A9 TV, 11 aprel 2018-ci il

 

(Adnan bəy, prezident Ərdoğan sizin illərdir üzərində dayandığınız bir mövzuda yenə açıqlama etdi. Silahlanmağa ayrılan pulla dünyanın canlanacağını söylədi. Belə danışdı: “Xüsusilə neftlə zəngin olan müsəlman ölkələrə səslənirəm; zəkatlarını bu kasıb ölkələrə versələr dünyada hər halda kasıb qalmaz. Necə ki, bir deyim var, “qərbdə israf edilən yeməklə dünyada qalan bütün aclar doyar.” Eyni bənzətməyi belə də edə bilərik; qərbin, ortalığı qarışdırmaq, terror təşkilatlarını təhrik etmək üçün xərclədiyi pulla dünyanın qalanını minimum rifah səviyyəsinə çatdırmaq mümkündür. Silahlanmağa xərclənən pullar dünyanın dəyişik yerlərindəki yağdırılan bombalar, yalnız bu Orta Şərqdə müharibə üçün çəkilən xərclər dünyadakı o kimsəsiz xalqları canlandırar.”)

 

Təbii ki, keçən həftə, o biri həftələrdə də, israrla izah etdiyimiz mövzudur. Tayyib hocam də desə daha çox adam eşidir, çox yaxşı və xeyirli olur. Təkcə Tayyib hocam bu darvinist təhsil mövzusuna bir əl atsın. Bunun zarafatı olmaz. Deist-ateist, Allahsız, Kitabsız gənclik yetişir, PKK ona görə olur. Olmur deyil olur, olduğunu görürük. Haradan çıxdı deyilməz, feli konkret dəlil var. Cənub-Şərq gəncliyi xüsusilə kütlə halında Allahsız, dinsiz olurlar, ateist, kommunist olurlar. Belə bir şey yoxdur desək, həqiqətə gözümüzü bağlasaq bu səfər çox gec qalarıq. Və bu ağıllı hərəkət olmaz. Ağıllı olan hərəkəti görüb ona görə hərəkət etmək lazımdır. Cənub-Şərqə getdiyimizdə dindar bir gənclə nadir halda qarşılaşırıq. Gənclərin əksər hissəsi darvinist, kommunist, materialistdir. Və bundan cənub-şərq xalqı da, hər kəs bunu bilir. Bu, o biri xalqlara da sıçramış vəziyyətdədir. Belə bir şey yoxdur deməklə olmaz. Həqiqətə göz bağlamaqla həqiqət yox olmaz. PKK yağışla gəlmir, təhsillə olur. Darvinist-materialist, kommunist təhsil bunları bu hala gətirir. Darvinist-materialist təhsil olduğunda, onlar baxımından avtomatik kommunist təhsil olmuş olur. Çünki onun üzərinə kommunizmi inkişaf etdirmək çox asan olur. Onlar üçün artıq o uşaq oyuncağı kimidir. Bütün məsələ darvinist-materialist etməkdədir. Ona görə görməməzlikdən gələn bir siyasət çox-çox böyük səhv olar. Sabah bir gün yaşlılar vəfat edər yaxud gedər, məmləkət gənclərə qalar, gənclər də ateist və darvinist olsa bu millət məhv olar, Allah əsirgəsin.

 

 

Deizmin yayılmasının əsl səbəbi darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlindədir. Darvinizminə elmi cavab verilmədiyi müddətcə, deizmə qarşı tədbir alına bilməz

 

Darvinist demək ateist deməkdir və yaxud deist deməkdir. Çünki “kainat təsadüfən yaradıldı” deyirsən, yəni təsadüflər nəticəsində “Allah yaratmadı” deyirsən. Bax əslində deist də olmur, tam ateist olmuş olur. Deist, ən yaxşı ehtimalla deist ola bilər, yəni dəqiq ateist olar. Çünki “Allah yaratmadı” deyirsən “təsadüf nəticəsində bir partlama oldu, təsadüfən palçıqlı sularda hüceyrə meydana gəldi.” “Əvvəl təsadüflər nəticəsində amin turşuları yarandı, amin turşuları birləşdi zülallar meydana gəldi, zülallar ilk hüceyrəni meydana gətirdi, yəni bir mikrob, bakteriya meydana gəldi, amöb şəklində idi, bu inkişaf etdi qol-ayaq çıxdı”, yəni ona bənzər bir şey idi, “sonra qurbağa oldu, qurbağadan primata çevrildi, primatdan meymuna, meymundan da insana çevrildi” deyir. Bu Allahı, dini inkardır. Burada aydın olmayacaq tərəf yoxdur. Bu səbəbdən “bir şey olmaz”, indi yaşlı nəsilə bir şey olmur düzdür, amma gənc nəsilə olur. Cənub-şərq gənclərinin böyük əksəriyyəti kommunist, darvinist, PKK-lıdır. İstəsəniz gedin baxın. O zaman PKK haradan çıxır? PKK, Almaniyada, Avstriyada orada-burada, Kürd qardaşlarımız arasında ağla sığmaz məşhurdur. PKK demək ateizm deməkdir, darvinizm deməkdir aydın olmayacaq bir tərəfi yoxdur. “Belə bir şey yoxdur” deməklə kaş ki, yox olsa. Yox deməklə yox olmur. Sən yox dedikcə daha çox inkişaf edir. Çünki təhsil darvinist-materialist təhsildir. Ondan darvinist-materialist gənclər meydana gəlir və cənub-şərqdə qum kimi kommunist qaynayır, necə yoxdur? Yox demək bu vətənə fayda gətirməz zərər gətirər. Yox demək milləti səhv məlumatlandırmaq olar, millətin müdafiə etmə refleksini qırmaq olar. Yox dediyində tədbir görülməz, adam da rahat şəkildə inkişaf edər. Bu, yaxşılıq olmaz, vətənə zərər vermək olar.

 

 

(Ölkə prezidenti Ərdoğan özünə edilən təhqirlərə partiyalı yoldaşlarının “qoyun biz cavab verək” dediyini, amma, özünün buna icazə vermədiyini söylədi. “Şəxsimə olan təhqirlər yenə üst səviyyəyə çatdı. Bütün bunların qarşısında təəssüf ki, bəzən “bunlara lazım olan cavabı siz verməyin, biz verək” deyən yoldaşlarımız var. Sözün şiddəti əhəmiyyət ifadə edir. Bunlarla əlaqədar olaraq bunu unutmayın ki, olduğumuz mövqe bu təhqirləri qəbul edən mövqe deyil. Olduğumuz mövqe o kəslərə ağıllarının alacağı şəkildə lazım olduğunda cavabını verməsi lazım olan mövqedir” dedi.)

 

Doğru söyləyir, amma, Tayyibə edilən təhqirlər məni həqiqətən heç maraqlandırmır. Mən hər yerdən xəbər alan, məlumat alan insanam, heç ciddiyə almıram. Qızılın üstünə nə atarsan at, qızılı yerə at, istəsə adam üstündə təpinsin, 24 karat qızıl elə 24 karat qızıldır, heç bir şey olmaz. Mən ciddiyə də almıram, məşğul da olmuram. Heç ağlıma da gəlmir. Bax, ən çox hadisələrin içində olan bir vətəndaşam, məndən bilsin. Heç ciddiyə alınacaq bir şey deyil. Klassik qısqanclıq, ağla, xəyala gələn hər şeyi söyləyər. Tayyib hocam heç məşğul olmasın, fikir verməsin. Elə bir şey olsa, məni hirsləndirərdi. Əhəmiyyətli görsəm onsuz da yağış kimi yağdıraram. Heç vecinə almasın. Boş şeydir.

 

 

(“Məzar ziyarəti daşa tapınmaqdırmı?” tamaşaçı sualı)

 

Təbii ki, məzara getdiyimizdə orada yalnız torpaq var, insan yoxdur. Yəni ölən insan, torpaq olar. Ayədə də keçir, torpaq olar deyir, bildiyimiz torpaq. Yəni məzarın 10 metr kənarındakı torpaqla, məzarın içindəki torpağın arasında bir fərq yoxdur. Bu səbəbdən ölü adam orda deyil, yəni ruhu getmiş, geriyə yalnız torpaqlaşmış halı qalır. Yəni daş, torpaq, qumdan ibarət bir varlıq qalmış. Bu səbəbdən orada bir insan axtarmaq səhvdir. Hətta buralar hər yer ona qalsa qədimdən qəbiristanlıq idi. Tarlaların bir çoxu qədim qəbiristanlıqdır, amma insanlar yoxdur, kimsə yoxdur, heç bir heyvan, bitki yoxdur, hamısı ölmüş, torpaq olmuşlar. Torpaqdan gəldik, torpağa qayıdırıq. Bu səbəbdən orada o cür siyasət, elə bir inanc təbii ki boşdur. Amma belə ola bilər, məsələn, məzara gedib Allahı düşünərsən, ölümü düşünərsən, təfəkkür edərsən. O mənada faydası olar, amma, ölü ilə orada əlaqəyə keçməyə çalışmaq, yəni çox aciz və gülməli bir hərəkətdir. Orada elə biri yoxdur, elə bir şey yoxdur, ölmüş getmiş axirətə. Doğru bir hərəkət olmaz. Xüsusilə oturub danışmaq. Mollalar bəzən ölü ilə elə et, belə et deyə danışırlar. Adam ölmüş, axirətə getmiş, nə əlaqəsi var, geriyə bildiyin ət, sümük qalmış, o da əriyib yox olub gedir. Amma Allahı xatırlamaq, ölümü xatırlamaq baxımından yaxşıdır. Amma o biri istiqamətdən məntiqi yoxdur.

 

 

(Hörmətli Devlet Bahçeli, deizm mövzusu üzərindən, Türk gəncliyi ilə məşğul olanların əvvəl saxta fətva verənlərlə məşğul olmasını söylədi. “Türk gəncliyi, deizmə meyllənirmiş. Yəni dinə inanmayan gənclik doğulmuş, bu nəticəyə necə gəldin? Hansı dəlillərlə, təsbitlərlə? Türk gəncliyi imanlıdır, əxlaqlıdır, dininə, mədəni əmanətlərinə, bağlı və sadiqdir. Deizm ilə məşğul olanlar, əvvəl haram yeyənlərə baxsınlar, saxta fətva və mövqeləriylə məşğul olsunlar, uşaqları istismar edən qansızlar ilə əlaqədar iclas təşkil etsinlər. Xəyallara qapılmaqdan əl çəkin, Türk gəncliyinin yaxasından düşün. Türk gəncliyi inanclıdır, şərəflidir. İnanc saxtakarlarının, din tacirlərinin, öhdəsindən gələcək gücə-qabiliyyətə malikdir” dedi.)

 

Gözəl danışmış, gözəl istəkdir. Amma təbii ki, PKK-ın cənub-şərqdəki inkişafı ateizmin inkişaf etdiyini göstərir, deizm deyil. Deizm deyə bir şey yoxdur, bir tək ateizm var. Yəni Allahı inkar, Allahsızlıq var. PKK onsuz da Allahsız sistemdir. Cənub-şərqdə, PKK-ın inkişafının səbəbi darvinist təhsildir və ateizmdir. Yəni bütün PKK-lılar, ateistlərdir. İndi biz, cənub-şərqdə PKK-lı yoxdur desək, bunun məntiqi olmaz. Bunlar, daha əvvəl “Türk gənci” normal vətəndaş idilər. Amma sonra bunlar, darvinist, materialist təhsillə PKK-lı olurlar, sayları da 10 minlərə qədərdir. Yəni işin doğrusu yüz minlərə qədərdir. Bu səbəbdən bu iddia doğrudur. Darvinist, materialist sistem inkişaf etdikcə bu taun da inkişaf edir. Bunu Bədiüzzaman Səid Nursi söyləyir. “İnandırma və təlqin qabiliyyəti inkişaf etdikcə, bu taun da inkişaf edər” deyir. Yəni darvinizm inkişaf edər. Bu səbəbdən darvinist təhsilin, Milli Təhsil Nazirliyindən ləğv olunmalıdır. Buna yox desək faciə olar. Cənub-şərqdə PKK-ın inkişafının tək səbəbi darvinist təhsildir. Yəni belə bir gənclik yoxdur, yəni cənub-şərq gəncliyi həmişə imanlıdır, əsla PKK-lı olmaz deyə bilirikmi? Deyə bilmirik. Cənub-şərqdə, 80%-ə yaxın ateist gənc sayı var. PKK-lı, yəni PKK-ya uyğun. Edilən təsbitlər, kimdən soruşarsan soruş bu şəkildə söyləyirlər. Cənub-şərqdə gəncliyin böyük hissəsini itirdik deyirlər. Onun üçün biz, burada bunu ört-bas etmək vəziyyətində deyilik, əksinə təhlükənin üstünə getmək vəziyyətindəyik.

 

 

(Amerika, Şərqi Qutadakı hücumu bəhanə edərək Suriyada hərbi müdaxiləyə hazırlanır. Dünən axşam saatlarında Amerikan donanması Harry Truman aviadaşıyıcı gəmi hücum qrupunu Aralıq dənizinə göndərdi. Kosmik gəminin üzərində təxminən 50 təyyarə var. Bu aviadaşıyıcı gəmisinə bir kreyser, 4 dağıdıcı yoldaşlıq edir. Amerikan Hessen adlı freqat da bu döyüş gəmilərinə əlavə olaraq yola çıxır.)

 

Onsuz da Suriya deyə bir ölkə qalmadı. Yəni ən qısa müddətdə oranı tamamilə ələ keçirmək istəyirlər. Hal-hazırda ora qarət edilir. Qarət fikriylə yaxınlaşırlar. Əsəd çox yanlış siyasət izləyir. Halbuki bu cür sünniləri, şiələri mehribandır, məsələn mehdiyyəti müdafiə edirlər. Əvvəldən ona söylədim. Dedim ki, “Mehdiyyətdən yana olduğunu söylə. Mehdi (ə.s) çıxacaq, amma vaxt bildirmə” dedim. “Sünni, şiə hamısı qardaşımızdır. Amma mən fanatikliyə qarşıyam. Müasir İslam anlayışını, Quran müsəlmanlığını müdafiə edirəm” sənə dəstək olacağıq dedim. Söz dinləmədi. Yəni məsləhətçisi də bura gəlmişdi. Onunla da xəbər göndərdim. Dinləmədi. Məhz qorxduğuna görə belə oldu deyərlər deyə belə axmaq bir şərh etdi. Olmaz elə şey.

 

 

(Ölkə prezidenti Ərdoğan, hörmətli Kılıçdaroğlunun Hataya gedəcəyi məlumatı üzərinə “Aman əsgər uzunboğaz çəkməyi də unutma” dedi. “İndi eşitdim ki, Hataya gedirmiş. Xeyirdir, sabahınız xeyir. Nə oldu? O zaman edəcəyin bir şey var. Əsgər uzunboğaz çəkmən əskikdirsə, sənə onu da göndərək. Olar da, əsgər geyimlərin filan əskikdirsə onu da göndərək. Bunu bir daha bilməlisən, biz bu ölkədə əsgərimizlə doğulduq, əsgərimizlə irəli getdik. Mehmetciyimiz ilə doğulduq, Mehmetciyimiz ilə gedirik. “Afrində nə işiniz var? Afrinin mərkəzinə qədər əsla girməyin ha!” deyən kim idi? Siz deyildiniz? Məhz biz Kamal bəyə baxmayaraq “Zeytun Budağı” əməliyyatını etdik. Bu səhər etibarilə təsirsiz hala gətirilən terrorist sayı 4 min 71 nəfər idi. Hər halda gözyaşı tökməyi də unutmazsan. Aman gözyaşı tökməyə laqeyd yanaşma” dedi.)

 

Bunlara gərək var? Məncə cavab verməsələr bitər. Bunların nə mənası var? Son günlərdə bu sürətləndi. Sənətçilər qəti olaraq cavab verməsinlər. Bax Mustafa Kəsər, məsələn, mən israrla söylədim. Bax deyir ki, “bizi təhqir etdilər.” Təhqir edildik dediyində o təhqirə çevrilər. Demə. Fikir vermə. Səninlə əlaqədar bir şey yoxdur. Pis söz havaya gedər, torpağa qarışar. Niyə üzərinə alırsan? Bizə edildi deyir. Sən qarışma. Biz sənə onunla məşğul olma dedik. Sən çox keyfiyyətli dəyərli sənətçisən. Millət sizə dəyər göstərdiyinə görə, dəyər verdiyinə görə sən hər yerdə dəyər görəcəksən. Millətin düşüncəsi əhəmiyyətli deyil? On adam əleyhinədir. Olsun sənə nə? Biz sizi sevirik. Siz baxmayın millətin nə dediyinə. Siz qarışmayın. Təcrübə əhəmiyyətlidir. Millət sizi sevirmi? Sevir, bitdi o qədər. Adam səhərə qədər desin. Nə deyirsə desin. 3 adam bir şey dedi deyə bütün Türkiyəni ayağa qaldırmanın bir aləmi yoxdur. Fikir verməyin, məşğul da olmayın. Tayyib hocam də məncə heç cavab verməsin. Bunun əvvəli axırı yoxdur. Nə gərək var? Tayyib hocam biz səni tanıyırıq. Sevirik, hörmət edirik.

 

 

(CHP sədr müavini Engin Özkoç, ölkə prezidenti Ərdoğana istiqamətli ağır çıxış etdi. Eyni zamanda hörmətli Devlet Bahçeliyə istiqamətli də sərt çıxış etdi: “Siz 8 aprel 2014-cü ildə “Əvvəl avtonomluğa, arxasından Şimali Kürdüstana açıq qapı buraxandan prezident olmaz deyərək Ərdoğana səslənmədiniz? Körpə qatili ilə müzakirə edəndən olmaz deyən Devlet Bahçeli sən deyildin? Ya o gün yalan danışdın ya bu gün kreslo adına bu prezidentə biət edib indi yalan danışırsan. İkisindən birini bu millətə etiraf etmək məcburiyyətindəsən” demiş.)

 

Olarmı heç qardaşım, Türkiyə mühasirə altına almış İngilis Dərin Dövləti dəccaliyyət hücum halında respublikanın da başında bir respublika rəisi var, hörmətli Devlet Bahçeli də milli insan olduğu üçün onu dəstəkləyir. Keçmişdə nə dediyi, danışdığı əhəmiyyətli deyil. Son halı əhəmiyyətlidir. Keçmişdə nə danışdığını biz də bilirik. Biz onu səhv olaraq qəbul edirik, səhv deyirik. Onu bir şəkildə söyləmiş. Amma hal-hazırda yerli və milli qərarlı bir insandır. Bəlkə taktika olaraq etdi, bəlkə onları danışdırmaq üçün etdi. Dövlət adamı bir şey etdiyində biz onu hər istiqamətiylə qavraya bilmirik. Ledüni istiqaməti ola bilər, taktika edir ola bilər. Siyasi manevr ola bilər, necə ki, elə olduğunu görürük. Bu səbəbdən hörmətli Bahçelinin də o dövrdə elə danışması da normal haldır. Bu mübahisənin bir az gücünü qıraq MHP də bunlara cavab verməsin, hörmətli Bahçeli də cavab verməsin, Tayyib hocam də cavab verməsin. Millət də onları dəstəkləyir, elə bir problem yoxdur. Bu çıxışlar onların əleyhinə olmaz. Bizə mənfi təsir etməz, kimsəyə mənfi təsir etməz. Edəcək kimi olsa, biz onsuz da ona gərəyini edərik. Bunlar boş çıxışlardır, nə deyir? “Uzun burun ayaqqabı geyir” sənə nə Allah Allah. Ucu uzun olsa nə edəcəksən, bu nə sözdür? Buna cavab verməyə nə gərək var? Sənə nə, çox nalayiq izahlardır. Belə şeylərlə məşğul olmağa ehtiyac yoxdur.

 

 

(Hörmətli Devlet Bahçeli Yunanıstanın bizə yönəltdiyi təhdidlər haqqında belə bir şərh etdi. “Yunanıstanın yan tərəfdən çarxlı və ruhən tükənmiş müdafiə nazirinin söz və təhdidlərinə toxunmaq istəyirəm. Bu nazir artığı Türkiyəni düşmən olaraq xarakterizə etmiş. Egey adalarına və sərhədinə əlavə yeddi min əsgər göndərmiş. Birlik olub bizi əzəcəklərmiş. Mart ayının əvvəlində həbs olunan iki əsgər üçün də “Lazım olsa gedər onları alıb gətirərik” demiş. Aydın olan Yunanıstan Müdafiə Naziri ağlını itirmiş, yediyi ürək özünü dəli olmaqdan betər etmiş. Mifologiyaya özünü çox qapdırmış ki, Zeusa istəyi artmış, Apollonu mənimsəmiş. Yuxudadırsa oyansın, isteriya xəstəliyi varsa ən yaxın klinikaya yatsın. İkidə bir dişlərini göstərməsi bihudə bir çırpınmadır. Biz yeri gələrsə o dişləri sökməsini, hətta qırmasını çox yaxşı bilirik” dedi.)

 

Bilmirəm bu sözün altından bir daha qalxa biləcəyini zənn etmirəm. Amma o nazir hər halda bir az safdır. “Yeddi min əsgər göndərdik” filan lağ edər kimi, yəni uşaq kimi danışır. Hər halda təcrübəsiz, məlumatsız insanları nazir edirlər, o da ağlına nə gəlirsə söyləyir. Onu hər halda biri təşviq etmişdir, amma bunlarla aranı düzəltmək lazımdır. Bunlar uşaq kimidirlər, yəni lüzumsuz rəftar göstərirlər. Yalnız bunlarla deyil, oradakı vəqfləri, dərnəkləri əsas alan, böyük cəmiyyət quruluşlarını əsas alan yoldaşlıq, qardaşlıq siyasəti izləmək lazımdır. Hökumət adamları bir az spirt filan içib belə danışır da ola bilərlər. Yəni onları əsas olaraq görməmiz, ciddi qəbul etməmiz də mümkün deyil.

 

 

(“Amerikaya güvənmək doğrudur?” tamaşaçı sualı)

 

İndi əslində Amerikasız da olmaz, yəni Amerika olmasa dünyaya mövhumatçılıq hakim ola bilər. Yəni İŞİD zehniyyəti, Taliban, Əl Qaidə hər yeri çox rahatlıqla işğal edib darmadağın edə bilərdilər. Yəni o istiqamətdən təbii ki, Allah bir tarazlıq təmin edir. Yəni yoxsa Əfqanıstanın Talibanın idarəsi altında olduğunu düşün, Pakistanı ələ keçərdiklərini düşün, Misirdə ənənəçilərin hakim olduğunu düşün, Suriyada və İraqda İŞİD-in hakim olduğunu düşün, Türkiyə məhv olar, Allah əsirgəsin. Avropanı da məhv edərlər, hər yeri məhv edərlər. Allah mütləq o tarazlığı yaradır. Təbii ki, biz Amerikaya bir çox istiqamətiylə qarşıyıq, amma Allah heç bir şeyi lazımsız yaratmaz. Yəni Amerikanın da mütləq bir hikməti, xeyri vardır, Rusiyanın da hikməti xeyiri vardır, İsrailin də hikməti xeyiri vardır. Hər şey Allah tərəfindən bir tarazlıq və plan üzərinə yaradılır. Şeytandan Allaha sığınıram, Allah ayədə belə buyurur “…Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi…” (Həcc surəsi, 40). Yəni Allah insanları bir-biriylə dəf edir, bu Allahın qanunudur. Bu səbəbdən əlbəttə ki, Amerikanın bir çox anormal istiqamətləri olmaqla birlikdə liberaldır. Yəni daha azad, parlaqdır. Dini, dindarlığı, din azadlığını müdafiə edər. O biri cür düşünün, məsələn, Çin zehniyyətinin hakim olduğunu düşünün, məhv olardıq. Amma Rusiya son zamanlarda daha yaxşıdır, lakin Rusiyanın da tək başına bir şey edə bilməsi çox çətindir. Bu səbəbdən əsl güc Allahdır.

 

 

(“Allah axirətdə surətimizi dəyişdirəcəkmi?” tamaşaçı sualı)

 

Əlbəttə ki, biz burada çox ciddi şəkildə acizlik içində yaradılarıq, yəni insan çox aciz yaradılır. Yəni qadınlar bəzəklə, kişilər baxımla zor ayaqdadırlar. Dərmanlar, əczaxanalar insanlara çalışır. İnsanlar dərman istifadə etməsə çox rahat ölər. Otuz yaşına qədər belə yaşaya bilməz. Dərman istifadə edərək yaşaya bilir. Amma cənnətdə əczaxana yoxdur, xəstəxana da yoxdur, çünki xəstəlik də yoxdur. İnsanlara sonsuza qədər heç bir şey olmaz. Dərman, xəstəxana burada (dünyada) xüsusi yaradılır. Əczaxana xüsusi yaradılır. İnsanın acizliyi üçün xüsusilə, Allah tərəfindən bu sənət icra olunar, yəni bu da bir sənətdir. Allahın bir sənətidir. Əlbəttə ki, üzlər, bədənlər dəyişəcək. Olduqca ən mükəmməl şəkliylə yaradılacaq, məsələn, Allah böcəkləri, pişikləri qüsursuz yaradar, çox qüsursuzdur. İtlər çox gözəldir, diqqət etsəniz itlərdə heç qüsur yoxdur. Baxın məsələn, bir cins itə hamısı qüsursuzdur, çox sağlamdır. Yəni normal ömrünü başa vurar ölər, o ayrı məsələ. Amma onun xaricində onlara heç bir şey olmaz, insana görə çox möhkəmdirlər. Xəstəlikləri vardır, amma, insanla müqayisə edildiyində mində bir belə deyil.

 

 

(Ölkə prezidenti Ərdoğan bu ölkədə terrorist qalmayıncaya qədər mübarizəyə davam edəcəyimizi və şəhid ailələrini də əsla tək buraxmayacağımızı söylədi. “Bu ölkədə tək terrorist qalmayıncaya qədər bu mübarizəmizi davam etdirəcəyik. Əks halda biz şəhidlərimizə bunun hesabını verə bilmərik. Biz bu nöqtədə xüsusilə şəhidlərimizi, onların ailələrini əsla tək qoya bilmərik. Biz şəhidlərimizlə bərabərik. Çünki biz buna inandıq “Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu bilmirsiniz.” dedi.)

 

Tayyib hocam çox dindar, çox səmimi insandır. Amma hörmətli Bahçeli ilə birlikdə hərəkət etsinlər ki, bu darvinizm mövzusu çox əhəmiyyətli bir mövzudur. Bu ateizm cənub-şərqdə ağla sığmaz şəkildə yayılır. Ona görə gənclər PKK-lı olur. Dağlara axın-axın gedirlər. Yəni darvinist təhsilin nəticəsində bu olur. Öcalan deyir ki, “Mən müsəlman, dindar bir adam idim. Liseydə darvinizm ilə əlaqədar məlumatı aldım. Allahdan, dindən soyudum, ayrıldım” deyir. Bu bir faciədir, bunu Allah rizası üçün dayandırsınlar. “2019-cu ildə” deyir. 2019-cu ilə qədər Türkiyə nə hala gələr? Niyə gözləyək? Xeyirli iş gecikməz. Bu elmi nəzəriyyə deyil. Milli Təhsil Nazirliyi “elmi” deyir. Harası elmidir? Zülalın təsadüfən meydana gələ bilmədiyi bir nəzəriyyədir. Bu nəzəriyyə deyir ki, “elmi olaraq zülal təsadüfən meydana gəlir” bu doğru deyil. Dünyadakı bütün elm adamları zülalın təsadüfən meydana gəlməyəcəyinə ittifaq halındadırlar. Heç bir elm adamı “zülal təsadüfən meydana gəlir” demir. Darvinist, ateist, kommunist heç fərq etmir. Heç bir elm adamı “bir zülal təsadüfən meydana gələ bilər” demir. Nazir nə deyir? “Bu elmi nəzəriyyədir” deyir. Qardaşım mübarək əlindən öpürəm. Bir zülal belə təsadüfən meydana gələ bilmirsə bu nəzəriyyə bitdi.

 

 

(Trump, Rusiyanı raket ilə vurmaqla təhdid etmiş, Twitter mesajında belə deyir. Trump, “Rusiya, Suriyaya göndərilən raketləri vuracağını söyləmiş. Hazır ol Rusiya raketlər gəlir, gözəl, yeni və ağıllı raketlər. Zəhərli qaz ilə xalqını öldürməkdən zövq alan bir heyvanla ortaq olmamalısan.” Əsədi nəzərdə tutur.)

 

Bunun həlli budur, boğuşmaqdır? Hər tərəfi bir araya gətirin, dostluq, qardaşlıq mövzusunda razılaşmalarını təmin edin bitsin. Sevgiylə, dostluqla, qardaşlıqla həll ediləcək ikən, bunu etmək ağıl işidir? Mən sənə, sən mənə vuracaqsan. Bu ona, o buna. Çətin bir şey deyil ki, Əsədi tut qolundan gətir, o birisinin də tut qolundan gətir masaya oturtdurun. “Bura ucsuz-bucaqsız, bomboş ərazidir, döyüşdən hər kəs birlikdə əl çəksin” deyərsən bitər, bu qədər asandır. Döyüşdə araya girmək çox asan bir şeydir. Təşviq edirsən adama bomba atdı deyirsən, “mən sənə daha böyük bomba atacağam” deyirsən, bu rüsvayçılıqdır. Mehdiyyət nə deyir? “Hamısı bir araya gəlsin, qardaş olsun, silah zavodları bağlanılsın, mövzu bitsin” deyir. Ən ağıllı, ən doğru, ən məntiqli olan budur. Başqa cür dəlicə və çox şeytani hərəkətdir.

 

 

(HDP sədri Sezai Temelli, CHP ilə ittifaq etmək üçün hörmətli Kılıçdaroğluna “Selahattin Demirtaşı görməlisən” şərti qoydu. Sezai Temelli toxunulmazlığın qaldırılmasının CHP-in AK Partiyaya verdiyi dəstək oylarıyla reallaşdığını və bunun ardından da Selahattin Demirtaşın həbsxanaya girdiyini xatırlatdı. O günləri unutmadıqlarını və hörmətli Kılıçdaroğlunun etdiyi bu səhvi düzəltmək lazım olduğunu söylədi. “Hələ imkanınız var, Selahattin Demirtaşı cəza evində ziyarətə gedin, məhkəmədə izləyin” təklifini etdi.)

 

Yaxşı, sanki məhkəmələr belə ədalətli deyil, hanı məqbul olmayan bir şey edir… Sənəd üzərindən qərar verir. İndi gedib izləsə belə cinayət vardırsa vardır, yoxdursa da yoxdur, izləməklə nə əlaqəsi var. Bir də HDP çox ayıb edir. Türkiyənin bölünməsinə şiddətlə qarşı çıxmalıdır. Kommunizmə və terrora şiddətlə qarşı çıxmalıdır, o zaman Türkiyə partiyası olarlar. Hamımız dəstəkləyərik, biz də dəstəkləyərik, iqtidara gəlsinlər, amma Türkiyənin bölünməsini bir şəkildə istədiyi müddətcə avtonomluq bilməm nə, qəti surətdə olmaz. Terrora, terroristə hər hansı şəkildə dəstək verdimi qəti surətdə olmaz. Amma desə ki, “İslam Birliyini istəyirik, Türk aləminin birləşməsini istəyirik, amma biz bir partiyayıq bizə səs verin” bu şərtlə qəbul edirik.

 

 

(Diyanət İşləri Müdirliyindən edilən yazılı açıqlamaya görə dini istismar edən FETO və İŞİD kimi terror təşkilatlarıyla mübarizəyə istiqamətli ölkə daxilində əhəmiyyətli bir çalışma həyata keçiriləcək. Türkiyədə Dini İstismar edən Terror Təşkilatlarıyla Mübarizə mövzulu çalışmanın detalları hələ müəyyən olmadı. Ancaq diyanət, terror təşkilatları mövzusunda hesabatlar hazırlayaraq ictimaiyyətlə paylaşacaq. Yaradacağı xüsusi qruplarla universitet tələbəsindən cəmiyyət vəzifəlisinə, vətəndaş cəmiyyət nümayəndələrinə qədər cəmiyyətin bütün seqmentləri üçün proqramlar reallaşdırılacaq.)

 

Əlbəttə yaxşı niyyətlidirlər, Allah razı olsun. Gözəl cəhddir. Buxaridə, Müslimdə, Tırmizidə, İbni Macədə, Sünəni Nəsaidə, Sünəni Davudda insnalar üçün o qədər çox vəsait var ki. Bir dəfə “namaz qılmayan öldürülsün” dedinmi bitdi yəni. “Saqqalını kəsən öldürülsün” dedimi bitdi. Səhih hədis var deyirsən. Dəhşət vericidir. Niyə öldürülsün, sənə nə? Adam edər və ya etməz. Saqqal buraxar və ya buraxmaz. Zəkat verməyənin öldürülməsi nə deməkdir? Bir şeylər etsinlər, amma bilmirəm necə edəcəklər? Ənənəçi sistemin ortadan qalxması lazımdır. Əvvəlcə Quranın yetərliliyi izah edilməsi lazımdır.