A9 TV, 5 aprel 2018-ci il
(Zeytun Dalı Hərəkatına qatılan əsgərlərə mənəvi rahatlıq vermək üçün sərhədə gedən sənətçi və idmançıları “alçaqlar” olaraq xarakterizə edən CHP lideri Kılıçdaroğlu, bu sözləriylə əlaqədar açıqlama da etdi. Kılıçdaroğlu “Sənətçilərlə əlaqədar söylədiyim hər sözün arxasındayam, az belə söylədim” dedi.)
İndi burada səhv anlaşılma var. Bu sənətçilər biz AK Partiyalıyıq demirlər. CHP də çağırsa, CHP-yə gedərlər, hər yerə gedərlər. Yəni bir militan havası kimi gördü deyəsən, bilmirəm ki. Bu insanlar sənətçidir, kim hara çağırsa gedər. Sənətçi xalqın hamısını qucaqlamaqla mükəlləfdir. Xalqın hər seqmentinə xitab edər. CHP-li çağırsa CHP-yə, MHP-li çağırsa MHP-yə gedər. Dövlətin Cumhur rəisi, Baş qərargah rəhbəri bir yerə gedir və sənətçiləri çağırırlar “buyurun gəlin” deyirlər. Dövləti, milləti, əsgəri dəstəkləmək üçün, mənəvi rahatlıq vermək üçün gedirlər. “Xeyr gəlmirik” demələri lazım idi? Necə olmalı idi?
Doğrusu nədir, onu anlaya bilmədim mən. Sənətçi demək xalqı qucaqlayan deməkdir. Əsgəri qucaqlayar, dövləti qucaqlayar hər kəslə iç-içədir. Məsələn, sənətçi mahnı oxuyur, bütün xalq dinləyir, elə deyil? Məsələn, kazinoya gedir demokrat da, sosialist də, CHP-li də hamısı gəlir, hər kəs onlara alqışla cavab verir, hər kəs təqdir edir. “Mən MHP-liyə söyləmirəm, CHP-liyə söyləmirəm” demir ki, elə deyil? Bu insanlar sənətçidir.
Bir müharibə olmuş, meydan savaşı olmuş və zəfər qazanılmış, PKK məğlub olmuş o zəfər qeyd olunur. Bizim bütün zəfərlərimizdə qeyd etmə olmuşdur. Osmanlı dövründə də, Səlcuqlularda da həmişə bu belədir, adətdir. Zəfər qeyd olunar, çox məqbuldur. Yəni zəfəri qeyd etməyib də nə ediləcək? O zaman 30 avqust Zəfər Bayramıdır, onu da ləğv etmək lazımdır. 30 avqustdan əvvəl cəbhədə çoxlu əsgər şəhid olmuşdu, elə deyil? Dumlupınarda, orda-burda bir çox yerdə 1-ci İnönü, 2-ci İnönü, hər yerdə çoxlu şəhid verdik. O zaman onları qeyd etməyək. Zəfər qazanmışıq zəfəri qeyd edəcəyik.
(Keçdiyimiz günlərdə 6 Fetoçu imam Kosovada tutularaq Türkiyəyə gətirilmişdi. Bu hadisədən sonra Kosova Baş nazirinin uşaqları Feto məktəblərində oxuduğu və təşkilatın Kosova Baş nazirinə hədiyyə adı altında pul köçürdüyü ortaya çıxmışdı. Kosova Baş naziri Ramush Haradinaj bu gün Türkiyəni hədəf aldı. Haradinaj, ölkədən kənar məlumatın ona çatdırılmadığını söyləyib daxili işlər naziri və kəşfiyyat şefini vəzifədən uzaqlaşdırdı.)
Məlumat verilməməsi doğrudur? Onsuz da kiçik bir ölkədir, oradakı dövlətdəki axından xəbəri olmaması mümkün deyil. Hər halda sonradan peşman oldu. Almaniya və başqaları reaksiya verdiyində qorxub xəbərim yoxdur deyir hər halda. Xəbəri olmazmı? Xəbəri vardır. Belə bir nəticə olacağını təxmin edə bilməmiş ola bilər. İngiltərə və başqaları hər kəs reaksiya göstərdisə. Əslində İngilis dərin dövlətini hesablamamış. İngilis dərin dövləti hələ dişini yeni göstərdi. Bəli, demək ki, çəkinmiş.
(“Allah hansı əxlaqı bəyənir?” tamaşaçı sualı)
Allahın tək istədiyi Öz ruhundan yaranan bu varlığın Özünü sevməsidir. Allahın tək hədəfi sevgidir. Özü sevgini yaşayır, bizim də onu sevməmizi istəyir. Hər şey onun üçündür. Məsələn, bu qəhvə fincanı sevgi məqsədlidir. Gözəl olduğu üçün, bu sevgini yaratmaq üçündür. Sevgini coşdurmaq üçündür. Məsələn, pencəyin düymələri də sevgi üçündür. Məsələn, bu qədəhin gözəlliyi sevgi üçündür. Məsələn, Allah, “cənnətdə qədəhlər var” deyir, sevinc, sevgi, incəsənət bunların hamısı iç-içədir, xoşbəxtlikdir. Amma bunların hamısının tək nöqtəsi sevgidir. Amma Allahı sevərkən bilinməyən hər hansı varlığı sevir kimi deyil, səmimi olub sarsıdıcı fövqəladəliyi görmək lazımdır. Yəni Allahın varlığının çox sarsıdıcı fövqəladəliyini görmək lazımdır. Sonra o bizi heyrətlər içində buraxan, milyonlarla dəfə, sonsuz dəfə heyrətlər içində buraxan böyüklüyünü, gücünü görmək lazımdır. Bunu gördükdən sonra, anladıqdan sonra onsuz da biz bir aləmə keçərik. Bu aləm, bədən bunu bir az hiss edər, yəni bədənin hiss etdiyi bir aləmdir. Ondan sonra həyatıyla müəyyən olar. Həyatına baxdığımızda o insanın heyrətamiz dərəcədə qorunduğunu görərik. Və nə deyirsə olar. Bax, hər istədiyi olar. Amma sevgi məqsədli olan, Allah üçün olan, xeyirli olan nə istəyirsə hamısı tək-tək olar. Allah ayədə, “dua edin duanızı qəbul edim” deyir. Hamısı olar. Amma adam zənn edir ki, “Ya Rəbbi məni milyarder et, yan gəlib yatım”. Elə bir şey olmaz. Elə olduqda Allah süründürər. Allahın varlığını çox yaxşı qavramaq və Allahı çox sevməyə istiqamətli, sonsuz sevməyə istiqamətli dünyagörüşü lazımdır. Bundan başqa həyat olmaz.
Fələstin xalqı hz. İsmayılın övladlarıdır, hamısı peyğəmbər soylu nur kimi insanlardır. Yəhudilər də hz. Yaqubun övladlarıdır. Barışmalarını təmin etsək o gözəl torpaqlar cənnət kimi olar, hər yer bayram olar
İsrail, II Dünya müharibəsindən sonra İngiltərə tərəfindən quruldu, hər kəs bunu bilir. Sən bunun nəyini rədd edirsən? Minlərlə sənədi var. O düşüncə bəzi protestantlarda da var. Topdan hamısını İsrailə aparıb hamısını məhv etməkdir, yalnız 120 min yəhudini sağ buraxıb hamısını məhv etməkdir. Elə bir şey olmaz. İsrailin tükünə toxunanın canına toxunarıq, söyləyim. Qanunla, hüquqla, elmlə, mədəniyyətlə. Və yenə söyləyirəm, göy qübbəsini başlarına keçirərik. Bu eynisi Fələstin üçün də keçərlidir. Mən Fələstin xalqını qardaşlarım olaraq çox sevirəm. Hamısı hz. İsmayıl (ə.s)-in övladlarıdır, peyğəmbər soyudur. Amma bir barışdıra bilsək ora cənnətə dönəcək, cənnətə. Fələstinli qardaşlarımızın olduğu yerlər, sahillər çox gözəl yerlərdir. İsraillə əməkdaşlıq etsələr ora, Orta Şərqin ən sadə, ən gözəl yerlərindən biri olar. Və çox fərahlıq, bərəkət, yaxşılıq, gözəllik gələr. Dindarlığı yaşayarlar, Allahı xatırlayarlar. Barışdıra biləcəyimiz bir yolu tapmağa çalışaq. Yəni ortalıq bir anda bayrama dönər. İsrailin dövlət adamları bu mövzuda bir az bacarıqsız davranırlar. Fələstinlilər də bacarıqsız davranırlar. Gərəksiz yerə hadisələr savaşa çevrilir. Halbuki barışdırsaq inanılmaz gözəlliklər olar. Çox gözəl yerlər oralar. İnsanları da gözəl və barış yurdu olar və əla olar. Amma biz bir hakimlik edək, vəsilə olaq.
İncəsənət, müasirlik, qadın azadlığı, keyfiyyətə üstünlük verilən bir anlayış olduğunda, sahilboyu bölgələrindən səs ala bilməmək deyə bir şey qalmaz
AKP bələdiyyələri qazanması üçün, sahilboyu şəhərləri qazanması üçün dekolte təşəbbüsü yer almalıdır. Xanımların dekoltesini hörmətlə qarşıladığını və müasir Türkiyəni istədiyini, musiqi, rəsm, heykəl, gözəl sənətlərə əhəmiyyət verdiklərini, keyfiyyəti ön planda tutduqlarını, qadın azadlığını dəstəkləməyin dəlillərini dəfələrlə vurğulamalıdırlar ki, ictimaiyyətdəki bu imic aradan qalxsın. Tayyib hocam indi çox gözəl hücuma keçdi, mükəmməl hücumlar etdi. Diyanatə də təsir etdiyi üçün Diyanət də Tayyib hocam vəsiləsiylə çox gözəl hücumlar etdi. Çəkilən fotoşəkillərlə, məsələn, bu sənətçilərlə çəkilən fotoşəkillərin müxalifəti bu qədər qəzəbləndirməsinin səbəbi AKP-nin müasir görünüşüdür. İncəsənətə, müasirliyə, qadınlara və dekolteyə olan müsbət dünyagörüşüdür. Bax burada meydana gələn qəzəbin tək səbəbi budur. Çünki CHP bu mövzuda üstündür. Amma AKP-nin üstünlüyü çox zəifdir. Bu zəif üstünlükdən ötrü boş yerə sahilboyu şəhərlərinin demək olar ki, hamısını itirir. Bələdiyyə seçkilərində böyük şəhərləri də itirmə təhlükəsi var. Ona görə müasir gəncliyi qucaqlayan, ziyalıları qucaqlayan, qadın dekoltesinə qarışmayan, hətta hörmət etdiyini açıq şəkildə bəyan edən, göstərən hərəkətlərin çox olmasında böyük fayda vardır. Bir tək sənətçilərlə bu mövzu həll olmaz. Bu gözəl irəliləyişdir, Tayyib hocamızın çox gözəl irəliləyişidir, amma bu kifayət deyil. Bunu daha da yaymaq lazımdır.
Mələklər Allah sevgisiylə divanə olmuşlar. Buna görə nur kimi tərtəmizlərdir. Allaha aşiq olanı da dəli kimi sevərlər
Mələklərin vəzifəsi, Allahın eşqini insanlara öyrətməkdir. Onlar aşiqdirlər, yəni dəli aşiq, o dərəcəyə gəlmişlər. Sonsuza qədər səcdədən qalxmaq istəmirlər, o qədər aşiqdirlər yəni. Mələklər Allah sevgisini öyrədən müəllimlərdir. Ağılları, fikirləri sevgidir. Hal-hazırda burada da vardırlar. Ağılları, fikirləri sevgidir, hər mövzunu sevgi üçün edərlər. Nə edirlərsə Allah sevgisi üçün edirlər. Yəni Allah sevgisiylə sanki divanə olmuşlar. Mələklərin xüsusiyyəti budur. Ona görə əllərindən, üzlərindən nur axar. Əcaib şirin və çox gözəldirlər. Əxlaqları çox mükəmməldir. Allah, Allah, Allah başqa heç bir şey yoxdur ürəklərində, həmişə Allahın sevgisidir. Allahı sevənləri sevərlər, Allahı sevərlər. Onun üçün möminlərdən Allahı kim sevirsə oraya yığışırlar. Məsələn, bax 3 min mələk. Hz. İsa Məsih (ə.s)-ı göyə alan mələklər eyni mələklərdir. Hz. Mehdi (ə.s)-ı heç buraxmazlar. Sevir, yəni xüsusi 3 min mələk, bir, iki, on dənə deyil, 3 min mələkdir. Aşiq, əcaib sevir, hz. Mehdi (ə.s)-a Allaha xidmət edir deyə gecə-gündüz dəstək olurlar. Məsələn, hz. Musa (ə.s)-a pərəstişkardırlar, Peyğəmbərimiz (s.ə.v)-ə pərəstişkardırlar, mələklər sevgidən sanki dəli olurlar. Məsələn, mələklər hz. Mehdi (ə.s)-ı əcaib sevərlər. Həmişə sevgidir, məsələn, Peyğəmbərimiz (s.ə.v) Allaha deyir, “o işıq saçan adam kimdir?” Allah, “o Mehdidir” deyir. “Mən onu çox sevirəm, sən də onu çox sev. Onu sevməyənlərə Mənim düşmənimdir, sən də düşmən ol” deyir. Nədir bu? Sevgidir.
(Səhihi Buxaridən mehdiyyət ilə əlaqədar bir hədis. Peyğəmbərimiz (s.ə.v) hədisdə, “İmamınız (dövlət başçınız) özünüzdən olduğu halda Məryəm oğlu sizin aranıza endiyi zaman (İsa da imamınıza tabe olduğunda) görəsən sizlər necə olarsınız?” deyir.)
Mənim adamlara yazığım gəlir, yəni adamların çırpınması zarafat kimidir. Kutubu Sittənin hamısı doludur. Bütün Əhli Sünnə alimlərinin hamısı hissələrə ayırmışlar. Mehdiyyəti hissə-hissə ayırırlar. Mehdi (ə.s) ilə əlaqədar kitablar yazmışlar. Hara inkar edirsən? Bütün mücəddidlərin hamısı uzun-uzun yazmışlar. Tövratda, Zəburda, İncildə keçir. İncildə Faraklid deyə keçir. Mehdi (ə.s), Farakliddir. Tövratda və Zəburda Moşiyah olaraq da keçir. Buxari, Müslim, Tırmizi, İbni Macə, Sünəni Nəsai, Sünəni Davud hamısında var. Əbu Hənifə, Mehdi (ə.s)-ı açıq və uzun şəkildə izah etmiş. İmamı Habel, uzun-uzun izah edir. İmamı Şafi, uzun-uzun izah edir. İmamı Malik, Mehdi (ə.s)-ı uzun izah edir. Hara inkar edirsiniz? Bütün şiə alimləri, şiəlikdə Mehdi (ə.s)-ın gəlişi iman əsaslarındandır. Hara inkar edirsiniz? Parklarda ümidsizcə çay içib belə, “Mehdi (ə.s) gəlincə nə edəcəyik?” deyir. Nə edəcəksən? Daha yaxşı olacaqsan. Çay içməzsən, daha faydalı gözəl şeylər içərsən.
(Eskişehir Osmanqazi universitetində Vulkan Bayar adlı elmi işçinin silahlı hücumu nəticəsində 4 insan həyatını itirdi. Ədliyyəyə getdiyinə görə hücumdan xilas olduğunu ifadə edən professor doktor Aişə Aypay, Vulkan Bayar haqqında dəfələrlə şikayət etdiklərini ancaq heç bir tədbir görülmədiyini söylədi. Aypay, “Vulkan Bayar rəsmi Fetocudur. Bunu kimsə görmək istəmədi” dedi.)
Adam ruh xəstəsidir. Normal bir şey deyil. Təbii ki, belə hadisələr baş alıb gedir. Bunlar şizofrendir, yoxsa ənənəçi ortodoks fikirlə yetişdirilib Fetoculuğun dəli quyusunda manyaklaşdırılmış tiplərdr? Bir də fetoculuq insanları necə dəli edir bu da heç araşdırılmadı. Yəni havalanma həddinə, o manyaklıq həddinə necə gəlirlər? Yəni orada bir sirr var. Manyaklığın əldə edildiyi bir sistem var. Bu sistem haqqında kimsənin məlumatı yoxdur. Yəni ilk mərhələsini anlayırıq. Risalə-i Nurdan bəhs edirlər hər halda. Fəthullah Gülənin jurnallarından, kitablarından bəhs edirlər böyük ehtimalla. Amma bu dəlilik mərhələsinə necə gətirirlər bu müəyyən deyil. Dövlətin MİT-i var. İmkanları var. Təhlükəsizliyin kəşfiyyatı var. Bu mövzuda heç araşdırma edilmədi. Bu adamlar manyak həddinə hansı sistemlə, hansı izahatla soxulur bilinmir. Yəni bilənlərin bu mövzunu araşdırması lazımdır. Əldəki mövcud dəlilləri göndərsinlər baxaq. Yəni mütləq sorğulamalarda bir şeylər çıxmışdır. Polis araşdırmalarında bir şey çıxmışdır.
Mömin cənnətdən gələr və cənnətə gedər. Möminin sonsuz həyatı və dünya imtahanı bütün olaraq yaradılmışdır. Möminin həyatı blokdur, bütündür
İman edən onsuz da ruh sahibi olaraq ən başdan elə yaradılır. Yəni qədərində onsuz da iman etmək, Quran, müsəlmanlıq olur. Müsəlmanlarla birlikdə yaradılır, yəni blokdur o. Baxıldığında görülər. Yəni o adamın cənnətdə sonsuz həyatı vardır. Cənnətdəki sonsuz həyatından dünyaya bir keçid vardır. Dünyadakı həyatında da yoldaşları müsəlmandırlar, Quran, namazları, ibadətləri hamısı bir bütündür. Yəni diqqət yetirsəniz kəsilməz davam edir. Anasından dünyaya gəlmə şəkli vardır. Müəyyəndir. Yəni dünyaya gəlmək üçün bir səbəbi odur. Və Zər aləminə gedər. Zər aləmindən yenə cənnətə gedər. Yəni ucu bucağı olmayan bir xətdir bu. Bu səbəbdən, yəni sonradan durduq yerə iman etmə deyə bir mövzu yoxdur. Müsəlman blok olaraq, imanlı olaraq yaradılır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) cənnətdən gələn bir insandır. Yəni bir ucu cənnətdədir. Amma gəlib burada mübarizə edər. Cihad edər. Bir ucu Zər aləmindədir. Allaha söz verər. Amma məsələn, Zər aləmi blok olaraq çıxardılmış olsa, dünyaya gəlişi, mübarizəsi, cihadı, ibadətləri, namazı, əxlaqı, gözəlliyi, münafiqlərlə mübarizəsi sonra vəfatı və cənnətdəki həyatı bir parça olaraq çıxardıla bilər. Amma bütündür.
Səmimiyyət ağlın üzərindəki təzyiqləri ortadan qaldırar. Bu aydınlıqla Allahın böyüklüyü aydın olar. Səmimiyyətdə fərahlıq vardır
Həqiqi ağıl, səmimiyyət içərisində təzyiqdən təmizlənilmiş ağıldır. Yəni Quranda buna təmiz ağıl sahibləri deyilir. Yəni insan çox səmimi olaraq beynindəki bütün təzyiqləri ortadan qaldırar. Yəni romantiklik, qəzəb, kin, nifrət, dar düşünmə, sıravi düşünmə, eqoistlik kimi insan beyninə mənfi təsir edən bütün pis, aqressiv fikirlərdən uzaqlaşdıqca ağlı aydınlaşar. Amma yalnız bu aydınlığın təmin edilməsi kafi deyil. Bu aydınlıqla Allaha baxılar, Allahın böyüklüyü aydın olar. Allahın böyüklüyü bir insan üçün başa düşülməsi mən açıqca söyləyim ən çox on, on beş dəqiqə davam edər. Yəni diqqətini versə on, on beş dəqiqə içində anlayar. Səmimiyyətdə fərahlıq vardır. Danışma qabiliyyəti meydana gətirər, düşünmə, mühakimə düzgün hala gələr. Allahın böyüklüyündə metafizik dünya səviyyəsində bir güc halına gəlir. Bu da ona bədənində səssiz-sədasız bir duyğu şəklində hiss etdirilər. Yəni müsbət duyğu şəklində bədənində hiss etdirilər. O gücü aldığında o insanı artıq məğlub edə bilməzsən. Dünyada onu məğlub edəcək güc yoxdur. Heç kim məğlub edə bilməz. Allahın köməyi onun üzərindədir artıq. O insanın hər dediyi, hər istədiyi olar. Amma baxın diqqət yetirin o hər şeyi Allah üçün istəyir, Allah üçün edir. Hər istədiyi yerinə yetirilər. Müəyyən bir müddət ərzində, ömrü ərzində istədiyi hər şeyin hamısı edilər. Bu çox böyük möcüzədir. Əllə tutular, gözlə görülər möcüzədir. Məsələn, həzrəti Süleyman (ə.s)-ın istədiyi hər şey oldu. Peyğəmbərimiz (s.ə.v)-in istədiyi hər şey oldu. Nə istədisə oldu. Məsələn, Nuh (ə.s), istədiyi hər şey oldu. “Ya Rəbbi bütün küfrü həlak et” dedi. “Küfrdən heç kimi sağ buraxma” dedi. Allah dediyini etdi. Normalda bu çox çətin bir şeydir, xeyli çətindir. Bütün müsəlmanları Allah gəmiyə yığdı. Küfrün hamısını məhv etdi. Məsələn, “Mənim nəslimi çoxalt” dedi. Allah etdi. “Mənə təbliğdə uzun ömür ver” dedi. Allah çox uzun ömür verdi. Həm də sağlamlıq dolu. Amma doqquz yüz əlli il ona bir soruş görək nə qədər keçmiş. Doqquz yüz əlli gün qədər belə keçməmişdir. Məsələn soruşsan, “Hələ dünən kimi” deyir. Heç bir şey deyil yəni.
(“Sizcə niyə əksər insan üzlərindəki maskanı çıxarmaz?” tamaşaçı sualı)
Gənc qızlar üçün xüsusilə çox təhlükəli olur. Çox ağlı başında olduğunu, şəxsiyyətli olduğunu göstərdiyində insanlar aqressivləşə bilirlər. Onun üçün gənc qızlar özlərini saf, başı işləməyən, mövzulara qarşı laqeyd, boş baxışlı, bir şeydən anlamayan insan kimi göstərərək özlərini qoruyarlar. Əlbəttə ki, gənc qızları buna məcbur etmək çox qorxuncdur. Birincisi elə ailəsinin dəhşətindən qorunur. Böyük qardaşı tərəfindən döyülməsindən, atasının bıçaqlamasından qorxur. Hamısı üçün demirəm, bəziləri üçün söyləyirəm. Küçədə təcavüzdən və yaxud hücumdan o şəkildə xilas ola bilirlər. Gənc qızların böyük hissəsinin üzündə mənasız ifadə olur. Onu şüurlu olaraq edirlər. Onsuz da soruşanda da özünü, şəxsiyyətini gizlədiyini də söyləyirlər. Yəni elə bağlı bir şey deyil, bilinən bir şey deyil. Bu bir müdafiə etmə mexanizmidir.
Amma gənclərin etməsi üçün bir səbəb yoxdur. Bir qisminin üzündə qəribə ifadə olur. Səbəb olduğunu bilmirəm. Bəlkə həqiqətən elədir və yaxud üzünə elə süni bir ifadə verməsi ağılsızlığından ola bilər. Təbii ki, bu gənc qızları, insanları çox narahat edər. Üzündə həqiqi bir ifadə olmaması, insanın qarşılaşdığı varlığın plastik maddə ilə örtülü olduğunu görmək, insan üçün çox ürküdücüdür. Yəni adamın nə həqiqi səsiylə danışa bilirsən, nə həqiqi gözüylə həmsöhbətsən, nə həqiqi danışığı ilə həmsöhbətsən, adam yox, başqa bir şeylə danışırsan. Bu çox ürküdücüdür və heç bir şəkildə də anlamaq mümkün olmur. Bir az vaxt keçdiyində tam fərqli xarakter məsələn, manyak xarakter üzə çıxmağa başlayır, yəni qorxu filmi kimi çox pis bərbad bir şeydir. İnsan nədirsə o olmalıdır. Mənim qənaətim, mehdiyyət dövründə bu ortaya çıxacaq. İnsanlar, öz həqiqi üzləri ilə, həqiqi şəxsiyyətləriylə və gənc qızlar, sinələrini gərə-gərə, rahat-rahat gəzə biləcəklər, həqiqi şəxsiyyətlərini də azad şəkildə göstərə biləcəklər. Çünki təhlükəsizlik tam olacaq.
(“Gələcəkdə maddənin teleportasiyası olacaq?” tamaşaçı sualı)
Cinlər edir, bu işi necə edirlər bilmirəm. Kiçik şeyləri apardıqlarını bilirəm. Dənizdən meduzanı götürüb adamın evinə aparıb qoyur. Manyaklıq yəni. Həm də meduzanı. Yaxud dənizatını. Adam nə məna versin indi, çox əcaib bir şey. Cinlər bunu bilir, amma insanların bildiyinə dair bir məlumatım yoxdur. Qurandakı ifadədə kitabdan elmi olan insanların, yəni Tövratdakı məlumatda bunun gizli olduğunu anlayırıq. “Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi:” deyir. “Mən onu sənə bir göz qırpımında gətirərəm!”, yəni yerindən qalxmadan. “Yerindən qalxmadan onu gətirərəm dedi” deyir. Məsələn, cinlərdən bir cin də “bir göz qırpımında gətirərəm!” deyir.
Bax həm cinlər bilir, həm insanlar bilir, belə bir elm var. Belə bir məlumat var. Amma hal-hazırda sistemi necə işləyir bilmirəm. Yəni taxtının nəql edilməsində təsvirinin nəql edildiyini düşünürəm. Böyük ehtimalla üç-dörd metr ekran üzərində təsvirin nəql edildiyini düşünürəm. Çünki bu məlumat hələ insanlar tərəfindən tətbiq olunmasa da, bu bilinən bir elmdir. Bu var. Yəni tətbiq olunur. Böyük ehtimalla belə bir şey bu böyüklükdə olmasa da buna yaxın tətbiq olunur, bilinir.
(“Qızlar simpatik kişiləri, yoxsa yaraşıqlı kişiləri daha çox seçər?” tamaşaçı sualı)
Qızlar simpatik kişiləri seçmələrinin səbəbi təhlükəsizlik qorxusudur, yəni baxın təəccüblənəcəksiniz, amma minyon kişiləri seçər qızlar. Minyon, yəni məsələn, qızlar yekəpər kişilərdən qorxar, çəkinərlər, çünki onu idarə edə bilməyəcəyini düşünər. Adam məsələn, tutar qolundan sürüyə bilər, qızları çox narahat edər boylu-buxunlu olması. Ümumiyyətlə belə ciddi mənada minyon, saf, nəzakətli, zarafatcıl, xoş söhbət gənclərlə danışan. Çünki orada risk yaxşıca azalmış olur, təhlükəli olmaz. Çünki zarafatcıl adam ona nə edə bilər? Söyə bilməz, hücum edə bilməz, bir pislik edə bilməz, feli bir şeyi ola bilməz. Amma yaraşıqlı olanlar daha qürurlu və təkəbbürlü olurlar. Bir də güclü, qüvvətli olduqları üçün qadınlar üçün daşındırıcı ünsür olur, yəni insanlar necə Amerikadan çəkinir elə deyil? Məsələn, nə bilim Afrikada yaşayan hər hansı biri Zimbabvedən filan kimsə çəkinməz, amma Amerikadan çəkinər, onun üçün elə boylu-buxunlu olmaq kişilər baxımından səmərəsiz olur onu bilsinlər, onu söyləyim. Qızlar haqlı olaraq güvən istəyirlər, ilk başda güvən istəyərlər, yəni qızların can təhlükəsizlikləri yoxdur, uşaqlar bundan çox qorxur. Yəni adam gücsüzlük vəziyyətində, müqtədir ola bilməmə iqtidarsızlıq vəziyyətində kompleks edir, təcavüzkarlaşa bilir, yəni o onun üçün çox böyük məsələyə çevrilir, cinnətə çevrilir. Onun üçün gənc qızlar da saf, nəzakətli və əfəndi olduqları üçün, xüsusilə gənc qızın qorxduğunu anlarsa daha da aqressivləşər, daha vəhşiləşir, gənc qızlara təqdim ediləcək ən gözəl nemət müdhiş güvən, yəni birinci; onlara çox hörmət etmək, ikinci; çox dəyər vermək və böyük bir güvəndir. Xüsusilə hücum etməyə qarşı güvən, bir də təhdid qorxusu gənc qızlarda çox şiddətlidir. Xüsusilə foto şəkil çəkir bilməm nə, bir şəkildə qıza soyuyur, az da olsa soyuyur onu əlverişsiz mövqedə şəkilini çəkir. Ondan sonra o uşağı sanki əsir edir. Halbuki gənc qızlar heç qorxmamalıdır, qanun da gənc qızların tərəfində olmalıdır.
Xərcləmə zəngini olmaq əhəmiyyətlidir. Zənginliyi ümumiyyətlə yığma zəngini olaraq bilirlər. Pul gəlir-gəlməz xərclənməlidir ki, bərəkət olsun
Mən xərcləmə zənginiyəm, yığma zəngini deyiləm, indi zəngin deyə ümumiyyətlə yığma zəngininə deyilir. Yəni adam multi-milyarderdir, qardaşım malın-mülkünün hesabı yoxdur deyərlər, məsələn adam yığmış, malını-mülkünü sayıb bitirə bilmir, o qədər çoxdur ki, sayıb bitirməsi mümkün deyil. Otellər, hamamlar məndə elə deyil. Gəlir-gəlməz xərcləmək, ən çox bir həftə, yəni xərcləmə zənginiyəm. Belə bir zənginlik nadir olar məsələn, hz. Əbubəkr (r.ə) yığma zəngini idi. Malı yığırdı. Klassik yığma zəngini idi, sonra da xərcləmə zəngini oldu. Rəsulullah (s.ə.v)-dan sonra xərcləmə zəngini idi, əlinə nə keçsə xərcləyərdi, doğrusu da odur.
(“Allahın şəxsini ağlımızla anlaya bilərikmi?” tamaşaçı sualı)
Allahın varlığına istiqamətli düşünmə səyi Allahın istədiyi qədər olur. Yəni o məsələn, sənin bu danışmağın belə Allah istədiyi üçün olur. Allahı düşünənlər müstəqil olaraq Allahı tapacaqlarını düşünürlər, o çox böyük səhv olar, yəni qeyri-mümkündür, hər anını Allah yaradır. Elə bir şey olmaz və bizim anlamağımızı istədiyi qədərini onsuz da Allah bizə göstərir, sonsuz sevgidən ibarət olan, sonsuz ağla sahib varlıqdır Allah. Bax, sonsuz sevgidən ibarət olan, sonsuz ağla sahib sonsuz gözəl olan bir varlıqdır. Sonsuz ağıl, sonsuz gözəllik, sonsuz sevgi Allahın xüsusiyyətidir. Yəni nəyi necə öyrənəcəyik biz bu ekranın xaricinə çıxa bilmərik ki, nə edirsək edək texniki olaraq da mümkün deyil, yəni belə bir varlıq meydana gəlməsi mümkün deyil, texniki olaraq olmur, olmaz da, yəni yenə bir ekrandan baxacaq, çıxa bilməz. Deyir, “Bu ekrandan çölə çıxsam nə olacaq?” Çıx yenə bir ekrandan baxarsan, yəni ikinci bir yolu olmaz.
(“İnsanlar utancaqlıq duyğusunu necə məğlub edə bilər?” tamaşaçı sualı)
O, qoruma refleksinizdir. Normaldır, yəni adamlar psixopat insanlardır. Sağı-solu müəyyən olmur. Qızların da xeyli qismi təhlükəlidir. Kişilərin onsuz da çox böyük hissəsi təhlükəlidir. Sağı-solu müəyyən olmadığına görə, qısqanc olduqlarına görə, nə edəcəklərini bilmədiklərinə görə utancaqlıq ən məntiqlidir. Pişik belə pəncəsini çox diqqətlicə uzadır, geri çəkir. Diqqət edir, elə deyil? Yəni istəsə birbaşa toxuna bilər. Gənc qızların da xüsusilə utancaq olması məncə məqbuldur. Amma diaqnozu tez qoya bilsələr utancaqlığı da məğlub edə bilərlər. Çünki güvənə ehtiyacları olur. Güvən olması üçün qarşısındakı insanın ağlı başında, məqbul biri olduğunu görmələri lazımdır. Yəni taraz olduğunu anlamaları lazımdır. Əksəriyyəti natarazdır. Tez tələsik evlənər. Məsələn, bu yaxınlarda da adam evlənmiş qızı sürüyərək aparır. Nə qədər ayıb, çirkin. Haydı evləndiyini düşünək. Məsələn, sən onu sürüməyi haradan çıxardırsan? Yəni o haqqı haradan qazandın? İmza atdısa o sənin kölən deyil ki, elə deyil? Yəni qadın səninlə evlənməyi qəbul etdiyini söyləyir, amma sənə o cür haqq qazandırmaz. Yəni qısaca mənim canım, gözəl üzlü, çox xanım bir qızdır, çox məzlumdur. Canımın içi səni çox üzərlər məcbursan elə etməyə. Diqqətli olacaqsan. Yəni xüsusilə cavanlarda çox diqqətli ol. Başına dərd olar, sən çox nəzakətli bir qızsan. Təhdid edə bilər. Çox kobud adamlar var. Birlikdə şəkil çəkdirir. Anana göndərərəm, atana göndərərəm, dayına göndərərəm deyə tərbiyəsizlik edir. Utancaq olduğuna görə təəssüf ki onlar da qorxur. Daha şişirdilmiş şeylər etməyə başlayırlar. Bu səfər onun da şəkilini çəkir. Bu səfər, bunu da göndərərəm deyir. Məhv edənə qədər məşğul olur. Onun üçün məncə diqqətli olmaqda fayda var.