Header

“Hürriyet” qəzetindən həvəskar bir təkamül təbliğatı

Aa4a

“Hürriyet” qəzetinin 5 may 2000-ci il tarixli nüsxəsində, “Bütün körpələr eyni dildə danışır” başlıqlı bir xəbər nəşr olundu. Xəbər bir-birini qucaqlamış kiçik bir körpə və bala bir qorillanın rəsmi ilə birlikdə verilmişdi. Rəsmi görənlər, xəbərin məzmununda da qorillalarla insanlar arasındakı əlaqənin olduğunu zənn edərək yazını oxumağa başladılar. Ancaq xəbərdə bir dəfə belə qorillalardan və ya hər hansı başqa bir heyvandan bəhs edilmirdi.

“Hürriyet” qəzetinin 5 may 2000-ci il tarixli nüsxəsində, “Bütün körpələr eyni dildə danışır” başlıqlı bir xəbər yayımlandı.

Xəbərin mövzusu, dünyanın hər yerində körpələrin danışmağa başlamazdan əvvəl eyni səsləri çıxartmaları haqqında edilən bir araşdırma idi. Şəkilin yanında yer alan yazıda isə, “iki körpənin möhtəşəm ünsiyyəti” ifadələrindən istifadə edilir və Zuri adlı qorilla balasının “digər bir primatda”, yəni insan balasında sevgini axtardığı deyilirdi! Xəbərin məzmunu ilə heç bir əlaqəsi olmayan bu ifadələr və şəkil isə, əlbəttə ki, təsadüfi seçilməmişdi. Məqsəd, hər nə vəsilə ilə olursa olsun, təkamül təbliğatı idi.

Şüuraltına edilən təbliğat

Diqqət yetirilsə, bu xəbərdə son dərəcə gizli, insanların şüuraltına təsir etməyə çalışan bir təlqin nəzərə çarpır. Xəbərin məzmununda təkamüllə əlaqədar heç bir məlumat olmamasına və tamamilə fərqli bir mövzuda məlumat verilməsinə baxmayaraq, istifadə edilən şəkil və şəkilin yanında edilən şərhlərlə insanların şüuraltlarına təkamülün gerçək olduğu istiqamətində təlqin verilmişdir. Şəkilin yanındakı yazıda isə qorilla balası üçün “istiliyi başqa bir primatda, insan balasında axtarır” kimi bir açıqlama edilmiş və bu ifadələrlə insanlarla qorillaların eyni əcdaddan təkamülləşən canlılar olduqları kimi bir təlqin edilmişdir.

Halbuki, insanla qorillanın ortaq bir əcdaddan təkamülləşdiklərinə dair heç bir elmi dəlil yoxdur. Təkamül nəzəriyyəsinin heç bir iddiasını dəstələyən elmi bir dəlil yoxdur. Məhz buna görə təkamül tərəfdarı jurnallarda, qəzetlərdə tez-tez təkamülü xatırladan şəkillərdən, illüstrasiyalardan istifadə edilərək insanların şüuraltlarında, təkamülün elmi bir gerçək olduğuna dair bir fikir yaradılmağa çalışılır. (Ətraflı məlumat üçün baxın: Harun Yəhyanın “Təkamül yalanı” və “Təkamülçülərin səhvləri” adlı kitabları)

Yaradılış dəlili

Digər yandan “Hürriyet”də yer alan və dünyanın hər yerində körpələrin danışmağa başlamazdan əvvəl eyni səsləri çıxartdıqlarına dair məlumatın, əslində yaradılışı dəstəkləyən bir dəlil olduğunu da ifadə etmək lazımdır. Dilin mənşəyi mövzusunda iki fərqli düşüncə vardır. Birinci düşüncə, insanın doğulduğunda tamamilə “boş” bir zehinlə doğulduğu və danışmağı yalnız ətrafından görüb öyrəndiyi şəklindədir. Halbuki, məşhur dilçi alim Noam Chomsky, elmi məlumatlarla, statistika və müşahidələrlə ortaya çox fərqli bir nəticə qoymuşdur. Buna görə insan “boş” bir zehinlə doğulmur. İnsan zehinində, dil öyrənməyə və danışmağa istiqamətli xüsusi bir meyl var. Bu xüsusi meylin səbəbi isə, insanın əvvəldən “proqramlaşdırılması”, yəni xüsusi bir yaradılışa sahib olmasıdır.

Məhz “Hürriyet”dəki xəbər, əslində bu ikinci fikiri dəstəkləyən yeni bir elmi dəlildir. Dünya üzərindəki bütün körpələrin ortaq səslər çıxarmaları, hamısının danışmağa, söz söyləməyə istiqamətli xüsusi bir ilhamla doğulduqlarını göstərir.

Əlbəttə insanın, təbiətdəki digər canlıların heç birində olmayan bu fərqli xüsusiyyətlə yaradılması, Allahın bir elmidir. Necə ki, Allah Özünü bizə Fussilət surəsi 21-ci ayəsində belə tanıdır: “Hər şeyə nitqi verib-danışdıran Allahdır”.

Hər şeyi yaradan və bunlardan dilədiyinə nitqi verib danışdıran Allah, eyni zamanda dilədiyinə anlayış da verir. Təkamülçülərin əslində yaradılışın dəlili olan tapıntıları həvəskar təkamül təbliğatlarına vəsait etməyə çalışmaları isə, məhz bu anlayışdan məhrum olmalarındandır.

bebekdilihur55Xəbər bir-birini qucaqlamış kiçik bir körpə və bala bir qorillanın rəsmi ilə birlikdə verilmişdi. Rəsmi görənlər xəbərin məzmununda da qorillalarla insanlar arasındakı əlaqənin olduğunu zənn edərək yazını oxumağa başladılar. Ancaq xəbərdə bir dəfə belə qorillalardan və ya hər hansı başqa bir heyvandan bəhs edilmirdi.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313