Header

Mehmet Sakınçın dino-quş yanılmaları

Aa4a

“Cumhuriyet Bilim Teknik” jurnalı yazıçılarından A. M. Cəlal Şengör, 20 sentyabr 2003-cü il tarixli və “Anqutlar və dinozavrlar haqqında” başlığını daşıyan yazısında, dostu Prof. Dr. Mehmet Sakınçın [*] bu sözlərinə yer verdi:

“Quşların əslində dinozavr olduqlarını on ildir elm öyrənib! Dinozavrlar son dərəcə müvəffəqiyyətli təkamüllə bədən istiliyinə nəzarət edən tük toxumasını inkişaf etdirib həm istiqanlı oldular, həm də uçmağı öyrəndilər; qanadlı sürünənlərdən daha müvəffəqiyyətli canlılar meydana gətirdilər. Reptilia (yəni sürünənlər) və aves (yəni quşlar) sinifləri arasındakı taksonomik fərqlər yox oldu! Dinozavrlar yox olmadı, quş oldu…”

Hörmətli Sakınç bu ifadələrində yanılmaqdadır. Quşların dinozavrlardan təkamülləşdiyi iddialarının bəzi kütlələr tərəfindən mənimsənmiş olması onun elmi həqiqət olduğunu göstərməz. Dino-quş doqması, digər bütün darvinist doqmalar kimi tək bir elmi dəlilə sahib deyil və materialist ön mühakimələr üzündən dəstəklənilən bir xəyaldan ibarətdir.

Hörmətli Sakınçın bu ifadələrindəki 2 iddia da əsassızdır:

1) Hörmətli Sakınç xülasəylə “dinozavrlar quş oldu” deməkdədir.

ABŞ-ın məşhur elm quruluşu “Smitsonian Institution”da quşlar hissəsi başçısı Storrs L. Olson isə, “The Washington Times” qəzetində nəşr olunan bir reportajında belə söyləməkdədir:

“Quşlar dinozavrdır” tezisini dəstəkləyən insanlar bu müzakirədə (quşların sözdə təkamülünün dinozavrlardan yoxsa başqa bir sürünən qrupundan olduğu müzakirəsi) uzun müddət səslərini yüksəltdilər. Quşların dinozavrlara çevrildiyi tezisiylə əlaqədar çox sayda problem var. Nəzəriyyə buna baxmayaraq, məşhur mediada reklam mövzusu oldu”.

Olson, quşların təkamülüylə əlaqədar konkret heç bir dəlil olmadığını söylədikdən sonra sözlərinə bunları əlavə etməkdədir:

“Quşların dinozavr olduğu tezisinin aşması böyük bir utanc olar. Bu müzakirəyə bağlanmış olan milyonlarla dollar və çox sayda karyera var”1

2) Hörmətli Sakınç sürünən və quş sinifləri arasındakı taksonomik fərqlər yox oldu deməkdədir.

Dünyada məşhur onurğalı paleontologiyası mütəxəssisi Robert Caroll isə bu mövzuda aşağıdakı ayrı-seçkiliyi etməkdədir:

“Quşlar, bütün onurğalı sinifləri arasında açıqca ən xüsusi qrupdur və ən yaxın qohumları olduğu irəli sürülən sürünənlərlə aralarında anatomiya və həyat şəkli baxımından nəhəng fərqlər vardır”.2

Görüldüyü kimi “Cumhuriyet Bilim Teknik”in, hörmətli Sakınçdan elmi gerçəklərmiş kimi köçürdüyü bu sözlər əslində təkamülçü ön mühakimələrə əsaslanan və doqma olaraq mənimsənən fərziyyələrdən ibarətdir. Quş ağciyəri və tüklərindəki sadələşdirilə bilməz komplekslikdə strukturlar ancaq şüurlu dizayn, yəni yaradılışla açıqlana bilər. CBT-nin təkamül nəzəriyyəsinə dəlil kimi göstərdiyi quşların mənşəyi mövzusu gerçəkdə bu canlıları Allahın yaratdığının ən açıq dəlillərindən biridir. CBT-ni təkamül nəzəriyyəsinə kor-koranə dəstək verməkdən imtina etməyə və həyatın gerçək mənşəyinin yaradılış olduğunu qəbul etməyə çağırırıq.

[*] İstanbul Texniki universiteti, Mədən Fakültəsi, Geologiya mühəndisliyində vəzifəli olan hörmətli Sakınç, ölkəmizdəki dino-quş təbliğatının əhəmiyyətli bir adıdır. A. M. C. Şengör “Cumhuriyet Bilim Teknik” jurnalının 11 mart 2000-ci il tarixli sayında hörmətli Sakınçla etdiyi bir söhbət nəşr etmiş və hörmətli Sakınçın təkamül nəzəriyyəsiylə əlaqədar bəzi iddialarına yer vermişdi. Bu yazının əhəmiyyətli bir hissəsində dino-quş doqmasına da yer ayrılmışdı. Hörmətli Sakınçın bu söhbətdə ortaya qoyduğu təkamülçü yanılmalara verdiyimiz cavabları buradan oxuya bilərsiniz.

1) Larry Witham, “Sue Makes Debut in Latest Attack of Dino-Mania”, The Washington Times, 16 iyun 2000.

2) Caroll, R. , Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, New York, 1997 səh. 306

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313