24 mart 2003-cü il tarixdə “Discovery Channel”də “T. rex vadisi” adlı sənədli film yayımlandı. Sənədli filmdə 85 ilə 65 milyon il əvvəlki dövrdə yaşamış ətlə qidalanan bir dinozavr növü olan “Tyrannosaurus rex” haqqında irəli sürülən yeni bir fikir bəhs olunurdu. ABŞ-ın Montana əyalətində olan “Rockies” Muzeyindən Jack Horner adlı paleontoloq, yayılmış fikrin əksinə, “T.rexin” yırtıcı deyil, leş yeyən canlı olduğunu bildirirdi.
Bu canlıların gözlərinin (ovu görmək üçün) çox kiçik olduğu, qollarının (ovu tutmaq üçün) çox qısa olduğu və ayaqlarının (ovu qovmaq üçün) çox iri olduğu izah edilirdi. Horner, bu xüsusiyyətlərə əsaslanaraq T.rexin ov arxasınca qaçaraq onu tutma qabiliyyətinə sahib olmadığını, buna görə, leş yeyən bir növ olaraq düşünülməli olduğunu müdafiə edirdi. “T. rex”lərin mənşəyi mövzusuna girilməməsinə baxmayaraq, olan iki “T. rex” fosili arasında qurulan bir əlaqə, elmi cəhətdən bir yanılmaya işarə edirdi. Bu yazıda, bəhs olunan əlaqənin arxasındakı təkamülçü ön fikirlər gözlər önünə səriləcək.
Paleontoloq Jack Horner, “G. rex” və “Wankel rex” kimi tanınan iki “T. rex” fosili haqqında məlumatlar verir, sonra bunlardan qaynaqlanaraq “T. rex”lərin bəhs olunan təkamülü haqqında iddialara yer verir. Təxminən 68 milyon illik olan “G. rex” tanınan ən qədim “T. rex” fosilidir. Horner, 1990-cı ildə tapılan və “G.rex”dən 90 metr daha yuxarıdakı təbəqədə tapılan “Wankel rex”in, təbaşir dövrü ilə üçüncü geoloji dövrarası keçid sərhədinə (K-T sərhədi) yaxın yerdə tapıldığını ifadə edir. Beləliklə “Wankel rex”in, “G.rex”dən iki-üç milyon il daha yaşlı olduğu təxmin edilir.
Horner, iki növə aid fosillər üzərində apardığı tədqiqatlarda bud və ferum (ayağa birləşən sümük) sümüklərinin bir-birinə nisbətini müqayisə edir. “G.rex”də bud və ferum sümüklərinin təxminən bərabər uzunluqda olduğu, buna qarşı “Wankle rex”də bud sümüyünün ferum sümüyündən daha uzun olduğu izah edilir. Burada Horner, tamamilə xəyal gücünə əsaslanan bir əlaqə qurur və “T. rex”lərin ayaqlarında, müəyyən müddətdən sonra bir dəyişiklik göründüyü, bunun nəticəsində qaçma qabiliyyəti yerinə təkamüllə uzun məsafə getmə qabiliyyəti inkişaf etdirdikləri iddia edilir. “Discovery Channel”də verilən bu iddianın heç bir elmi dəyəri yoxdur.
Əvvəlcə verilən məlumatın doğruluğu şübhəlidir: “Discovery Channel”in “T. rex vadisi (yeri)” sənədli filmini və Hornerin iddialarını şərh edən bir dinozavr mütəxəssisi, bəhs olunan sümük nisbətlərinin, Hornerin iddia etdiyi kimi olmadığını ifadə edir. Cleveland Təbiət Tarixi Muzeyinin internet səhifəsində, şərhlərinə yer verilən Nicholas Gardner adlı dinozavr mütəxəssisi, “Wankel rex”in ferum sümüyünün qırılmış hissələrdən əmələ gəldiyini ifadə edir. Gardner, Hornerin bu hissələrə baxaraq əmələ gətirdiyi nisbətlərin səhv olduğunu və bu səhvin, Carnegie və Vaşinqton Muzeylərində qurulmuş “Wankel rex” dinozavr skeletlərindən açıq-aydın başa düşüləcəyini ifadə edir. Çünki muzeydəki nümunələr, Hornerin irəli sürdüyü nisbətləri göstərmir.
Başqa tərəfdən əgər Horner, nisbətləri düzgün təyin etsə idi, iddiaları təkamülü dəstəkləməməlidir. Çünki milyonlarla il əvvələ aid ayaq sümüklərinin yalnız uzunluqlarına baxaraq arada bir “təkamül” olduğunu demək, yalnız adamın ön fikirləri ilə gələ biləcəyi bir nəticədir. Bir növə aid müxtəlif fosil nümunələrinin sümük uzunluqlarında böyük fərqlər görünə bilər. Məsələn, fosil qeydlərində bir Çinli və bir Skandinaviyaya aid ayaq sümüklərinə rast gələn bir paleontoloq, arada böyük fərq görəcək. Amma buna əsaslanaraq “Skandinaviyaya aid olan Çinlilərdən təkamülləşmişdir” deyə iddia edə bilməz. Çünki Skandinaviyalının, Çinlidən daha uzun ayaqlara sahib olması təkamül olduğunu göstərməz. Fosillər, milyonlarla il əvvələ aid ancaq təcrid edilmiş izlər daşıyırlar. İki fosil arasındakı iki-üç milyon illik uzun dövrdə nə olub bitdiyi haqqında fikir bildirmələri mümkün deyil. Fosillər, çox vaxt kiçik hissələrdən əmələ gəlirlər və aid olduqları canlının bütünlüklə nəyə bənzədiyi haqqında, belə tam fikir bildirmələri mümkün deyil. “Bilim” jurnalı “Discover”də nəşr olunan bir məqalədə bununla əlaqədar olaraq belə şərh edilir:
“Fosillər əsassızdır. Sümüklər sizə eşitmək istədiyiniz bütün mahnıları oxuya bilərlər.”
Horner də, burada, yalnız fosillərə baxır və öz xəyallarında mövcud olan təkamül mahnısını dinləyir. “Discovery Channel” kimi təkamülçü qurumları da, bu xəyali iddiaların elmi əsaslarını araşdırmadan bunları kütlələrə yayırlar. Kanalın təkamülə olan doqmatik bağlılığını, müasir elmin tapıntıları qarşısında təkrar nəzərdən keçirməsini və XIX əsr xurafatı olduğu göstərilən təkamül nəzəriyyəsinin təbliğatını aparmaqdan imtina etməyini tövsiyə edirik.