Oktyabr 2001-ci il tarixli “Fokus” jurnalında, təkamül nəzəriyyəsi haqqında, 5 müxtəlif yazı nəşr olundu. Prof. Dr. Əli Dəmirsoy, tərəfindən hazırlanan və “Darvin və təkamül” başlıqlı yazı ilə, İrfan Unutmazın hazırladığı digər yazılar, ümumiyyətlə eyni təkamülçü iddiaları ehtiva edirdi.

Təkamül nəzəriyyəsinin müdafiə etmək üçün yazılan yazıların hamısında, ölkəmizdəki təkamülçülərin, elmdən nə qədər uzaq olduqları, qabaqcıl təkamülçülərin illər öncə müdafiə etməkdən imtina etdikləri iddiaları, gözübağlı müdafiə etdikləri aydın görünürdü. Bu yazıda, “Fokus” jurnalındakı etibarsızlığı dəfələrlə sübut edilən, haqqında danışılan təkamülçü iddiaların niyə səhv olduğu bir daha açıqlanacaq.

 

“Fokus” jurnalı və prof. Dəmirsoyun “təbii seçmə”nin təkamülün mexanizmi olduğu iddiaları səhvdir

“Fokus” jurnalında, bəhs olunan yazıların demək olar ki, hamısında, təbii seçmə (təbii ayırdetmə) təkamülün elmi cəhətdən etibarlılığı sübut edilmiş mexanizm kimi göstərilmişdir. Məsələn, prof. Əli Dəmirsoy yazısında, bu iddianı belə yekunlaşdırmışdır: “Darvinin qurduğu “Təbii ayırdetmə qanunu”, qəti olaraq aktuallığını və elmi dəyərini itirmədi.”

Təbii seleksiya, Darvindən əvvəl də, qaydası yazılmış təbii mexanizmdir. Olduğu mühitə daha yaxşı adaptasiya olan (uyğunlaşan) canlıların həyatda qalma şansı daha çoxdur, digərləri isə ələnər. Məsələn, vəhşi heyvanların təhdidi ilə (qorxusu altında) yaşayan dovşan sürüsündə, daha sürətli qaça bilənlər və rənginə görə daha yaxşı kamuflyaj ola bilənlər yaşayacaq, digərləri isə, müəyyən müddət ərzində, ələnərək azalacaq və ya məhv olacaqlar. Ancaq Darvin, təbii seleksiyaya başqa bir məna verdi və bu mexanizmin müəyyən müddət ərzində yeni növlər əmələ gətirəcəyini irəli sürdü.

Lakin, bu gün, təkamülçülər də, təbii seleksiyanın canlıları təkamülləşdirici bir gücü ola bilməyəcəyini qəbul edirlər. Təbii seleksiya, yalnız bir dovşan sürüsünü daha sürətli qaçan, daha yaxşı gizlənən və qorunan, daha da, güclü sürü halına gətirə bilər. Ancaq, dovşanlar həmişə dovşan olaraq qalarlar, heç vaxt başqa bir canlıya çevrilməzlər. Çünki, təbii seleksiya, canlıların genetik hovuzuna yeni bir məlumat qatmaz, yəni onlara yeni bir xüsusiyyət qazandırmaz. Təbii seleksiyaya bir də mutasiyanın əlavə olunması, təkamül nəzəriyyəsini xilas edə bilməmişdir. Çünki, həm genetik məlumatı inkişaf etdirən heç bir mutasiya müşahidə edilməmişdir, həm də, canlıların “sadələşdirilə bilməz kompleks” quruluşları, darvinizmin əsası olan “kiçik dəyişikliklərin addım-addım yığılması” fikrini təkzib edir.

Yeil Universitetindən Dr. J. Budziszevski, təbii seleksiyanın, təkamülün necə reallaşdığına aid açıqlamalarının çox uzaq olduğunu belə yekunlaşdırır:

 

“Hamı, təbii seleksiyanın alacəhrənin dimdiklərini uzadacağı ilə həmfikirdir. Ancaq bir çoxu, təbii seleksiyanın, Darvinin iddia etdiyi kimi, balıqları qurbağalara çevirəcəyinə inanmırlar.

…Darvinizmə dəyən ən öldürücü zərbələrdən biri sadələşdirilə bilməz kompleksliyi açıqlaya bilməməsidir. Sistemin işləməsi üçün, bütün hissələrin eyni vaxtda olmalı olan “sadələşdirilə bilməz komplekslik” təbii seleksiya tərəfindən yaradıla bilməz. Çünki, təbii seleksiyada, canlının sahib olduğu quruluşlar bir-bir təkamülləşməli və hər yeni hissə ilə sistem, bir az da yaxşı işləməlidir…

Darvinizmin izah edə bilmədiyi bir başqa problem isə, həyatın cansızlıqdan necə əmələ gəlməyidir. Təbii seleksiya, yalnız yaşayan və törəyən varlıqlar üçün etibarlıdır. Ancaq bu, canlıların necə əmələ gəldiyini izah edə bilməz…” 1

 

Dr. Budziszevskinin də, ifadə etdiyi kimi, təbii seleksiyanın təkamül nəzəriyyəsinə qazandırdığı heç bir şey yoxdur. Çünki bu mexanizm, heç vaxt, bir növün genetik məlumatını zənginləşdirib inkişaf etdirə bilməz. Heç vaxt bir növü başqa növə çevirə bilməz. Yəni, dəniz ulduzunu balığa, balıqları qurbağaya, qurbağaları timsaha, timsahları da quşa çevirə bilməz. Canlılığın və canlılardakı kompleks sistemlərin necə əmələ gəldiyini qəti olaraq izah edə bilməz.

 

“Fokus” jurnalı və prof. Dəmirsoy, variasiyaları təkamül nəzəriyyəsinin dəlili kimi göstərərək oxucunu aldadır:

Prof. Dəmirsoyun “Fokus” jurnalındakı yazısında, variasiyalar, təkamül nəzəriyyəsinin dəlili kimi izah edilmiş və bundan qaynaqlanaraq “təkamül təbiətdə müşahidə edilir” iddiası qarşıya qoyulmuşdur. Bu iddialarında isə, Darvinin və digər təkamülçülərin alacəhrə quşları, bitki və heyvan yetişdirilməyi kimi klassik nümunələrini istifadə etmişlər.

İndi qabaqcıl təkamülçülər də, bitki və heyvan növlərinin islahını, təkamül nəzəriyyəsinin dəlili kimi qəbul etmirlər. Ancaq, Prof. Dəmirsoy kimi bəzi təkamülçülər, bu iddialarından əl çəkməməkdə qərarlı görünürlər. Buna görə, bu mövzunun təkamüllə heç bir əlaqəsi olmadığını təkrar açıqlamağı faydalı görürük.

Bitki və heyvan növlərinin islahı, təkamül nəzəriyyəsinin, Darvin tərəfindən ortaya atılmasından da, əvvəl başladığı işdir. Necə ki, Darvin, “Növlərin mənşəyi” kitabında, bu islah işlərini uzun-uzadı mübahisə etmişdir. İt, qoyun və ya inək kimi heyvanlar arasında, ən yaxşı ət və ya süd verən, və ya ən sürətli qaçan cinsləri əldə edə bilmək üçün, heyvandarlıqla məşğul olanları xüsusi cütləşdirmə proqramı həyata keçirmişlər və beləliklə, bir neçə nəsil içində ümumi ortalamaya görə, daha kilolu, daha yaxşı süd verən, və ya daha sürətli və dözümlü cinslər törəmişdir.

Bunu edənlər “təkamülçülər” deyil, çoxu təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi olmayan heyvandarlardır. Keçmişi min illər bundan əvvələ uzanan bu heyvandarlıq ənənəsi, XIX əsrdə hələ yeni elmi təmələ oturmuşdur. Bunun səbəbi isə, (Dəmirsoyun hesab etdiyi kimi təkamül nəzəriyyəsi deyil) Mendelin kəşf etdiyi genetik qanunlardır. Mendelin, bir din adamı olaraq, Allaha inanan, yaradılışı müdafiə edən və təkamül nəzəriyyəsinə qarşı çıxan bir elm adamı olduğunu da, ifadə etmək lazımdır.

Prof. Dəmirsoy və bəzi təkamülçülərin bitkiçiliyin və heyvandarlığın, təkamül dəlili kimi göstərmə səyləri isə, bu səthi məntiqə əsaslanır: “Bitkiçilik və heyvandarlıq, bir neçə nəslin içində müxtəlif cins heyvanlar törədə bilirlər, elə isə milyon illər ərzində bütün növlər bir-birindən törəyə bilər.” Ancaq bu məntiq, əhəmiyyətli ziddiyyətlər təşkil edir:

 

  • Heyvan və ya bitki növləri üzərində aparılan bu cür islahatlar, heyvandarlar tərəfindən müəyyən bir məqsəd üçün, ağıllı insanlar tərəfindən, şüurlu şəkildə aparılar. Halbuki, təbiətdə, belə şüurlu təkamül mexanizmi yoxdur.
  • Daha da əhəmiyyətlisi, bu cür islahat işləri, heç vaxt müəyyən bir sərhəddən kənara çıxmaz. Bu üsulla yeni canlı növləri əmələ gətirə bilməzlər. Darvin, öz dövründə genetika bilinmədiyi üçün, bitkiçilik və heyvandarlığın “sərhədsiz dəyişiklik” təmin edəcəklərini zənn etmiş, halbuki bu düşüncə XX əsrdəki genetik araşdırmalarla təkzib olunmuşdur.

XX əsr elmi, canlılar üzərində aparılan oxşar təcrübələr nəticəsində “genetik dəyişməzlik” (genetik homoestatis) deyilən bir qanunu ortaya çıxartmışdır. Bu qanun, bir canlı növünü dəyişdirmək üçün, aparılan bütün islahat səylərinin müəyyən sərhəddə qaldığını, canlı növləri arasında aşılmaz divarlar olduğunu ortaya çıxarır.

“Darvin Retried (Ritrayd)” (Darvin yenidən mühakimə olunur) adlı kitabın yazıçısı Norman Macbeth bu mövzuda belə yazmaqdadır:

 

“Problem, canlıların həqiqətən də, sərhədsiz şəkildə variasiya (dəyişiklik) göstərib göstərmədiklərindədir… Növlər, hər vaxt üçün sabitdirlər. Bitkiçilərin və heyvandarların müxtəlif növ bitki və heyvan cinslərinin müəyyən bir nöqtədən irəli getmədiyini, hətta, həmişə orijinal formalarına geri döndüyünü bilirik. Əsrlər sürən yetişdirmə səylərinə baxmayaraq, heç vaxt qara lalə, ya da mavi gül əldə etmək mümkün olmamışdır.2

Heyvandarlara aid dünyanın ən əhəmiyyətli mütəxəssislərindən biri sayılan Luzer Burbank, bu həqiqəti “bir canlıda əmələ gələ bilən inkişafın bir sərhədi vardır və bu qanun, bütün yaşayan canlıları təyin olunmuş bəzi məhdudiyyət çərçivəsində sabit saxlayar” deyərək ifadə edir.”3

 

Bir sözlə, bitki və heyvanlar üzərində aparılan islahat işləri, ancaq bir növün genetik məlumatının sərhədləri çərçivəsində qalan bəzi dəyişikliklər əmələ gətirir, ancaq heç vaxt növlərə, yeni genetik məlumat əlavə etmir. Buna görə, heç bir islahatlar “təkamül” nümunəsi sayıla bilməz. Fərqli it, inək, ya da at cinslərini nə qədər çütləşdirsəniz, nəticədə, ortaya yenə itlər ya da atlar çıxacaq, amma yeni növlər əmələ gəlməyəcək. Eyni vəziyyət bitkilər üçün də etibarlıdır.

Darvinin Qalapaqos adalarında müşahidə etdiyi müxtəlif dimdiklərə sahib olan alacəhrə növləri də, eyni faktın bir başqa nümunəsidir. Son illərdə aparılan müşahidələr, alacəhrələrdə Darvinin nəzəriyyəsinin nəzərdə tutduğu kimi, sərhədsiz bir dəyişiklik yaşanmadığını göstərir. Bundan əlavə, Darvinin 14 müxtəlif növ kimi təyin etdiyi müxtəlif alacəhrə növlərinin çoxu, əslində bir-birləri ilə cütləşə bilən, yəni eyni növün üzvləri olan variasiyalardır. Elmi müşahidələr, bütün təkamülçü qaynaqda əfsanələşdirilərək izah edilən “alacəhrə dimdikləri” nümunəsinin, əslində bir “variasiya” nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil gətirmədiyini göstərir. (Ətraflı məlumat üçün baxın: Jonathan Wells, Icons of Evolution, 2000)

 

Fokus” jurnalının Lamarkçılıqla əlaqədar yanılmaları:

“Fokus” jurnalındakı “Darvini yandıraq?” başlıqlı yazıda, təbiətdə “Lamarkın da, iddia etdiyi kimi, qazanılmış xüsusiyyətlərin varisliyi haqqındadır” deyilir. Təkamül və elm ədəbiyyatına olduqca uzaq biri tərəfindən hazırlandığı müəyyən olan bu yazılarda, yer alan qarışıq fikirdən başqa, bunun kimi bir çox təkamülçülərin də, rədd etdikləri iddialara yer verilir.

Bu iddiada adı çəkilən Fransız bioloq Lamark, “Zoological Philosophy” adlı kitabında canlı növlərinin bir-birlərindən təkamülləşdikləri fərziyyəsini Darvindən əvvəl irəli sürən adamdır. Lamark, canlıların həyatları əsnasında qazandıqları dəyişiklikləri, sonrakı nəsillərə keçdiklərini bildirmişdi. Məşhur zürafələr nümunəsində, bu canlıların keçmişdə daha qısa boyunlu olduqlarını, ancaq hündür ağaclara çatmaq üçün çalışarkən nəsildən-nəsilə boyunlarının uzandığını iddia etmişdi.

“Lamarkın “qazanılmış xüsusiyyətlərin keçməsi” kimi tanınan bu təkamül modeli, varislik qanunlarının kəşf edilməsi ilə birlikdə etibarlılığını itirdi. XX əsrin ortalarında DNT-in kəşfi ilə yanaşı, canlıların hüceyrələrinin nüvəsinə kodlaşdırılmış çox xüsusi bir genetik məlumata sahib olduqları və bu genetik məlumatın, “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə bilməyəcəyi ortaya çıxdı. Yəni, bir canlı ağaclara uzana bilmək üçün həyatı boyunca çalışıb boyunu bir neçə santimetr uzatsa belə, doğurduğu balalar yenə o növə aid standart boyun ölçüləri ilə doğulacaqdılar. Bir sözlə, Lamarkın təkamül nəzəriyyəsi, elmi tapıntılarla yalanlandı və səhv bir fərziyyə olaraq tarixin dərinliklərinə basdırıldı. Ancaq “Fokus” jurnalının yazıçısı bu yeniliklərdən xəbərsiz olmalı idi ki, bəhs edilən yazılardan birinin böyük hissəsini Lamarka həsr etmişdi.

 

“Azaldılmış tarazlıq” nəzəriyyəsi darvinizmin fosil təkzibinin qurtarıcısı deyil

“Fokus” jurnalındakı “Darvini yandıraq?” başlıqlı yazıdakı iddialardan digəri də, Stifen Cey Qud və Nils Elderec kimi bəzi təkamülçü paleontoloqların, təkamül nəzəriyyəsinin fosilləri haqqındakı təkzibinə aid şərh idi.

Təkamül nəzəriyyəsi, canlılığın tədricən, kiçik dəyişikliklərlə təkamülləşdiyini iddia edir. Bu iddiaya görə, canlı növləri arasında, hər iki canlı növündən bəzi xüsusiyyətlər daşıyan “ara formaların” yaşamalı idilər. Ancaq fosil qeydlərində bu ara formalarından əsər-əlamət yoxdur. Əksinə, müxtəlif canlı qrupları, fosil qeydlərində birdən ortaya çıxmışdır və milyon illərdir heç bir dəyişiklik keçirmədən qalırlar. Paleontologiyanın ortaya qoyduğu bu böyük tapıntı, canlı növlərinin arxalarında bir təkamül prosesi olmadan var olduqlarını göstərir.

Bu həqiqət, uzun illərdir paleontoloqlar tərəfindən məhəl qoyulmamışdır və xəyali ara formaların bir gün tapılacağı ümidi qorunmuşdur. Ancaq 70-ci illərdə, bəzi paleontoloqlar, bunun yersiz gözləmə (ümid) olduğunu və fosil qeydlərindəki boşluqların “həqiqət” hesab edilməli olduğunu qəbul etmişlər. Ancaq bəhs edilən paleontoloqlar, təkamül nəzəriyyəsindən imtina etməyi qəbul edilməz bir düşüncə saydıqları üçün, bu həqiqətə təkamül nəzəriyyəsi daxilində bir açıqlama axtarışına çalışdılar.

Bu axtarışda olan təkamülçülərdən Harvard Universitetinin paleontoloqları Stifen Cay Qud və Nils Elderedc, 1970-ci illərin əvvəlində, “azaldılmış tarazlıq” (“punctuated equilibrium”) kimi tanınan müxtəlif təkamül modelini təqdim etdilər. Bu modeli müdafiə edən elm adamları, canlı növlərinin, Darvinin nəzərdə tutduğu kimi, pilləli kiçik dəyişikliklərlə deyil, ani və böyük dəyişikliklərlə əmələ gəldiyini qarşıya qoydular.

Ancaq bu model də, digər təkamül nəzəriyyəsi modelləri kimi bir çox ziddiyyət və məntiqsizliklərlə doludur.

Sıçramalı təkamül nəzəriyyəsi kimi də, xatırlanan bu təkamül modeli, bugünkü halı ilə, canlı populyasiyalarının çox uzun müddətdir dəyişmədiklərini, bir növ “tarazlıq” (equilibrium) vəziyyətində qaldıqlarını qəbul edir. Bu iddiaya görə, təkamüllü dəyişikliklər, çox qısa zaman ara və çox dar populyasiyalarda reallaşır. (Tarazlıq azaldılır, yəni “punctuation”.) Populyasiya çox dar olduğu üçün böyük mutasiyalar, çox qısa müddətdə təbii seleksiya ilə seçilir və beləliklə yeni növ əmələ gəlməsi təmin edilir.

Məsələn, bu nəzəriyyəyə görə, sürünən növü milyon illərdir heç bir dəyişikliyə uğramadan həyatını davam etdirir. Ancaq, bu sürünən növdən çox az sayda, bir şəkildə ayrılan bir qrup sürünən, səbəbi açıqlanmayan, ardıcıl sıx mutasiyaya məruz qalır. Bu mutasiyaların üstünlük təmin edənləri, bu dar qrup daxilində sürətli bir şəkildə seçilər. Qrup, sürətlə təkamülləşir və qısa müddətdə bir başqa sürünən növünə, hətta bəlkə də, məməlilərə çevrilir. Bütün bu proses çox sürətli olduğu və dar bir populyasiyada reallaşdığı üçün də, geriyə çox az fosil izi qalar, bəlkə də, heç qalmaz.

Diqqət yetirilsə, əslində, bu nəzəriyyə dəlildən deyil, dəlilsizlikdən qaynaqlanır. Nəzəriyyə yalnız “geridə fosil izi buraxmayacaq qədər sürətli bir təkamül prosesi necə xəyal edilə bilər” sualına cavab vermək üçün ortaya atılmışdır. Bu cavabı verərkən də, iki təməl fərziyyə qəbul edilir:

 

  1. “Makromutasiyaların”, yəni canlıların genetik məlumatında böyük dəyişiklər meydana gətirən, geniş miqyaslı mutasiyaların, canlılara üstünlük təmin etdikləri və yeni genetik məlumat çıxardıqları fərziyyəsidir.
  2. Say etibarı ilə az olan heyvan populyasiyalarının, genetik cəhətdən daha üstün olduqları fərziyyəsidir.

 

Halbuki, hər iki fərziyyə də, elmi tapıntılarla açıq-aşkar ziddiyyət təşkil edir. Sıçramalı təkamül nəzəriyyəsi, əvvəl də, ifadə etdiyimiz kimi, yeni növ əmələ gəlməsinə gətirib çıxaran mutasiyaların çox böyük ölçüdə reallaşdığını, ya da, bəzi fərdlərin üst-üstə sıx mutasiyalara məruz qaldıqlarını fərz edir. Halbuki bu fərziyyə, genetika elminin bütün müşahidələrə ziddir.

Əsrin məşhur genetiklərindən Fişerin təcrübə və müşahidələrinə əsasən, ortaya qoyduğu qayda, bu fərziyyəni açıq şəkildə etibarsız edir. Fişer, “mutasiyanın bir canlı populyasiyasında qalıcı ola bilməsinin, mutasiyanın fenotip üzərindəki təsiri ilə tərs mütənasib” olduğunu bildirir.4

 

Başqa sözlə, bir mutasiya nə qədər böyük olsa, birlikdə qalıcı olması şansı da, o qədər azalar. Bunun səbəbi isə, çox aydındır. Mutasiyalar, canlıların genetik məlumatında təsadüfi dəyişikliklər əmələ gətirərlər və heç vaxt canlının genetik məlumatını inkişaf etdirən təsirləri yoxdur. Əksinə, mutasiyadan təsirlənən fərdlər, ciddi xəstəlik və şikəstliklərə məruz qalar. Buna görə bir fərd, mutasiyadan nə qədər çox təsirlənsə, həyatda qalma şansı da, o qədər azalacaq.

Müşahidə və təcrübələr, mutasiyaların genetik məlumatı inkişaf etdirmədiyini və canlıları korladığını göstərərkən, sıçramalı təkamül müdafiəçilərinin mutasiyalardan neo-darvinistlərdən də, böyük “müvəffəqiyyətlər” gözləmələri, açıq-aydın əsassızlıqdır.

 

“Xəyali ara keçid formaları” yazmaq, təkamülə dəlil deyil

“Fokus” jurnalının ən böyük yanılmalarından biri də, yenə “Darvini yandıraq?” başlıqlı yazıda yer alır. İki səhifənin ortasına çəkilən fərqli dəlikli fosillərin şəkillərinin arasına, xəyali ara-keçid formalarının şəkilləri də, əlavə olunmuş və bu şəkillərin altında bu şərh verilmişdir: “Darvinə görə, yeni növlərin əmələ gəlməsi, “təbii çeşidləmənin hərəkətə keçirtdiyi kiçik fərqlərin tədricən yığılması ilə reallaşır. Bu əmələ gəlmə, yuxarıdakı “dəliklilər”in qalıqlarındakı dəyişiklik ardıcıllığında açıq və qəti şəkildə görünür.” Halbuki şəkildə görünən, əsilləri olmayan qalıqların xəyali şəkilləri ilə tamamlanmış xəyali silsilədir. Təkamülçülər, heç bir canlı növünün digərinə təkamülləşdiyini göstərən yeganə ara-keçid formasına aid fosil də tapa bilmədikləri üçün, öz istəklərini xəyali şəkillərlə gizləməyə çalışırlar.

 

“Focus” jurnalı Darvinizmi müdafiə etmək (və bunu edərkən gülməli vəziyyətə düşməmək) məqsədindənsə, o zaman xəyali ssenarilər yazmaq yerinə, sözünü etdiyi “kiçik fərqlərin dərəcə-dərəcə yığılması” ssenarisini dəlillərə söykəməyə çalışmalıdır. Həqiqətən “kiçik fərqlərin dərəcə-dərəcə yığılmasıyla” təkamülləşən canlılara dair qalıqlar göstərməli, bundan əlavə canlıların göz, qulaq, qanad, tənəffüs sistemi kimi kompleks orqan və sistemlərinin necə olub da “kiçik fərqlərin dərəcə-dərəcə yığılmasıyla” meydana gələ biləcəyini izah edir. Ancaq heç bir təkamülçü bunları edə bilmədiyi kimi “Focus” jurnalı da edə bilməməkdədir. Çünki haqqında danışılan “ara-keçid qalıqları” yoxdur və fərqli canlı qruplarının “kiçik fərqlərin dərəcə-dərəcə yığılmasıyla” meydana gələ biləcəyini göstərən nəzəri bir izah belə mümkün deyil.

 

“Focus” jurnalının Darvini dindar göstərmə səyləri

“Focus” jurnalındakı yazılarda görülən bir başqa nöqtə isə, yazıların Darvinin şəxsini qurtarma səyləri idi. Məsələn “Növlərin mənşəyinə səfər” başlıqlı yazıda Darvinin əslində kitabında “Tanrısal bir yaradılış” fikrini mənimsədiyi ifadə edilməkdədir. Ancaq, bu iddialanın əksinə, Darvin gənc yaşlarından etibarən Yaradıcının varlığına inanmamış, ancaq ailəsindən və ətrafından alacağı reaksiyalardan çəkindiyi üçün bu tərəfini gizləmişdir.

Darvinist tarixçi Gertrude Himmelfarb, “Darvin and Darwinian Revolution” (Darvin və Darvin inqilabı) adlı kitabında “Darvinin inancsızlığının tam ölçüsü nə onun çap edilən işlərində nə də çap edilən avtobioqrafiyasında görülə bilər, bu detallar yalnız onun avtobioqrafiyasının orijinal versiyasında vardır.”5 demektedir.

Yenə Himmelfarbın kitabında, Darvinin oğulu Francis Darvinin, “The Life and Letters of Charles Darvin” (Çarlz Darvinin həyatı və məktubları) adlı kitabı nəşr edəcəyi sıralarda Darvinin yoldaşı Emmanın buna qarşı çıxaraq, onun ölümündən sonra qalmaqalların meydana gəlməsinə icazə vermək istəmədiyi ifadə edilməkdədir.

Neodarvinizmin qurucularından məşhur bioloq Ernst Mayr isə Darvinin inancsız olduğunu belə açıqlamaqdadır:

 

“Darvinin 1836-39 illərində, Malthusun yazılarını oxumadan əvvəl inancını itirdiyi aşkardır. Yoldaşlarının və arvadının hisslərini incitməmək üçün yazılarında daha çox Allahın varlığına inanan bir üslub istifadə etmişdir. Lakin qeyd dəftərlərindəki ifadələrinin çoxu, materialist olduğunu göstərir.” 6

 

Darvin 1876-cı ildə, yazdığı bir məktubunda da, inancsızlığını açıq etiraf edir:

 

“Mən, “Allahsız” deyə adlandırılmağa layiqəm. Bu nəticə, xatırladığım qədəri ilə, “Növlərin mənşəyi”ni yazdığım vaxt başıma (ağlıma batırdı, başa düşürdüm) güclü yer edirdi.” 7

 

Darvin, ailəsinin reaksiyasını diqqətə aldığı üçün, həyatı boyunca dinə aid fikirlərini çox gizli saxlayırdı. Əslində bu gizliliyin səbəbini şəxsən özü belə izah etmişdir:

 

“İllər öncə, bir yoldaşım, mənə şiddətlə belə tövsiyə etdi: “Əgər İngiltərədə elmi, inkişaf etdirmək istəyirsənsə, dinə yer vermə.” Bu, məni iki mövzunun ortaq əlaqəsini düşünməməyə sövq etdi. Əgər gələcəkdə dünyanın nə qədər liberal olacağını təxmin edə bilsəydim, bəlkə də, fərqli davranardım.”8

 

Darvinin dinə ziddiyyətli olan bu fikirləri, hal-hazırki təkamülçülərə də, miras qalmışdır. Necə ki, Darvin uşaqların təhsilində Allah inancını tanımalarına fürsət vermək istəməmişdisə, oxşar şəkildə, indiki təkamülçülər də, məktəblərdə, yaradılışın izah edilməsinə qəti surətdə qarşı çıxırlar. Bir çox ölkədə təhsil tədris planılarından “yaradılış” mövzusunu çıxartmaq və ya bu mövzudan danışmağa maneə törətmək üçün, güclü lobbi fəaliyyət göstərir.

 

“İstyosaurus” fosilinin elmin təkamül nəzəriyyəsini qəbul etməyinə yol açdığı iddiasındakı yanılmalar

“Focus” jurnalında nəşr olunan “Növlərin mənşəyinə səfər” başlıqlı yazıda isə, “İstyosaurus” adlı fosilin tapılmasının, elmin, təkamülü qəbul etməsinə yol açdığı iddia edilir. Halbuki, adı çəkilən fosilin, təkamül nəzəriyyəsinə elmə əsaslı heç bir xüsusiyyəti yoxdur.

“İstyosaurus” kimi tanınan canlılar, bilinən ən əhəmiyyətli dəniz sürünənlərindən biridir. Bu canlılar, təkamül nəzəriyyəsinə dəlil olmaqdan çox, təkamül nəzəriyyəsinin ən əhəmiyyətli maneələr yaradır, çünki təkamülçülər, bu canlıların mənşəyini izah edə bilmirlər. Colbert və Morales, “Evolution of the Vertebrates” adlı kitablarında, bu canlıların mənşəyi haqqında təkamülə əsaslı izah edilə bilinmədiyini belə qəbul edirlər:

 

“Dəniz məməlilərinin bir çox cəhətdən ən xüsusiləşmiş növü olan “İstyosaurus”, əvvəlki Trias dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə daxil olmaları, olduqca ani və dramatik bir şəkildə olmuşdur. Trias dövrünə aid fosil yataqlarında, “İstyosaurus”ların ola biləcək atalarına aid heç bir iz yoxdur… “İstyosaurus” əlaqələri haqqındakı ən fundamental problem, bu sürünənləri, məlum olan başqa hər hansı bir sürünən qrupuna bağlaya bilən heç bir nəticəyə aparan dəlilin tapılmamasıdır.”9

 

Bir başqa onurğalı tarix mütəxəssisi Romer isə, belə yazır:

 

“(İstyosaurus haqqında) heç bir sadə forma məlum deyil. “İstyosaurus” quruluşunun özünə məxsus xüsusiyyətləri, inkişaf etmək üçün çox uzun müddət tələb edir və bir sözlə, bu canlıların çox qədim bir mənşəyə sahib olmalarını tələb edir. Amma, bu canlıların atası kimi qəbul edilə bilən heç bir Perm dövrünün sürünəni məlum deyil.”10

 

Nəticə olaraq, “Fokus” jurnalının “Ichthyosaur” fosilini təkamül nəzəriyyəsinin elmi dəlili kimi göstərmək səyi, elmdən uzaqdır.

 

“Fokus” jurnalının Darvinin və təkamül nəzəriyyəsinin günahsızlığı ilə əlaqədar yanılmaları

“Fokus” jurnalında yer alan “Darvinin pis şagirdləri, niyyət pisdir, təkamül bəhanədir” başlıqlı hissəsində isə, Darvinin fikirlərinin, Marksizm və Faşizm kimi bir-birinə tamami ilə zidd kimi görünən iki ideologiya üçün uyğun zəmin hazırladığından bəhs edildikdən sonra, Çarlz Darvinin bunda bir payı olmadığı bildirilir. Xüsusilə də, şovinizm və irqçilik haqqında, Darvin hərtərəfli təmizə çıxarılmışdır və bu cür iddiaları etmədiyi ifadə edilməmişdir.

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, “Fokus” jurnalındakı yazıçının, keçdiyimiz əsri qana bulayan Kommunizm və Faşizm kimi iki qanlı ideologiyanın, darvinizmin hazırladığı zəmində inkişaf etdiyini və darvinizmdən aldıqları dəstəklə, onun qazandırdığı məşru olma bu nöqtəyə gələ bildiklərini qəbul etməsi, doğru yanaşmadır. Lakin bütün bunlarda, Çarlz Darvinin bir payının olmadığını, pis niyyətli bəzi kəslərin təkamül nəzəriyyəsini istifadə edərək, öz insanlıqdan kənar ideologiyalarına örtük əmələ gətirdiklərini ifadə etmək və beləliklə, Darvini izah etməyə çalışmaq, səhv və boş səydir. Çünki Darvin, yazılarında “İctimai darvinizm”ə xüsusi ilə zəmin hazırlamışdır, irqçiliyi və şovinizmi dəstəkləmişdir.

Darvinin bu ideologiyaların güclənməsindəki payını belə yekunlaşdıra bilərik:

 

Darvin, irəli sürdüyü nəzəriyyə ilə, insanlara “təsadüflər nəticəsində, özbaşlarına əmələ gəlmiş, heyvanlarla ortaq atadan təkamülləşmiş canlılar” olduqlarını təlqin etmişdir. Buna inanan insanlar, heyvanlara bənzər bir həyat sürmək üçün qorxu görmədikləri kimi, insanlara məxsus vicdani qayğıları da bir tərəfə buraxaraq, əxlaqi və insani dəyərlərini asanlıqla itirmişlər. Bu nöqteyi-nəzərdən baxanda, dünyanın bir çox yerində, insanların və cəmiyyətlərin düşdüyü əxlaqi degenerasiyada Darvinin bu fikirlərinin payının nə qədər böyük olduğunu daha yaxşı aydın olur. Çünki bu məntiqə görə, təsadüfən meydana gələn varlıqlar başıboşdurlar (ağılsızdırlar), etdikləri hərəkətlərə görə kimsəyə qarşı məsuliyyət daşımırlar, buna görə hər cür cinayət və əxlaqsızlığı edə bilərlər. Eqoizm, mərhəmətsizlik, acgözlük, qısqanclıq, rəqabət, əxlaqsızlıq, vəhşilik və daha bir çox şey sərbəstdir. Təkamülçü məntiqə görə, doğru ya da səhv deyə anlayışlar yoxdur. Çünki doğru və səhvi təyin edən İlahi qanunlar rədd edilir.

Necə ki, indiki təkamülçüləri də, bu həqiqəti təsdiqləyirlər. Bu haqda təkamülçü elm adamı olan P. J. Darlinqton bunları deyir:

 

“Birinci növbədə eqoizm və vəhşilik daxilimizdəki təbii şeydir, ən uzaq atamızdan bizə miras qalmışdır… O zaman vəhşilik insanlar üçün normaldır, təkamülün bir məhsuludur.”11

 

Darvin, nəzəriyyəsində, təbiətdəki canlılar arasında rəqabət olduğunu, bu mübarizədə güclü olanların qalib gəldiyi, zəif olanların ələnməyə məhkum olduğunu irəli sürmüşdür. Ancaq Darvin, bunu yalnız təbiət üçün fikirləşməmişdir, eyni zamanda insan cəmiyyətləri üçün də, nəzərdə tutmuşdur. Beləliklə irqçiliyi, imperializmi və müharibəni dəstəkləmişdir. Buna görə, Darvinin bu cinayətlərin baş aktyorlarından biri olduğunu rədd edib, onu anlamağa çalışmaq deyil, mövzunun əsasına varıb, nəzəriyyənin altında yatan təhlükəli fikirləri görmək lazımdır.

Darvinin irqçiliyi müdafiə edən və qızışdıran sözləri, olduqca açıqdır və bu sözlər, Darvinin, iddia edildiyi kimi əslində günahsız olmadığının göstəricisidir. Məsələn, aşağıdakı ifadələrində tam mənası ilə, irqçi dünyagörüşü sərgiləyir. Üstəlik Avropalıları mədəni insanlar kimi görməsinə qarşı, zənciləri və Avstraliya yerlilərini qorillalar və meymunlarla eyni tutaraq, irqlər arasındakı mübarizəni də qızışdırır:

 

“Bəlkə də, əsrlər belə sürməyəcək qədər yaxın gələcəkdə, mədəni insan irqləri, vəhşi irqləri tamami ilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Əlbəttə digər tərəfdən də, insan meymunlar da, məhv ediləcəklər. Beləliklə insanla ən yaxın qohumları arasındakı boşluq, daha da, genişlənəcək. Bunun sayəsində ortada, indiki avropalı irqlərdən də, mədəni olan irqlər və indiki zəncilərdən, Avstraliya xalqlarından və qorillalardan da, geridə olan (keçmiş nəsildən) babun növündən olan meymunlar qalacaq.”12

 

Darvin bir başqa ifadəsində isə, yevgenika ilə (insanlarının gen dağılımlarına müdaxilə edərək, bu dağılmaların istənilən yöndə dəyişdirilməsi) əlaqədar olaraq belə deyir:

 

“Vəhşi insanların bədən və baş cəhətdən zəif olanları məhv edir və sağ qalanların əksəri, həqiqətən sağlam kəslərdir. Digər tərəfdən biz, sivil insanların məhvetmə prosesinə maneə törətmək üçün əlimizdən gələni edərik, əqli cəhətdən zəif olanlar, şikəstlər və xəstələr üçün baxım evləri qurarıq, yoxsulları qorumaq üçün qanunlar çıxararıq, tibb mütəxəssislərimiz hər xəstəni yaşatmaq üçün ən son ana qədər bütün ustalıqlarını göstərər… Beləliklə mədəniləşmiş cəmiyyətlərin zəif fərdləri öz soylarını davam etdirir. Ev heyvanların yetişdiriməsi ilə məşğul olan heç bir kəs, bunun, insan irqinə böyük zərər verdiyindən şübhələnməz.”13

 

Darvinin irqçiliyin, münaqişənin və soyqırımların insanlığa verdiyi zərərləri çağdaşları da müşahidə etmişdir. Məsələn, Darvinin yaxın yoldaşı olan Prof. Adam Sedvik: “Növlərin mənşəyi”ni oxuyanda “Bu kitab cəmiyyət tərəfindən ümumiliklə qəbul edildiyi təqdirdə, dünyada, daha əvvəl heç görünməmiş şəkildə insan irqlərində bir soyqırım yaşanacaqdır” demişdir.14

 

Sedvikin uzaqgörənliyi həqiqətən də, haqlı çıxmışdır.

Türkləri məhv edilməli olan irq kimi xarakterizə etməsi də, Çarlz Darvinin irqçi fikirlərini anlamaq üçün kifayətdir.

Bir sözlə, “Fokus” jurnalının Darvini və Təkamül nəzəriyyəsini təmizə çıxartmaq səyləri səhvdir. Çarlz Darvin, dünyaya çox böyük zərərlər gətirən bir nəzəriyyəni ortaya atmaqla, bu nəzəriyyədən güc alaraq işlənən hər cür cinayət məsuliyyətinə ortaq olmuşdur. Buna görə, indiki təkamülçülərinin, dünyanı döyüşə, mübarizəyə, qan və münaqişəyə bürüyən bir ideologiyanın sahibini dəstəkləmək yerinə, obyektiv yaxınlaşaraq, həqiqətləri görmələri məqsədə uyğun olacaq. Dünya, Darvinin hesab etdiyi kimi, bir mübarizə və münaqişə yeri deyil. Tam tərsinə, sülhün, dostluğun, əmin-amanlığın və qardaşlığın yaşanacağı bir yerdir. Allah, dünyanı bunun üçün yaratmışdır. İnsanların irqlərinin və ya soylarının üstün olmasından söhbət belə gedə bilməz, üstünlük yalnız təqvaya görədir. Allah Quranda bu həqiqəti belə bildirmişdir:

 

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat surəsi, 13)

 

Əli Dəmirsoyun “Təbiətdəki israfçılıq” yanılması

Dəmirsoy, “Fokus” jurnalındakı yazısında, təbiətdə bir çox canlının öldüyünü, məsələn, bir çox yumurtadan yalnız az bir qisminin həyatda qaldığını ifadə edir. Sonra da, bunun “şüurlu dizayn”la ziddiyyət təşkil etdiyini iddia edir ki, buda olduqca səthi və əsassız iddiadır. Bu haqda bir neçə ayrı xüsusiyyəti ifadə etmək lazımdır:

 

  • Şüurlu dizayn, canlıların necə ortaya çıxdığına dair cavab verən bir izahdır. Təbiətin necə işlədiyi, canlı növlər arasındakı əlaqələr, bundan fərqli bir mövzudur. Dəmirsoyun, mövcud canlılar arasındakı əlaqələrə əsaslanaraq, bu canlıların ilk dəfə necə ortaya çıxdığını izah etməsi, tutarlı məntiq deyil.
  • Mövzunun daha da əhəmiyyətli istiqaməti isə, Dəmirsoyun istifadə etdiyi “israfçılıq” anlayışının olduqca hiyləgər olmasıdır. Hiyləgərdir, çünki təbiətin ümumi tarazlığını görməzlikdən gəlir, yalnız bir neçə nümunə üzərindən nəticəyə varmağa çalışır. Məsələn, bir sürünənin qoyduğu yumurtalardan çoxunun başqa heyvanlar tərəfindən yeyilməsi, yalnız çox az sayda embrionun həyata addım atmasından bəhs edək. Dəmirsoya görə, bu, “israfçılıq”dır. Halbuki, digər heyvanlar tərəfindən yeyilən yumurtalar, “atılmır”, bu heyvanlar üçün bir qida meydana gətirir. O heyvanlar da, böyük ehtimalla başqa ətyeyən heyvanlara yem olur. Ölüb, cəsəd halına gəlib torpağa qarışan hər orqanizm, bakteriyalar üçün qida qaynağıdır. Bakteriyaların isə, başqa istiqamətlərdən həyata qatqısı vardır. Əslində təbiətə baxanda, təbii həyatın həmişə dövr etməsi və böyük tarazlıq içində olduğu görünür.

 

Dünyada milyonlarla müxtəlif canlı növü yaşayır. Bu canlılar arasında yalnız bitkilər öz qidalarını (fotosintez yolu ilə) çıxara bilərlər. Heyvanlar isə, ya bitkilərlə və ya digər heyvanlarla qidalanırlar. Bu qida tarazlığı o qədər yaxşı qurulmuşdur ki, heç bir növ həddindən artıq dərəcədə çoxalıb yer üzünü zəbt edə bilməz. “Ekoloji tarazlıq” deyilən bu sistem, yalnız insan müdaxiləsi ilə pozulur.

Haqqında danışılan ekoloji tarazlıq o qədər həssas bir nizama malikdir ki, insanlar tərəfindən bütün müasir texnologiyaya baxmayaraq, təqlid edilə bilinmir. “Süni ekoloji tarazlıq” qurma işləri müvəffəqiyyətsizliklə nəticələnmişdir. Bunun ən məşhur nümunəsi, ABŞ-da icra edilən “Biosfer 2” sınağıdır. Kolumbiya Universitetində elm adamları tərəfindən nəhəng bir istixana qurulmuşdur, xarici dünyadan tamami ilə təcrid edilmiş, yalnız günəş işığı alan bu nəhəng istixananın içində, sayı və növləri çox incəliklə hesablanmış bitki və heyvanlar yerləşdirilmiş və bu süni tarazlığın qorunmasına çalışılmışdır. Ancaq sonrakı aylarda, tarazlığın gedərək pozulduğu görülmüş, növlər ölməyə başlamış və iş müvəffəqiyyətsizliklə nəticələnmişdir. Bir neçə kvadrat kilometr sahədə, incə hesablamalar və texnologiya köməyi ilə qurulamayan ekoloji tarazlığın, bütün planetdə qüsursuz işləməyi, Dəmirsoyun iddia etdiyi kimi, “şüurlu dizayn”ın əleyhinə deyil lehinə olan dəlildir.

Qaldı ki, “Biosfer 2” sınağı, onsuz da, mövcud olan canlı növlərinin arasında, süni bir tarazlıq qurma səyidir. Halbuki, dünyamızdakı tarazlıq, tamami ilə ölü planetdə, heç bir canlı yox ikən, yəni yoxdan yaradılmış canlılarla qurulmuşdur. Bu, Dəmirsoyun iddiasının əksinə, yaradılışın açıq dəlilidir. Necə ki, Quranda, yer üzündəki həyatın Allahın bir möcüzəsi olduğu xəbər verilir:

 

“Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq. Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk. Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz. Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.” (Hicr Surəsi, 19-23)

 

Prof. Dəmirsoyun Türk milləti haqqındakı yanılması:

Prof. Dəmirsoy, “Fokus” jurnalındakı “Darvin və təkamül” başlıqlı yazısında, Darvinin “inkişaf etməmiş irqlərin əvvəl-axır inkişaf etmiş irqlərin suverenliyi altına girəcəyi” iddiasını dəstəkləmişdir və Türk millətinin özündən də, üstün millətlərin suverenliyi altına girərək, Darvinin bu iddialarını sübut etdiyini bildirmişdir.

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, bu günə qədər, Türk milləti, heç bir ölkənin suverenliyi altına girməmişdir və Allahın köməyi ilə bundan sonra da, girməyəcək. Tarix boyu millətimiz, maddi və mənəvi bir çox üstünlük sərgiləmiş, ağlı, vicdanı, ədaləti və tolerantlığı ilə üç qitəyə hakim olmuş üstün bir millətdir.

Millətlərin və insanların üstünlükləri, Darvinin və Prof. Dəmirsoyun hesab etdiyi kimi irqlərində və ya fiziki xüsusiyyətlərində deyil, sahib olduqları mənəvi dəyərlərdədir və millətimizin dəyərləri, inandığı və yaşadığı İslam əxlaqı sayəsində, güclü və ərdəmlidir.

Darvin və tərəfdarları isə, insanları irqlərinə görə qiymətləndirmişdir, bəzi irqləri hələ inkişafını tamamlamamış, geri və aşağı irqlər kimi təyin etmişdilər. Necə ki, Darvin, Türk millətini də, bir yoldaşına yazdığı məktubda öz ağlına görə “aşağı irq” kimi təyin etmiş və yaxın gələcəkdə inkişaf etmiş irqlər tərəfindən məhv ediləcəyini nəzərdə tutmuşdur.15

Unutmamaq lazım deyil ki, Darvinin bu iddiaları, II dünya müharibəsində dünyanı qana bulayan faşizmin və eyni zamanda bu gün, Avropada vətəndaşlarımıza qarşı irqçi hücumların ilham qaynağını əmələ gətirir. Prof. Dəmirsoya tövsiyə edirik ki, bu yanılmadan təsirlənməsin, millətlər arasındakı əlaqələri ictimai darvinist münaqişə kimi görməkdən əl çəksin.

 

Prof. Dəmirsoyun tüklər ürpərdən iddiaları

Prof. Dəmirsoy, “Fokus” jurnalındakı yazısında, əvvəllər də, qatıldığı bəzi mübahisə proqramlarında, konfranslarda və ya kitablarında bəhs etdiyi kimi, irqçiliyi müdafiə edir və özünü “Bioloji faşist” kimi təyin edir.16

 

Dəmirsoy, inandığı irqçi prinsipi çərçivəsində, yazısında xəstələrin, kasıbların, ehtiyac içində olan insanların qorunmalarının və baxılmalarının təbiətin tarazlığına zidd olduğunu, bunun, bu tarazlığı pozduğunu bildirmiş və çözüm olaraq dərman istifadə edilməməsini tövsiyə etmişdir.

Özünə Darvinin düşüncələrini nümunə götürən Dəmirsoy belə demişdir:

 

“Darvin ayrıca belə demişdi: “Kasıb cəmiyyətlər, istədikləri qədər çox uşaq dünyaya gətirsinlər, bunun çox böyük zərəri olmaz, çünki burada, onsuz da, ölüm nisbəti çox yüksək olacaq və ayırd edilmə çoxdur. “Məncə doğru demişdir.”

 

Darvinin, kasıbların çox uşaq dünyaya gətirmələri, təhlükəli görməməsinin səbəbi, onsuz da, öləcəkləri idi. Dəmirsoy isə, Darvini haqlı hesab edir, ancaq tibbi inkişaflar və kəşf edilən antibiotiklərin bu insanları “lazımsız yerə” yaxşılaşdırdığını və təbiətin tarazlığının buna görə pozulduğunu iddia edir:

 

“Amma Darvin, antibiotikin kəşf ediləcəyini bilə bilməzdi. Yəni, bu qədər dərmanın və tibbi inkişafın, insan nəslinə ediləcək müdaxilələrin gələcəyini bilə bilməzdi. Buna görə, bu gün, çox uşaqlı ailələrin uşaqları da, yaşamış olur. Beləliklə tarazlıq pozulmuş və təbii ayırd edilmənin qarşısı alınır. Əlbəttə, bir çox xəstə, narahat və zəif olan fərd, irsi materiallarını gen hovuzuna soxmuş olur.”

 

Dəmirsoyun, yuxarıdakı sözlərində bəhs etdikləri hər hansı bir canlı növü deyil, insanlardır. Dəmirsoy, görüldüyü kimi, xəstə, narahat və kasıb insanların dərmanlarla və tibbin imkanları ilə, yaşadılmalarını təbiətə zidd davranış kimi görür və diqqət yetirilsə, insanlar haqqında sanki hər hansı bir heyvan növündən bəhs edən kimi bəhs edə bilir.

Dəmirsoy, bu “problem”in gətirdiyi həlli isə, belə ifadə edir:

 

“…əgər insanlar, həqiqətən təbii yaşamaq istəyirlərsə, heç olmasa dərman istifadə etməmələri lazımdır. Məsələn, xəstələnəndə dərman istifadə etmək, təbiətə birbaşa müdaxilədir. Çünki, təbiətin özündə olmayan bir obyekti sistemə daxil etmiş olursunuz.”

 

Dəmirsoyun bu fikirləri, darvinizmdən ilhamlanan Nazi Almaniyasında müdafiə olunan və tətbiq olunan irqçilik fikri ilə tamami ilə paraleldir.

Yevgenika, “irq islahı” mənasını verən bir anlayışdır. Darvinin yolu ilə gedən bioloqlar tərəfindən ortaya atılmışdır. İnsanları bir heyvan növü kimi görən, buna görə heyvanlar üçün etibarlı qaydaları, insanlara tətbiq edən yevgenika nəzəriyyəçilər, insan nəslinin də, inəklər və ya itlər kimi “heyvan yetişdirilmə” üsulu ilə inkişaf etdirilməsini hədəfləmişdir. Yevgenika nəzəriyyəçilərinə görə bir cəmiyyətdəki şikəstlər və xəstələrin çoğalmasının qarşısı alınmalıdır, (lazım olsa bunlar öldürülməlidir) sağlam fərdlər isə çoxlu “cütləşdirilərək” sağlam və güclü nəsillər yaradılmalıdır.

Bu nəzəriyyəni ilk dəfə adlandıran və tətbiq edən, Çarlz Darvinin əmisi oğlu və onun nəzəriyyəsindən təsirlənən Frençis Qeltondur. Qeltondan sonra isə, Almaniyanın ən məşhur darvinist bioloqu Ernst Haeckel (1834-1919), bu nəzəriyyəni inkişaf etdirmişdir. Haeckel, bir irqi inkişaf etdirmək və guya təkamüllü inkişafını sürətləndirmək üçün, şikəst, ağlı zəif və irsi xəstəliklərə sahib insanların öldürülməsini müdafiə etmişdir. Haeckel, “Wonders of Life” adlı kitabında, “şikəst doğulan körpələrin heç vaxt itirmədən öldürülməsini” istəmişdir və bu körpələrin hələ bir şüura sahib olmadıqlarını irəli sürərək, bunun bir cinayət sayılmayacağını iddia etmişdir.17

Haeckel, yalnız şikəst doğan körpələrin deyil, cəmiyyətin guya təkamülünə mane olan bütün xəstə və şikəst insanların “təkamül qanunları” lazımınca ayırd edilməsini istəmişdir. Xəstələrin müalicə edilməsinə qarşı çıxmış, bu müalicənin təbii seleksiyasına maneə törətdiyini irəli sürərək belə yazmışdır:

 

“Yaxşılaşması mümkün olmayan yüz minlərlə xəstə, məsələn ağıl xəstələri, cüzam xəstələri, xərçəng xəstələri süni olaraq həyatda saxlanılır, amma bu, özlərinə və ya ümumi cəmiyyətə heç bir fayda gətirir… Bu pislikdən xilas ola bilmək üçün, səlahiyyətli bir komissiyanın qərarı və müşahidəsi ilə xəstələrə sürətli və təsirli bir zəhər verilməlidir.”18

 

Haeckelin, nəzəriyyəsini qurduğu bu vəhşilik, Nazı Almaniyası tərəfindən tətbiq edilməyə başlanmışdır.

Dəmirsoy da, göründüyü kimi, Haeckel və ya Nazı ideoloqları ilə tamami ilə eyni fikirləri müdafiə edir. Bundan əlavə, Dəmirsoy, dərhal bu iddiasının ardından, darvinizmi, məktəblərdə öyrətməyin lazım olduğunu, əks halda insanlıqdan geridə qalacağımızı qarşıya qoyur.

Halbuki Dəmirsoyun bu fikirlərinin gənclərə öyrədilməsi və mənimsədilməsinin, bir cəmiyyət üçün nə qədər böyük təhlükə olacağı aydındır. Ağlı başında olan hər kəs, Dəmirsoyun istədiyi insan modelinin nə qədər təhlükəli olacağını görəcək. Bu modeldə, darvinist “bioloji faşistlər” tərəfindən, zəif, xəstə, qayğıya möhtac, kasıb insanların baxılmadığı, sonsuzlaşdırıldığı, məhv olmağa məhkum edildiyi, xəstələrə dərman verilmədiyi, kömək əlinin uzadılmadığı, eqoist və yalnız öz soyunun davamını düşünən bir quruluş təqdim edilir.

Darvinist dünya görüşünün təqdim etdiyi bu modelə qarşılıq, Quran əxlaqının insanlara təqdim etdiyi cəmiyyət modeli tamami ilə fərqlidir. Quran əxlaqına görə, insanlar bir-birlərinə şəfqət və mərhəmət duyarlar, xəstə, zəif, gücsüz olanı qoruyar, qayğısını çəkərlər, əsirlərinə də özləri ac qaldıqda belə, birinci onları üstün tutarlar, ehtiyaclarından artıq qalan bütün var-dövlətini ehtiyac içində olanlar üçün xərcləyərlər, yetimi, yolda qalanı qoruyarlar. (Nur surəsi 22, Həşr surəsi 9, İsra surəsi 23-24, Nisa surəsi 36, Tövbə surəsi 60, Zariyat surəsi 19, İnsan surəsi 8-9…)

Allah bir ayəsində kasıbları xor görən, onları qorumayan insanların cəhənnəmlə qarşılıq görəcəklərini bildirir:

 

“Sizi Səqərə (cəhənnəmə) sürüyən nədir?” Onlar: “Biz namaz qılanlardan deyildik”-dedilər. “Yoxsula yedirməzdik.” (Muddəssir surəsi, 42-44)

 

“Dini yalanlayanı gördünmü? O elə adamdır ki, yetimi itələyib, qovar və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.” (Maun surəsi, 1-3)

 

Darvinizmə itaət olunsa, insanların həyatda qalmaq üçün bir-biri ilə var gücü ilə mübarizə etdiyi, dünyanın qaynaq tarazlığını pozmamaq üçün, kasıbları, xəstələri, zəifləri məhv etməyin yollarının axtarıldığı, eqoizmin, sevgisizliyin və mərhəmətsiz rəqabətin hakim olduğu cəmiyyətlər meydana gələcək. Quran əxlaqına isə itaət olunsa fədakarlıq, sevgi, tolerantlıq, hörmət, sülh və hüzur dolu cəmiyyətlər meydana gələcək. Ağla və vicdana sahib hər insan, darvinizmi böyük təhlükə kimi görərək, Quran əxlaqına yönələcəyi aydındır.

Həm də, hörmətli Dəmirsoy, “xəstələrə dərman verməyin, beləcə xəstələri yaşadıb təbiətin tarazlığını pozmayın” deyərkən, öz yaxınları, sevdikləri xəstələnəndə, dərmana və qorunmağa möhtac bir vəziyyətə gələndə necə davranacağını düşünüb? Görəsən təbiətin tarazlığını qorumaq, Darvinin “təbii seleksiya qanununa” sadiq qalmaq üçün, yaxınını, sevdiyi insanları ölümə məhkum edə biləcəkdir? Yoxsa bu təklifi “başqalarının sevdikləri, yaxınları, uşaqları, ana və ataları, yoldaşları, qardaşları” üçündür?

Əslində insan, hər hansı bir canlı növü deyil və təbii seleksiyaya da, tabe ola bilməz. İnsan, ağıl və vicdana sahib olan varlıqdır. Buna görə, heyvanlar kimi təbiət qanunlarına, meşə qanunlarına görə deyil, vicdanına və ağlına uyaraq yaşayar. Ağlına və vicdanına uymasa, heyvanlar kimi bir mühitdə həmişə döyüşərək, zidd düşərək, bir-birinin qanını tökərək, mərhəmət, şəfqət, sevgi və sədaqət duyğularına sahib olmadan yaşamağa məhkum olar. Ağıl və vicdanına uyduğu təqdirdə isə, tam əksinə bir mühitdə, həmrəylik, şəfqət, sevgi dolu bir mühitdə, həmişə yüksələn bir mədəniyyət içində yaşayar.

 

Nəticə

Darvinizmin insanlıq üçün nə qədər böyük təhlükə olduğunu qavraya bilməyənlər, Prof. Dəmirsoyun, yuxarıdakı fikirlərinin, insanlığı hara aparacağını düşünərək bu əhəmiyyətli həqiqətdən xəbərdar olmalıdırlar. Xüsusi ilə “Fokus” kimi təkamülçü nəşrlər edən jurnalların, təkamül təbliğatı apararkən, əslində nəyi müdafiə etdiklərini və insanlara necə həyat fikrini təlqin etdiklərini diqqətlə nəzərdən keçirmələri, ağıl və sağlam fikirlə seçmələri olduqca əhəmiyyətlidir.

 

 

1) J. Budziszewski, “Just the facts, please”, World Magazine, 26 devral 2000, http://www.trueorigin.org/kansas8.asp

2) Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, səh. 33.

3) Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, səh. 36

4) R. A. Fisher, “The Genetical Theory of Natural Selection”, Oxford, Oxford Univesity Press, 1930

5) Darwin and the Darwinian Revolution, Gertrude Himmerfarb, Elephant Paperbacks, Chicago, 1962, səh. 384

6) Mayr, Ernst, “”Darwin and Natural Selection,”” American Scientist, cild 65 (may/iyun, 1977) səh. 323] (Henry Morris, THAT THEIR WORDS MAY BE USED AGAINST THEM, səh.362

7) Francis Darwin, Charles Darwin”in Yaşamı ve Mektupları, səh. 80-81

8) Darwin and Darwinian Revolution, Gertrude Himmerfarb, Elephant Paperbacks, Chicago, 1962