“Hürriyet Bilim”in 6 dekabr 2003-cü il tarixli sayında “Süd inəklərində və insanda genetik dəyişmə” başlıqlı xəbər nəşr olundu. Yazıda, Albano Beja-Pereira adlı tədqiqatçının, Avropadakı inək irqləri üzərində etdiyi və nəticələrini “Nature Genetics” jurnalında nəşr etdiyi bir genetik analiz xəbər verilirdi. Buna görə, süd istehsalındakı ən əhəmiyyətli altı gen, Şimal Avropa inəklərində daha çox müxtəliflik ortaya qoyur, eyni inəklərin digər genlərində belə bir müxtəliflik tapılmırdı.

Sonra yazıda, Şimali Avropalı yetişkinlərin laktoza (süd şəkəri) həzm etmə qabiliyyətlərinə diqqət çəkilir və bu qabiliyyətin, südçülük ferması fəaliyyətlərinin tarixdəki coğrafi yayılması ilə üst-üstə düşdüyü ifadə edilirdi. Bu məlumatdan yola çıxaraq insanların süd fəaliyyətlərinə bağlı olaraq südlə birlikdə “təkamülləşdikləri” kimi olduqca məntiqdən uzaq bir iddia irəli sürülürdü.

Burada əhəmiyyətli bir nöqtənin xatırladılmasında fayda vardır. Bəhs olunan tapıntının “Hürriyet Bilim”də “təkamül” kimi xarakterizə edilməsi, bir yanılma meydana gətirə bilər və darvinizmə bir dəlil hesab edilə bilər. Əslində isə tapıntı, Darvinin təkamül nəzəriyyəsini dəstəkləmir. İzah edək:

 

Bəhs olunan araşdırmada əldə edilən tapıntı, insanların laktoza immuniteti ilə inəklərin süd genlərindəki müxtəliflik arasında bir əlaqənin varlığıdır.

Laktoza, məməlilərdə bağırsaqlarda çıxarılan və laktoza adı verilən bir ferment sayəsində həzm edilir. Ancaq, bu fermenti çıxaran gen, balalar süddən kəsildikdən sonra “bağlanır”, beləliklə yetkinliyə çatmış fərdlər, süddəki laktozanı həzm edə bilməzlər. Ancaq insanlarda istisna vəziyyət əsasdır. Südvermə fəaliyyətlərinə əhəmiyyət vermiş irqlərdə, bu gen bağlanılmır və insanların laktoza həzm etmə qabiliyyətlərini yetişkinlərdə də davam etdirdikləri görünür. Məsələn, Skandinaviya xalqlarında laktoza həzm etmə qabiliyyəti 97%-ə çata bilərkən, Uzaq Şərq insanlarında eyni nisbət sıfırın bir az üstündədir.

Laktoza həzm qabiliyyətinin irqdən-irqə göstərdiyi bu fərqliliyin, laktoza çıxaran genin açılıb-bağlanmasına təsir edən, gendə əmələ gələn bir mutasiyaya bağlı olduğu və bu mutasiyanın müəyyən vaxtdan sonra südçülük ilə məşğul olan və bir sözlə daha çox süd istehlak edən irqlərdə yayıldığı düşünülür.

Ancaq bu yayılma, darvinizmin fərz etdiyi kimi, bir təkamül prosesi ortaya qoymur. Darvinin nəzəriyyəsinə görə, həyat, sadədən kompleksə (mürəkkəbə) doğru bir inkişaf etməli və həyatın xəyali təkamülündə canlıların DNT-nə təbii seleksiya ilə, seçilmiş mərhələlərlə yeni genetik məlumatlar əlavə olunmuş və beləliklə yeni orqanlar, yeni canlılar ortaya çıxmalıdır.

Laktoza həzm etmə qabiliyyəti isə, canlıları daha kompleks canlılara çevirən xüsusiyyətdə bir yenilik deyil. Mutasiyaların canlılara yeni genlər qazandırmadıqları, meyvə milçəklərinin saysız təcrübədə mutasiyaya məruz qalmalarına qarşı həmişə meyvə milçəkləri olaraq qaldıqları bilinir. Laboratoriyada mutasiyaya məruz qalan meyvə milçəklərində, mutasiyalardan sonra, heç bir yeni zülalın da, ortaya çıxmadığı görünür. Həm də, təkamülçülərin, canlıların genetik məlumatını inkişaf etdirərək, onları başqa canlılara çevirəcəyini ümid etdikləri mutasiyaların genetik məlumatı korlayan bir rol oynadıqları aydın olmuşdur.

Mutasiyaların canlılardakı kompleksliyi şərhindəki qeyri-kafiliyi və onları başqa canlılara təkamülləşdirmədikləri, şəxsən təkamülçülər tərəfindən də, qəbul edilir. Fransız Elmlər Akademiyasının keçmiş başçısı Pierre-Paul Grase bu həqiqəti belə yekunlaşdırmışdır:

 

“Nə qədər çox sayda olursa-olsunlar, mutasiyalar, hər hansı bir təkamül meydana gətirməzlər.” 1

 

Bir tərəfdən Şimali Avropa inəklərinin süd çıxartma genlərində, digər bölgələrə görə müxtəlif olması olduqca təbiidir. Burada, inək irqlərinin verdikləri südün miqdarına və keyfiyyətinə daha çox əhəmiyyət verilir, bu xüsusiyyətlərə görə daha məhsuldar inəkləri əldə etmək üçün digər bölgələrə nisbətən daha çox uyğunlaşdırılır. Bunun nəticəsində də, bölgədəki inəklərin genetik müxtəlifliyi də çoxdur.

 

Nəticə:

Şimali Avropa insanlarının, laktoza həzm etmə qabiliyyətləri ilə, buradakı inəklərin süd çıxarma genləri arasındakı əlaqə, inəyin və ya insanın ilk dəfə necə ortaya çıxa biləcəyini açıqlanmır, buna görə, təkamül nəzəriyyəsinə heç bir əsas gətirmir.

“Hürriyet Bilim”in bəhs olunan genetik növlərə ayırılmağı “təkamül” kimi xarakterizə etməsi, yanıldıcı olmamalıdır.

 

 

1) Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, səh. 88