Milliyyət qəzetinin 22 noyabr 2005-ci il tarixli sayında Ayşe Özek Karasu imzasıyla bir yazı nəşr olundu. “PANDANIN BAŞ BARMAĞINI KİM YARATDI?” başlıqlı yazıda, ABŞ-ın Pensilvaniya ştatında davam etməkdə olan təkamül nəzəriyyəsi mövzulu məhkəmə ələ alınırdı. Karasu, mövzunun arxa planına dair məlumatlar verdiyi yazısının sətir aralarında bəzi təkamülçü yanılmalara yer verirdi. Hörmətli Karasunun bu yanılmaları aşağıda maddə-maddə cavablandırılmaqdadır.
1) Pandadakı möcüzəvi xüsusiyyətlərin təbii seleksiya vasitəsiylə meydana gəldiyi yanılması:
Pandanın əlində, insan əlində olduğu kimi, dörd barmaqdan ayrı dayanan və beləcə cisimləri tutmağı asanlaşdıran ayrı bir baş barmaq yoxdur. Heyvanın beş barmağı da yan-yana uzanar. Amma bu beş paralel barmağının xaricində, biləyindən çıxan “radial susamsı sümük” (radial sesamoid bone) olaraq adlandırılan bir sümük çıxıntısı daha var. Bunu bəzən bir barmaq kimi istifadə etdiyi üçün, bioloqlar buna “pandanın baş barmağı” adını vermişlər.
Ayşe Özek Karasunun darvinistlərdən təlqin etdiyi iddia isə, pandanın əlinin bu quruluşuyla səmərəsiz olduğu şəklində yekunlaşdırıla bilər.
Təkamülçülərin bu yanılmanın təməlində, pandanın baş barmağını, insan əli kimi düşünmələri və funksionallığını insan əliylə müqayisə etmələri yatmaqdadır. Chicago Universitetindən Paul Nelson, bu mövzuda aşağıdakı şərhi edir:
Pandanın baş barmağı bəzi işlər üçün (məsələn, klaviaturadan istifadə etmək kimi) optimal (ideal) olmasa da, öz boynuna götürdüyü funksiya üçün, yəni bambuk soymaq üçün son dərəcə uyğun görünməkdədir.1
“The Giant Pandas of Wolong” (Wolongun nəhəng pandaları) adlı elmi araşdırma kitabının yazıçıları isə, bu şərhi edirlər:
Panda, birinci barmağının çıxdığı tüksüz səthi ilə saxta baş barmağını eynilə bir maşa kimi istifadə edərək, bambuk qamışlarını böyük həssaslıqla tuta bilməkdədir… Pandanın yarpaq yeməsini izləyərkən… tutma qabiliyyəti qarşısında hamımız təsirləndik. Təşəbbüskarlar və ağız böyük uyğunluq içində çalışmaqda və ona böyük hərəkət qabiliyyəti qazandırmaqdadır.2
1999-cu ildə “Nature” jurnalında nəşr olunan bir araşdırma, pandanın baş barmağının heyvanın təbii mühiti baxımından son dərəcə məhsuldar olduğunu göstərmişdir. Dörd Yapon araşdırmaçının ortaq icra etdikləri çalışma, “kompüterli tomoqrafiya” və “maqnit rezonans tomoqrafiya” texnikaları ilə icra edilmiş və nəticədə pandanın baş barmağının “məməlilər arasında olan ən fövqəladə istiqamətləndirmə texnikalarından biri” olduğu nəticəsinə gəlinmişdir.3
“Rola of the giant panda’s “pseudo-thumb” (Böyük pandanın “Saxta baş barmağının rolu”) başlıqlı məqalə, bu izahla bitməkdədir:
Böyük pandanın əlinin, daha əvvəlki morfoloji modellərdə irəli sürüldüyündən daha çox incə tutma mexanizmi olduğunu göstərmiş olarıq.4
Pandanın barmağı mükəmməl yaradılış dəlilidir. Təkamülçülər yaradılışı inkar etmək üçün təbiətdə qüsur və uyğunlaşmazlıq axtararlar. S. J. Gouldun pandaların baş barmaqları ilə əlaqədar iddiası buna bir nümunədir. Halbuki Gould yanılmaqdadır. Çünki bu sümük kimi barmaq Gouldun zənn etdiyi kimi bir qüsur deyil. Əksinə hərəkəti asanlaşdırar və vətərlərin yırtılmasına maneə törədici təsirə malikdir. 1999-cu ildə “Nature” jurnalında nəşr olunan bir araşdırma, pandanın baş barmağının heyvanın təbii mühiti baxımından son dərəcə səmərəli olduğunu göstərməkdədir. Dörd Yapon araşdırmaçının ortaq davam etdirdikləri çalışma, “kompüterli tomoqrafiya” və “maqnit rezonans tomoqrafiya” texnikaları ilə icra edilmiş və nəticədə pandanın baş barmağının “məməlilər arasında olan ən fövqəladə istiqamətləndirmə texnikalarından biri” olduğu nəticəsinə gəlinmişdir. (Endo, H., Yamagiwa, D., Hayashi, Y. H., Koie, H., Yamağa, Y., and Kimura, J. 1999. “Nature” 397: 309-310) Yuxarıda, çalışmanı icra edən mütəxəssislərin pandanın əl quruluşu ilə əlaqədar etdikləri kompüter şəkili yer alır.
Qısacası, pandanın barmağıyla əlaqədar darvinist iddia, elmi tapıntılarla çürüdülmüşdür. Hörmətli Karasunun bu yanılmanı təkrarlamasının səbəbi isə elmi ədəbiyyatda mövzuyla əlaqədar son araşdırmalardan böyük ehtimalla xəbərsiz olmasıdır.
2) Dino-quş fosilləri yanılması:
Ayşe Özek Karasu, Milliyyətdəki yazısında quşların dinozavrlardan təkamülləşdiyi iddiasına da yer verməkdə, bunun fosil dəlillərinin də elm adamların tərəfindən tapıldığını qarşıya qoymaqdadır. Ancaq hörmətli Karasu bu iddiasında da yanılmaqdadır. Bu iddia, hər hansı bir dəlilə əsaslanmayan və heç bir etibarlılığı olmayan bir iddiadır. ABŞ-ın məşhur elm quruluşu Smitsonian İnstitutunda Quşlar fakültəsinin başçısı Storrs L. Olson, “Washington Times” qəzetində nəşr olunan şərhlərində, iddianın elmi problemlərini bu sözlərlə ifadə etmişdir:
“Quşlar dinozavrdır” tezisini dəstəkləyən insanlar bu müzakirədə (quşların sözdə təkamülünün dinozavrlardan yoxsa başqa bir sürünən qrupundan olduğu müzakirəsi) uzun müddət səslərini yüksəltdilər. Quşların dinozavrlara çevrildiyi tezisiylə əlaqədar çox sayda problem var. Nəzəriyyə buna baxmayaraq məşhur mediada reklam mövzusu oldu.”5
Dino-quş nəzəriyyəsini müdafiə edənlər, quşların sözdə atasının kiçik və ətyeyən dinozavr növü olan theropodlar olduğunu qəbul edərlər. Xüsusilə Çinin Liaoning bölgəsində olan bəzi fosil növlərini təkamüllü ata olaraq göstərən təkamülçülər bu iddialarının açıqca qarşısında yer alan, çox əhəmiyyətli bir gerçəyi əhəmiyyətsiz etməkdədirlər: Hələ theropod növü dinozavrlar ortaya çıxmadığı dövrlərdə, qüsursuz olaraq uca bilən quşlar yer üzündə onsuz da vardırlar. Necə ki, 150 milyon il əvvəl yaşamış qədim quş növü olan Archaeopteryx, bilinən ən erkən quşdur və theropod növü dinozavrlardan milyonlarla il daha yaşlıdır. Məşhur ornitoloq (quş alim) Dr. Alan Feduccia, Archaeopteryxin dino-quş nəzəriyyəsi baxımından öhdəsindən gəlinə bilməz bir problem olduğunu bu sözlərlə vurğulamışdır:
“Bu nəzəriyyə haqqında öhdəsindən gəlinə bilməz problemlər var… Bizim bildirdiklərimizdən başqa, quş-bənzəri dinozavrların 150 milyon yaşındakı bilinən ən erkən quşdan 25 milyon ilə 80 milyon il sonra ortaya çıxmasıyla əlaqədar bir zaman problemi var.” 6
Bir uşağın, öz ata tərəfdən nənəsinin atası olduğunu iddia etmək nə qədər mənasızsa, quşların sözdə atalarının quşlardan sonra ortaya çıxdığını müdafiə etmək də o qədər mənasızdır.
Quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsi bunun yanında çox böyük açılmaz vəziyyətlərlə qarşı-qarşıyadır. Diləsəniz bunları yekunlaşdıran yazımızı buradan oxuya bilərsiniz.
3) Məməlilərin və balıqların təkamülü haqqındakı yanılma:
Hörmətli Karasu, yazısında quşların yanında məməlilər və balıqların təkamülü iddiasını dəstəkləyən fosil dəlillərin tapıldığını qarşıya qoymaqdadır. Hörmətli Karasunun burada təkamülçü təlqinlərin təsirində qaldığı və paleontologiyanın təkamülü dəstəklədiyi kimi bir yanılmaya düşdüyü görülməkdədir. Halbuki, bu vəziyyət bir aldanmadan ibarətdir.
Təkamül nəzəriyyəsi yavaş və pilləli dəyişmə iddiasında olduğuna görə növlər arasında saysız keçid forması olmalıdır. Halbuki, yüz iyirmi ildən çox paleontoloji qazıntılar təkamülçülərin gözləməsini boşa çıxarmışdır. Oklahoma universiteti Geologiya və Geofizika hissəsindən David B. Kitts bu vəziyyəti belə qəbul edir:
“Təkamül növlər arasında ara-keçid formaları tələb edir ancaq paleontologiya bunları edəməmişdir.” 7
“Balıqların təkamülü” iddiasını dəstəkləyəcək bir fosil də yoxdur. Əksinə, bütün fərqli balıq kateqoriyaları, fosil qeydlərində bir anda və heç bir ataları olmadan ortaya çıxarlar. Milyonlarla onurğasız fosil vardır, milyonlarla balıq fosili vardır, amma heç kim tək bir ədəd belə ara forma fosili tapa bilməmişdir. Təkamülçü paleontoloq Gerald T. Todd, “Sümüklü balıqların təkamülü” başlıqlı məqaləsində bu gerçək qarşısında çarəsiz sualları sıralar:
“Sümüklü balıqların hər üç sinifi də, fosil təbəqələrində eyni anda və birdən ortaya çıxarlar… Yaxşı, bunların mənşələri nədir? Bu cür fərqli və kompleks varlıqların ortaya çıxmasını nə təmin etmişdir? Və niyə özlərinə təkamüllü bir ata meydana gətirə biləcək canlıların izlərindən əsər yoxdur?” 8
Hörmətli Karasu, məməlilərin mənşəyi mövzusunda da təkamülçü yanılmaların təsirindədir. Təkamül nəzəriyyəsinə görə məməlilərin atası sürünənlər qəbul edilir. Halbuki sürünənlərlə məməliləri bir-birinə bağlaya biləcək tək bir ara forma fosili də tapılmamışdır. Buna görə təkamülçü paleontoloq Roger Lewin, “ilk məməliyə necə keçildiyi hələ bir sirdir” demək məcburiyyətində qalır.9
20-ci əsrin ən böyük təkamül avtotetlərindən və neo-darvinist nəzəriyyənin qurucularından biri olan Corc Gaylord Simpson isə, təkamül nəzəriyyəsi baxımından çox çaşdırıcı olan bu gerçəyi belə ifadə edər:
“Dünya üzərindəki həyatın ən təəccüblü hadisəsi, Mezolit dövrünün, yəni sürünənlər dövrünün, məməlilər dövrünə birdən dəyişməsidir. Sanki bütün baş rol aktyorluğunun çox sayda və növdəki sürünənlər tərəfindən boynuna götürüldüyü bir oyunun pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldığında isə, bu dəfə baş rolunda məməlilərin iştirak etdiyi və sürünənlərin bir kənara itələnildiyi yeni bir əsr başlamışdır. Ortaya çıxan məməlilərin bir əvvəlki əsrə aid izləri isə yox kimidir.” 10
Nəticə:
Görüldüyü kimi, təkamülçü ədəbiyyat, hörmətli Ayşe Özek Karasunun olduğunu zənn etdiyi fosillərdən gerçəkdə əsər-əlamət olmadığını göstərən etiraflarla doludur. Bunlar, canlı qrupları arasında heç bir təkamül yaşanmadığını sübut etməkdədir. Paleontologiya elmi, canlıların qüsursuz strukturlarıyla ani ortaya çıxdıqlarını göstərməklə yaradılış gerçəyini təsdiqləmişdir. Canlılar məqsədsiz müddətdə təsadüflərlə bir-birlərindən törəməmişdir. Onları bütün kainatın yaradıcısı olan Uca Allah qüsursuzca var etmişdir.
1) Paul A. Nelson, “Jettison the Arguments, or the Rule? The Place of Darwinian Theological Themata in Evolutionary Reasoning”, Access Research Network, 1988, http://www.arn.org/docs/nelson/pn_jettison.htm
2) George Schaller, H. Jinchu, P. Wenshi, and Z. Jing, The Giant Pandas of Wolong , Chicago: University of Chicago Press, 1986, səh.4, 58
3) Endo, H., Yamagiwa, D., Hayashi, Y. H., Koie, H., Yamaya, Y, and Kimura, J., “Nature”, cild. 397, 1999, səh. 309-310
4) Endo, H., Yamagiwa, D., Hayashi, Y. H., Koie, H., Yamaya, Y, and Kimura, J., “Nature”, cild. 397, 1999, səh. 309-310
5) Witham, “Sue Makes Debut in Latest Attack of Dino-Mania”, The Washington Times, 16 iyun 2000
6) David Williamson, “Scientist Says Ostrich Study Confirms Bird “Hands” Unlike Those Of Dinosaurs”, EurekAlert, 14 avqust 2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php
7) David B. Kitts (School of Geology and Geophysics, University of Oklahoma), “Paleontology and Evolutionary Theory,” Evolution, cild. 28, sentyabr 1974, səh. 467
8) Gerald T. Todd, “Evolution of the Lung and the Origin of Bony Fishes: A Casual Relationship”, American Zoologist, cild 26, No. 4, 1980, səh. 757
9) Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, Science, cild 212, 26 iyun 1981, səh. 1492.
10) George Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, səh. 42