“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 25 dekabr 2004-cü il tarixli sayında “Bir az ördək, bir az qunduz” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, bir dimdikli məməli olan ördəkburunun cinsiyyət xromosomlarının sayı haqqında son bir tapıntı nəql edilir, bu canlı ilə əlaqədar bir sıra təkamülçü iddialar ortaya qoyulurdu. Buna görə ördəkburunda 10 ədəd cinsiyyət xromosomu olduğu aşkar edilmişdi. Ayrıca araşdırma qrupunun başı olan Frank Grützner, ördəkburunun DNT düzülməsindəki bir parçanın quşlardakına, digər bir parçanın da məməlilərdəkinə yaxın olduğunu ifadə edirdi. Grützner, bu tapıntıları təkamülçü dünyagörüşündən izah edir və quşlar ilə ördəkburun arasında təkamüllü əlaqə olduğunu qarşıya qoyurdu. CBT yazısında ayrıca, müqayisə etməli genom işinin nəticələrinə əsaslanaraq dimdikli məməlilərin digər məməlilərdən 210 milyon il əvvəl ayrıldığı şəklində bir iddiaya da yer verilirdi.

Ördəkburun eynilə bir məməli kimi tüklərə malikdir və balalarını əmizdirər, amma sürünənlər kimi yumurtlayaraq çoxalar və zəhər çıxarar. Eynilə quşlar kimi bir dimdiyə malikdir, amma eyni amfibiyalar kimi zamanının böyük hissəsini suda keçirər. Ördəkburun, tamam ayrı canlı qruplarına aid xüsusiyyətləri üzərində saxlayan bir “mozaika” canlıdır. Təkamülçülər bir zamanlar bu canlını bir ara forma olaraq göstərmişlərsə də bu iddia, paleontologiyanın öndə gələn qabaqcılları tərəfindən tərk edilmişdir. Stephen Jay Gould, ördəkburun kimi “mozaika canlılar”ın bir ara-keçid forması olaraq qəbul edilə bilməyəcəyini açıqca ifadə etməkdədir. (S. J. Gould & N. Eldredge, Paleobiology, cild 3, 1977, səh. 147)

 

İndi görülməkdədir ki, CBT-də ördəkburunla əlaqədar genom işinə əsaslanılaraq yuxarıda ifadə edilən iddialar ortaya qoyulmaqdadır. Ancaq bu saytda dəfələrlə izah etdiyimiz kimi, genom işlərinin nəticələri üzərində edilən təkamülçü şərhlər, tamamilə tək tərəfli və ön mühakiməyə əsaslanan şərhlərdir. Bu şərhlər təkamül nəzəriyyəsinə heç bir şəkildə elmi dəstək təmin etməz. Çünki ördəkburun ilə quşların bəzi ortaq DNT düzülmələrinə sahib olması aralarında təkamüllü əlaqə olduğunu göstərməz.

Ortaq genlərin fərqli orqanizmlər arasında köçürülə bilər olması, obyektiv olaraq “ortaq mənşə” göstəricisi olaraq qəbul edilə bilər. Ancaq bunlar, ortaq mənşə göstəricisi olmaqla birlikdə, ortaq ata “dəlili” deyildirlər. Ortaq mənşə, şüurlu dizayn tamamən uyğun müşahidədir. Çünki ortaq strukturların fərqli tipdə dizaynlarda paylaşılması şüurlu dizayn məhsullarının başda gələn xüsusiyyətlərindəndir. Məsələn şamların, fərqli tipdə avtomobil mühərrikləri arasında istifadə edilməsi mümkündür.

Şamların fərqli model avtomobillərdə paylaşılması, şamın ya da avtomobillərin maddənin təkamülləşməsiylə ortaya çıxdığını sübut etməməkdədir. Eyni şəkildə, ördəkburun ilə quşlar arasında bəzi DNT silsilələrinin paylaşılması da bir təkamül dəlili meydana gətirməməkdədir. Ördəkburun haqqındakı bu izahlar təkamülü doqma olaraq mənimsəmiş və tamamilə bağlı zehin quruluşu inkişaf etdirmiş materialistlərin ön mühakimələrindən başqa heç bir şeyə əsaslanmır.

Ördəkburunun, digər məməlilərdən 210 milyon il əvvəl ayrıldığı iddiası da eyni doqmatiq düşüncənin məhsuludur. Təkamülçülər, genom silsilələrini müqayisə etdikləri iki canlının, DNT silsilələri arasındakı fərqləri öz nəzəriyyələrinə görə şərh etməkdə və bunları sözdə təkamüllü ayrılmadan sonra fərqli soylarda ortaya çıxmış fərqlər olaraq izah etməkdədirlər. DNT-dəki nukleotid sıralarındakı tək bir dəyişikliyin bir neçə milyon illik müddətdə ortaya çıxdığını fərz etdikdən sonra, nukleotid sıralarındakı bütün fərqlərin sayını bu vahid müddət ilə hesablamaqdadırlar. Buna görə 210 milyon kimi bir rəqəm əldə edib ördəkburunun bu qədər il əvvəl digər məməlilərdən ayrıldığını qarşıya qoymaqdadırlar. Açıqca görüldüyü kimi, bütün bu düşüncə şəkli, ördəkburunun digər məməlilərlə ortaq bir atası olduğu və bu ikisinin genom quruluşundakı fərqlərin bu ayrılmadan sonra reallaşdığı fərziyyəsinin bir doqma olaraq doğru qəbul edilməsinə söykənməkdədir. Qısacası təkamülçülər, bir doqma olaraq qəbul etdikləri təkamül nəzəriyyəsinə, öz fərziyyələrini dəlil göstərərək yanılmaqdadırlar.

Məməlilər, digər bütün canlı qruplarında olduğu kimi, fosil qeydlərində birdən və qüsursuz bədən strukturlarıyla ortaya çıxmışlar. Paleontologiya elmi, canlıların ortaq atalardan təkamülləşərək ortaya çıxdığını iddia edən Darvinizmi qəti olaraq etibarsız etmişdir. Təkamülçülər, fosil qeydlərində tapa bilmədikləri ara formaları, genom müqayisə etmələri üzərində etdikləri ön mühakiməli izahlarla “çıxarmağa” çalışmaqdadırlar. Ancaq bunun çıxılmaz vəziyyətdə çalışmaq mənasına gəldiyi açıqdır. Bu kimi izahlar təkamül nəzəriyyəsinə heç bir şəkildə elmi dəstək meydana gətirməz və ara formaların təbiət tarixi boyunca var olduğunu sübut etməz. Bunlar yalnız təkamülçülərin doqmatiq düşüncə quruluşunun göstəriciləridir.

CBT, bir doqma olaraq doğru qəbul etdiyi təkamülçü fərziyyələri darvinizm lehində elmi dəlil olaraq təqdim etməkdən imtina etməsini tövsiyə edirik.