27 avqust 2005-ci il tarixli “Sabah” qəzetinin şənbə günü yazısında Gülse Birselin təkamül haqqındakı elmdən uzaq izahları yer alırdı. Təkamülü sübut edilmiş həqiqət kimi görən ön mühakiməli bu yazıdakı ziddiyyətləri elmi tapıntılar işığında araşdıracağıq.

 

Alacəhrə quşlar yanılması

Gülse Birsel məqaləsində Darvinin Qalapaqos adalarında şahid olduğu alacəhrə quşları haqqındakı müşahidələrinin təkamülə dəlil olduğunu iddia edirdi. Halbuki, fərqli alacəhrə quşlarında izlənilən müxtəliflik “təkamül”ə dəlil olmayan bir variasiya nümunəsidir. Son illərdə aparılan müşahidələr, alacəhrə quşlarında Darvinin nəzəriyyəsinin ön gördüyü kimi sərhədsiz dəyişiklik yaşanmadığını ortaya qoymuşdur. Həm də Darvinin 14 ayrı növ olaraq təyin etdiyi fərqli alacəhrə tiplərinin əksəriyyəti, əslində bir-birləri ilə cütləşə bilən, yəni eyni növün üzvləri olan variasiyalardır.

Elmi müşahidələr, hər təkamülçü qaynaqda əfsanələşdirilərək izah edilən “alacəhrə dimdikləri” nümunəsinin, gerçəkdə bir “variasiya” nümunəsi olduğunu, yəni növ içində növlərə ayrılmalarla məhdud olduğunu və təkamül nəzəriyyəsinə dəlil olaraq istifadə edilə bilməyəcəyini göstərməkdədir. Qalapaqos adalarına “Darvinistik təkamülün dəlillərini tapmaq” üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyunca müşahidə edən Peter və Rosemary “Grant Nature” jurnalında nəşr olunan “Darvinin alacəhrələrindəki ziddiyyətli seçim” adlı araşdırmalarında, adada bir “təkamül” yaşanmadığını sübut etmişlər. (H. Lisle Gibbs and Peter R. Grant, “Oscillating selection on Darvin”s finches”, Nature, 327, 1987, səh. 513)

 

Variasiyalar yeni bir növə səbəb olmazlar

Başda alacəhrə quşları olmaq üzrə, itlər, inəklər ya da atlarda müşahidə edilən müxtəliflik eyni növün genetik sərhədləri daxilində müşahidə edilən fərqlərin nəticəsidir. Bu vəziyyət fərqli coğrafiyalarda təcrid olan insan birliklərində də irqlər şəklində özünü göstərir. Ancaq bir-birlərindən nə qədər fərqli görünsələr də, milyonlarla il keçsə də, bu nümunələr yenə eyni növün üzvləri olaraq qalarlar. Özü də təkamülçü olan amerikalı bioloq Edward Deevey variasiyaların həmişə müəyyən genetik sərhədlər içində reallaşdığını belə açıqlayır:

 

“Çarpazlama cütləşdirmə üsulu ilə çox əhəmiyyətli nəticələrə gəlinmişdir… Amma nəticədə buğda yenə buğdadır, məsələn üzüm deyil. Donuzlar üzərində qanad meydana gətirməyimiz, quşların yumurtalarını silindr şəklində çıxarmaları qədər qeyri-mümkündür.” (Edward S. Deevey, Jr., “The Reply: Letter from Dirnham Wood,” Yale Review, cild 61, səh. 636)

 

Daha aktual bir nümunə, son bir əsr ərzində dünyadakı kişi əhalinin boy ortalamasında görülən artımdır. Daha yaxşı bəslənmə və baxım şərtləri sayəsində kişilər son bir əsr içində rekord sayıla biləcək bir boy ortalamasına çatmışdır, amma bu artım gedərək dayanma nöqtəsinə gəlmişdir. Çünki insan növünün bu xüsusiyyəti təyin edən genetik sərhədinə artıq dayanmış vəziyyətdəyik.

 

Qısacası, variasiyalar ancaq bir növün genetik məlumatının sərhədləri içində qalan bəzi dəyişikliklər yaratmaqdadır, ancaq heç bir zaman növlərə yeni bir genetik məlumat əlavə etmir. Bu səbəblə heç bir variasiya “təkamül” nümunəsi sayıla bilməz. Fərqli it ya da at cinslərini nə qədər cütləşdirsəniz nəticədə ortaya yenə itlər ya da atlar çıxacaq, amma yeni növlər yaranmayacaq. Danimarkalı elm adamı W. L. Johannsen bu mövzunu belə izah edir:

 

“Darvinin bütün vurğusunu əsaslandırdığı variasiyalar, gerçəkdə müəyyən bir nöqtənin irəlisinə çata bilməzlər və bu səbəblə variasiyalar “davamlı dəyişmə”nin (təkamülün) səbəbini meydana gətirməzlər.” (Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958, səh. 227; Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Harvard Common Press, Boston, 1971, səh. 33)

 

Təkamülə dəlil göstərmə səyindəki bəzi elm adamları isə bura qədər izah etdiyimiz variasiyaları ön mühakiməli olaraq “mikrotəkamül” deyə adlandırırlar. Halbuki, variasiyaların “makrotəkamül” iddiasına, yəni növlərin mənşəyinə heç bir şərh gətirə bilmədiyi, başqa təkamülçü bioloqlar tərəfindən də qəbul edilmişdir. Məşhur elm yazarı Roger Lewin, noyabr 1980-ci il tarixdə Chicago Təbiət Tarixi Muzeyində 150 təkamülçünün qatıldığı, dörd gün davam edən məşhur simpoziumda bu mövzuda gəlinən nəticəni belə izah edir:

 

“Darvinin (variasiyalardan yola çıxaraq) etdiyi məntiq icra etmələr haqlı idimi? Təkamüllü biologiyanın tarixindəki son 40 ilin ən əhəmiyyətli konfranslarından birinə qatılan elm adamlarının ortaya qoyduqları mühakiməyə görə, bu problemin cavabı “xeyr”dir. Chicago konfransındakı təməl məsələ, mikrotəkamülü təmin edən mexanizmlərin, makrotəkamül adını verdiyimiz fenomeni açıqlamaq üçün də istifadə edilib, istifadə edilə bilməyəcəyi olmuşdur… Cavab açıq şəkildə verilə bilər: Xeyr.” (R. Lewin, “Evolutionary Theory Under Fire”, Science, cild 210, 21 noyabr 1980, səh. 883)

 

Bu gerçək belə də yekunlaşdırıla bilər: Darvinizmin əsri aşan bir müddətdir “təkamül dəlili” olaraq gördüyü variasiyaların, gerçəkdə “növlərin mənşəyi”ylə heç bir əlaqəsi yoxdur. İnəklər milyonlarla il boyunca fərqli uyğunlaşmalarla cütləşdirilə bilər və fərqli inək cinsləri əldə edilə bilər. Amma inəklər heç bir zaman başqa bir canlı növünə, məsələn zürafələrə ya da fillərə çevrilməyəcək.

 

20 YAŞ DİŞİ HAQQINDAKI YANILMA

Gülse Birselin digər bir yanılması isə iyirmi yaş dişi haqqındakı fikirləridir. Bu yanılmanın təməlində elm dünyasında hər istiqamətiylə çürüdülmüş olan “rudiment orqanlar” iddiası var.

Rudiment orqanlar anlayışı (vestigial organs), təkamül ədəbiyyatında uzun müddət yer alan, amma etibarsızlığı aydın olduqdan sonra səssiz sədasız bir kənara buraxılan bir iddiadır. Ancaq Gülse Birselin də təsirində qaldığı aydın olan bir qisim yerli təkamülçülər, “rudiment orqanlar”ı hələ təkamülün böyük bir dəlili sanmaqda və elə göstərməyə çalışmaqdadırlar. (baxın: Rudiment orqanlar yalanı)

 

Gülse Birsel 20 yaş dişi olaraq da bilinən üçüncü azı dişlərini “rudiment orqan” sayaraq, klassikləşmiş təkamül yalanını təkrar edir.

Bu, məşhur bir yanılmadır. 20 yaş dişinin funksiyasız olduğu təkamülçü təlqinindən təsirlənən əksər həkim, gündəlik praktikalarında digər dişlərin yaratdığı problemlərə daha mülayim yanaşaraq, bu dişləri qorumağa çalışarkən, 20 yaş dişinin çəkilməsini sanki adət halına gətirmişlər. Halbuki, son illərdə aparılan bəzi araşdırmalar bu dişin dişləmə funksiyasında digər dişlərdən heç bir fərqinin olmadığını göstərmişdir. (Leonard M. S., 1992. Removing third molars: a review for the general practitioner. Journal of the American Dental Association, 123(2):77-82)

Bu dişin digər dişlərin yerləşməsini pozduğuna dair inancın da əsassız olduğunu göstərən işlər görülmüşdür. (M. Leff, 1993. Hold on to your wisdom teeth. Consumer reports on Health, 5(8):4-85.)

20 yaş dişində rast gəlinən və dərman tətbiq etməklə həll edilə biləcək problemlərdə, bu dişin çıxarılması mövzusunda da elmi tənqidlər nəşr olunmuşdur. (Daily.T 1996. Third molar prophylactic extraction: A review and analysis of the literature. General Dentistry, 44(4):310-320)

Nəticədə, 20 yaş dişinin “faydasız” olduğu yönündəki inancın heç bir elmi təmələ əsaslanmadığı və bu dişin dişləmə prosesində digər dişlər kimi funksiyası olduğu bu gün tibb dünyasının ortaq fikridir.

Yaxşı, bu dişin az hesab edilməyəcək qədər çox sayda insanda narahatlıq yaratmasının səbəbi nədir? Bu mövzunu araşdıran elm adamları, 20 yaş dişi problemlərinin müxtəlif dövrlərdə yaşamış insan birliklərinə görə fərqli olduğunu təyin ediblər. Xüsusilə, sənayedən əvvəl cəmiyyətlərdə bu problemə çox az rast gəlindiyi aydın oldu. Bunun səbəbi olaraq da xüsusilə, son bir neçə əsrlik dövr içində sərt qida maddələri yerinə daha yumşaq qida maddələrinin seçilməsinin çənə inkişafına mənfi təsir etdiyi görüldü. Bu səbəbdən 20 yaş dişi problemlərinin də əksər hallarda, bəslənmə vərdişlərdən yaranan çənə inkişafı problemləriylə əlaqədar olaraq ortaya çıxdığı təsbit edildi.

Cəmiyyətlərdəki qida seçimlərindəki bənzər dəyişikliklərin, digər dişlər üzərində də mənfi təsiri bilinir. Məsələn, son əsr ərzində şəkərli və turşulu yeməklərə üstünlük verilməsi, digər dişlərdəki çürümənin nisbət və sürətini artırmışdır. Ancaq əlbəttə bu vəziyyət dişlərimizin faydasız və rudiment orqanlar olduğu kimi bir nəticəni ağla gətirməz. Eyni vəziyyət 20 yaş dişi üçün də etibarlıdır. Bu dişlə əlaqədar problemlər, hər hansı bir təkamüllü “korlanma”dan deyil, müasir insanların bəslənmə vərdişlərindən qaynaqlanır.

Qısacası, təkamülçülər tərəfindən ortaya atılan rudiment orqanlar ssenarisi həm öz daxilində məntiq səhvləri ehtiva edir, həm də elmi yöndən səhvdir. İnsanlarda, guya atalarından miras qalmış olan heç bir rudiment orqan yoxdur.

 

TƏBİƏTDƏ TƏKAMÜLLƏŞDİRİCİ BİR GÜCÜN VAR OLDUĞUNU ZƏNN ETMƏ YANLIŞI

Gülse Birsel təbiətdə təkamülləşdirici bir güc olduğunu və onu başqa bir növə çevirəcəyi xurafatına inanır. Bu tamamilə, elmdən kənar, batil inancdır. Təbiətdə belə sehrli güc yoxdur. Animizm mədəniyyətdə yer alan “təbiətə şüur ətf etmə” inancı, maraqlıdır ki, 21-ci əsrdə “elm” pərdəsi altında qarşımıza çıxır. Darvinizmin məşhur tənqidçilərindən biri olan fransız bioloq Paul Pierre Grassénin ifadə etdiyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir. (Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, səh. 103)

Bu iddianı açıqlayarkən, əvvəlcə, təbiətdə həqiqətən, belə bir güc olub olmadığına baxmaq lazımdır. Daha açıq bir ifadə ilə, belə bir təkamülü reallaşdıra biləcək təbii mexanizmlər vardırmı?

Bu gün müasir sintetik nəzəriyyə adlandırılan neodarvinist model, bu mövzuda qarşıya iki təməl mexanizm qoyur: “Təbii seleksiya” və “mutasiya”. Halbuki, müşahidə və təcrübələr göstərir ki, nə təbii seleksiyanın, nə də mutasiyaların təkamülləşdirici heç bir gücü yoxdur. (baxın: Amerikan Milli Elmlər Akademiyasının yalanları)

 

NƏTİCƏ

Yer üzündə həyatın mənşəyi ön mühakiməsiz bir yanaşma ilə araşdırıldığında, açıq-aydın görülür ki, canlılıq darvinizmin və ümumiyyətlə, materialist fəlsəfənin iddia etdiyi kimi təsadüflərlə ortaya çıxmamışdır. Canlı növləri qəti olaraq bir-birlərindən təkamülləşməmişdir. Əksinə, bütün canlılar ayrı-ayrı və qüsursuz şəkildə yaradılıblar. Paleontologiya elmi, ara-keçid formalarına aid növlər deyil, ancaq tam və əskiksiz bədən planlarına sahib canlılara aid fosillər təqdim edir. 21-ci əsrdə elmin həyatın mənşəyinə gətirdiyi tək, gerçək cavab vardır: Yaradılış.

Əhəmiyyətli olan, elmin gəldiyi bu nəticənin, insanlığa tarixin əvvəlindən bu günə kimi din yoluyla bildirilən bir gerçəyin təsdiqlənməsidir:

Allah, bütün kainatı və içindəki bütün canlıları “Ol” əmriylə bir anda yoxdan yaratmışdır. İnsanı da, o heç bir şey deyilkən yaradan və saysız xüsusiyyətlə nemətləndirən Uca Allahdır.