“Atlas” jurnalı yazıçılarından Mustafa Camal, jurnalının noyabr 2003-cü il sayında “Gen və Mem” başlıqlı yazı nəşr etdi. Hörmətli Camal, kəm göz inancının olduqca geniş coğrafiyada yayılmasına diqqət çəkir, bu vəziyyəti qatı ateist və eyni zamanda qatı darvinist olan Richard Dawkinsin “eqoist gen və mem” boş sözləriylə əlaqələndirərək şərh etməyə cəhd edirdi.
Mustafa Camalın bu yazısı oxuculara ilk baxışda elmi şərh kimi görünmüş ola bilər. Ancaq yazıda ortaya qoyulan tezislərin heç bir elmi dayağı yoxdur.
Hörmətli Camal, genlərin özlərini davam etdirmək üçün öz aralarında rəqabət halında olduqlarını, bir tərəfdən də memlərlə mübarizə etdiklərini yazır. “Memləri, təkrarlanıla bilən hər cür düşüncə və davranış nümunəsi” olaraq xarakterizə edən Camal, memlərin genlər üzərində qurduğunu iddia etdiyi sözdə hakimiyyətə nümunələr verir. Camala görə, ünsiyyətin inkişaf etdiyi cəmiyyətlərdə məlumatın çoxalması və törəmənin geriləməsi memlərin yayılmasına bir nümunə meydana gətirir.
Hörmətli Camalın sözünü etdiyi bu mem tezisinin elmlə heç bir əlaqəsi yoxdur. Çünki varlığı hər kəs tərəfindən bilinən fikir və davranış ötürmələrinə “mem” etiketinin yapışdırılmasıyla məhdud, heç bir yeni məlumat qazancı meydana gətirməyən bir tezisdir. Necə ki, hərarətli təkamülçü olan Jerry Coyne belə, mem tezisinin “elmdən kənar” olduğunu və memlərin yalnız “köhnə və ənənəvi fikirlərdən yaranan bir qutuya dəbdəbəli amma saxta bir qabdan ibarət olduğu şərhini etmişdir.1
Yaxşı, amma əslində zooloq olan Richard Dawkinsin, akademik məsləyindən başqa sahədə (psixologiya) belə bir boş söz ortaya atması və Mustafa Cemal2 (və Ali Atif Bir3) kimi yazarlarının bu elmdən kənar tezisə yer vermələrinin səbəbi nə ola bilər?
Bunun tək səbəbi, haqqında bəhs edilən tezislərin ateist dünya görüşünə elmi görünüşlü zəmin funksiyası yerinə yetirmələridir. Dinə qarşı hörmətsiz və düşməncə düşüncələrini sıxlıqla ifadə edən Dawkins və onun tərəfdarları, bu tezisləri müdafiə edərək həm bioloji təkamül aldatmacasını, həm də dinin, memlər arasındakı rəqabətdən ortaya çıxdığı yalanını yaymağa çalışırlar. Qısacası “eqoist gen və mem” tezisləri tamamilə elmdən kənar olan və yalnız ateizm təbliğatı məqsədiylə müraciət edilən boş sözlərdən ibarətdir.
Ancaq bu təbliğat boşunadır. Daha da əhəmiyyətlisi, müasir elm təkamül nəzəriyyəsinin etibarsızlığını göstərmiş və canlıların təməlindəki məlumat və kompleksliyin ancaq şüurlu dizaynla açıqlana biləcəyini ortaya qoymuşdur. Beləcə müqəddəs kitablarda izah edilən yaradılış, elmin tapıntılarıyla da təsdiqlənmiş və elmlə dinin (Darvinist/materialist kütlələrin təbliğatının əksinə) bir-birləriylə uyğunlaşma içində olduğu ortaya çıxmışdır.
“Atlas” jurnalı və Mustafa Camala bu həqiqətləri qəbul etməyi və elmdən kənar tezislərlə ateizm təbliğatını davam etdirməkdən imtina etmələrini tövsiyə edirik.
Əlaqədar yazı: “Discovery Channel”ın insan ağlı ilə əlaqəli yanılmaları” başlıqlı yazıda “Richard Dawkinsin təhrif etmələri” alt başlıqlı hissə.
1) Jonathan Sarfarti, “Refuting Evolution 2”, Master Books, Inc., Green Forest, AR, 2003, səh. 197
2) Bu yazı Mustafa Camalın “eqoist gen” tezisiylə əlaqədar ilk yazısı deyil. Eyni mövzudakı əvvəlki yazısına verdiyimiz cavab üçün baxın: “Atlas” jurnalında eqoist gen yanılmaları”
3) Baxın: “Ali Atif Birin yanılmaları”