9 yanvar 2000-ci il tarixli “Milliyet” qəzetində qəzetin baş redaktoru vəzifəsini icra edən hörmətli Yalçın Doğanın köşəsində, “Milyon il sonra: İnsan bizə bənzəyir” başlıqlı bir yazı yayımlandı. Yalçın Doğan bu yazısında insanın meymunlarla eyni ortaq mənşədən gəldiyi yönündəki darvinist iddianı müdafiə edirdi. Yalçın Doğanın bu iddiaya “dəlil” olaraq bəhs etdiyi ən əhəmiyyətli mövzu isə, insan və meymun DNT-ləri arasında 99% bənzərlik olduğu istiqamətindəki klassik təkamülçü izahat idi. Doğan belə yazırdı:
“İnsan və meymun… Köhnə tezis… Müasir elm bu bənzərliyi artıq yaxşıca sübut edir… İnsanın ən yaxını meymunlardır. Hətta bu bənzərlik son tapıntılarla 99%-ə çatır”.
Yalçın Doğanın bəhs etdiyi insan ilə meymun DNT-ləri arasındakı bənzərlik mövzusu, təkamülçülərin cəmiyyətə istiqamətli təbliğat vəsaiti olaraq istifadə etdikləri, son dərəcə təhrif edilmiş bir məlumatdır. Əslində isə meymunlar ilə insanlar, nə də bir başqa canlı sinifi arasındakı genetik və ya biyokimyəvi müqayisələr darvinist nəzəriyyəni dəstəkləmir, əksinə yalanlayır.
İnsan, meymun, soxulcan və kartof
Əvvəla ifadə etmək lazımdır ki, yer üzündə yaşayan canlıların bir-birlərinə yaxın DNT quruluşuna sahib olmaları gözlənilməz bir vəziyyət deyil. Canlıların təməl həyati funksiyaları bir-biri ilə eynidir və insan da canlı bədənə sahib olduğuna görə, digər canlılardan fərqli DNT quruluşuna sahib olması gözlənilə bilməz. İnsan da digər canlılar kimi zülallarla qidalanaraq inkişaf edər, onun da bədənində qan dövr edər, hüceyrələrində hər saniyə oksigen istifadə edilərək enerji istehsal olunar.
Bu səbəbdən, canlıların genetik bənzərliklərə sahib olmaları, ortaq bir əcdaddan təkamülləşdikləri iddiasına dəlil olaraq göstərilə bilməz. Təkamülçülər əgər ortaq əcdaddan təkamülləşmə nəzəriyyəsinə dəlil gətirmək istəyirlərsə, bir-birinin əcdadı olduğu iddia edilən canlıların molekulyar strukturlarında da baba-nəvə əlaqəsi olduğunu göstərmək məcburiyyətindədirlər. Halbuki, bir azdan araşdıracağımız kimi, bu istiqamətdə heç bir dəqiq tapıntı yoxdur.
Bu xatırlatmanın ardından “insan DNT-si ilə meymun DNT-si arasındakı bənzərlik” mövzusunu nəzərdən keçirək. Təkamülçü mətbuatda bu məlumat bir növ şüar halına gəlmişdir və əksər insan bunu, darvinizmin çox böyük isbatı sanır. Əgər bu mövzuda bir az daha geniş araşdırma edilsə, daha maraqlı canlıların DNT-sinin də insanın DNT-sinə bənzədiyi görünür.
Bu bənzərliklərdən biri, insan ilə nematod tipinə aid soxulcanlar arasındadır. “New Scientist” jurnalında təqdim edilən genetik analizlər, nematod soxulcanları və insan DNT-lərində 75%-lik bənzərlik ortaya qoymuşdur. Bu, əlbəttə, insan ilə nematodlar arasında yalnız 25%-lik fərq olduğu mənasına gəlmir! Əgər təkamülçülərin hazırladığı şəcərəyə baxılsa, insanın daxil edildiyi Xordalılar tipi ilə Nematodlar tipinin 530 milyon il əvvəl belə bir-birlərindən ayrı olduqları görünür. Bu vəziyyət açıqca göstərir ki, iki fərqli canlı kateqoriyasının DNT zəncirlərindəki bənzərlik, bu canlıların ortaq əcdaddan təkamülləşdikləri iddiasına dəlil meydana gətirmir. (1)
Təkamülçülərin “insan ilə meymun arasındakı genetik bənzərlik” mövzusunda istifadə etdikləri nümunələrdən bir başqası, insanda 46, şimpanze və qorillalarda isə 48 xromosom olmasıdır. Təkamülçülər, xromosom saylarının yaxınlığını təkamül xarakterli əlaqənin göstəricisi hesab edirlər. Halbuki, əgər təkamülçülərin istifadə etdiyi bu məntiq doğru olsaydı, insanın meymun qədər yaxın daha bir qohumu da olmalı idi: “Kartof!” Çünki kartofun xromosom sayı qorilla və şimpanze ilə bərabərdir: 48 xromosom. Bu vəziyyət, DNT bənzərliyinin təkamülə dəlil yaratmayacağının təəccüblü bir göstəricisidir. (2)
Təkamülçülərin bu mövzuda etdikləri tək şey, məlumatları seçici olaraq istifadə edib bunların arasından təbliğat vəsaiti meydana gətirməkdir. İnsan ilə meymunun ortaq əcdaddan gəldiyini iddia etdikləri üçün, insan DNT-si ilə meymun DNT-si arasındakı bənzərliyi ön plana çıxarmaqdadırlar. Əgər insanların ən yaxın qohumlarının soxulcanlar və ya kartoflar olduğunu iddia etsəydilər, bu dəfə yuxarıda verdiyimiz məlumatlardan təbliğat vəsaiti yaradacaqdılar.
Halbuki, mövzuya bu kimi məhdud nümunələrlə deyil, bütöv baxılsa, canlıların arasındakı biyokimyəvi müqayisələrin darvinizmi dəstəkləmədiyi, əksinə yalanladığı görünür.
Biyokimyəvi müqayisələr darvinizmi yalanlayır
Hörmətli Yalçın Doğan “Milliyet” qəzetindəki yazısında molekulyar biologiyadakı irəliləyişlərin darvinizmi təsdiqlədiyini iddia edir. Halbuki, son 20-30 ildir fərqli canlıların biyokimyəvi strukturlarını müqayisə etmək üçün aparılan çalışmalar, gözlənilənin əksinə, təkamülçülər baxımından heç də sevindirici olmayan nəticələr ortaya qoymuşdur. Müxtəlif canlılardakı zülal düzülüşləri laboratoriyalarda analiz edildikcə, ortaya darvinist nəsil ağacını alt-üst edən nəticələr çıxır.
Məsələn, insandakı sitokrom-c zülalı atda olan eyni adlı zülal 14 amin turşusu fərqli ikən, kenquruda olandan yalnız 8 amin turşusu fərqlidir. Yenə sitokrom-c düzülüşü araşdırıldıqda, tısbağaların insanlara özləri kimi sürünən olan zınqırovlu ilanlardan daha yaxın olduğu məlum olmuşdur. Bu vəziyyət təkamülçü düşüncəyə görə şərh olunduqda tısbağaların ilanlardan daha çox insanlarla yaxın qohum olduqları kimi mənasız bir nəticə çıxacaq.
Oxşar həqiqətlər hemoqlobin zülalı üçün də tapılmışdır. Bu zülalın insandakı düzülüşü lemurda olandan 20 amin turşusu fərqli ikən, donuzda olandan yalnız 14 amin turşusu fərqlidir. Vəziyyət digər zülallar üçün də təxminən eynidir.
Təkamülçülər bu vəziyyətdə, insanın təkamül baxımından kenquruya, atdan daha yaxın olması, ya da donuzla lemurdan daha yaxın qohum olduğu kimi nəticələrə gəlməlidirlər. Halbuki, bu nəticələr, indiyə qədər qəbul edilmiş bütün “təkamül nəsil ağacı” sxemlərinə zidddir. Zülal oxşarlıqları təəccüblü sürprizlər doğurmağa davam edir. Məsələn:
Kembric Universitetindən Adrian Friday və Martın Bishop əllərindəki “beş barmaqlı canlıların zülal düzülüşü” məlumatlarını analiz etmişlər. Heyrətverici bir şəkildə, təxminən bütün nümunələrdə insan və toyuq bir-birlərinə ən yaxın qohum olaraq uyğun gəlmişlər. Növbəti ən yaxın qohum isə timsahdır. (3)
Yenə bu bənzərliklərə təkamülçü bir məntiqlə yanaşıldığı təqdirdə, insanın ən yaxın təkamül baxımından qohumunun toyuq olduğu kimi axmaq bir nəticəyə çatmalıyıq. Paul Erbich, molekulyar analizlərin çox fərqli canlı siniflərini bir-birinə yaxın kimi göstərən nəticələr verdiyini belə vurğulayır:
Təxminən eyni quruluş və funksiyalara sahib zülallara (homoloq zülallar), filogenetik olaraq dəyişik, hətta bir-birindən çox fərqli canlı siniflərində getdikcə artan saylarda rast gəlinilir (məsələn, onurğalılardakı, bəzi onurğasızlardakı və hətta bəzi bitkilərdəki hemoqlobin kimi). (4)
Şimali Karolina Universiteti Tibb Fakültəsindən biokimya araşdırmaçısı Dr. Christian Schwabe, molekulyar sahədə təkamülə dəlil tapa bilmək üçün uzun illərini vermiş elm adamıdır. Xüsusilə, insulin və relaksin növü zülallar üzərində araşdırmalar apararaq canlılar arasında təkamül xarakterli qohumluq qurmağa çalışmışdır. Lakin işlərinin heç bir nöqtəsində təkamülə hər hansı bir dəlil əldə edə bilmədiyini dəfələrlə etiraf etmək məcburiyyətində qalmışdır. “Science” jurnalındakı bir məqaləsində belə deyir:
Molekulyar təkamül, təkamül xarakterli qohumluqların ortaya çıxarılması üçün az qala paleontologiyadan daha üstün bir metod olaraq qəbul edilməyə başlandı. Bir molekulyar təkamülçü olaraq bundan qürur duymalı idim. Amma əksinə, növlərin nizamlı bir inkişaf yolu keçdiyini göstərməli olan molekulyar bənzərliklərin bir çox istisnasının olması olduqca cansıxıcı görünür. Bu istisnalar o qədər çoxdur ki, əslində, istisnaların və qəribəliklərin daha əhəmiyyətli bir mesaj daşıdıqlarını düşünürəm. (5)
Schwabenin relaksin zülalı üzərində apardığı çalışmalar olduqca maraqlı nəticələr ortaya qoyur:
Yaxın qohum olduğu bildirilən növlərin relaksinləri arasındakı yüksək dəyişikliklə yanaşı, donuzun və balinanın relaksinləri tamamilə eynidir. Siçanlardan, Yeni Qvineya donuzundan, insandan və donuzdan alınan molekullar, bir-birlərindən təxminən 55% uzaqdır. Buna baxmayaraq insulin, insanı şimpanzedən daha çox donuza yaxın edir. (6)
Schwabe, insulin və relaksindən başqa digər bir çox zülal düzülüşlərini müqayisə etdiyində də eyni həqiqətlə üz-üzə gəlmişdir. Relaksin və insulin növlərinin ortaya qoyduğu istisnalar xaricində, təkamülün qarşıya qoyduğu kimi nizamlı molekulyar inkişafı yalanlayan bir çox zülal növü olduğunu ifadə edən Schwabe bunları söyləyir:
Relaksin və insulin ailələri molekulyar təkamülün klassik “tək ağacdan təkamülləşmə” şərhi qarşısındakı yeganə istisnalar deyil. Anormal zülal bənzərliyi nümunələri, əslində açıqlaması ancaq xəyal gücü ilə məhdudlaşdırıla biləcək qədərdir. (7)
Schwabe canlılardakı lizozimlər, sitokromlar və bir çox hormonların da amin turşusu düzülüşlərinin müqayisə edilməsinin təkamülçülər baxımından “gözlənilməz nəticələr və anormallıqlar” ortaya qoyduğunu ifadə edir. Schwabe, bütün bu dəlillərə əsaslanaraq, zülalların hamısının heç bir təkamül keçirmədən başlanğıcdakı strukturlarına sahib olduqlarını və molekullar arasında eyni fosillər arasında olduğu kimi heç bir aralıq-keçid forması olmadığını müdafiə edir.
Molekulyar biologiya təkamülü rədd edir
Məşhur Avstraliyalı molekulyar bioloq Prof. Michael Denton, Evolution: A Theory en Crisis (Təkamül: Böhran içində olan nəzəriyyə) adlı kitabında, darvinizmin iddialarının ən açıq şəkildə molekulyar biologiya sahəsində əldə edilən tapıntılarla etibarsız edildiyini ifadə edir. Denton, bu mövzuda bu şərhi edir:
Molekulyar səviyyədə, hər canlı sinfi, özünə xas, fərqli və digərləri ilə əlaqəsizdir. Bu səbəbdən molekullar, eynilə fosillər kimi təkamülçü biologiya tərəfindən uzun zamandır axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir… Molekulyar səviyyədə heç bir orqanizm bir başqasının “əcdadı” deyil, digərindən daha “ibtidai”, ya da “inkişaf etmiş” də deyil… Əgər bu molekulyar dəlillər bundan bir əsr əvvəl mövcud olsaydı… üzvi təkamül düşüncəsi heç bir zaman qəbul olunmazdı. (8)
Xülasə etsək, canlılardakı bənzər orqanlar, ya da bənzər molekulyar strukturlar, bu canlıların ortaq bir əcdaddan təkamülləşdikləri nəzəriyyəsinə heç bir dəstək vermir. Əksinə, bu bənzərliklər, canlılar arasında qurula biləcək hər cür iyerarxik təkamül sxemini qeyri-mümkün hala gətirir. İnsan, bir zülal müqayisəsinə görə toyuqlara, bir başqa müqayisəyə görə nematod soxulcanlarına, bir başqa analizə görə də timsahlara “bənzər” kimi çıxırsa, insanın bu canlılardan hər hansı birindən, ya da başqa heç bir canlıdan təkamülləşdiyi önə sürülə bilməz.
Nəticə
Hörmətli Yalçın Doğan böyük ehtimal bu mövzularda təkamülçü nəşrlərin təsirində qalmış və tərəfsiz qaynaqları araşdırma imkanı tapa bilməmişdir. Əgər mövzunu bir az daha yaxından araşdırma imkanı tapsa, nə molekulyar biologiyanın, nə də paleontologiya və ya anatomiya kimi başqa elm sahələrinin, Darvinin təkamül nəzəriyyəsini dəstəkləmədiyini görə bilər.
Darvinizm Yalçın Doğanın “köhnə tezis” deyərkən qəbul etdiyi kimi bir 19-cu əsr fikridir. Amma 19-cu əsrdəki bir çox fikir kimi səhvdir və səhvi müasir elm tərəfindən ortaya qoyulmuşdur. Elm canlıların arasında təkamül xarakterli əlaqələr olmadığını, hər bir canlı sinfinin bir-birindən müstəqil olaraq ortaya çıxdığını və canlılarda təsadüflərlə açıqlanması mümkün olmayan üstün dizaynlar olduğunu göstərir. Digər bir deyişlə, elm canlıları Allahın yaratdığı həqiqəti təsdiq edir.
1- Karen Hopkin, “The Greatest Apes”, New Scientist, 15 may 1999, səh. 27
2- Pierre Paul Grasse, Evolution of Living Organisms, New York: Academic Press, 1977, səh. 194)
3- Mike Benton, “Is a Dog More Like Lizard or a Chicken?” New Scientist, c. 103, 16 avqust 1984, səh. 19)
4- Paul Erbich, “On the Probability of the Emergence of a Protein with a Particular Function”, Acta Biotheoretica, cild. 34, 1985, səh. 53)
5- Christian Schwabe, “On the Validity of Molecular Evolution”, Trends in Biochemical Sciences, c. 11, iyul 1986)
6- Christian Schwabe, “Theoretical Limitations of Molecular Phylogenetics and the Evolution of Relaxins”, Comparative Biochemical Physiology, c. 107B, 1974, səh.171-172)
7- Christian Schwabe and Gregory W. Warr, “A Polyphyletic View of Evolution”, Perspectives in Biology and Medicine, cild. 27, İlkbahar 1984, səh. 473)
8- Michael Denton. Evolution: A Theory in Crisis. London: Burnett Books, 1985, səh. 290-91