Təkamülçülər hər yeni fosil tapıntısında, dinozavr-quş əlaqəsi haqqında fərziyyələr irəli sürür, ancaq ətraflı analizlər nəticəsində yalanlanırlar. Çində olan üç yeni “theropod” dinozavrı fosili də, bu cür fərziyyədir. “Sabah” və “Hürriyet”, həmişəki kimi bu fosilləri də “təkamülə dəlil” hesab etmiş və bu cür göstərmişdir. 16 oktyabr tarixli “Sabah” və “Hürriyet” qəzetlərində “Qanadlı dinozavr tapıldı” və “Uçan dinozavr tapıldı” başlıqlı iki xəbər nəşr olundu. Hər iki xəbərdə də, Çində olan yeni bəzi fosillərin “dinozavr-quş təkamülü” iddiasına dəlil yaratdığı qarşıya qoyulurdu.
Hər iki qəzetin də, xəbər qaynağı, təkamülçü ədəbiyyatın qabaqcıl nəşr orqanlarından “National Geographic” jurnalı idi. “National Geographic” jurnalının bununla əlaqədar olaraq verdiyi məlumatlara görə, tapılan yeni fosillər, Çindəki məşhur “Liaoning” bölgəsindən gəlirdi. “National Geographic”, üç müxtəlif fosildən danışırdı.
- Arxaeoraptor
- Sinornidosaurus
- Beipiaosaurus
“National Geographic”in verdiyi məlumatlara görə, hər üç fosil də təxminən 120 milyon il yaşında idi. Hər üçü də, xeropod dinozavrlar sinfinə daxil idi. (Deropod dinozavrlar, Tyrannosaurus rex və velosiraptor kimi ətyeyən dinozavr növlərinin ümumi olaraq verilən addır.) Ancaq “National Geographic” bu dinozavrların bəzi “quş-bənzəri” xüsusiyyətlər daşıdıqlarını irəli sürürdü. Bu xüsusiyyətlərin ən əhəmiyyətlisi isə, iddiaya görə, bu fosil dinozavrların quşlara bənzər tüklərə sahib olması idi.
Mövzu ilə tanış olmayan oxucular, bəlkə bu “tüklü dinozavr” anlayışını ilk dəfə eşidirdilər. Halbuki, həqiqətdə, bu anlayış iki il qədər əvvəl də, gündəmə gəlmiş və elm dünyasının gündəmini işğal etmişdi. Yenə Çində olan və Sinosauropteriks adı verilən bir dinozavr, bütün dünyaya “tüklü dinozavr” kimi tanıdılmış və “Sabah” və “Hürriyet” kimi bir çox qəzetdə xəbər verilmişdi.
Ancaq sonrakı aylarda, Sinosauropteriks üzərində aparılan ətraflı analizlər, təkamülçü araşdırmaçıların həyəcanla “quş tükü” kimi tanıtdıqları quruluşların tüklərlə əlaqəsi olmadığını göstərmişdi. “Science” jurnalında nəşr olunan “Plucking the Feathered Dinosaur” (Tüklü dinozavrın tüklərini yolmaq) başlıqlı məqalədə, təkamülçü paleontoloqlar tərəfindən “tük” hesab edilən quruluşların həqiqətdə tüklərlə maraqsız olduğu ifadə edilirdi:
“Təxminən bir il əvvəl, paleontoloqlar, “tüklü dinozavr”-a aid fotoşəkillərin ortaya çıxması ilə, həyəcanlanmışdılar. Çinin Yixian bölgəsində olan Sinosauropteriks adlı fosil, “New York Times”-ın ön səhifəsində nəşr olunmuş və quşların mənşəyinin, dinozavrlar olduğuna dair əsaslı dəlil kimi təqdim edilmişdi. Amma keçən ay, Çikaqodakı onurğalılar paleontologiyası yığıncağında verilən hökm daha fərqli oldu. Fosil nümunələrini yarım düzünə araşdıran Qərbli paleontoloq, bu quruluşların müasir tüklər olmadığını dedi… Kanzas Universitetinin paleontoloqu Larry Martin, bu quruluşların köhnəlmiş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını ifadə etdi.” (Ann Gibbons, “Plucking the Feathered Dinosaur”, Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)”
Görünən odur ki, təkamülçülər, Sinosauropteriks haqqındakı fərziyyələrinin boşa çıxmasının ardından, indi də, Arxaeoraptor, Sinornidosaurus və Beipiaosaurus adı verilən yeni fosil tapıntıları üzərində, fərziyyələrə qapılmışlar. “Sabah” və “Hürriyet”-də, təkamülə aid göstərdikləri, həmişəki kimi ön mühakiməli rəftarı təkrar edərək, bu fərziyyələri heç bir fərqli şərh və düşüncəyə yer vermədən “təkamülə dəlil tapıldı” üslubunda oxucularına təqdim etmişlər. Halbuki təkamülçülərin bu üç yeni fosil tapıntısı haqqındakı iddialara nəzər saldıqda, bu iddiaların təkamül nəzəriyyəsinin öz fərziyyələrinə görə də, əsassız olduğu görülürdü.
“Arxaoepteryx”-dən də gənc “Quş ataları!
Çində tapılan Arxaeoraptor, Sinornidosaurus və Beipiaosaurus adlı dinozavr fosilləri, əvvəl də, ifadə etdiyimiz kimi, təkamülçü qaynaqlarda yarı quş, yarı dinozavr kimi təqdim olunur. Fosilləri şərh edən təkamülçü paleontoloq Kris Sloan, bu canlıların uça bilmədiklərini, ancaq qanadlarını nizamlı qaçmaq üçün istifadə etdiklərini bildirir. Yəni bu iddialara görə, bu üç fosilin, hələ uça bilməyən “quş ataları” kimi qəbul edilməsi lazımdır.
Məhz burada, çox böyük ziddiyyət vardır. Çünki, bu fosillər yalnız 120 milyon il qədər qədimdir. Ancaq, yer üzündəki tanınan ən qədim uca bilən, quş olan Arxaeopteriks, 150 milyon il yaşındadır. Arxaeopteriks, dövrümüzdəki quşlarla eyni uçuş qabiliyyətinə sahib olan, uça bilən quşdur. Uçmaq üçün lazımlı olan geniş qanadlara, asimmetrik və kompleks tük quruluşuna, sternum (sinə) sümüyünə malikdir. Təkamülçülər, uzun müddətdir Arxaeopteriksi, “quşların ibtidai atası” kimi göstərməyə çalışırlar. Amma, qarşılaşdıqları ən böyük problem, bu canlının onsuz da, bütün quş xüsusiyyətlərinə sahib və qüsursuz şəkildə uça bilən bir canlı olmağıdır.
Qısacası Arxaeopteriks, qədim quşların, bundan 150 milyon il əvvəl səmada uçduqlarının bir dəlilidir. Bu vəziyyətdə, əlbəttə 120 milyon il yaşındakı bəzi dinozavr fosillərinin, “quşların hələ uça bilməyən ibtidai ataları” kimi göstərilməsi qeyri-mümkündür.
Bu vəziyyət, Arxaeoraptor, Sinornidosaurus və Beipiaosaurus adlı dinozavr fosilləri haqqındakı təkamülçü iddiaların, açıq-aşkar ziddiyyət təşkil etdiyini göstərir.
Deropod dinozavrlar və quşlar
Təkamülçü mediada yer alan spekulyativ (fərziyyələrə əsaslanan) xəbərlər bir tərəfə buraxılsa və deropod dinozavrlar ilə quşların fosil qeydləri və anatomiyaları araşdırılsa, əslində ortada heç bir “təkamül” olmadığı görünər. Amerikalı bioloq, Riçard L. Dim “Demise of the “Birds ara Dinosaurs’ Theory” (“Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu”) başlıqlı məqaləsində belə yazır:
“Axırıncı çalışmaların nəticələri göstərir ki, deropod dinozavrların əlləri (ön qol sümüklərindəki) birinci, ikinci və üçüncü xanalardan törəmişdir, amma quşların qanadları, ikinci, üçüncü və dördüncü xanalardan törəyirlər…. İkinci bir çalışma, göstərir ki, deropod dinozavrlar, quşlarınkına təkamülləşə bilən bir skelet, ya da, ağciyər quruluşuna sahib deyil. (Deropod dinozavrlar diafraqmalı tənəffüs edər, quşların isə, diafraqması yoxdur.) Deropod bir dinozavrın quşlara təkamülləşməsi, diafraqmasında ciddi maneə əmələ gəlməsini tələb edər amma bu vəziyyət canlının nəfəs alma qabiliyyətini çox kritik bir şəkildə məhdudlaşdırar. Dr. Rubenin ifadə etdiyi kimi, “buna səbəb ola bilən bir mutasiyanın, selektif (seçim) üstünlük təmin etməsi qeyri-mümkün görünür.”
“Quşlar dinozavrdır” nəzəriyyəsi ilə əlaqədar başqa problemlər də, vardır. Deropodların təşəbbüskarları Arxaeopterikslə müqayisədə, bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənlərini də, düşünəndə, bir növ “ön-qanad” (proto-wing) inkişaf etdirmələri ehtimalı görünmür. Deropod dinozavrların çox böyük hissəsi, (quşlarda mövcud olan) semilunatik bilək sümüyündən məhrumdur və Arxaeopteriks də, heç bir bənzəri tapılmayan bəzi bilək hissələrinə malikdir. Bütün deropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə, kəlləni yandan tərk edər, quşlarda isə, eyni sinirlər kəlləni ön tərəfdən özlərinə aid bir dəlikdən keçərək tərk edər. Bir başqa problem isə, deropodların çox böyük hissəsinin Arxaeopteriksdən də sonra ortaya çıxmış olmalarıdır.” (http://www.yfiles.com/dinobird2.html)
Bir tədəfdən də, deropod dinozavrları, quşlardan ayıran bir başqa əhəmiyyətli fərq isə, bu dinozavrların omba sümüklərinin quruluşudur. Dinozavrlar, omba sümüklərinin quruluşuna görə, iki təməl qrupa bölünürlər-Saurisçian (sürünən-bənzəri omba kəmərlilər) və Ornidisçian (quş-bənzəri omba kəmərlilər) qrupları. Ornidisçian qrupundakı dinozavrların omba sümükləri, quşlara həqiqətən çox oxşayır və bu səbəblə bu adı götürmüşlər. Ancaq, başqa istiqamətdən quşlara heç bir bənzərlik göstərməzlər. Buna görə təkamülçülər, deropodların daxil olduqları Saurisçian (sürünən-bənzəri omba kəmərlilər) dinozavrlarını “quşların atası” hesab etmək məcburiyyətində qalarlar. Halbuki, tərifdən də aydın olacağı kimi, bu dinozavrların omba sümüyünün quruluşu, quşlara bənzəmir. (Duana T. Gish. Dinosaurs by Design. Master Books, AR, 1996. Səh. 65-66)
Qısaca, quşların deropod dinozavrlardan təkamülləşmələri qeyri-mümkündür, çünki, belə bir təkamülü əmələ gətirən və iki canlı qrupu arasındakı böyük fərqləri ortadan qaldıra bilən bir mexanizm yoxdur.
Bu həqiqət, təkamül nəzəriyyəsinin digər bütün iddialarını da, təməlindən etibarsız edir. Təkamülçülər, canlılar arasındakı oxşarlıqları tapmağa çalışır və bu bənzərliklərə əsaslanaraq növlərin bir-birlərindən təkamülləşdiklərini bildirirlər. Amma, əhəmiyyətli olan, fərqli növləri bir-birlərinə çevirəcək mexanizmlərin tapılmamasıdır. Digər tərəfdən fosil qeydləri də, növlərin birdən ortaya çıxdıqlarını göstərir, yəni yaradıldıqlarını bildirir.
Dünyada 1,5 milyon canlı növü yaşayır və on milyonlarla müxtəlif növün də, nəsli kəsilmişdir. Bir sözlə, yer üzündə, möhtəşəm bir müxtəliflik vardır. Bu müxtəliflik içində yüz minlərlə, fərqli sürünən ya da quş növü var. Quruda sürünənlər vardır, uçan sürünənlər ya da dəniz sürünənləri də vardır. Quşlara bənzəyən sürünənlər vardır, quşlara bənzəməyən sürünənlər vardır. Bu bənzərlikləri göstərək, amma bunları “təkamül” dəlili saymaq isə tamamilə əsassız bir yanaşmadır və həqiqətdə təkamülçülərin ön mühakimələrinin bir ifadəsidir.
Elmi inkişaflar isə, təkamülçülərin ön mühakiməyə əsaslanan iddialarını, bir-bir təkzib edir və canlılığın həqiqi mənşəyinin yaradılış olduğunu hər keçən gün daha aydın şəkildə ortaya qoyur.