Cənubi Afrikalı elm adamları dinozavrların üzərindəkilərin tük deyil, kollagen ola biləcəyini deyir, Cənubi Afrikadakı Durban-Westville Universiteti paleontoloqlarından, Theagarten Lingham-Soliar, dino-quş ehkamına dəstəkləyənlərin “dinozavr tükü” deyə adlandırdığı, tükə bənzər fosilləşmiş materialın, yalnız dinozavr bağının toxumasının fosilləri ola biləcəyini bildirirdi.

Alman elm jurnalı “Naturwissenschaften”də nəşr olunan araşdırmaya görə, Lingham-Soliar, ölü delfini, hava ilə təması olan çay qumunun içinə basdırdı və burada bir il boyunca gözlədi. Cənubi Afrikalı professor, delfində canlının bədənində tapılan çox bağ toxumasını meydana gətirən kollagen dəstələrinin nə vəziyyətdə olduğunu mikroskopla araşdırdı. Lingham-Soliarə görə çürümüş delfin bədənindəki kollagen, “təəccüblü şəkildə tüklərə bənzəyirdi.” Tədqiqatçı, jurnalın internet saytında nəşr olunan yazısında bu şərhləri edirdi:

 

“Bu tapıntılar, tüklü dinozavr fikrini dəstəkləyənlərin, vizual şəkillərə demək olar heç bir şübhə buraxmadan duyduqları güvənə ciddi şübhə salır və indiki tüklərini müraciət qaynağı olan yeri təyinetmə işlərində, daha da etibarlı nəticələr verən üsullara ehtiyac duyulduğunu vurğulayır.” 1

 

Bu axırıncı çalışma, dino-quş doqmasına son bir zərbə yaradır və bu iddianın ardındakı, təkamülçülərin xəyal gücünü aşkar edir. Quş ağciyəri və quş tükü kimi strukturların sadələşdirilə bilməz kompleks xüsusiyyətini tamamilə əhəmiyyətsiz edən təkamülçülər, dinozavr fosillərində rast gəldikləri və əslində çürümüş kollagen lifləri kimi açıqlana bilən quruluşları mübahisəsiz şəkildə “dinozavr tükü” qəbul edir və təkamül təbliğatında istifadə edirlər. Ancaq, əlbəttə bu cür xəyalpərəst ssenarilər ağıl və elmin işığında yox olmağa məhkumdur.

 

 

Stephen Strauss, “Buried Dolphin Corpse Serves Science”, 11 noyabr 2003, http://www.globeandmail.com/servlet/ArticleNews/TPStory/LAC/20031111/UDINO11/TPScience/