Bu günlərdə quşların atası olaraq qəbul edilən Archaeraptor adlı fosilin saxta olduğunun ortaya çıxması ilə, təkamülçülər çaxnaşmaya qapıldılar və bu dəfə də yeni tapdıqları bir fosilə ümidlərini bağladılar. Halbuki quşların atası olaraq qarşıya qoyduqları yeni dromaeosaur fosili ən qədim quş olaraq tanınan Archaeopteryxdən 20 milyon daha gəncdir!
27 aprel 2001-ci il tarixli “Radikal” qəzetində “Qanadlanmadan əvvəl süründü” başlıqlı xəbər nəşr olundu. Xəbərdə Çində olan bir fosilin, quşların dinozavrlardan təkamül keçirdiyi iddia edilirdi. “Radikal” qəzeti, “Nature” jurnalının 26 aprel 2001-ci il tarixli sayında “Palaeontology: Ruffling feathers” (Paleontologiya: Ortalığı qarışdıran tüklər) başlığı ilə nəşr olunan bir məqalədən aldığı xəbərdə, “yeni ortaya çıxarılan” 130 milyon illik tüklü dinozavr fosilindən bəhs edirdi. “Radikal”ın iddiasına görə “dromaeosaur” adlı bu dinozavr fosili quşlara bənzər xüsusiyyətlər daşıyırdı, quşların atasının dinozavrlar olduğunun dəlili idi. Halbuki fosil təkamülün dəlili deyil, yalnız təkamülçülərin növbəti yanılmaları idi.
Yeni tapılan fosil quşların atası niyə ola bilməz?
Yeni fosilin, quşların atası ola bilməyəcəyini göstərən ən açıq dəlillərdən biri yaşıdır. Hələ tam inkişaf etməmiş tükləri olduğu iddia edilən bu fosilin 130 milyon yaşında olduğu müəyyən edilmişdir. Ancaq təkamülçülər tərəfindən də “ilk uçan quş” olaraq təyin olunan Archaeopteryx 150 milyon il yaşındadır. Ayrıca Archaeopteryxin tükləri tam formalaşmış vəziyyətdədir və indiki uçan quşlar ilə tamamilə oxşar xüsusiyyətdədir. Archaeopteryxin qüsursuz qanadlara, uçma əzələlərinin birləşmə yeri olan sinə sümüyünə, uçmağa imkan verən asimmetrik quş tükü quruluşuna sahib olduğu və eynilə müasir quşlar kimi uça bildiyi qəbul edilmiş bir həqiqətdir.
Archaeopteryxin yaşadığı dövrdə, yəni bundan ən az 150 milyon il əvvəl yer üzündə müasir quşlardan fərqlənməyən, uça bilən quşlar olduğunu göstərir.
Yeni olana və “quşların ilkin atası” olaraq göstərilən fosil (dromaeosaur) isə, yalnız 130 milyon yaşındadır. Təkamülçülərin də qeyd etdiyi kimi bir quş deyil, tipik bir sürünəndir. Qanadları yoxdur, caynaqlı ön ayaqları vardır. Uzun arxa ayaqları və uzun quyruğu var. Təkamülçülərin bu canlını quşlarla əlaqədar kimi göstərməyə çalışmalarının tək səbəbi, bədəninin üst qismində tüklərə bənzəyən quruluşlarının olmasıdır. Bunun nəticəsi isə açıqdır: Dünyada 150 milyon il əvvəl onsuz da qüsursuz quşlar varkən, 130 milyon illik bir sürünənin “quşların atası” sayılması qeyri-mümkündür. Belə bir iddia, təkamülçülər üçün belə son dərəcə məntiqsizdir və yeni olan fosilin “quşların atası” olmadığını göstərir. Geriyə yalnız fosilin sahib olduğu irəli sürülən “quş tükləri” qalır ki, bu mövzuda iki ehtimal vardır:
1) Tüklər daha əvvəl iki ayrı nümunədə görüldüyü kimi, “saxta” və ya “yanlış izah” ola bilər. Təkamülçülər “tüklü dinozavr” tapmağın ardınca düşdükləri üçün, daha əvvəl oxşar qalmaqallar çıxarmışdılar. 1996-ci ildə böyük bir media təbliğatı ilə gündəmə gətirilən “Çində olan tüklü dinozavr fosilləri” hekayəsinin tamamilə həqiqətdən kənar olduğu, sözü gedən Sinosauropteryx fosilinin əslində quş tükünə bənzər heç bir quruluşa sahib olmadığı 1997-ci ildə aparılan araşdırmalarla aydın olmuşdur. (“Plucking the Feathered Dinosaur”, Science, 278-ci cild, 14 noyabr 1997, səh. 1229) Yenə Çində ortaya çıxarılan 1999-ci ildə “National Geographic” jurnalı tərəfindən bütün dünyaya “tüklü dinozavr” olaraq tanıdılan Archaeraptorun, fərqli canlıların fosillərinin bir-birinə birləşdirilməsiylə ortaya çıxdığı 2001-ci ildə məlum olmuşdur. Oxşar bir vəziyyət dromaeosaur üçün də keçərlidir.
2) Əgər canlının həqiqətən tükləri varsa da, bu təkamül nəzəriyyəsinə bir dəlil ola bilməz. Fərqli canlı qruplarının xüsusiyyətlərini üzərində saxlayan “mozaika canlılar”ın mövcud olduğu məlum bir həqiqətdir və bunların təkamül nəzəriyyəsinə dəlil olmadığı Stephen Jey Gould kimi qabaqcıl təkamülçü avtoritetlər tərəfindən da qəbul edilir. (S. J. Gould & N. Eldredge, Paleobiology, cild 3, 1977, səh. 147)
Məsələn, Avstraliyada yaşayan Platipus, məməli, sürünən və quş xüsusiyyətlərinə malikdir. Ancaq təkamülçülər bu canlıya nəzəriyyələrinə əsasən bir izah verə bilmirlər. Bir sürünənin tüklü olması da, onun quşlara təkamül keçirdiyinə dəlil deyil. Təkamül nəzəriyyəsinin tapmalı olduğu canlılar “ara formalardır”, mozaik canlılar deyil. Ara keçid formalar yoxdur, yarım, funksiyasını tam görə bilməyən orqanlara sahib olan canlılar olmalıdır. Halbuki mozaik canlıların sahib olduqları orqanların hər biri əksiksiz və qüsursuzdur.
Əgər təkamülçülər sürünənlərin quşlara doğru təkamül keçirdiyini iddia etməkdə təkid edirlərsə, Archaeopteryxdən daha əvvəl yaşamış bir qrup sürünənin, addım-addım quş xüsusiyyətləri inkişaf etdirdiklərini göstərən fosillər tapmalıdırlar. Halbuki buna dair ən kiçik bir dəlil belə yoxdur.
Theropod dinozavrları niyə quşların atası ola bilməz?
Təkamülçülərin quşların mənşəyi haqqındakı iddialarını əsassız edən bir başqa həqiqət, yeni olan dromaeosaur fosilinin də daxil edildiyi qrup olan theropod dinozavrlarının təkamül keçirərək uçmalarının qətiyyən qeyri-mümkün olmasıdır.
Təkamülçülərin əksəriyyəti quşların theropod dinozavrlarından (Theropod dinozavrlar, Tyrannosaurus rex və Velociraptor kimi ətyeyən dinozavr növlərinə verilən ümumi addır) təkamül keçirdiklərini iddia edirlər. Təkamülçü tədqiqatçılar olan yeni fosilin də bir theropod dinozavrın olduğunu bildirir.
Əslində isə theropod dinozavrları ilə quşların fosil qeydləri və anatomiyaları araşdırıldığında, ortada heç bir “təkamül əlaqəsi” olmadığı görülür. Allan Feduccia bir təkamülçü olmasına baxmayaraq, theropodların təkamül keçirərək uçmalarının qeyri-mümkün olduğunu belə açıqlayır:
“Bu qədər böyük iki ayağı, qısaldılmış ön ayaqları və ağır quyruğu olan bir canlının təkamül keçirərək uçması biofizika baxımdan qeyri-mümkündür. (A. Gibbons,” New Feathered Fossil Brings Dinosaurs and Birds Closer, “Science, 274: 720-721, 1996)
Dinozavrların quşların atası ola bilməyəcəyinə dair bir başqa dəlil isə yenə Feduccia rəhbərliyi ilə araşdırma aparan bir qrupdan gəlir. Mikroskop altında quş rüşeymlərini araşdıran elm adamları “Science” jurnalında nəşr olunan araşdırma nəticələrində bu izahı verirlər:
“Yeni araşdırma göstərir ki, quş embrionlarında, dinozavrlarda olan embrion baş barmağı görünür. Bu hər iki növün bir-biriylə yaxın əlaqəsinin qeyri-mümkün olduğunu göstərir.” (AC Burke and A. Feduccia,” EVELOPMENTAL Patterns and the Identification of Homologies in the Avian Hand “, Science, 278 (5338): 666-8, 24 oktyabr, 1997, with a perspective by R. Hinchliffe, “The Forward March of the Bird-Dinosaurs Halted?” səh. 596-597)
Amerikalı bioloq Richard L. Deem isə “Demise of the “Birds are Dinosaurs” (“Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu ) başlıqlı məqaləsində belə yazır:
“Son tədqiqatların nəticələri göstərir ki, theropod dinozavrların əlləri (qabaq qol sümüklərindəki) birinci, ikinci və üçüncü barmaqlardan törəmişdir, amma quşların qanadları, ikinci, üçüncü və dördüncü barmaqdan çıxar… İkinci bir tədqiqat göstərir ki, theropod dinozavrlar, quşlara təkamül keçirəcək bir skelet ya da ağciyər quruluşuna sahib deyil. (Theropod dinozavrlar diafraqma ilə tənəffüs edər, quşların isə diafraqması yoxdur.) Theropod bir dinozavrın quşlara təkamül keçirməsi, diafraqmasında ciddi bir handikap meydana gəlməsini tələb edəcək, amma bu vəziyyət canlının nəfəs alma qabiliyyətini çox kritik bir şəkildə məhdudlaşdıracaqdır. Dr.Rubenin ifadə etdiyi kimi, buna səbəb ola biləcək bir mutasiyanın selektiv bir üstünlük təmin etməsi qeyri-mümkün görünür. (Richard L. Deem “Demise of the “Birds are Dinosaurs” Theory”, http://www.yfiles.com/dinobird2.html
“Quşlar dinozavrdır” nəzəriyyəsiylə əlaqədar başqa problemlər də vardır. Theropodların qabaq ayaqları ən qədim quş olaraq qəbul edilən Archaeopteryxlə müqayisədə, bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənləri də düşünüldüyündə, bir növ “qabaq-qanad” (proto-wing) inkişaf etdirmələri mümkün kimi görünür. Theropod dinozavrların çox böyük hissəsi (quşlarda olan) semilunatik bilək sümüyündən məhrumdur və Archaeopteryxdə heç bir bənzəri olmayan bəzi bilək hissələrinə malikdir. Bütün theropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllənin deşiyindən keçərlər, quşlarda isə eyni sinirlər kəlləni ön tərəfdən özlərinə aid bir dəlikdən keçir. Bir başqa problem isə, theropodların çox böyük qisminin Archaeopteryxdən daha sonra ortaya çıxmasıdır”. (http://www.yfiles.com/dinobird2.html)
Qısası, quşların theropod dinozavrlardan təkamül keçirməsi qeyri-mümkündür, çünki belə bir təkamülü meydana gətirəcək və iki canlı qrupu arasındakı böyük fərqləri ortadan qaldıran bir mexanizm yoxdur.
Nəticə
Elmi araşdırma və tədqiqatlar nəticəsində görüldüyü kimi, dinozavrların quşlara təkamül keçirməsi bir çox baxımdan qeyri-mümkündür. Həmçinin quşların əcdadı olduğu iddiası ilə ortaya çıxarılan hər fosil bu günə qədər elmi dəlillər nəticəsində təkzib olunmuşdu və ya saxta olaraq çıxarılmış bir fosil olduğu aydın olmuşdur.
Əvvəldə də ifadə etdiyimiz kimi keçdiyimiz günlərdə, təkamülçülərin dinozavr-quş əlaqəsi üçün ən güclü dəlil olaraq istifadə etdikləri Archaeraptorun əslində saxta bir fosil olduğu ortaya çıxarılmışdır. Belə çıxır ki, təkamülçülər guya dəlillərini itirməyin gətirdiyi təlaşla, bu yeni fosili “çox güclü bir dəlil” olaraq təqdim edib nəzəriyyələrini qurtarmağa çalışmışlar.
Son dövrlərdə qarşıya qoyulan (amma bir təhrif etmə və ya saxtakarlıq olduğu bir-bir aydın olan) “dino-quş” iddiaları əslində təkamül nəzəriyyəsinin paleontoloji son çırpınışlarıdır. Ancaq bu çırpınışlar son zamanlarda azalmış, təkamül nəzəriyyəsi təsirini və etibarlılığını əsasən itirmişdir. “Radikal” qəzeti, daha ağıllı və elmi bir dünyagörüşü əldə etməlisən, “quşlar uçmadan əvvəl sürünürdü” kimi elmdən kənar xurafatlara inanmaqdan vaz keçməlidir.