CNNTURK internet saytında 17 mart 2006-cı il tarixində “Yeni tük fosili təkamül nəzəriyyəsini qarışdırdı” başlıqlı yazı nəşr olundu. İlk olaraq “Nature” jurnalında çıxan bu xəbərə görə, Almaniyada olan bir dinozavr fosili, tüklərin xəyali təkamülüylə əlaqədar nəzəriyyələri alt-üst edirdi. Elm adamları 150 milyon illik bu fosili Almaniyanın cənubundakı Jura dağlarından ilhamlanaraq “Juravenator starkı” adlandırdı. Fosilin ən əhəmiyyətli xüsusiyyəti isə, “tüklü dinozavrlar” iddiasının xəyali nağıldan ibarət olduğunu göstərməsi idi. Çünki bu fosil, təkamülçülərin “tüklü dinozavrlar” olaraq şəklində təbliğatını etdikləri xəyali canlılar dövründə, “tüksüz” dinozavrı təmsil etməkdə idi.
Darvinistlərin tüklü dinozavr iddiaları böyük yalandır
Quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsi, darvinistlərin uzun illərdir istifadə etdikləri ən böyük təbliğat mövzularından biridir. Elmi olaraq önə sürülməsinə baxmayaraq, iddia, əslində tək bir dəlil ilə belə dəstəklənilməmişdir, iddianın heç bir etibarlılığı yoxdur. Darvinistlərin indiyə qədər ön plana çıxardıqları bütün dino-quş sözdə dəlilləri çürüdülmüşdür. Üstəlik bunların bəzilərinin saxtakarlıq məhsulu olduğu ortaya çıxarılmışdır! Darvinistlərin bu mövzuda ən böyük dəlil olaraq qarşıya qoyduqları Archaeoraptorun tamamilə bir fosil saxtakarlığı olduğunun ortaya çıxması, bu mövzunun darvinistlər üçün elmi olmaqdan çox ideoloji lazımlılığının olduğunu açıq şəkildə göstərmişdir. 1996-cı ildə böyük media təbliğatı ilə gündəmə gətirilən Sinosauropteryx fosilinin gerçəkdə quş tükünə bənzəyən heç bir quruluşa sahib olmadığı isə 1997-ci ildə edilən araşdırmalarla aydın olmuşdur.1
Bundan başqa tüklü dinozavr olaraq ortaya atılan bütün nümunələrdə də tük olduğu iddia edilən strukturlar, xüsusiyyəti son dərəcə naməlum strukturlardır. Məşhur ornitoloq (quş alim) Alan Fedduccia kimi avtoritetlər, bu strukturların “kollagen lifləri” olduğunu və tük olaraq qəbul edilməsinin böyük səhv olacağını müdafiə etməkdədirlər.2
Qısacası, nəzəriyyənin mediada önə sürülən üzü ilə sübutlu arxa planı arasında böyük ziddiyyət vardır. Təkamülçülər, cəmiyyətə davamlı olaraq əsassız təbliğat yaymaqla nəzəriyyələrinin zəifliklərini örtməyə çalışmaqdadırlar. ABŞ-ın məşhur elmi təşkilatı Smithsonian İnstitutunda quşlar fakültəsinin başçısı olaraq vəzifə alan Storrs L. Olson, “Washington Times” qəzetində nəşr olunan şərhində, nəzəriyyənin “dəlilsizliyinə baxmayaraq” reklam mövzusu edilməkdə olduğunu bu şəkildə açıqlamaqdadır:
“Quşlar dinozavrdır” tezisini dəstəkləyən insanlar bu müzakirədə (quşların sözdə təkamülünün dinozavrlardan başqa bir sürünən qrupundan olduğu müzakirəsi) uzun müddət səslərini yüksəltdilər. Quşların dinozavrlara çevrildiyi tezisiylə əlaqədar çox sayda problem var. Nəzəriyyə buna baxmayaraq məşhur mediada reklam mövzusu oldu.” 3
Tüklü dinozavr iddiaları, dəlilsiz olmasının yanında, eyni zamanda təkamülçülər baxımından böyük bir yaş probleminə baxmayaraq, davam etdirilməkdədir. Çünki hələ theropod növü (quşların sözdə atası olaraq qəbul edilən kiçik və ətyeyən dinozavr növü) dinozavrların ortaya çıxmadığı dövrlərdə, qüsursuz olaraq uca bilən canlılar yer üzündə onsuz da vardı. Necə ki, 150 milyon il əvvəl yaşamış qədim quş növü olan Archaeopteryx, “tanınan ən erkən quşdur” və theropod növü dinozavrlardan milyonlarla il daha yaşlıdır. Dr. Alan Feduccia, Archaeopteryxin dino-quş nəzəriyyəsi baxımından “öhdəsindən gəlinə bilməz problem” olduğunu bu sözlərlə vurğulamışdır:
“Bu nəzəriyyə haqqında öhdəsindən gəlinə bilməz problemlər var… Bizim bildirdiklərimizdən başqa, quş-bənzəri dinozavrların 150 milyon yaşındakı bilinən ən erkən quşdan 25 milyon ilə 80 milyon il sonra ortaya çıxmasıyla əlaqədar bir zaman problemi var.” 4
Darvinistlərin davamlı olaraq gündəmdə tutmaq istədikləri tüklü dinozavrlar iddiası, yalnız elmdən kənar fərziyyədir. Tamamilə dəlilsizdir. Bu istiqamətdə elmi dəlil olaraq qarşıya qoyulan bütün qalıqlar bir aldatmadır, hamısının etibarsızlığı ortaya çıxmışdır. Həm də darvinistlər, quşların xüsusi strukturlarının dinozavr atalardan necə inkişaf etmiş ola biləcəyini də izah etməkdə tamamilə çarəsizdirlər. Mövzuyla əlaqədar detallı şərhləri buradan oxuya bilərsiniz.
Bu xəyali dino-quş təkamülünü yalanlayan bir başqa əhəmiyyətli dəlil də, son olan Juravenator fosili olmuşdur.
Yeni fosil Juravenator, təkamülçü fərziyyələri bir daha susdurur
Yeni olan Juravenator fosilinin son dərəcə yaxşı qorunmuş sümük quruluşu, onun bir dinozavr olduğunu təsdiqləmişdir. Ancaq təkamülçülərə görə, quşlara uzanan xəyali təkamüllü soyda olan bu canlı, tam mənasıyla “tüksüzdür”! Los Angelesdəki təbiət tarixi muzeyindən Luis Chiappe, canlının tüksüz olmasının yanında canlıya aid parçanın tük meydana gətirə biləcək orqanizmləri də ehtiva etmədiyini söyləməkdədir. Fosil təkamülçülərin gözlədiklərinin əksinə, “pulcuqlu” dinozavrdır. Chiappenin bu fosil üzərində araşdırmanı birlikdə icra etdiyi Münih Universitetindən Ursula Gohlich isə, “Nature” jurnalına etdiyi şərhdə bunları söyləməkdədir:
“İndi əlimizdə Coelurosaurlara aid olan, amma tükləri olmayan kiçik bir dinozavr var. Məhz bu, bir problemdir.” 5
Darvinistlər, quşların təkamülü ilə əlaqədar bütün fərziyyələri bir anda ortadan qaldıran bu fosil üçün müxtəlif şərhlər etməyə, daha doğrusu bəhanələr axtarmağa çalışmışlar. İlk olaraq fosilin xəyali tüklü atalarından başlayan xəyali təkamül müddəti sonunda tüksüz qalmış olduğunu iddia etmişlər. Amma laqeyd yanaşdıqları əhəmiyyətli gerçək budur: Əvvəlki sətirlərdə də dəlillərlə ortaya qoyduğumuz kimi, bu canlının “tüklü atalarından” əsər yoxdur!.. Tüklü dinozavrlar iddiası, yalana əsaslanan bir fərziyyədir, elmi dəlildən məhrumdur. Həm də bu son fosil, təkamülçülərin pulcuqlu dinozavrlardan tüklü quşlara keçid üçün qarşıya qoyduqları təkamülçü iddialara da qarşı çıxmaqdadır.
Chiappe və Gohlichin ikinci iddiası isə fərqli zaman və fərqli yerlərdə tük təkamülünün bir neçə dəfə yaşanmış ola biləcəyi ehtimalıdır. Ancaq darvinistlər, bəhs etdikləri tük təkamülünü indiyə qədər fosil qeydlərindən göstərə bilməmişlər. Bu fosildə də “təkamülləşməkdə olan tüklərdən” əsər yoxdur. Canlı, klassik pulcuqlu dinozavrdır. Juravenatorun tüklərlə örtülü olub, bu tüklərin fosilləşmə əsnasında itdiyi iddiası isə daha məcburi iddiadır. Fosil qeydlərinin, canlıların tüklərinə bağlı dəlilləri olduqca əhatəli şəkildə buraxdığı açıqca bilinməkdədir. Həm də fosil üzərində aparılan araşdırmalar, canlının tüklərin varlığının dəlillərini meydana gətirən orqanizmləri də ehtiva etmədiyini göstərməkdədir. Bütün bunların yanında, canlıda tük yerinə pulcuqların varlığı açıqca təsbit edilmişdir.
İddianın etibarsızlığını göstərən bir başqa əhəmiyyətli nöqtə isə, bu qalığın, etibarsızlığı açıqca ortaya çıxmış olan Sinosauropteryx ilə əlaqələndirilməsidir. Etibarsızlığı açıqca ortaya çıxmış olan Sinosauropteryxin hələ də bu iddialar üçün dəlil olaraq istifadə edilməsi, darvinistlərin bu mövzuda nə qədər çarəsiz qaldıqlarını və etibarsız dəlillər üzərindən elmi təbliğatlarında israrlı olduqlarını açıqca göstərməkdədir. Mövzuyla əlaqədar detallı məlumatları buradan oxuya bilərsiniz.
Juravenatorun varlığı, təkamül nəzəriyyəsinə qarşı, darvinistlərin etibarsız nəzəriyyələr ilə ört-basdır edə bilməyəcəkləri qədər açıq dəlildir. Onsuz da 150 milyon illik tam mənasıyla bir quş olan Archaeopteryx fosili təkamülçülərin qarşıya qoyduqları hər cür xəyali dino-quşu etibarsız etdiyi kimi, Juravenator ilə əlaqədar iddiaları da tam mənasıyla ortadan qaldırmaqdadır. Təkamülçülər, tam mənasıyla bir dinozavr olan Juravenatorun, onunla eyni illərdə yaşamış olan quşların atası olduğunu iddia etməkdədirlər. Təkamül nəzəriyyəsinin və darvinist iddiaların, ən son gəldiyi nöqtə məhz budur.
Nəticə:
Təkamül nəzəriyyəsi, hər keçən gün olan yeni yaradılış dəlilləri qarşısında tamamilə çöküntüyə uğramış nəzəriyyədir. Darvinistlər, əslində bu gerçəyi bilməkdə amma nəzəriyyəyə ideoloji bağlılıqları səbəbiylə görməməzlikdən gəlməkdədirlər. CNNTURK.com-a təkamül nəzəriyyəsinin elmi tapıntılar qarşısındakı etibarsızlığını qəbul etməsini və darvinizm təbliğatına son verməsini tövsiyə edirik.
1) ”Plucking the Feathered Dinosaur”, Science, cild 278, 14 noyabr 1997, səh. 1229
2) Alan Feduccia, The Origin and Evolution of Birds, 2nd Ed. New Haven: Yale University Press, 1999
3) Larry Witham, “Sue Makes Debut in Latest Attack of Dino-Mania”, The Washington Times, 16 iyun 2000
4) David Williamson, “Scientist Says Ostrich Study Confirms Bird “Hands” Unlike Those Of Dinosaurs”, EurekAlert, 14 avqust 2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php
5) Gohlich ve Chiappe, “A new carnivorous dinosaur from the Late Jurassic Solnhofen archipelago,” “Nature” 440, 16 mart 2006, səh. 329-332