2 iyul 2005-ci il tarixli “Milliyyet” qəzetinin 3-cü səhifəsində, “Şikəst qardaşlara Darvin araşdırması” başlıqlı yazı nəşr olundu. Son günlərdə mətbuatda çox gündəmə gələn təkamül xəbərləri, təkamülçülərin, nəzəriyyələrinin təkzibi ilə əlaqədar həqiqətlərin ortaya çıxmasına görə, böyük çaxnaşma yaşadıqlarını göstərir. Xəbərdə verilən məlumata görə, Çukurova Universiteti Tibb Fakültəsi, London Universiteti və Kembridc Universitetindən bəzi təkamülçülər, bir araya yığışaraq təkamül nəzəriyyəsini yaşatmaq istəyirlər. Bu da, təkamülçülərin dünya səviyyəsində çaxnaşma içində olduqlarını göstərir.

Lakin, bu xəbərdə də, təkamül nəzəriyyəsinin təbliğatını aparan yazılarda tez-tez göründüyü kimi, elmi həqiqətlər əhəmiyyətsiz edilir, hətta, ağıl və elmlə tamami ilə ziddiyyət təşkil edən iddialar irəli sürülür. Yazıda göstərilən iddiaların elmi etibarsızlığını belə yekunlaşdıra bilərik:

 

1) Yazıda qohum evliliyinə görə, bir ailənin 16 uşağından 6-nın əl və ayaqları üzərində yeriyə bilməsi təkamülə dəlil kimi göstərilmişdir. Bu, olduqca məntiqsiz bir nəticə idi. Əvvəlcə, dünyada şikəst insanlar həmişə olmuşdur. İndiki vaxtda da, doğuşdan kor, əli-ayağı hərəkət etməyən, danışa bilməyən, eşitmə qüsuru olan çox sayda insan vardır. Bunların varlığını təkamülə dəlil kimi göstərmək olduqca məntiqsiz və elmdən uzaq iddiadır.

2) Bundan əlavə, bu xəbər, təkamülün öz iddiaları cəhətindən olduqca ziddiyyətlidir. Şikəstliklər genetik məlumatdakı pozulmadan (mutasiyalarla) əmələ gəlir. Təkamül nəzəriyyəsinin iddiası isə, mutasiyaların canlılarda bəzi müsbət dəyişikliklər meydana gətirdiyi və bunun müəyyən müddət ərzində təbii seleksiya ilə seçilərək, növlərin inkişafını təmin etməkdir. Ancaq bu iddianın etibarsızlığı, XI əsr elmi ilə, ortaya çıxmışdır. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Həyatin həqiqi mənşəyi, Araşdırma nəşriyyat)

 

Bu yazıda iddia edilən isə, təkamülçülərin öz iddiaları ilə də, ziddiyyət təşkil edən vəziyyətdir. Bu yazıda, təkamülün geriyə doğru bir proses yaşadığı, sağlam fərdlərin mutasiyalar səbəbi ilə şikəst canlılara çevrildiyi izah edilir. Mutasiyalar, canlılarda şikəstliklərə səbəb ola bilər, bu doğrudur. Ancaq bu, təkamül nəzəriyyəsinə dəlil deyil, əksinə təkamül nəzəriyyəsinin iddialarını etibarsız edən bir gerçəkdir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Təkamül aldatması, Araşdırma nəşriyyat)

 

“Milliyyet” qəzetinin və bu araşdırmanı icra edən təkamülçülərin, bu həqiqətləri göz önündə saxlaması, heç bir elmi etibarlılığı olmayan xəbərlərlə xalqa təkamül nəzəriyyəsini təlqin etməyə son verməsi lazımdır.