“Radikal” qəzeti yazarı Türker Alkan, “Darvinə qadağa, hicaba azadlıq!” başlıqlı yazısında belə yazırdı: “Bu yaxınlarda: “Radikal” qəzeti, darvinist qaydasını dəstəkləyir, bundan imtina edin deyə e-poçt mesajı aldım. Dindarlarin bir marağı da, təkamül qaydasını qadağan etməyə çalışmaqdır. Və bu qadağan etmə istəyi o qədər təbii görünür ki, saxlamağa və ya şərh etməyə belə gərək görmürlər.”

 

Türker Alkan, bundan sonra da İslam dünyasındakı bəzi neqativlik, din adına icra edilən səhv tətbiqlərdən və inanclardan danışırdı.

Hörmətli Alkanın bəhs etdiyi səhv tətbiq və inancları əlbəttə biz də təsdiq etmirik. Din adına ortaya atılan xurafatlar həqiqətən də əhəmiyyətli problemdir və həqiqi din əxlaqının anladılıb yaşana bilməsi üçün bu yanılmaların ortadan qalxması lazımdır.

Amma hörmətli Alkanın da əhəmiyyətli bir neçə yanılması vardır:

 

1) Əvvəlcə hələ də, təkamül nəzəriyyəsini elmi həqiqət hesab edir. Təkamüllə elmi ekvivalent anlayışlar kimi düşünür.

2) Təkamül nəzəriyyəsinə deyilən tənqidlərin “bu nəzəriyyəyə qadağa edilsin” məntiqiylə irəli sürüldüyünü hesab edir.

 

Halbuki təkamül nəzəriyyəsi elmi dayağı qalmamış bir inancdır və nəzəriyyəni tənqid edənlər də “bu nəzəriyyə qadağa edilsin” deyə deyil, “bu nəzəriyyəni təkzib edən elmi həqiqətlər ortaya qoyulsun” deyə səy göstərirlər.

Təkamül nəzəriyyəsi əlbəttə dərs kitablarında yer ala bilər, mediada gündəmə gətirilə bilər. Ancaq bu edilərkən, nəzəriyyənin elmi olaraq içinə düşdüyü çıxılmaz vəziyyət də gözlər önünə sərilməlidir. Təməl problem bu nəzəriyyəni təkzib edən onlarla elmi dəlil ortaya çıxmış olmasına baxmayaraq, bunlardan heç vaxt danışılmaması, nəzəriyyənin kor-koranə müdafiə olunması və elmi həqiqətmiş kimi təlqin edilməsidir. Səhv olan budur və Türker Alkanın (və nəzəriyyəni müdafiə edən digər yazarların) bu səhvdən imtina etmələri lazımdır.

Məsələn, hörmətli Alkan, təkamül nəzəriyyəsindən bəhs edərkən; bu nəzəriyyənin niyə canlılardakı dizaynı açıqlaya bilmədiyini elmi dəlillərlə ortaya qoyan “Intelligent Design” (Şüurlu dizayn) nəzəriyyəsindən də danışmalıdır. Və ya fosil qeydlərinin niyə və necə darvinizmlə uyğunlaşmadığını araşdırmalıdır. İstəsə özünə bu mövzularda məlumat təqdim edərək kömək edə bilərik.

Amma əvvəlcə, “təkamül elmdir, buna qarşı çıxanlar qadağanedicidir” kimi həqiqətdən uzaq şablonla düşünməkdən imtina etməsidir.

Hörmətli Alkan bilməlidir ki, biz təkamül nəzəriyyəsinin “qadağan edilməsini”, gündəmdən çıxarılmasını deyil, əksinə daha da çox gündəmə gəlməsini istəyirik. Gündəmə gəlsin (amma obyektiv şəkildə sorğulansın ki) bu nəzəriyyənin niyə böyük bir yanılma olduğu elmi dəlillərlə gözlər önünə sərilsin.