“Discovery Channel TV”da 24 mart 2003-cü il tarixində “Tasmaniya pələngi klonlaşdırılır” adlı sənədli film yayımlandı. Sənədli film, nəsli kəsilmiş Tasmaniya pələnginin, bu növə aid olan və 140 ildir spirtli maddədə, xarab olmadan saxlanılan bir döl sayəsində klonlaşdırılması çalışmaları haqqında idi.

Proqramda, Avstraliya Təbiət Tarixi muzeyində işləyənlərinin başladığı klonlaşdırma layihəsinin qarşısındakı çətinliklər və layihə haqqında, elm adamlarının fikirləri izah edilirdi. Proqramın sonunda klonlaşdırma işləri müvəffəqiyyətlə nəticələnməsə də, döldən əldə edilən DNT hissələrinin birləşdirə bildiyi, bəlkə də, gələcəkdə, bir gün klonlaşdırmanın müvəffəqiyyətli olacağı kimi bildirilirdi. Ancaq, bir tərəfdən də, kanal, Tasmaniya pələnginin mənşəyi haqqında bəzi darvinist iddialar irəli sürərək tamaşaçılara təkamül təbliğatı aparırdı. Bu yazıda, sənədli filmdə verilən darvinist yanılmalar cavablandırılacaq.

Tasmaniya pələngi, Avstraliyanın cənubunda olan Tasmaniya adasında yaşamış bir növdür. Növün nəslinin kəsilməsində Avstraliya qitəsinə məskunlaşanlar əhəmiyyətli rol oynamışdır. Əkinçilər, öz heyvanlarına hücum edərək böyük ziyana gətirib çıxaran bu növə qarşı geniş ov kampaniyası başlatmışdır, bu kampaniya, Tasmaniya pələnginin nəslinə sona qoymuşdur.

Proqramda daha çox Tasmaniya pələngini klonlaşdırma işləri haqqında danışılır, canlının mənşəyi haqqında bir çox şərhlər verilir. “Discovery Channel” bir sözlə Tasmaniya pələnginin təkamüllə ortaya çıxan bir növ olduğu iddiasını irəli sürür və mövzunu ötüşdürür (sovuşdurur). Sənədli filmdə, Tasmaniya pələngi haqqında bu iddia irəli sürülür:

 

“Əlli milyon ildə təkamülləşən Tasmaniya pələngi, yalnız əlli ildə ortadan qaldırıldı.”

 

Təkamül iddiasının bu qədər qısa bir cümlə ilə məhdudlaşdırılmasının altında yatan səbəb, Tasmaniya pələnginin əslində təkamül ssenarilərini təkzib edən bir canlı olmağıdır.

Tasmaniya pələnginin, təkamülü çıxılmaz vəziyyətə salan xüsusiyyətlərinə keçmədən əvvəl, bu canlının bir başqa adının “Tasmaniya canavarı” olduğunu ifadə etmək lazımdır. Həqiqətdə canlının anatomiyası, əsl pələngə deyil, canavara bənzəyir. Kəllə quruluşu ilə, Şimali Amerika canavarından demək olar ki, heç fərqlənmir. Necə ki, elm ədəbiyyatında, daha geniş şəkildə istifadə edilən adı, Tasmaniya canavarıdır. Pələnglərlə yeganə oxşar tərəfi, bədəninin arxa qismində, bir pələngdə olan bənzər, paralel xətlərə sahib olmağıdır.

Tasmaniya canavarının (pələnginin) əhəmiyyətli xüsusiyyəti isə, eyni ilə kenquru kimi kisəli olmağıdır. Bir canavar bu qədər bənzədiyi halda kisəli olmağı təkamülçüləri məcburi qəbul etmələrinə sövq etmişdir.

Tasmaniya canavarı, kisəli məməlilərə aid olduğu halda, bənzəri olan Şimali Amerika canavarı plasentalı məməlidir. Təkamülçülərə görə, plasentalı və kisəli məməlilərin guya təkamüllə ayrılması, 100-120 milyon il əvvəl reallaşmışdır. İki canlının son ortaq atasının bu qədər qədim olması, sahib olduqları bənzərliklə açıq-aşkar ziddiyyət təşkil edir. Problem budur: Necə olur ki, bir-birinə tamami ilə uzaq iki qitədə (Avstraliya və Şimali Amerika, demək olar ki, dünyanın zidd uclarında yerləşirlər) təkamülləşdiyi irəli sürülən canlılar, yüz milyon ildən çox müddət sonra, demək olar ki, fərqsiz skeletlərə sahib ola bilirlər? Bir-birindən tamami ilə müstəqil coğrafiyalarda, tamami ilə təsadüfi hadisələrə əsaslanan “təkamül prosesləri” necə olur ki, eyni bədən quruluşunu iki dəfə ortaya çıxara bilir? Bu suallar qarşısında təkamülçülər, məcbur qalaraq, bu iki canlının təsadüfi mutasiyalarla ayrı coğrafiyalarda iki dəfə ortaya çıxdığını qəbul edirlər.

Təkamülçülərə görə, iki canlı, olduqca uzaq bölgələrdə yerləşmələrinə baxmayaraq, bənzər ekoloji faktorlar üzündən bənzər anatomiyalara sahib olmuşlar. Ekoloji faktorlar, guya təkamülləşən canlılar üzərində, eyni istiqamətdə təzyiq yaratmışdır və iki oxşar canlı ortaya çıxmışdır. Təkamülçülər, bu xəyali faktorlardan “təkamül təzyiqi” olaraq danışarlar və sanki, canlıları eyni tərəfə doğru istiqamətləndirən şüurlu bir proses varmış kimi bir davranış göstərərlər. Halbuki belə bir “təkamül təzyiqi” yoxdur. Yalnız təsadüfi mutasiyalar vardır və bu mutasiyaların, bir-birindən tamami ilə fərqli iki məməli qrupuna, yüzlərlə dəfə eyni şəkildə baş verdiyinə inanmaq, tamami ilə ağıldan uzaqdır. Ağla uyğun olan şərh, iki müstəqil canlının, ortaq bir “plan” üzrə yaradılmasıdır.

Əslində Tasmaniya canavarı ilə plasentalı canavar arasındakı oxşarlıq, morfoloji bənzərliklərin ortaq atadan gəlmə nəzəriyyəsinə dəlil gətirdiyinə dair sadə təkamülçü iddianı (yəni “homoloji” arqumentini) təkzib edən əhəmiyyətli dəlildir. Bir-birinə çox bənzər iki canavarın, belə heç bir ortaq atadan gəlmədikləri açıqca müəyyən olduğuna görə, digər bənzər növlər, məsələn meymun ilə insan üçün irəli sürülən “bənzəyirlər, deməli qohumdurlar” fikrinin necə inandırıcı ola bilər?

 

Nəticə

“Discovery Channel”də Tasmaniya canavarı haqqında izah edilən darvinist hekayələr heç bir elmi məna ifadə etmir. TV kanalı heç bir elmi dəlil göstərmədən öz darvinist inanclarını tamaşaçılarına təlqin etmişdir. “Discovery Channel”ə bu gözübağlı təkamül tərəfdarlığına son qoymağa çağırırıq.