“National Geographic” jurnalı, planetimizin dörd bir tərəfini araşdıran və əldə etdiyi elmi tapıntıları oxucuları ilə paylaşan əhəmiyyətli elmi jurnal olmaq iddiasındadır. Jurnalın həqiqətən də, bir çox əhəmiyyətli mövzuda məlumat qaynağı olduğu aydındır, amma bu məlumatları oxucularına təqdim edərkən ideoloji bir “filtr”dən keçirir, hətta, bəzən bu ideologiya lazımınca tapıntıları təhrif edərək xəyali hekayələr nəşr edir.

“National Geographic”in bəhs olunan ideologiyası darvinizmdir. Bu nəzəriyyəni müdafiə etmək üçün, dəfələrlə elmi tapıntıları ön mühakiməli olaraq şərh edir, hətta, elmi saxtakarlıqlara qapı açır. Məsələn 1998-ci ildə “National Geographic” tərəfindən bütün dünyaya “quşların dinozavrlardan təkamülləşdiyinin mübahisə edilməz dəlili” kimi göstərilən, ancaq sonradan “əl istehsalı (düzəltmə)” olduğu aydın olan “Archaeoraptor” fosili saxtakarlığı kimi.

Jurnalın bu gözübağlı təkamül təbliğatçılığı, bu nəzəriyyəni müdafiə edən elm adamlarından da, reaksiya görür. ABŞ-dakı məşhur “Smithsonian Institution” Təbiət Tarixi Muzeyindən Dr. Storrs Olson, “National Geographic”uzun müddətdir sensasiyalı, dəstəksiz və tabloid xəbərçilik edərək səviyyəsini aşağı salmış vəziyyətdə” deməkdədir.1

 

“National Geographic”in “sensasiyalı, dəstəksiz və tabloid” təkamül təbliğatlarının bir nümunəsi, noyabr 2001-ci il tarixli sayında nəşr olunan, “Balinaların təkamülü” xəbəri idi. Xəbərdə, bir sıra fosil tapıntısı nəticəsində “balinaların təkamülü” fikrinin sübut edildiyi irəli sürülür, hətta, Hans Devisen adlı bir paleontoloqdan “balinalar təkamülün yaxşı nümunələrindən biri oldular” sözü nəql edilir. Tam 14 səhifə olan məqalənin hər tərəfinə yerləşdirilən şəkillər, düzəlişlər və sxemlər, eyni iddianı vizual olaraq da, oxucuların zehninə yerləşdirmək məqsədini daşıyırdı.

Halbuki “National Geographic”in hərarətlə müdafiə etdiyi “balinaların təkamülü” ssenarisi, elmi dəlillərdən məhrum bir nağıldan başqa bir şey deyil.

 

Balina atası kimi göstərilən fosillər

“National Geographic”in noyabr 2001-ci il tarixli sayının, 156-159 nömrəli səhifələrində nəşr olunan “bərpalar keçidi”, jurnalın balinaların mənşəyi haqqındakı iddiasını yekunlaşdıran xüsusiyyətdədir. Bir sıra canlı ard-arda sıralanır və bunların “balina təkamülünün ara formaları” olduğu irəli sürülür. Bu canlıların yaşadıqları geoloji dövrə görə sırası, jurnala görə, belədir:

 

Pakicetus (50 milyon il əvvəl) > Ambulocetus (49 milyon il əvvəl) > Rodhocetus (46.5 milyon il əvvəl) > Procetus (45 milyon il əvvəl) > Kutchicetus (43-46 milyon il əvvəl) > Durodon (37 milyon il əvvəl) > Basilosaurus (37 milyon il əvvəl) > Aetiocetus (24-26 milyon il əvvəl)

 

“National Geographic”in sxemi bundan sonra da, davam edir, amma tanınan delfin və balina kateqoriyalarını ehtiva edir.

Bu sxemin bir çox yanıldıcı xüsusiyyəti vardır. Ancaq, əvvəlcə ən fundamental olanını açıqlayaq. Sxemdəki ilk iki canlı, yəni Pakicetus və Ambulocetus, “National Geographic”ə görə yeriyən balinadır, amma əslində quru məməlisi olan bu canlıları “balina” olaraq təyin etmək, tamamilə xəyali hətta gülünc iddiadır.

 

Əvvəl “Pakicetus”a baxaq.

“Pakicetus inachus”: “Balinanın atası” elan edilmək istənən dördayaqlı məməli

Adı uzun olan “Pakicetus inachus”, bu nəsli kəsilən məməliyə aid fosillər, ilk dəfə 1983-cü il tarixdə gündəmə gəldi. Fosili tapan P. D. Ginqerik və köməkçiləri, canlının yalnız kəllə sümüyünü tapmış olmalarına baxmayaraq, heç çəkinmədən onun “ibtidai balina” olduğunu iddia etdilər.

Halbuki, fosilin “balina” ilə yaxından-uzaqdan bir əlaqəsi yox idi. Skeleti, bildiyimiz qurdlara bənzəyən dördayaqlı quruluşda idi. Fosilin tapıldığı yer, paslanmış dəmir cövhərlərinin də tapıldığı və ilbiz, çanaqlı bağa və ya timsah kimi quruda yaşayan canlılarının da, fosillərini barındıran bir bölgə idi, yəni bir dəniz yatağı deyil, quru bölgə idi.

 

Əgər, dördayaqlı bir quru canlısı olan bu fosil, niyə “ibtidai balina” kimi elan edilmişdir və “National Geographic” tərəfindən hələ də, belə təqdim edilir? “National Geographic” bu suala belə cavabı verir:

 

“Digər quru məməlilərində, hamısı bir yerdə tapılmayan, fərq edilməsi çətin, kiçik işarələr, azı dişlərindəki diş uclarının nizamı, orta qulaqda olan bir sümükdəki qıvrım və qulaq sümüklərinin kəllə sümüyündəki yerləşməsi.”2

 

Yəni yalnız dişlərindəki və qulaq sümüklərindəki bəzi xırda təfərrüatlar səbəbi ilə, bu dördayaqlı, qurda bənzər quru canlısı “National Geographic” tərəfindən “yeriyən balina” elan edilirdi. “Pakicetus”un təkamülçü illüstrator (kitab rəssamı) Karl Buelin təhrif edərək çəkdiyi şəklinə bir nəzər salmaq belə, bu canlını “yeriyən balina”3 kimi elan etmənin məntiqsizliyini göstərir.

 

“National Geographic”də bəhs olunan təfərrüatlı xüsusiyyətlər, yəni “azı dişlərindəki diş uclarının nizamı, orta qulaqda mövcud olan sümükdəki qıvrım və qulaq sümüklərinin kəllə sümüyündəki yerləşməsi” isə, “Pakicetus” ilə balinalar arasında bir əlaqə yaratmaq üçün dəlil ola bilməz:

 

  • Əvvəlcə, “National Geographic”in “Digər quruda yaşayan məməlilərində, hamısının bir arada (kompleks) olmayan xüsusiyyətlər” ifadəsini istifadə edərkən, bilavasitə olaraq da, ifadə etdiyi kimi, haqqında danışılan xüsusiyyətlər digər quruda yaşayan məməlilərdə də vardır.
  • Həm də, haqqında danışılan xüsusiyyətlərin heç birisi, bir təkamüllü qohumluq əlaqəsinin dəlili ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulmaq istənən bu kimi nəzəri əlaqələrin çoxunun olduqca çürük olduğunu təkamülçülər də qəbul edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan “Platipuslar və ördəklər, nəsilləri kəsilmiş canlılar olsaydılar, təkamülçülər, eyni məntiqlə (dimdik bənzərliyinə əsaslanaraq) bunları da bir-birlərinin qohumu elan edəcəkdilər. Halbuki, platipus bir məməli, ördək isə bir quşdur və aralarında təkamül nəzəriyyəsinə görə də, bir qohumluq qurula bilməz. “National Geographic”in “yeriyən balina” elan etdiyi Pakicetus da, fərqli anatomik xüsusiyyətləri, bünyəsində (bədənində) qoruyan xüsusi cinsdir. Necə ki, onurğalı paleontologiyasının qabaqcıllarından Carroll, Pakicetusun da, daxil edilməsi lazım olan Mesonikid ailəsinin “qəribə xarakterlərdən ibarət olan bir kombinasiya göstərdiyini” ifadə edir.4

Bu cür mozaika canlıların bir təkamüllü ara forma sayıla bilməyəcəyini, “Gould” kimi qabaqcıl təkamülçülər də, qəbul edirlər.

Bir sözlə, quruda yaşayan canlı olduğu aydın olan Pakicetusu, yalnız qulaq içi sümüklərinin və azı dişlərinin ucları kimi quruluşca xüsusiyyətlərinə görə “yeriyən balina” kimi təyin etmək, “National Geographic”in sensasiyalı, dəstəksiz və tabloid xəbərçilik” ənənəsinin yeni nümunəsindən başqa bir şey deyil. Yaradılışçı yazar Aşbi L. Camp, “The Overselling of Whale Evolution” (Balina təkamülünün şişirdilmiş təbliğatı) başlıqlı məqaləsində, Pakicetus kimi quruda yaşayan məməlilərinin də, daxil olduğu mesonikidler sinfinin, Arxaeoceteaların, yəni nəsli kəsilmiş balinaların atası olduğuna dair iddianın təkzib edildiyini belə açıqlayır:

 

“Təkamülçülərin mesonikidlerin, arxaeocetealara çevrildiyinə aid, özlərindən əmin davranmalarının səbəbi, həqiqi nəsil əlaqəsində olan bir növ təyin edə bilməmələrinə baxmayaraq, tanınan mesonixidler və arxaeocetealar arasında bəzi bənzərliklər olmağıdır. Ancaq bu bənzərliklər, xüsusilə də, (iki qrup arasındakı) böyük fərqlərə əsaslanaraq, bir ata əlaqəsi iddia etmək üçün kafi deyil. Bu cür müqayisə etmələrin olduqca subyektiv olan təbiəti, indiyə qədər bir çox müxtəlif məməli və hətta sürünən qrupunun balinaların atası kimi bildirilməsindən bəllidir.” 5

 

 “NATIONAL GEOGRAPHIC”İN ŞƏKİL TƏHRİF ETMƏLƏRİ

Image9Image10Image11

Paleontoloqlar Pakicetusun dördayaqlı quru məməlisi olduğu qənaətindədir. “Nature” jurnalında (sayı. 412, 20 sentyabr 2001-ci il) nəşr olunan ən üstdəki skelet quruluşu, bunu açıq-aşkar göstərir. Bu skelet quruluşuna əsaslanaraq, Karl Buel tərəfindən çəkilən Pakicetus bərpa şəkli də, (ortada) həqiqidir.

Amma “National Geographic”, canlını “yeriyən balina” kimi göstərmək, bu imici oxucularına təlqin etmək üçün, Pakicetusu üzən halda göstərən bir şəkil seçmişdir (altda). Şəkildə Pakicetusu “balinalaşdırmaq” üçün edilmiş kiçik təhrif etmələr, dərhal diqqət çəkir: Canlı, üzən vəziyyətdə təsvir edilmiş, arxa ayaqları geriyə doğru çəkilərək “üzgəc” təəssüratı bağışlanmaq istənilmiş, ön və arxa pəncələri də, yastılaşdıraraq “üzgəc”ə bənzədilmişdir.

 

Ambulocetus natans: Pəncələrinə pərdə keçirilən saxta balina

“National Geographic” jurnalının xəyali balina təkamülü sxemində, Pakicetusdan sonra gələn ikinci fosil, Ambulocetus natansdır. İlk dəfə 1994-cü il tarixdə “Science” jurnalında nəşr olunan bir məqalə ilə yayımlanan bu fosil də, təkamülçülər tərəfindən məcburi üsulu ilə “balinalaşdırılmaq” istənən quruda yaşayan canlıdır.

“Ambulocetus natans” termini, Latınca ambulate (yerimək), cetus (balina) və natans (üzmək) sözlərinin birləşməsi ilə yaradılmışdır və “yeriyən və üzən balina” mənasını verər. Canlının yeridiyi aşkardır, çünki bütün digər quruda yaşayan məməliləri kimi, onun da, dörd ayağı, hətta bu ayaqlara bitişik geniş pəncələri və arxa pəncələrinin ucunda dırnaqları vardır. Ancaq canlının bir tərəfdən də suda üzdüyü, daha doğrusu həyatını həm quruda, həm də, suda (amfibiya kimi) davam etdirdiyi iddiasının, təkamülçülərin ön mühakimələri xaricində, heç bir əsası yoxdur.

Buna dair, elmlə xəyal gücü arasındakı sərhədi görmək üçün, “National Geographic”in Ambulocetus bərpasına bir nəzər salaq. Jurnalda nəşr olunan Ambulocetus şəkli belədir:

Image7

Şəklə diqqət yetirsəniz, bir quruda yaşayan canlı olan Ambulocetusu “balinalaşdırmaq” üçün edilmiş iki kiçik hiyləni asanlıqla fərq edə bilərsiniz:

 

  • Heyvanın arxa ayaqları, yeriməyə yarayan ayaqlar kimi deyil, üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Halbuki həqiqətdə canlının ayaq sümüklərini araşdıran Carroll, bu canlının “quruda güclü hərəkət qabiliyyətinə sahib olduğunu” ifadə edir.6
  • Heyvanın ön ayaqlarına “üzgəc” görünüşü verə bilmək üçün pərdələr çəkilmişdir. Halbuki əldəki “Ambulocetus” fosillərindən belə bir nəticəyə gəlmək mümkün deyil. Əslində fosil qeydlərində, bu cür yumşaq toxumalar heç vaxt görünməzlər. Buna görə, canlının skeleti xaricində qalan xüsusiyyətləri üzərində aparılan düzəlişlər həmişə fərziyyə olub. Bu da təkamülçülərə geniş təbliğat vəsaiti təqdim edir.

“Ambulocetus”un üstdəki şəkli üzərində aparılan düzəlişlərə bənzər təkamülçü təhrifləri, hər canlını, istənilən bir başqa canlıya bənzər kimi göstərmək mümkündür. İstəsəniz bir meymun skeletini də, ayaqlarını arxaya doğru çəkib “üzgəc” kimi göstərmək və barmaqları arasında pərdələr çəkmək surətiylə, “balinaların atası olan primat” deyə təqdim edə bilərsiniz.

“Ambulocetus” fosili üzərində aparılan bu şəkil hiylələrinin etibarsızlığı, yenə “National Geographic”in eyni sayında nəşr olunan aşağıdakı şəkildən aydın olur:

Image8

“Ambulocetus” fosilinin daha həqiqi görünüşü: Ayaqlar “üzgəc” deyil, həqiqətən ayaq və barmaqlar arasında “National Geographic”in daha əvvəldən əlavə etdiyi xəyali “pərdə”lər yox idi.  

“National Geographic”, canlının skeletinin şəklini nəşr edərkən, istər-istəməz bərpa şəkildə etdiyi “balinalaşdırıcı” düzəlişlərindən geri addım atmaq məcburiyyətində qalmış. Canlının ayaq sümükləri, skeletin açıq-aydın göstərdiyi kimi, onu quru üzərində daşıyacaq quruluşda idi. Ayaqlarında isə xəyali “pərdə”lərdən iz yox idi.

 

Yeriyən balina nağılının etibarsızlığı

Həqiqətdə nə “Pakicetus”un, nə də, “Ambulocetus”un balinalarla bir qohumluqları olduğuna dair heç bir dəlil yoxdur. Bunlar, yalnız, nəzəriyyələrinə görə, dəniz məməliləri üçün quruda yaşayan bir ata tapmaq məcburiyyətində qalan təkamülçülərin, bəzi məhdud bənzərliklərdən qaynaqlanaraq təyin etdikləri “ata namizədləri”dir. Bu canlıların, özləri ilə çox yaxın geoloji dövrdə fosil qeydlərində ortaya çıxan dəniz məməliləri ilə, əlaqələri olduğunu göstərən heç bir dəlil yoxdur.

“National Geographic”in sxemində “Pakicetus və Ambulocetus”un ardından bəhs olunan dəniz məməlilərinə keçən və “Procetus, Rodhocetus” kimi Archaeocetea (nəsli kəsilmiş balina) növləri sıralanır. Haqqında danışılan canlılar, həqiqətən də, suda yaşayan nəsli kəsilmiş məməlilərdir. (Yazının sonrakı hissələrində bu mövzuya toxunacağıq.) Ancaq “Pakicetus və Ambulocetus” ilə bu dəniz məməliləri arasında çox böyük anatomik fərqlər vardır. Hər nə qədər “National Geographic” düzəltdiyi kiçik şəkil hiylələri ilə, bu fərqləri kiçiltmək istəsə də, canlıların fosillərini araşdıranda, bir-birlərinə bağlanan “ara forma”lar olmadıqları aydın görünür:

 

  • Dördayaqlı quruda yaşayan məməli olan “Ambulocetus” da onurğa, çanaq (pelvis) sümüyündə bitən və bu sümüyə bağlı güclü ayaq sümükləri uzundur. Bu sadə bir quru məməlisi anatomiyasıdır. Balinalarda isə, onurğa quyruğa doğru arasıkəsilmədən davam edər və çanaq sümüyü olmaz. Necə ki, “Ambulocetus”dan 10 milyon il qədər sonra yaşadığı düşünülən “Basilosaurus” eyni ilə, bu anatomiyaya malikdir. Yəni, adi bir balinadır. Sadə bir quru canlısı olan “Ambulocetus” ilə adi bir balina olan “Basilosaurus” arasında isə heç bir “ara forma” yoxdur.
  • “Basilosaurus”un və kaşalotun onurğalarının alt qismində, onurğadan müstəqil kiçik sümüklər mövcuddur. “National Geographic” bunların “kiçilmiş ayaqlar” olduğu iddiasındadır. Halbuki bunların bir başqa funksiya daşıdığını isə, jurnal yenə özü ifadə edir. Haqqında danışılan sümüklər, “Basilosaurus”da, “cütləşmədə köməkçi olur”, kaşalot isə, döllənmə orqanlarına dəstək olur.7

Onsuz da olduqca əhəmiyyətli bir funksiya boynuna götürən skelet hissələri, bir başqa funksiyanın “Rudiment orqanı” kimi təyin etmək, təkamülçü ön mühakimədən başqa bir şey deyil.

 

Nəticədə, dəniz məməlilərinin, quru məməliləri ilə aralarında bir “ara forma” olmadan, xüsusi quruluşları ilə ortaya çıxdıqları həqiqəti, “National Geographic”in təkidli səylərinə baxmayaraq dəyişməmişdir. Ortada bir təkamül zənciri yoxdur. Robert Carroll, bu həqiqəti, istəmədən və təkamülçü bir dillə də olsa, belə qəbul edir:

 

“Doğrudan da balinalara uzanan bir “Mesonychid” xətti təyin etmək mümkün deyil.”8

 

Bitərəf olan elm adamları isə, “National Geographic” kimi təkamülçü qaynaqların “yeriyən balina” kimi göstərmək istədikləri canlıların əslində balinalarla əlaqəsi olmayan, xüsusi bir canlı qrupu olduğunu açıq-aydın qəbul edirlər. Balinalara üzrə məşhur mütəxəssis olan rus elm adamı, G. A. Mchedlidze, bir təkamülçü olmasına baxmayaraq, “Pakicetus, Ambulocetus natans” və bənzəri dördayaqlı balina atası namizədlərinin bu cür təyin olunmasına qatılmır və onları tamamilə təcrid bir qrup olaraq təsvir edir.9

 

 “National Geographic”in “nizamlı” sxeminin problemləri

Təkamül nəzəriyyəsinin kütlələrə təlqin edilməsində vizual təlqinlər (şəkillər və sxemlər) böyük rol oynayır. Ancaq, bunlar, bəzən tamamilə elmdən uzaq, bəzən də, elmi tapıntıları tərəfli şərh edən vəsaitlərdir. “National Geographic”in bir-birinin ardına düzdüyü və guya gedərək “balinalaşan” məməliləri göstərən vaxt sxemi (cədvəli, qrafiki) də, (NG s. 156-159) bu hiyləli vəsaitlərə nümunədir.

Bura qədər, bu cədvəldəki canlıların bərpaları üzərinə aparılan kiçik hiyləli düzəlişlərə toxunduq. Bununla yanaşı, canlılara verilən tarixlər də, “National Geographic” tərəfindən darvinist ön mühakimələrə görə seçilmişdir. Sxemdə çəkilən canlıların, bir-birlərini geoloji bir sıra ilə tamamladıqları irəli sürülür, halbuki həqiqətdə, haqqında danışılan tarixləmələr mübahisəlidir. Asbil L. Camp, paleontologiya qaynaqlarına əsaslanaraq mövzunu belə izah edir:

 

Standart təsnifləmədə, “Pakicetus inachus” bir yana qalsın, “Ypresian” dövrünə daxil edilir, amma müxtəlif mütəxəssislər, bu tarixin əslində erkən “Lutetian” dövrü ola biləcəyini ifadə edirlər. Əgər, hələ gənc olan bu yaş (erkən Lutetian) qəbul edilsə, o zaman Pakicetusun təxminən, Rodhocetus ilə, yenə Pakistanda tapılmış bir erkən Lutetian fosili ilə müasir olduğu nəticəsini verəcəkdir. Həm də, Pakicetus ilə eyni təbəqədə, amma 120 metr yuxarıda olan Ambulocetusun yaşının da, Pakicetus ilə eyni nisbətdə yuxarı alınması lazım olacaq. Bu, Ambulocetusun, Rodhocetusdan və ehtimalla Indocetusdan və hətta Protocetusdan da gənc olduğu nəticəsini doğuracaq.10

 

Bir sözlə, “National Geographic”in xəyali təkamül sxemində ard-arda düzdüyü canlıların, əslində hansı tarixlərdə yaşadıqlarına dair iki müxtəlif fikir vardır və ikinci fikir qəbul ediləndə, “National Geographic”in “balinaların quruda yeriyən ataları” kimi göstərdiyi “Pakicetus və Ambulocetus” fosillərin, həqiqi balinalarla eyni yaşda, hətta daha da gənc olduğu nəticəsini verir. Yəni geriyə heç bir “təkamül sxemi” qalmır. “National Geographic” bu problemi tamamilə əhəmiyyətsiz etmiş və yalnız öz fikrinə uyğun gələn fikirləri istifadə etmişdir. Bu, şübhəsiz, bir elm üsulu deyil, təbliğat üsuludur.

 

Qulaq və burun təkamülü hekayələri

Quru məməliləri ilə dəniz məməliləri arasında qarşıya qoyulacaq bir təkamül ssenarisinin, bu canlı qrupları arasındakı müxtəlif qulaq və burun quruluşlarına şərh gətirməsi lazımdır. “National Geographic” də istifadə etdiyi dəbdəbəli qrafiklər köməyi ilə bu problemi həll etdiyi təəssüratını verməyə çalışmışdır. Halbuki, bu təəssürat hiyləlidir.

Əvvəl qulaq quruluşuna nəzər salaq. Quru məməliləri, biz insanlar kimi, xarici dünyadakı səsləri xarici qulaq ilə toplayar, orta qulaqdakı sümüklərlə gücləndirər və daxili qulaqda siqnallara çevirərlər. Dəniz məməlilərinin isə qulaqları yoxdur. Səsləri alt çənələrindəki xüsusi titrəyiş qəbuledici hisslərlə eşidərlər.

“National Geographic”, bu ikinci eşitmə sisteminin ilk sistemdən təkamülləşdiyi iddiasındadır. Bunu, NG 161. səhifəsindəki “Eşitmə cihazları” başlıqlı sxemdə ifadə edir. Bu sxem, ilk təəssüratda oxuculara eşitmənin pilləli bir şəkildə təkamülləşdiyi təəssüratı verəcək şəkildə çəkilmişdir. Halbuki, ortada heç bir pilləli təkamül yoxdur, əksinə dəqiq xətlərlə ayrılmış iki ayrı eşitmə sistemi vardır. “National Geographic”in bu sxemdə istifadə etdiyi sətirlərə bir nəzər salmaq belə, bunu görmək üçün kafidir:

 

“Pakicetus”… bu yeriyən balina, dövrümüzdəki balinalarındakı orta qulağa doğru uzanan yağ yastığından məhrumdur, bu da heyvanın yer xüsusiyyətlərini qoruduğunu göstərən işarədir. Sonrakı balinalarda çənə sümüyü, yağ yastığı ilə birlikdə, səsləri qəbul etmək üçün uyğunluq təmin etmişdir.

 

“Pakicetus”un adi bir quru məməlisi olduğunu, onu “yeriyən balina” kimi təyin etmənin “komediya” sayıldığını ifadə etmişdik. “National Geographic”in yuxarıdakı məntiqi də, eyni dərəcədə gülüncdür. Onsuz da, bir quru canlısı olan “Pakicetusu” əvvəl “yeriyən balina” elan edir, sonra da, “heyvan yer (quruya aid) xüsusiyyətlərini qoruyur” deyir. Bu, bir inəyi “yeriyən yarasa” kimi təyin edib, sonra da, “hələ qanadlarını deyil, yer xüsusiyyətlərini qoruyur” demək kimi bir şeydir.

Bu, mövzunun bir tərəfidir. Bizi burada maraqlandıran tərəfi isə, Pakicetus ilə balinalar arasındakı qulağın ayrılmasını aydın şəkildə ayırmağıdır. “National Geographic”in yuxarıdakı sitatından sonra, təbii olaraq, iki qulaq quruluşu arasında keçid formaları olub-olmadığına baxmaq lazımdır. Pakicetusdan sonra, sırada təkamülçülərin “yeriyən-üzən balina” dedikləri, amma əslində bir quru canlısı olduğunu araşdırdığımız Ambulocetus vardır. “National Geographic”, Ambulocetus üçün belə demişlər:  

 

Suda yaşamağa Pakicetusdan daha uyğun olsa da, Ambulocetus da birbaşa qulaqları ilə eşidirdi.

 

Yəni Ambulocetusda da, bir “balina qulağına doğru təkamülləşmə” vəziyyəti yoxdur.

“National Geographic”in sxemindəki üçüncü canlıya nəzər saldıqda, bir anda böyük bir dəyişikliklə qarşılaşırıq. Yazı, üstdəki sitatdan sonra belə davam edir:

 

“Səslər, Basilosaurusun orta qulağına, alt çənədən gələn titrəyişlər halında çatdırılırdı.”

 

Bir başqa sözlə desək, Basilosaurus, adi bir balina qulağına malikdir. Yəni xarici qulaq ilə deyil, çənəsinə gələn titrəyişlərlə ətrafındakı səsləri qəbul edən bir canlıdır və “National Geographic”in təkamül sxemində, özündən əvvəl mövcud olan Pakicetus və Ambulocetusun qulaq quruluşu ilə, Basilosaurusun qulaq quruluşu arasında heç bir “keçid forması” yoxdur.

Necə ki, mövzu nəzəri cəhətdən araşdırıldığında, belə bir keçid formasının yaşamış olmasının qeyri-mümkün olduğu görülür. Öz daxilində mükəmməl eşitmə sistemindən, tamamilə fərqli quruluşa sahib bir başqa sistemə pilləli təkamüllə keçilməsi mümkün deyil. Çünki ara mərhələlər məhsuldar olmaz. Yavaş-yavaş qulaqları ilə eşitmə qabiliyyətini itirən, çənəsi ilə eşitmə qabiliyyəti isə, hələ inkişaf etməmiş bir canlı üstün sayılmır.

Qaldı ki, haqqında danışılan inkişafın necə təmin edilə biləcəyi sualı da, təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Təkamülçülərin qarşıya qoyduqları mexanizm, mutasiyalardır və canlılara genetik məlumat əlavə etdikləri heç vaxt görünməyən mutasiyalar nəticəsində, dəniz məməlilərinin olduqca kompleks qəbul sistemlərinin ortaya çıxdığını irəli sürmək, ağla ziddir.

Bənzər bir vəziyyət “National Geographic”in “sürüşən burun” hekayəsi üçün də, etibarlıdır. Jurnal, Pakicetus, Rodhocetus və dövrümüzdəki boz balinaya aid üç kəllə skeletini alt-alta düzmüşdür və bir “təkamül prosesi” əmələ gətirdiklərini irəli sürmüşdür. Halbuki üç fosilin, xüsusi ilə də, Rodhocetus və dövrümüzdəki balinanın burun quruluşları, eyni sıranın ara (keçid) formaları kimi qəbul edilə bilməyəcək qədər fərqlidir.

Bundan əlavə, nəfəs dəliklərinin burundan boynuna doğru getməsi, haqqında bəhs olunan canlıların anatomiyasında çox ciddi “yenidən dizayn” tələb edir ki, bunun təsadüfi mutasiyalar yolu ilə təmin edildiyinə inanmaq, xəyal qurmaqdan başqa bir şey deyil.

 

“National Geographic”in Lamarkçı nağılları

Əslində, gərək “National Geographic” jurnalı yazarlarının, təkamülçü ictimaiyyətin böyük bir hissəsinin, canlıların mənşəyi haqqında batil inancları və sualın da bundan qaynaqlanır. Bu batil inanc, canlılara ehtiyac duyduqları orqanları, biokimyəvi quruluşları və ya anatomik xüsusiyyətləri qazandıran, sanki sehrli “təbiət gücü” olduğu düşüncəsidir.

Bunu görmək üçün, “National Geographic”in “Balinaların təkamülü” başlıqlı yazısındakı bəzi maraqlı hissəyə nəzər salaq:

 

“… Bu ətrafda olan balinaların bəzi atalarını gözümün önünə gətirməyə çalışdım… Hər nəsildə gedərək qısalan və çəlimsizləşən (zəifləyən) arxa ayaqlarını istifadə edərək çəkələk kimi hərəkət etməyə çalışırdılar… Bir tərəfdən arxa ayaqları, digər tərəfdən də, bədənlərini dəstəkləyən omba sümükləri gedərək kiçilirdi… Boyun qısaldı, beləliklə bədənin ön hissəsi, suyu ən az müqavimətlə yarıb keçməyi təmin edən boru formasında, bir dənizaltı gövdəsini xatırladan şəklə girərkən, qollar da sükan formasını almağa başladı. Xarici qulaqlara duyulan ehtiyacın azalması ilə, bəzi balinalar, sudakı səsləri birbaşa alt çənə sümükləri ilə qəbul edib, xüsusi yağ yastıqları üzərindən daxili qulağa çatdırırdılar.”

 

Diqqət yetirilsə, bütün bu izahatlarda təkamülçü zehniyyət, yalnız canlıların dəyişən mühitə görə dəyişən ehtiyacları olduğunu ifadə edir, bu ehtiyacı özbaşına “təkamül mexanizmi” hesab edir. Bu məntiqə görə, özünə az ehtiyac duyulan orqanlar yox olur, ehtiyac duyulan yeni orqanlar öz-özünə ortaya çıxır!

Halbuki biologiyaya aid ən fundamental məlumatlara sahib olan bir adam belə bilər ki, ehtiyaclarımız orqanlarımızı irsi olaraq şəkilləndirməz. Bu, “Lamarck”ın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” fikrinin təkzib olmasından bu yana, yəni təxminən 100 ildir ki, bilinən dəqiq bir həqiqətdir. Amma təkamülçü nəşrlərə baxanda, sanki, hələ Lamarckın nəzəriyyəsi ilə fikirləşirlər.

Əgər onlara etiraz etsəniz: “Xeyr biz Lamarkçı deyilik, məqsədimiz, ətraf şərtlərinin canlılar üzərində təkamüllü bir təzyiq əmələ gətirdiyi, bu təzyiq nəticəsində, uyğun canlıların seçildiyi və beləliklə növün təkamülləşməyidir” deyəcəklər. Amma onsuz da, mövzunun əsas nöqtəsi də buradadır. Təkamülçülərin “təkamüllü təzyiq” dedikləri şey, canlılara, ehtiyaca görə, yeni xüsusiyyətlər qazandıra bilməz. Çünki bu təzyiqə cavab verəcəyini ümid etdikləri iki təkamül mexanizmi, yəni təbii seleksiya və mutasiyanın canlılara yeni orqanlar qazandırma xüsusiyyəti yoxdur:

 

  • Təbii seleksiya, onsuz da, sadəcə mövcud olan xüsusiyyətləri seçə bilər, yeni bir xüsusiyyət yarada bilməz.
  • Mutasiyalar, canlılara genetik məlumat əlavə etməzlər, yalnız mövcud genetik məlumatı korlayarlar. Genetik məlumat əlavə edən, (bu səbəbdən yeni bir orqan və ya biokimyəvi quruluş əmələ gətirən) bir mutasiya heç vaxt müşahidə edilməmişdir.

 

Bu həqiqətlərdən qaynaqlanaraq “National Geographic”in yuxarıdakı, “çəkələk kimi hərəkət edən balinalar” nağılına bir dəfə də nəzər yetirsək, əslində həqiqətən də, olduqca ibtidai bir Lamarkçılık edildiyini görərik. Diqqət yetirilsə “National Geographic” müxbiri Duqlas H. Kadvik, “hər nəsildə gedərək qısalan və çəlimsizləşən arxa ayaqlar”dan danışır. Görəsən necə olur ki, hər nəsildə bir canlı növündə morfoloji dəyişiklik, həm də, müəyyən istiqamətə doğru dəyişiklik ola bilir? Bunun üçün, o növün hər nəsildəki kimi nümayəndələrinin ayaqlarının qısalmasına səbəb olan mutasiyalara uğraması, bu mutasiyaların canlıya başqa heç bir zərər verməməsi, mutasiyaya uğrayan fərdlərin digərlərinə görə üstün olub seçilməsi, bir sonrakı nəsildə, təsadüfən yenə eyni genin eyni nöqtəsinin, eyni mutasiyaya uğraması, bunun nəsillər boyu heç dəyişmədən davam etməsi, bütün bunların təsadüfən qüsursuz reallaşması lazımdır.

Əgər “National Geographic” yazıçıları buna inanırlarsa, “biz sülalə olaraq uçmağı çox sevirik, oğlum da, təsadüfən bir mutasiya keçirdi və qoltuq altında quş tükünü xatırladan bir neçə kiçik quruluş əmələ gəldi. Nəvəm də, eyni mutasiyadan keçəcək və tükləri bir az artacaq, bu nəsillər boyu davam edəcək və sonda sülaləmiz qanadlanıb uçacaq” deyən bir insana da, inana bilərlər. Çünki iki hekayənin axmaqlıq səviyyəsi eynidir.

Bu vəziyyət, əvvəldə ifadə etdiyimiz həqiqəti, yəni təkamülçülərin, canlıların ehtiyaclarının sanki təbiətdəki sehrli bir güc tərəfindən qarşılandığına dair batil inancını ortaya çıxardır. Həqiqətdə, animist mədəniyyətdə iştirak edən “təbiətə şüur ətf etmə” inancı, maraqlıdır ki, XXI əsrdə “elm” adı altında qarşımıza çıxır. Halbuki darvinizmin məşhur tənqidçilərindən biri olan, Fransanın məşhur bioloqu Paul Pyer Qrasenin ifadə etdiyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir.”11

 

“National Geographic”də haqqında çox bəhs edilmədən, təlqin edilmək istənilən bir başqa ssenari də, haqqında danışılan canlıların, bədən səthləri ilə əlaqədardır. Quruda yaşayan canlılar olduqları qəbul edilən Pakicetus və Ambulocetusun, digər məməlilər kimi tüklü bədənə sahib olduqları, hər kəsin ortaq fikridir. Necə ki, “National Geographic” də təhriflərində hər iki canlını sıx tüklərlə çəkmişdir. Ancaq, daha sonrakı canlılara (yəni həqiqi dəniz məməlilərinə) keçəndə, birdən tüklər yox olur. Bunun təkamüllü şərhi, yuxarıda izah etdiyimizə bənzər Lamarkçı hekayələrdən fərqli bir şey deyil.

Həqiqət isə, haqqında danışılan canlıların hər birinin, yaşadıqları mühitə görə ən uyğun formalarda hazırlanmalarıdır. Bu dizaynları mutasiyalarla və ya, daha da sadə Lamarkçı hekayələrlə şərh etməyə çalışmaq, ağılsızlıqdır. Canlılıqdakı hər dizayn kimi, haqqında danışılan canlıların dizaynı da, yaradılış üçün, bir dəlil əmələ gətirir.

 

Dəniz məməlilərinin öz içindəki təkamülü ssenarisinin problemləri

Bura kimi, dəniz məməlilərinin quru canlılarından təkamülləşdiyinə aid təkamülçü ssenarinin etibarsızlığını araşdırdıq. Elmi tapıntılar, “National Geographic”in bu ssenarinin başlanğıcına yerləşdirdiyi iki quru məməlisi (Pakicetus və Ambulocetus) dəniz məməliləri arasında heç bir əlaqə olmadığını göstərir. Yaxşı, ssenarinin geri qalan qismi?

Buna dair də təkamül nəzəriyyəsi yenə çıxılmaz vəziyyətdədir. Nəzəriyyə, elmi təsnifləmədə, Archaeocetea (arxaik, yəni qədim balinalar) kimi tanınan nəsli kəsilmiş xüsusi dəniz məməliləri ilə, yaşayan balina və delfinlər arasında bir qohumluq əlaqəsi qurmaq istəyir. “National Geographic”, bu iddianı çox sadələşdirilmiş bir şəkildə sxemləşdirmişdir. (səh. 156-159) Halbuki həqiqətdə, mövzunun mütəxəssisləri fərqli düşünür. Təkamülçü paleontoloq Barbara J. Stahl belə yazır:

 

Bu archaeoceteaların qıvraq formadakı bədənləri və özlərinə xas mişar dişləri, bunların böyük ehtimalla hər hansı müasir balinanın atası ola bilməyəcəyini aydın şəkildə bildirir.12

 

Dəniz məməlilərinin mənşəyinə dair təkamülçü ssenari, molekulyar biologiyanın tapıntıları cəhətdən də çətin vəziyyətdədir. Sadə təkamülçü ssenari, balinaların iki böyük qrupunun, yəni dişli balinaların (Odontoceti) və baletinli (yelkənli) balinaların (Mysticeti) ortaq bir atadan təkamülləşdiyini fərz edir. Amma Brüksel Universitetindən Maykl Milinkoviç, yeni bir nəzəriyyə ilə bu fikrə qarşı çıxmışdır, anatomik bənzərliyə görə qurulan, haqqında danışılan fərziyyənin molekulyar tapıntılar tərəfindən təkzib olduğunu belə vurğulamışdır:

 

“Cetaceanların” (balinaların) böyük qrupları arasındakı təkamüllü əlaqələr, morfoloji və molekulyar analizlərin çox müxtəlif nəticələnmələrinə görə, daha da problemlidir. Morfoloji və davranışlı tapıntıların hamısına baxılaraq edilən ənənəvi şərhlər, ultrasəs (titrəşmə) sisteminə sahib dişli balinaların (təxminən 67 növ) və filtr sistemi ilə bəslənən yelkənli balinaların (10 növ) iki ayrı monofilotik (öz aralarında yeganə mənşədən gələn) qrup olduğunu fərz edər… Digər tərəfdən, DNT üzərində aparılan filogenetik (təkamüllü qohumluq) analizləri… və amin turşusu müqayisə etmələri… uzun müddətdir qəbul edilən bu təsniflərə ziddiyyət təşkil edir. Dişli balinaların bir qrupu, yəni spermalı balinaları, morfoloji cəhətdən onlardan olduqca uzaq olan, yelkənli balinalara digər “odontocetlerdən” (dişli balinalardan) daha yaxın görünürlər.13

 

Bir sözlə, dəniz məməliləri, onlara məcburi aid edilən xəyali təkamül sxemlərinin hər birinə üsyan edirlər.

 

Nəticə

Dəniz məməlilərinin mənşəyinə dair təkamül təbliğatında əhəmiyyətli bir rol boynuna götürən və “National Geographic” jurnalının da, mövzu haqqındakı ən əhəmiyyətli məlumat qaynağına aid, paleontoloq Hans Dewisenin iddialarının əksinə, ortada həqiqi dəlillərə əsaslanan bir təkamül prosesi deyil, təkamül nəzəriyyəsinə görə, bir sxemə aid etmək istənilən amma heç cür bu sxemə uyğun gəlməyən dəlillər vardır. Dəlillərin ön mühakiməsiz araşdırılması ilə üzə çıxan nəticə isə, tarixdəki müxtəlif canlı qruplarının, bir-birlərindən müstəqil olaraq, birdən ortaya çıxdıqlarıdır. Bu da, bütün canlıları, Allahın yaratdığı həqiqətinin elmi dəlilidir.

Dəniz məməlilərinə aid iddialı təkamülçü təbliğatı isə, bir vaxtlar eyni şəkildə gündəmə gətirilən, amma sonra etibarsızlığı təkamülçülər tərəfindən də etiraf edilən bir sıra atlara bənzəyir. Müxtəlif dövrlərdə yaşamış müxtəlif nəsli kəsilmiş məməlilər ard-arda düzülmüş, dövrün təkamülçüləri bunu “sarsılmaz dəlil” kimi təlqin etmişlər. Amma, vaxt keçdikcə həqiqət üzə çıxmış, bir-birinin ardına düzülən bu canlıların, bir-birlərinin atası ola bilməyəcəyi, müxtəlif dövrlərdə ortaya çıxmış və sonra da, nəsli kəsilmiş müstəqil növlər olduğu aydın olmuşdur. Atın təkamülü sxemlərinin sərgiləndiyi “Amerikan Təbiət Tarixi Muzeyi”nin rəhbəri olan, məşhur təkamülçü paleontoloq Niles Eldredqe isə, hələ muzeyinin aşağı mərtəbəsində saxlanılan bu sxem haqqında bunları demək vəziyyətində qalmışdır:

 

 “Həyatın təbiəti haqqında hər biri, bir-birindən xəyali bir çox pis hekayə vardır. Bunun ən məşhur nümunəsi isə, bəlkə 50 il əvvəl hazırlanmış olan və hələ aşağı mərtəbədə qalan atın təkamülü sərgisidir. Atın təkamülü, bir-birini tamamlayan yüzlərlə elmi qaynaq tərəfindən böyük bir həqiqət kimi təqdim edilmişdir. Ancaq indi, bu cür iddiaları irəli sürən adamların etdikləri təxminlərin, yalnız fərziyyə olduqlarını düşünürəm.”14

 

Həyatın təbiəti haqqındakı haqqında danışılan pis hekayələrdən biri də, “National Geographic”in şiddətlə müdafiə etdiyi “balinaların təkamülü” nağılıdır və yaxında, bu da, digər pis hekayələr kimi zibilliyə atılacaq.

 

 

1) Tim Friend, “Dinosaur-bird link smashed in fossil flap”, USA Today, 01/25/00

2) National Geographic, “Balinaların Evrimi”, noyabr 2001, səh. 159

3) National Geographic, “Balinaların Evrimi”, noyabr 2001, səh. 161

4) Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, səh.329

5) Ashby L. Camp, The Overselling of Whale Evolution”, Creation Matters, a newsletter published by the Creation Research Society, may/iyun 1998

6) Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, səh.333

7) National Geographic, “Balinaların Evrimi”, noyabr 2001, səh. 163

8) Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1998, 329

9) G. A. Mchedlidze, General Features of the Paleobiological Evolution of Cetacea, Rusçadan tərcümə (Rotterdam: A.A. Balkema, 1986, səh. 91

10) Ashby L. Camp, The Overselling of Whale Evolution”, Creation Matters, a newsletter published by the Creation Research Society, may/iyun 1998

11) Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, səh. 103

12) B.J. Stahl, Vertebrate History: Problems in Evolution, Dover Publications, Inc., 1985, səh. 489.

13) Michel C. Milinkovitch, “Molecular phylogeny of cetaceans prompts revision of morphological transformations,” Trends in Ecology and Evolution 10 (avqust 1995): 328-334.

14) Colin Patterson, Harper”s, fevral 1984, səh. 60