“New Scientist” jurnalının 9 iyul 2005-ci il tarixli sayında “Evolution: Blink and you”ll miss it” (Təkamül: bir göz qırpımında da qaçırarsınız) başlıqlı yazı nəşr olundu. Bob Holmes tərəfindən hazırlanan yazıda, molekulyar səviyyədə müxtəlif dəyişiklik nümunələri mikrotəkamül nümunələri olaraq sıralanır və bunlar canlıların başqa canlılara çevrilə biləcəyi iddiasını (makrotəkamül) təsdiq edirmiş kimi təhrif edilirdi.

 

Holmes xəyali təkamül müddətinin zənn edildiyi qədər yavaş olmadığı, ətrafa uyğunlaşmaların bir neçə il və ya bir neçə on ildə sürətli şəkildə reallaşa biləcəyini qarşıya qoyur, bununla əlaqədar olaraq müxtəlif yanıldıcı nümunələr sıralayırdı.

Bu nümunələrdən bəziləri bu şəkildədir:

1) Qalapaqosdakı alacəhrələrin dimdik şəkillərində quraqlıq dövrlərinə bağlı olaraq görülən dalğalanmalar.

2) Alberta, Kanadadakı Rocky dağlarında yetkin dağ keçilərinin ovlanmasi, bunun nəticəsində kiçik buynuzlu fərdlərin populyasiya içində yayilmasi.

3) Bəzi bitkilərin zəhərlərə, bəzi bakteriyaların isə antibiotiklərə qarşı immun yaratması.

 

Holmesin saydığı bu kimi nümunələr təkamül deyil, variasiya anlayışı ilə əlaqədardır. Çünki bunlar, bir canlının bir başqa canlıya çevrilə bilməsi üçün lazımi genetik məlumatın DNT-yə əlavə olunduğu dəyişikliklər deyil, mövcud genetik məlumat daxilində və növ içində reallaşan dəyişikliklərdir.

Variasiyalar, növ içindəki növlərə ayrılmalardır və bir növün bioloji xüsusiyyətlərini təyin edən gen hovuzu içində yaranırlar. Gen hovuzu, bir növü meydana gətirən bütün bioloji xüsusiyyətlərə nəzarət edən genlərin cəmidir. Ana və atadan gələn genlər fərqli şəkillərdə uyğunlaşaraq variasiyalar yaradırlar. Bunun nəticəsində, məsələn, bir kərtənkələ populyasiyasında müxtəlif uzunluq və naxışlarda quyruğa sahib fərdlər görülə bilər.

Hər hansı bir variasiyanın populyasiya içindəki nisbəti, zaman içində və ekoloji faktorlara bağlı olaraq (digər növlərlə mübarizə kimi) dalğalana bilər. Bu vəziyyətdə populyasiya gedərək müəyyən bir variasiyaya məruz qala bilər, məsələn qısa quyruğa sahib fərdlərdən meydana gələ bilər. Ancaq təkamülçü bioloqların mikrotəkamül adını verdikləri bu hadisə, mövcud genetik məlumat daxilində reallaşan bir dəyişiklik olduğu üçün növləri başqa növlərə çevirici bir gücə, məsələn bir sürünənə yüngül sümüklər, tək istiqamətli hava keçişinə əlverişli olan ağciyər quruluşu, tüklər və s. genetik məlumatını əlavə edərək onu bir quşa təkamülləşdirməyə qadir deyil. Bu, qabaqcıl təkamül bioloqlarının da qəbul etdiyi bir gerçəkdir. Bu səbəbdən burada reallaşan hadisənin təkamüllə heç bir əlaqəsi yoxdur.

 

Təkamülçü bioloqlar, Gilbert, Opitz və Raff, “Developmental Biology” jurnalında nəşr olunan 1996-cı il tarixli bir məqalələrində bu mövzunu belə açıqlayırlar:

 

“Müasir sintez (neodarvinist nəzəriyyə) əhəmiyyətli bir müvəffəqiyyətdir. Ancaq, 1970-ci illərdən başlayaraq, çox sayda bioloq bunun açıqlayıcı gücünü sorğulamağa başlamışdır. Genetika elmi, mikrotəkamülü açıqlamaq üçün kafi bir vasitə ola bilər, amma genetik məlumat üzərindəki mikrotəkamül dəyişikliklər, bir sürünəni bir məməliyə çevirə biləcək, ya da bir balığı amfibiyaya çevirəcək növdən deyil. Mikrotəkamül, yalnız uyğunların həyatda qalması anlayışına kömək ola bilər, uyğunların meydana gəlməsini açıqlaya bilməz. Goodwinin 1995-ci ildə ifadə etdiyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi, həlsiz qalmağa davam edir.” (Scott Gilbert, John Opitz, and Rudolf Raff, “Resynthesizing Evolutionary and Developmental Biology”, Developmental Biology 173, Article No. 0032, 1996, səh. 361)

 

Holmesin mikroblar nümunəsində də təkamülləşmə yoxdur

Holmesin mikroblarla əlaqədar verdiyi bir nümunəni, burada qısaca ələ almaq faydalı olacaq. Holmes, bəzi mikrobların, kimyagərlər tərəfindən laboratoriyada yaradılan, bu səbəbdən yer üzündə daha əvvəl heç var olmamış kimyəvi maddələri parçalayacaq fermentlər yaratmasının təkamülləşmə mənasını verdiyini qarşıya qoyur. Ancaq yuxarıda da ifadə etdiyimiz kimi, təkamülləşməyə dəlil olaraq önə sürülə biləcək bir nümunə olması üçün, orqanizmin gen hovuzun yeni genetik məlumat əlavə olunmalıdır. Halbuki, mikroblarla əlaqədar nümunədə belə bir vəziyyət yoxdur. Holmes, şəxsən öz yazdıqlarıyla bunu göstərməkdə, hətta mikrobların 3.5 milyard ildir dəyişmədiyini də yazır.

Holmesin də yazdığı kimi, mikrobların ekoloji kimyəvi maddələri həzm etməyə başlaması, bir-birləri aralarında reallaşdırdıqları plazmid alveri sayəsində mümkün olur. Plazmid, bir hüceyrədə xromosomal DNT-dən müstəqil olaraq köçürülən, dairəvi, cüt spiral quruluşdakı DNT vahididir. Sıxlıqla bakteriyalarda görülürlər və bakteriya hüceyrələri arasında gen alveri üçün istifadə edilirlər. Plazmidlər, bakteriya populyasiyasının onsuz da sahib olduğu genetik məlumatın, fərdlər arasında köçürülmə olduğu üçün, bünövrəsinə plazmid inteqrasiya olduqdan sonra ekoloji kimyəvi maddələri parçalaya bilən fermentləri çıxara bilən mikroblar da təkamülləşmiş sayıla bilməzlər.

Yenə Holmesin ifadə etdiyi kimi, bu mikrobların ilk nümunələri 3.5 milyard il geriyə uzanır və bunlar “yaşayan fosillərdir.” (1)

3.5 milyard boyunca varlıqlarını bakteriya olaraq qorumuş bu hüceyrələrin ortaya qoyduğu vəziyyət, əlbəttə ki, bakteriyaların təkamül keçirmədiyini, əksinə milyardlarla il boyunca dəyişmədən qaldıqlarını göstərir.

 

Darvinistlərin mikrotəkamüllə əlaqədar məntiq pozuqluğu

“New Scientist” jurnalında, təbiətdə hər an davam etdiyi vurğulanan dəyişən növlər içində variasiyalardır. Bunun isə növləri başqa növlərə çevirici bir gücü yoxdur və Darvinin nəzəriyyəsinə dayaq olaraq qarşıya qoyulması məntiqsizdir.

 

Növ içindəki variasiyaları, növlərin başqa növlərə çevrilə biləcəyi iddiasına dayaq göstərməyə çalışan darvinistlər belə bir məntiqsizlik ortaya qoyurlar.

Holmes və “New Scientist” jurnalına, növ içindəki dəyişiklikləri, öz xəyalları istiqamətində şərh edərək oxucularını yanıltmağa son vermələrinə çağırırıq.

 

 

1) “Evrimin Çıkmaz Sokakları”, “Focus”, aprel 2003