“Hürriyet Bilim” jurnalının 20 dekabr 2003-cü il tarixli sayında, “Dağ qoyunu, ovçuluğa görə kiçilir” başlıqlı yazı nəşr olundu. Yazıda, “Nature” jurnalında nəşr olunan bir tədqiqata əsaslanaraq, Kanadada yaşayan, “Ovis canadensis” növünə aid dağ qoyunlarının həddindən artıq və qeyri-qanuni ovlanmaq ilə əlaqədar, fiziki olaraq kiçildikləri bildirilirdi.
Yazıya görə, ovçular, yalnız iribuynuzlu qoçları öldürərək, sürətli böyümə və inkişaf edən buynuzdan məsul genlərin azalmasına səbəb olurdular. “Hürriyet Bilim” isə, bu kiçilməyi bir təkamül inkişafı kimi şərh edirdi.
Əvvəlcə Kanadadakı dağ qoyunlarının cütləşməsindəki bəhs olunan kiçilmənin “Hürriyet Bilim”də təkamül inkişafı kimi xarakterizə edilməsi “təkamülə dəlil” şəklində qəbul edilməməlidir. Yuxarıda da, ifadə etdiyimiz kimi, burada dağ qoyunlarının bir geninin “azalması”ından bəhs olunur. Bu səbəbdən bu, təkamül nəzəriyyəsinin nəzərdə tutulanın tam əksinə olan bir inkişafdır. Nəzəriyyəyə görə, canlılar, yeni genlər “qazana bilməli”, məsələn, sürünən kimi bir canlı yeni genlər qazanaraq qanad kimi bir orqana sahib olmalı və quşlara çevrilməlidir. Aydındır ki, gen itkisinin əsas olduğu bir vəziyyət, gen qazanması ilə əlaqədar bir nəzəriyyə üçün dəlil olaraq istifadə edilə bilməz.
Yaxşı, bu gen azalması nəticəsində nə baş verir? Bu problemin bir cavabı vardır: Yalnız dağ qoyunlarının ölçüsündə bir kiçilmə görünür.
Təkamülçülər, bir növdəki bu cür növlərə ayrılmaları (variasiyaları) nəzəriyyələrinə dəlil kimi istifadə etməyə çalışırlar. Halbuki, variasiya, təkamülə dəlil gətirməz, çünki, variasiya, onsuz da mövcud olan genetik məlumatın fərqli uyğunlaşmalarının ortaya çıxmasından ibarətdir və genetik məlumata yeni bir xüsusiyyət qazandırmır.
Variasiya, eyni növdə məhdud bir müxtəliflik təmin edər. Yalnız mövcud olan məlumat, öz daxilində dəyişər və bu dəyişikliyin sərhədləri də təyin olunmuşdur. Genetika elmində bəhs olunan sərhədə “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda (cütləşmənin irsi quruluşunda) olan bütün xüsusiyyətlər, variasiya sayəsində müxtəlif formalarda ortaya çıxa bilər.
Məsələn atlarda və ya itlərdə olduğu kimi, dağ qoyunlarında da, böyük və kiçik növlər var. Necə ki, Kanadadakı dağ qoyunlarında da, sürətli böyümə və uzanan buynuzdan məsul genlərə sahib, böyük növdəki qoyunların sayının azalmasıyla yanaşı, bu qoyun növünün, gen hovuzundakı təsirləri də azalmışdır. Bunun nəticəsində, kiçik növdəki qoyunların sayı, böyük qoyunlara nisbətən artmış və bu vəziyyət, sonrakı nəsillərdə, kiçik növdəki qoyunlara daha çox rast gəlinməsinə səbəb olmuşdur. Ancaq burada, yeni bir növ əmələ gəlməmişdir, bu səbəbdən, bir təkamül baş verməmişdir, yalnız, onsuz da, mövcud olan kiçik qoyun növlərinin, qoyun cütləşməsindəki nisbətləri artmışdır.
Bir sözlə, bu cür kiçilmələr, növün gen hovuzunda reallaşan dalğalanmalardan ibarətdir.
“Hürriyet Bilim”də təkamül dəlili kimi göstərilməyə çalışılan hadisədə də, mövcud genlər, bir yerə gəlir və bu qoyun növündə yeni kombinasiyalar əmələ gətirir. Yəni, dağ qoyunları yenə qoyun olaraq qalır, iddia edildiyi kimi, bir təkamülləşmə baş verməmişdir.