“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 31 may 2003-cü il tarixli sayında “Ən böyük sirr-çoxhüceyrəli həyata necə keçildi?” başlıqlı yazı nəşr olundu. Yazıda, təkamül nəzəriyyəsi üçün ən böyük problemlərdən birini əmələ gətirən mövzulardan biri haqqında bəhs olunur, çoxhüceyrəli orqanizmlərin guya təkamül mənşələri ilə əlaqədar fərziyyələr irəli sürülürdü. Ancaq bu fərziyyələrdə, təkhüceyrəlilərlə çoxhüceyrəlilər arasındakı fərqlərə toxunulmur və bu keçidin “necə” olacağı sualına cavab belə axtarılmırdı. Yalnız dünyanın 1 kilometr qalınlığında buz təbəqəsi ilə örtüldüyü farz edilən qartopu, dünya dövrünün (snowball earth) guya ki, təkamüldə rol oynaya biləcəyi irəli sürülürdü. Yazıda, 600 milyon il əvvələ uzanan “Ediacara” faunasından (heyvanlar aləmi) da, danışılır və burada, fosilləri tapılan çoxhüceyrəli canlıların təkamüllə ortaya çıxdığı irəli sürülürdü.
Cənubi Avstraliyada tapılan, haqqında danışılan “Ediacara” bölgəsində, “Pre-Kembri” dövrə aid çox sayda və müxtəlif yumşaq bədənli canlıya aid fosillər ələ keçmişdir. Daha əvvəlki dövrlərə aid az sayda çoxhüceyrəli fosili olsa da, “Ediacara” faunası çox əhəmiyyətlidir.
CBT-dəki yazıda isə, 750-590 milyon il əvvəlki dövrü əhatə edən qartopu dünyası dövründə, hər biri 10 milyon sürən həddindən artıq soyuq dövr göründüyü izah edilir, bunları həddindən artıq istiləşmələrin izlədiyi ifadə edilirdi. CBT, “Ediacara” bölgəsindəkilər kimi çoxhüceyrəlilərin bu dövrdə reallaşan, həddindən artıq istilik fərqlərinə bağlı olaraq, təkhüceyrəlilərdən təkamülləşdiklərini iddia edirdi.
Ancaq, CBT-dəki fərziyyələr həm dəlilsizdir, həm də, bir təkhüceyrəli canlının necə çoxhüceyrəli canlıya çevrilə biləcəyi sualına ən kiçik cavab belə vermir. CBT, yalnız, təkhüceyrəli canlıların reallaşdırdığı, yemək, həzm etmək, ifraz etmək, çoxalmaq kimi həyati fəaliyyətlərinin, bir müddət sonra, birlikdə çalışan çoxhüceyrəli tərəfindən paylaşılmağa başlandığına dair nağıl danışır, ancaq heç bir dəlil belə göstərə bilmir.
Bir “çoxhüceyrəli orqanizm”də, hüceyrələr, dəyişən nisbətdə inteqrasiya və müstəqillik sərgiləyərlər. Çoxhüceyrəli orqanizmlərin inkişafı, hüceyrəvi xüsusiləşmə və iş bölümü ilə reallaşar. Hüceyrələr, bir əməliyyat üzərində məhsuldar hala gələr və həyatın lazımlılıqları üçün digər hüceyrələrdən asılıdırlar. Məsələn, insan bədəni tək bir hüceyrədən əmələ gəldiyinə baxmayaraq, 200-dən çox müxtəlif toxumaya malikdir və hər birindəki hüceyrələr müxtəlif vəzifələr yerinə yetirər. Çoxhüceyrəli orqanizmlər, hüceyrələrin xüsusi xəbərləşmə sistemi, xüsusi hüceyrəvi şəbəkədə birləşən, xüsusiləşmiş orqanizmlərdir. Çoxhüceyrəlilik, sadə ədədi çoxluq deyil, yüksək səviyyədə funksionallıq və komplekslik ortaya qoyan xüsusi dizayndır.
Bütün bu əməliyyatların icra edilməsində ortaq şüur görünür. Şüursuz hüceyrələrin belə bir sistemi təsadüfi bir yerə gələrək əmələ gətirə bilməyəcəkləri aydındır. Çoxhüceyrəli orqanizmlərin mənşəyi, ancaq şüurlu quruluşla, yəni yaradılışla açıqlana bilər.
Necə ki, təkhüceyrəlilər ilə, çoxhüceyrəlilər arasında heç bir aralıq forma yoxdur. Canlı dünyada yalnız təkhüceyrəli canlılar və minlərlə, on minlərlə hüceyrənin mütəşəkkil və xüsusiləşmiş şəkildə yaşayan çoxhüceyrəli canlılar vardır. İki, üç, dörd, beş hüceyrənin bir yerə yığılıb bir canlı orqanizm əmələ gətirməyi heç müşahidə edilməmişdir. Belə bir həyat forması, canlı dünyada olmadığı kimi qalıq qeydlərində də yoxdur. Onsuz da, Darvinizmə görə, “öz eqoist varlıqları” üçün yaşamalı olan təkhüceyrəlilərin, bir yerə yığılıb yeni bir orqanizm əmələ gətirmələrinin bir məntiqi də yoxdur.
Qısacası çoxhüceyrəlilərin mənşəyi təkamül nəzəriyyəsi cəhətdən tamamilə qaranlıqdadır. Dünyadakı iqlim şərtləri haqqında fərziyyə edərək, bu qaranlıqdan xilas olmaq isə, mümkün deyil. CBT-yə təkhüceyrəlilərlə çoxhüceyrəlilər arasındakı fərqliliyin təkamüllə açıqlanmasının mümkün olmadığını qəbul etməsini və xəyali fərziyyələrə əsaslanan ssenarilərdən imtina etməyini tövsiyə edirik.