Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq. (Səba surəsi, 10)

 

Yuxarıdakı ayədə dağların “təriflər deyin!” ifadəsi, radioların iş sisteminə işarə ola bilər. (Doğrusunu Allah bilir.) Bunun üçün radioların iş sistemini qısaca belə yekunlaşdıra bilərik:

Radio, ötürücü və qəbuledici şəklində iki parçadan meydana gəlir. Ötürücü, göndərilmək istənən mesajı alıb, bunu “sinus dalğası” deyilən şəkildə şifrələyərək, dalğalar yoluyla qarşı tərəfə ötürər. Qəbuledici də radio dalğalarını alar və göndərilən sinus dalğası üzərindəki mesajın şifrəsini həll edər. Bunun sayəsində ötürücüdən göndərilən mesajın eynisini, qarşı tərəf eynilə almış olar. Ayədə “təriflər deyin!” olaraq tərcümə edilən və “səsin geri dönməsi, təkrarlanması” mənalarını verən “evvibi” sözü də radiodakı səs dalğasının ötürülməsinə işarə ola bilər. (Doğrusunu Allah bilir.)

Ötürücüdən göndərilən məlumatın alınması üçün antena yoluyla göndərilən radio dalğaları şəklindəki səslər, yenə qəbuledicinin bağlı olduğu antena yoluyla qarşılanar. Antenanın istifadə məqsədi, radio ötürücüsündən göndərilən dalğaların kosmosa ötürülməsidir. Qəbuledici vəzifəsi görən antena isə, ən çox radio dalğasını toplamağı və mesaj almağı hədəfləyir. Bu səbəblə milyonlarla kilometr uzaqlıqda olan peyklər üçün, NASA, 70 metr diametrində nəhəng peyk antenaları istifadə edir.

Bunlardan başqa, radio dalğaları istifadə edilərək görüntüləməyi hədəfləyən radio teleskopları da vardır. Radio dalğa boyları çox böyük olduğu üçün, radio teleskopunun da fiziki olaraq görüntüləri müqayisə edilə bilən dəqiqlikdə qəbul edə bilməsi üçün, daha böyük olması lazımdır. Radio görüntülərini daha yaxşı və daha dəqiq etmək üçün, göy alimləri, dəfələrlə kiçik bir neçə teleskopu ya da qəbuledici çanaqları sıra halında birlikdə istifadə edərlər. Bu teleskoplar birlikdə böyük tək bir teleskop kimi davranarlar. Bunların görünüşü də sıra dağlara bənzəyir.

Bundan əlavə, radio əlaqəsində uzaq məsafələrdə ünsiyyətə imkan təmin etmək üçün “təkrarlayıcılar” (repeator) istifadə edilir. İngiliscədə təkrar edən mənasındakı “repeater” sözüylə adlandırılan bu cihazlar, zəif siqnalları təkrarlayaraq gücləndirər və uzaq məsafələrə ötürülməsini təmin edərlər. Bu cür cihazlar xüsusilə yüksək binaların və ya dağların üzərinə yerləşdirilərək ən yüksək təsir meydana gətirməsi təmin edilir. Ayədə dağlara diqqət çəkilməsi və “təkrarlamaq, dönmək, səsi geri çevirmək” mənalarını verən “evvibi” sözünün istifadə edilməsi son dərəcə hikmətlidir. Səba surəsi 10-cu ayəsindəki “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” (Doğrusunu Allah bilir.)

daglardaki radyo_alicilari_image001daglardaki radyo_alicilari_image003

Dexter, Miçiqanda Peach dağındakı radio teleskopu

Şəkildəki antenalardan biri 212 ton, 10 mərtəbəli bina uzunluğunda və 25 metr enindədir. 1