Header

Bakteriyaların antibiotik müqavimətinin təkamülə dəlil olduğu iddiasının etibarsızlığı

Aa4a

Image result for Bakterilerin antibiyotik direnci genellikle Darwinistler tarafından sözde evrimleşmeye bir delil olarak gösterilmeye çalışılır.Bakteriyaların antibiotik müqaviməti ümumiyyətlə darvinistlər tərəfindən uydurma təkamülləşməyə dəlil olaraq göstərilməyə çalışılır. Halbuki, bakteriyaların bu xüsusiyyəti, canlını hər hansı bir təkamül prosesindən keçirmədiyi kimi, bir Yaradılış dəlili olması baxımından təkamül nəzəriyyəsini çürütməkdədir.

Bakteriyalarda bəzi antibiotiklərə qarşı müqavimət genləri, hələ o antibiotiklər hazırlanmadan əvvəl mövcuddur. Bu gerçək “Scientific American” jurnalında bu şəkildə ifadə edilmişdir:

“Çox sayda bakteriya, hələ dərman antibiotiklər istifadə edilməyə başlamamışdan əvvəl də müqavimət genlərinə sahib idi. Elm adamları bu genlərin niyə təkamülləşdiklərini və varlıqlarını davam etdirdiklərini qətiyyən bilmirlər”. (1)

“Medical Tribune” jurnalı da 1986-cı ildə aparılan bir araşdırmanın nəticəsində XIX əsrdə yayılan bakteriyaların, XX əsrdə hazırlanan antibiotikə qarşı müqavimət xüsusiyyətləri daşıdığının müəyyən olunduğu qeyd etmişdir. Bu cür müqavimət xüsusiyyətlərinin penisillinin icadından əvvəl də bir çox bakteriya növündə mövcud olduğu tibb dünyasına məlum olan bir gerçək olmasına baxmayaraq bakteriyalardakı müqavimət xüsusiyyətinin hələ dava edən təkamül prosesi kimi irəli sürülməsi, yalnız aldatma məqsədli bir iddiadır. Bakteriyaların hələ istehsal edilməmiş antibiotiklərə qarşı müqavimətə sahib olmaları kimi fövqəladə bir hadisə, Yaradılışdakı mükəmməlliyin çox əhəmiyyətli bir dəlilidir.

Image result for Bakterilerin antibiyotik direnci genellikle Darwinistler tarafından sözde evrimleşmeye bir delil olarak gösterilmeye çalışılır.Bakteriyaların antibiotik müqavimətinin, təkamülləşmə olmadığının dəlilləri belədir:

  • Bakteriyaların saysız növləri vardır. Bunların bir qisimi, bəzi dərmanlara qarşı müqaviməti təmin edəcək genetik məlumata malikdir. Bakteriyalar müəyyən bir dərmanın təsirinə məruz qaldıqlarında, dərmana dayanıqsız olanlar yox olar, müqavimətlilər isə həyatda qalar və daha çox çoxalma imkanı əldə edərlər.
  • Müəyyən bir zaman sonra tamamilə yox olan müqavimətsiz bakteriyaların yerini, sürətlə çoxalan bu müqavimətli bakteriyalar doldurar. Bir müddət sonra, eyni bakteriya növü yalnız sözü gedən antibiotikə müqavimətli olan fərdlərdən meydana gəlmiş bir koloniya halına gələr və artıq eyni antibiotik o bakteriya növünə qarşı təsirsiz olar.
  • Ancaq bakteriya yenə eyni bakteriya, növ yenə eyni növdür. Hər hansı bir təkamül yaşanmamışdır. Bakteriyalar 3.5 milyard ildir yer üzündə mövcuddur və hələ eyni bakteriya olaraq varlıqlarını davam etdirirlər. Sözü gedən iddia, darvinistlərin ən böyük aldatma üsullarından biridir.

1. Stuart B. Levy, “The Challange of Antibiotic Resistance”, Scientific American, Mart 1998, s. 35

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313