&StoryID=1311577
  2. Pat Shipman, Doubting Dmanisi, American Scientist, noyabr-dekabr 2000, səh. 491

3. The Problem of Consciousness, Colin McGinn, Athenaum Press Ltd, Gateshead, Tyne & Wear, 1991, səh. 1