“Atlas” jurnalının sentyabr 2004-cü il tarixli sayında, Prof. Dr. Mehmet Özdoğan imzası ilə, “İlk alət” başlıqlı yazı nəşr olundu. Hörmətli Özdoğan, insanın təkamülü ssenarisini alət düzəltmə texnologiyalarının inkişafı prizmasından izah etdiyi yazısında bu ifadələrə yer verirdi:

 

“Yontalanmış daş ənənəsinin təkamülü, yalnız yeni texnikaların tapılmasına aid deyil. Bu, insanın bioloji təkamülünə, məsələn, əlini yalnız qavramaq üçün deyil baş barmağını digər barmaqları ilə birləşdirib hiss edərək tuta bilməyi, beyin, göz və əl sinirləri arasındakı koordinasiyası kimi inkişaflara da bağlıdır. Bunun bir sıra yavaş da olsa, ardıcıl inkişaf edən mədəniyyətin yeni ehtiyacları ortaya çıxartmağı, bu üç faktor, texnologiya, bioloji bacarıq və ehtiyac hissi ilə yanaşı alətlərin inkişafını təmin etmişdi.”

 

Ancaq bu izah edilənlər, yalnız hörmətli Özdoğanın təkamülçü ön fikirlərinə əsaslanan, xəyali hekayələrdir. Bundan əlavə, belə bir izahat elmi cəhətdən düzgün deyil. Çünki bunların təkrarlanan təcrübələr yolu ilə sınaqdan keçirtmək imkanı yoxdur.

“Nature” jurnalının redaktoru və paleontoloq Henry Gee, təkamülçü yayımlarda tez-tez izah edilən bu nağılların elmi cəhətdən doğru olmadığını belə etiraf etmişdir:

 

“Məsələn, insanın təkamülünün, bədənin duruşu, beyin həcmi və əl-göz koordinasiyasında reallaşan inkişaflara əsaslandığı və bu inkişafların da, alovla alət istehsalı kimi texnologiya, müvəffəqiyyətlərlə dilin istifadə olunmasına gətirib çıxardığını deyirlər. Ancaq bu cür ssenarilər subyektivdir. Təcrübələrlə əsla sınaqdan keçirilə bilməzlər, beləliklə elmi cəhətdən düzgün hesab edilmir. Ümumiyyətlə, istifadədə olmaları elmi sınaqlarla deyil, təqdim olunmalarındakı nüfuza və iddiaya əsaslanarlar.” 1

 

Əslində insanın beyin, göz, əl koordinasiyasını təmin edən sinir-əzələ sistemlərinin, darvinizmin əsaslandığı təbii seleksiya və mutasiya mexanizmlərinə görə heç bir şərhi yoxdur.

Müasir elm, bu sistemlərin ortaya qoyduğu kompleksliyin ancaq şüurlu dizaynla (quruluşlarla) açıqlandığını bildirir. İnsan əlinin robot texnologiyalarında mühəndislər tərəfindən təqlid edilməsi, bu orqanda dizayn olduğunun açıq-aşkar dəlillərindəndir. İnsan, təkamüllə var olmamışdır. Allah, insanı, alət düzəltmə qabiliyyəti üçün lazımlı təchizatla qüsursuz olaraq yaratmışdır.

“Atlas” jurnalına və hörmətli Özdoğana bu həqiqəti qəbul etmələrini tövsiyə edirik.

Əlaqədar yazı: http://www.netcevap.net/propaganda_darwinistmasal.html

 

 

1) Henry Gee, In Search Of Deep Time: Beyond The Fossil Record To A New Hıstory Of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, səh. 5