“New York Times” qəzetinin 19 avqust 2003-cü il tarixli sayında, Nikolas Weyd tərəfindən hazırlanan və “Why Humans and Their Fur Parted Ways- İnsanlarla tüklərinin yollarını ayırma səbəbləri” başlıqlı yazı nəşr olundu. Weyd, bu yazısında insanın, bir çox məməlinin əksinə, tüklərdən məhrum olmasının səbəblərini araşdırır, bu vəziyyəti insanın təkamülü ssenariləri çərçivəsində izah edirdi.

Weydin mövzuya dair təkamülçü ön mühakimələri, hələ ilk cümlədə görünürdü:

 

“İnsanların, qohumları meymunlarla yollarını ayırması ilə ortaya çıxan ən fərqli təkamüllü dəyişiklik bədən tüklərini itirmələri idi.”

 

Weyd, uzun məqaləsində təkamülçülərin mövzuyla əlaqədar yeni fikirlərini bildirir, bu xəyali tük tökülməsinin, təkamülçü prizması ilə “səbəb” və “nə vaxt” reallaşa biləcəyinə dair iddiaları sıralayırdı.

Bəzi təkamülçülər bunun istiliklə əlaqədar olduğunu iddia edərkən bəziləri insanların gənə və bit kimi parazitlərdən xilas olma məqsədiylə tüklərini tökdüklərini qarşıya qoyurdu.

 

“New York Times”da “Məhz belə hekayə”lər

Weyd “niyə” sualına dair, təkamül fikirlərini bildirdikdən sonra “New York City”-dəki Amerikan Təbiət Tarixi Muzeyi Antropologiya bölməsinin başçısı İan Tattersallın, bunlarla əlaqədar olduqca haqlı tənqidinə də yer verirdi. Tattersall, bunların elmi cəhətdən izahatlarını tənqid edən bu ifadəni bildirirdi:

 

“Tük itkisinin üstünlüklərinə dair, hər cür fikir mövcuddur, amma bunların hamısı “məhz-belə hekayələr”dir (just-so stories).”

 

“Məhz belə hekayələr”, təkamülçülərin tez-tez müraciət etdiyi, ancaq heç bir elmi əsası olmayan xəyali ssenarilərdir. Bu hekayələrin yaradılması da, olduqca asandır. Əvvəl bir canlıya aid, bir xüsusiyyətin üstün cəhəti və ya xüsusiyyətləri təsvir edilir. Sonra, bu üstünlüyün necə təkamülləşəcəyinə dair bir ssenari uydurulur. Əlbəttə, bu cür irəli sürülən təkamülçü fikirlərin təcrübədə bir sərhədi yoxdur. “Filin xortumu yerdən yemək toplamaq üçün üstünlük təşkil edir, bu halda filin xortumu yerdən yemək yığmaq üçün təkamülləşmişdir.” Və ya, “Zürafənin boyu yüksəkdəki budaqlara çatmasını təşkil edər, bu halda zürafənin boyu yüksəkdəki yarpaqlara çatmaq üçün təkamülləşmişdir” kimi…

Bu hekayələrdə müdafiə olunan iddiaları təkrarlamaq və təcrübə kimi qəbul etmək kimi elmi xüsusiyyətlərdən məhrumdur. Məşhur “Nature” jurnalının elm üzrə redaktoru və təkamül haqqında bir çox məqalə və kitabın yazıçısı Henry Gee, bir təkamülçü olmağına baxmayaraq, bir orqanın mənşəyini, onun faydasını deyərək şərh etmək nə qədər səhv olduğunu belə ifadə edir:

 

… Burunlarımız eynək daşımaq üçün düzəldilmişdir, buna görə eynəklərimiz vardır. Bəli, təkamülçü bioloqlar, hər hansı bir quruluşu onun mövcud olan faydasından danışaraq izah etdikləri vaxt bu məntiqi istifadə edirlər. Halbuki, bəhsi keçən mövcud olan fayda, bizə, bu quruluşun necə inkişaf etdiyi, hətta o quruluşun təkamül tarixinin, onun formasına və xüsusiyyətlərini təsir edib-etmədiyinə aid heç bir şey deməz.1

 

Bir sözlə, insanın tüklərini niyə tökdüyü haqqında irəli sürülən və “New York Times”-da nəşr olunan iddiaların, hər hansı bir elmi fantaziya hekayəsindən fərqləri yoxdur. Bunlar da, elm fantaziya hekayələri kimi xəyal gücünə əsaslanarlar.

 

Doqmatik suala doqmatik cavablar: İnsan tüklərini nə vaxt tökdü?

“NYT” redaktoru Nikolas Weydin yazısının sonrakı hissəsində, bu xəyali tük tökülməsinin “nə vaxt” reallaşdığına dair təkamülçü iddialar sıralanırdı. Bu dəfə iddiaların sahibləri, iddialarını, bəzi genetik analizlərə əsaslanaraq meydana gətirmişdilər. Ancaq metodları qiymətləndiriləndə, təkamülü (lazım olduğu formada) bir fərziyyə olaraq deyil, bir ehkam kimi qəbul etdikləri görünürdü.

ABŞ-dakı Utah Universitetində təkamül genetiki olaraq vəzifə yerinə yetirən Dr. Alan R. Rogers, insanların bu xəyali tük tökülməsi əsnasında, günəş şüalarına qarşı qorunmaq üçün tünd bədənə ehtiyac duyacaqlarını fərz etmişdi. Dərinin rəngini təyin edən piqmentlər arasında, bir keçid təmin edən, MC1R genini araşdıraraq, insanların 1.2 milyon il əvvəl, tüklərini tökmələri lazım olduğunu iddia edirdi.

Weydin yazısında bəhs olunan bir başqa araşdırma isə, guya təkamül prosesində tüklərini tökən insanların, ilk dəfə nə vaxt geyinməyə başladığı sualına cavab axtarırdı. Dünya mətbuatında başlıqlara keçən bu araşdırmanı, Almaniyadakı məşhur Maks-Plank İnstitutu tədqiqatçılarından Mark Stonekinq və qrupu reallaşdırmışdı. Stonekinq və iş yoldaşları, insanın 72.000-42.000 il əvvəl geyim istifadə etməyə başladığını bildirirdilər.

Stonkinq, bu araşdırmada qeyri-adi bir üsul istifadə etmişdir və bitlərdən faydalanmışdı. Dünyanın müxtəlif bölgələrində, insanlardan saç və bədən bitləri ilə şimpanzedə asılı olaraq yaşayan bit növlərdi yığan tədqiqatçılar, bitlərin arasındakı genetik fərqləri hesablamışdır, nəticədə, bəhs olunan zaman çərçivəsi əldə etmişdilər. Bədən biti, saç bitinin əksinə dəriyə deyil paltara yapışdığı üçün, bu canlının ortaya çıxış tarixi ilə insanın geyimdən istifadə etməyə başlaması ilə eyni vaxtda olacağı şəklində bir nəticəyə gəlmişlər.

“New York Times”-ın redaktoru, Weyd, bu araşdırmaları eşitdirdiyi üsluba səhv yanaşmışdır və insan təkamülündən, tarixi həqiqət kimi bəhs etmişdir. Sonra da, bəhs olunan “tük tökülməsi” iddialarını nəzəriyyəyə dəlil kimi təqdim etmişdir. Halbuki, haqqında danışılan tədqiqatlar, insanın təkamüllə yarandığı iddialarını dəstəkləyir. Təkamülü, bir ehkam kimi alıb, bunun üzərinə fərziyyələr edirlər. Məsələn, Stonekinqin metodu araşdırılsa, bu vəziyyət aydın şəkildə görülə bilər. Stonekinqin irəli sürdüyü məntiqinin mərhələləri bunlardır:

 

  1. İnsan və şimpanzenin beş milyon il qədər əvvəl, ortaq atadan ayrıldığı fərz edilir.
  2. Şimpanze və insana yapışıq yaşayan müasir bitlərin genetik kodları analiz edilir. Fərqlər müqayisə edilir. (Təxminən 170 dənə)
  3. Bu fərqlərin mutasiyalar nəticəsində reallaşdığı fərz edilir.
  4. Bunların fərz edilən beş milyon illik müddətdə, eyni sabit zaman aralıqlarla ortaya çıxdığı fərz edilir. (5 milyon il/170 mutasiya=30.000 il/1 mutasiya)
  5. Saç bitinin variasiyasından başqa bir şey olmayan müasir bədən bitinin genetik kodu analiz edilir. Fərqlər müqayisə edilir. (2 və ya 3 dənə)
  6. Saç biti ilə bədən biti arasındakı fərqlərin, mutasiyalara bağlı olduğu fərz edilir.
  7. Bu mutasiyaların da, eyni sabit mutasiya nisbəti ilə, 30.000 ildə bir dəfə reallaşdığı fərz edilir. Beləliklə, bədən bitinin insan geyimlərinə yapışdığının, yəni Stonekinqin mənfəətinə görə, insanın geyim istifadə etməyə başlamasının 72.000 il əvvəl reallaşdığı nəticəsinə gəlir.2

 

Göründüyü kimi, Stonekinqin araşdırması, bir çox darvinist fərziyyə doğru qəbul edilmişdir. Kütlələrə, bunun olduğu kimi və ciddi şəkildə əks etdirilməsi lazımdır. Məsələn, nəticələrin deyildiyi xəbərə, “İnsanın şimpanzelərlə ortaq atadan təkamülləşdiyi fərziyyəsi doğru qəbul edilərək, aparılan araşdırmaya görə” kimi bir qeyd edilməsi lazımdır.

Weydin məqaləsində isə, bu cür sağlam fikir görünmür. İnsanın təkamüllə ortaya çıxdığını və ya tüklərini tökdüyünü qəbul etməyi tələb edən heç bir elmi dəlilin tapılmadığına baxmayaraq, “New York Times”, insan təkamülündən elmi həqiqət kimi bəhs edir və nəşr etdiyi xəyali meymun adam şəkilləri ilə bunu dəstəkləyir.

 

İnsanın təkamülü ssenariləri təkzib olunur

“New York Times”-da, həqiqət kimi göstərilməsinə qarşı, insanın təkamülü ssenariləri artıq həmişə olduğundan daha çox çıxılmaz vəziyyətdədir. On illər boyunca davam etdirilən itkin halqa təbliğatının boş olduğu, təkamülə əsas göstərilən fosillər arasında həqiqi və mərhələli inkişaf olmadığı, təkamülçülər tərəfindən qəbul edilmək məcburiyyətində qalmışdır. Ümid edilənin əksinə, çoxalan fosil tapıntıları, insanın təkamülü ssenarilərini sağlamlaşdırmamış, vəziyyəti daha da, kompleks hala salmışdır. İndiki vaxtda, təkamülçülər arasında yayğın qəbul etməyə başlayan, “insanın təkamülünün bir ağaca deyil, bir “kola” bənzədiyi fikri bu kompleks vəziyyətin məcbur etdiyi bir etirafdır.

İnsanın keçmişinə ətf edilən fosil qeydinin özü, təkamül göstərmədiyi halda, təkamülçülər, təkamül fikrindən imtina etmir, vəziyyət hər nə olursa olsun insanın təkamülü nağılını izah etməyi davam etmirlər. Əlbəttə, bu yanaşma elmi cəhətdən əsassızdır. Əsaslı olan, təbiətdə komplekslik artımı əmələ gətirə biləcək təkamüllü mexanizm olmadığını və insan ilə şimpanzenin mənşələrinin bir-birindən ayrı olduğu həqiqətini qəbul etməkdir. Müasir elm, bu mənşəyin yaradılış olduğunu göstərir.

 

Nəticə

İnsan təkamülü müasir dövr əfsanəsindən ibarətdir. “New York Times”-da nəşr olunan insanın tük tökülməsi hekayəsi də, bu əfsanənin bir hissəsidir. “New York Times”-a, bu əfsanəni davam etdirməsinin bir mənası qalmadığını xatırladır, təkamülə dəstək olan, bundan sonrakı araşdırmalar haqqında daha obyektiv izahat sərgiləməsini tövsiyə edirik.

 

 

1) Henry Gee, In Search Of Deep Time: Beyond The Fossil Record To A New Hıstory Of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, səh. 103

2) Michael Matthews, “Hairless hokum”, 25 avqust 2003 http://www.answersingenesis.org/docs2003/0825hairless.asp