Keçdiyimiz günlərdə Çində tapınan bir qrup fosil, dünya mediasında təkamül nəzəriyyəsi lehinə bir dəlil olaraq əks etdirildi. Pekindəki Onurğalılar Paleontologiyası və Paleoantropolojisi İnstitutu səlahiyyətləri tərəfindən edilən şərhdə, altı fosildən birinin, “dörd qanadlı dino-quşa” aid olduğu və bu soyu tükənmiş canlının uça bildiyi irəli sürülmüşdü. Darvinist media quruluşları, daha əvvəl dəfələrlə gündəmə gətirdikləri ancaq hər səfərində fərqli dəlillərlə çürüyən “quşlar dinozavrlardan təkamülləşdi” tezisinin beləcə bir daha təbliğatını etdilər.

Halbuki, belə bir təbliğat edə bilmələrinə imkan tanıyacaq bir vəziyyət yoxdur. Çünki nə olan yeni “dörd qanadlı bir dino-quş” fosili, nə də bir başqa elmi tapıntı, “quşların təkamülü” iddiasına dəlil meydana gətirməməkdədir.

 

Yeni fosil, Archaeopteryxdən 20 milyon il daha gəncdir

Paleontologiya haqqında bir az bilən hər kəs, Archaeopteryx adını eşitmişdir. Bütün zamanların bəlkə də ən məşhur fosili olan bu canlı, bundan 150 milyon il əvvəl yaşamış bir quşdur. Archaeopteryxin ən əhəmiyyətli xüsusiyyəti isə, bilinən ən qədim quş olmasıdır. Archaeopteryxdən əvvəl yaşadığı bilinən, fosili tapılmış başqa heç bir quş yoxdur.1

 

Archaeopteryxin bir başqa təəccüblü xüsusiyyəti, tam mənasıyla bir quş olmasıdır: Günümüzdəki uçan quşlarının eynisi olan asimmetrik tükləri, qüsursuz qanad quruluşu, günümüzdəki quşlarda olduğu kimi yüngül və içi boş olan skelet quruluşu; uçuş əzələlərini dəstəkləyən sinə sümüyü və digər bir çox xüsusiyyəti, elm adamlarını Archaeopteryxin olduqca müvəffəqiyyətli bir şəkildə uçan quş olduğuna razı salmış vəziyyətdədir.2

 

Archaeopteryxin günümüzdəki quşlarında görülməyən iki xüsusiyyəti isə dimdiyindəki dişlər və qanadlarındakı pəncələrdir. Bu iki xüsusiyyət səbəbiylə quş, 19-cu əsrdən bu yana təkamülçülər tərəfindən “yarı sürünən” canlı olaraq göstərilmək istənmişdir. Halbuki, bu xüsusiyyətlər canlının sürünənlərlə bir əlaqəsi olduğu mənasını verməz. Araşdırmalar günümüzdəki quşlarından Hoatzinin də qanadlarında pəncələr olduğunu ortaya çıxarmışdır. Archaeopteryxin dişlərinin isə yalnız bu növə xas olmadığı, tarixdə “dişli quşlar” olaraq təyin oluna biləcək başqa növlərin də yaşadığı, başqa fosil tapıntılarından aydın olmaqdadır.3

 

Bütün bunlar səbəbiylə, Archaeopteryxi “ibtidai quş” olaraq təyin edən təkamülçü tezisin səhv olduğu, canlının günümüzdəki quşlara çox bənzədiyi artıq elm adamların tərəfindən qəbul görməkdədir. Bu mövzudakı ən qabaqcıllardan biri olan Kanzas Universiteti professoru Alan Feduccianın ifadə etdiyi kimi “Archaeopteryxin müxtəlif anatomik xüsusiyyətlərini araşdıran yeni araşdırmaçıların bir çoxu, bu canlının daha əvvəl xəyal ediləndən daha çox quş-bənzəri olduğunu göstərmişdir”. Archaeopteryx haqqında icra edilmiş olan darvinist təbliğat isə səhvdir; yenə Feducciaya görə “Archaeopteryxin theropod dinozavrlara olan bənzərliyi çox böyük ölçüdə şişirdilmişdir.” 4

 

Qısacası, Archaeopteryx, günümüzdəki quşlara çox bənzəyən, onlar kimi uça bilən, tanınan ən qədim quşdur. Və tam 150 milyon il yaşındadır.

 

Təkamülçülərin yaş problemi

Archaeopteryx bizə əhəmiyyətli həqiqəti göstərir:

Quşlar bundan 150 milyon il əvvəl də onsuz da var idilər. Onsuz da uçurdular. Əgər təkamülçülər “quşların atası” olaraq bir sıra namizədlər qarşıya qoymaq istəyirlərsə, bunların 150 milyon ildən də yaşlı olmaları lazımdır.

Sözünü etdiyimiz gerçək, indi dünya mediasında davam etdirilməkdə olan “dörd qanadlı dino-quş” ziddiyyətinin son dərəcə səthi və səhv olduğu göstərməyə yetər. Çünki “quşların ibtidai atası” olaraq göstərilmək istənən və adına Microraptor gui verilən fosil 130 milyon il yaşındadır. Yəni Archaeopteryxdən 20 milyon il daha gəncdir. Şübhəsiz, bir fosilin, özündən 20 milyon il əvvəl onsuz da uçan quşlar var ikən, “quşların ibtidai atası” olaraq göstərilməsi, tamamilə axmaqlıqdır.

Əslində bu “yaş problemi”, quşların atası olaraq irəli sürülən bütün digər sözdə “dino-quş” fosilləri üçün etibarlıdır. Quşların dinozavrlardan təkamülləşdiklərini qarşıya qoyan təkamülçülər, quşların atasını iki ayaq üzərində gedən theropod dinozavrları olaraq təyin etməkdədirlər. Halbuki, theropod dinozavrlar, fosil qeydlərində həmişə Archaeopteryxdən sonra ortaya çıxarlar.5

Bu böyük ziddiyyət, təkamülçülər tərəfindən həmişə ört-bas edilər. Microraptor gui haqqındakı xəbərlərdə də eyni ört-bas səyi diqqət çəkməkdədir: Bu fosilin 130 milyon il yaşındakı “ibtidai quş” olduğunu iddia edən təkamülçü qəzet və jurnalların heç biri, bundan 20 milyon il əvvəl dünya göylərində Archaeopteryxin onsuz da qüsursuzca süzüldüyünü ifadə etməmiş, bu əsas həqiqəti tamamilə əhəmiyyətsiz etmişlər.

 

Microraptor gui

Yaxşı, bu yeni “dörd qanadlı dinozavr”, yəni Microraptor gui həqiqətən nədir?

Bu suala cavab vermək üçün vaxt çox tezdir. Əldə edilən fosil haqqında daha bir çox araşdırma ediləcək və bəlkə də bunlar fosil haqqındakı fikirləri tamamilə dəyişdirə biləcək. Necə ki, 1990-ci illərin başlarından bu yana irəli sürülən “dino-quş” fosillərinin bir yanılma olduğu bir-bir ortaya çıxmışdı. Bu “tüklü dinozavr”lardan birinin, yəni Archaeoraptorun, bir fosil saxtakarlığı olduğu ortaya çıxdı. Digər fosillər üzərindəki detallı araşdırmalar, “tük” olaraq göstərilən strukturların kollagen lifləri olduğunu göstərdi.6

Feduccianın ifadə etdiyi kimi “bir çox dinozavr, heç bir dəlili olmamasına baxmayaraq, aerodinamika və tam uyğun tüklərlə örtülüymüş kimi göstərildi” 7

Bu səbəblə Feducia 1999-cü ildə çap olan kitabında bu mövzuda aşağıdakı şərhi etmişdi:

 

“Nəticədə, müxtəlif bölgələrdən yaxşı qorunmuş dərilərə sahib bir çox dinozavr mumiyası bilinməsinə baxmayaraq, indiyə qədər heç bir tüklü dinozavr tapılmamışdır.” 8

 

Bu səbəbdən Microraptor guinin nə olduğu mövzusunda bir mühakiməyə gələrkən, təkamülçülərin bu spekulyativ və ön mühakiməli yanaşmasını yaddaşda tutmaq lazımdır. Bu canlı, bir anda mediada yayımlanan bərpa şəkillərdə göstərildiyindən daha çox fərqli anatomiyaya sahib ola bilər.

Əgər Microraptor gui haqqındakı mövcud iddialar doğru olsa belə, bunun təkamül nəzəriyyəsinə qazandırdığı bir şey yoxdur. Təbiət tarixi boyunca çox geniş bioloji yelpik içində on milyonlarla fərqli növün yaşadığı və çoxunun soyu tükəndiyi bilinən bir gerçəkdir. Günümüzdəki qanadlı məməli yarasa kimi, keçmişdə də qanadlı sürünənlər (pterosaurlar) yaşamışdır. Bir çox fərqli dəniz sürünəni (məsələn ichthyosaurlar) yaşamış və soyları tükənmişdir. Ancaq bütün bu zəngin canlı yelpiyinin təəccüblü istiqaməti, fərqli xüsusiyyətdəki canlıların və ya anatomik strukturların birdən və daha ibtidai formaları olmadan yer üzünə çıxmalarıdır. Məsələn, quş tükləri haqqında danışanda, bunların sahib olduqları bütün kompleks və xüsusi strukturlarıyla, bir anda Archaeopteryxdə meydana çıxdıqlarını görərik. İbtidai quş tükləri yoxdur. İbtidai uçuş da yoxdur. İbtidai quş ağciyəri, onsuz da bu ağciyərin sadələşdirilə bilməz kompleks quruluşu səbəbiylə qeyri-mümkündür.9

 

Qısacası, fosil tapıntıları, canlıların təkamüllə deyil yaradılışla yer üzünə çıxdıqları gerçəyini dəstəkləməyə davam etməkdədir. Dino-quş ziddiyyəti olmasının bu gerçəyi dəyişdirmə imkanı yoxdur.

 

 

1) 225 milyon il yaşındaki Protoavis adı verilən fosilin “ən qədim quş” olduğu yönündə bir iddia var olsa da, bu yayğın qəbul edilən tezis deyildir.

2) Əlavə məlumat üçün baxın: Harun Yəhya, Həyatın həqiqi mənşəyi, İstanbul, 2000

3) Misal üçün 130 milyon il yaşındaki Liaoningornisin də dimdiyində dişləri vardır. (“Old Bird”, “Discover”, 21 mart 1997)

4) Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, səh. 81

5) Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, səh. 117

6) Ann Gibbons, “Plucking the Feathered Dinosaur”, Science, cild 278, nömrə 5341, 14 noyabr 1997, səh. 1229-1230

7) Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, səh. 130

8) Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, səh. 132

9) Əlavə məlumat üçün baxın: Harun Yəhya, Həyatın həqiqi mənşəyi, İstanbul, 2000