23 yanvar 2003-cü il tarixdə “Vatan” qəzetində, elmi fantastika qarışıq təkamül təbliğatının bir nümunəsi görüldü. Yazı, “Gələcəyin əfəndiləri” başlığını daşıyırdı və önümüzdəki 200 milyon illik dövrdə, sözdə təkamüllə ortaya çıxacağı irəli sürülən canlı növləriylə əlaqədar idi. Xəbərdə, ürküdücü dişlərə və qanadlara sahib qəribə balıq şəkli verilir, şəkilin dərhal altında maraqlı ssenari təlqin edilirdi:

 

gelecek“Okeanda “Flish” növündə balıq ortaya çıxacaq. Uçma qabiliyyətinə sahib bu balıqlar, digər balıqları yeyərək onların nəslinin sona çatmasına səbəb olacaq”.

 

Yazıda 200 milyon illik xəyali təkamül müddətinin sonunda çoxu canlı növünün yer üzündən silinəcəyi irəli sürülür, həyatda qalacaq növlərin isə dəyişərək başqa növlərə təkamülləşəcəyi iddia edilirdi. Xəbərə görə “mütəxəssislər” bir yerə gəlib 200 milyon il sonra hansı canlı növlərinin həyatda qalacağı, hansılarının silinəcəyi üzərində araşdırmalar etmiş və ortaya bu qəribə canlılar çıxmışdı.

Gerçəkdə, “Vatan” qəzetində bəhs edilən bu araşdırmalar heç bir elmi məna ifadə etməməkdədir. Əvvəlcə ifadə etmək lazımdır ki, təkamül nəzəriyyəsinin etibarsızlığı müasir elm tapıntılarıyla dəfələrlə ortaya qoyulmuşdur. Təkamülçülər tək bir hüceyrənin özbaşına necə meydana gəlmiş ola biləcəyini də açıqlaya bilmirlər. Fosil təbəqələrində yüz əlli ildir axtardıqları itkin halqa da tapıla bilməmişdir. Həm də biokimya və genetik elmlərinin qanunları, təkamülü qəti olaraq rədd etməkdədir.

 

Üstəlik təbiət tarixini araşdırdığımızda qarşımıza, “Vatan” qəzetində irəli sürüldüyü kimi “fərqli anatomik strukturlara təkamülləşən” canlılar deyil, əksinə eyni anatomik quruluşu yüz milyonlarla il boyunca dəyişmədən qoruyan canlılar çıxmaqdadır. Elm adamların “stasis” (sabitlik) adını verdikləri bu fakt, hər canlı növündə açıqca müşahidə edilə bilər: 400 milyon illik bir balıq fosili (məsələn Coalecanth) ilə indiki vaxtda yaşayan nümunəsi bir-birindən fərqsizdir. Eyni şəkildə yüz milyonlarla il əvvəlinə aid molyusklar, soxulcanlar, böcəklər, amfibiyalar, tısbağalar və ya quşların fosilləri, günümüzdəkilərlə eyni quruluşdadırlar. Harvard Universiteti paleontoloqlarından və məşhur təkamülçü Stephen Jay Gould, bu gerçəyi belə qəbul etmişdir:

 

Əksər növ, dünya üzərində var olduğu müddət boyunca heç bir yönsəl dəyişmə göstərməz. Fosil qeydlərində ilk ortaya çıxdıqları andakı strukturları nə isə, qeydlərdən yox olduqları andakı strukturları da eynidir. Morfoloji (şəkil) dəyişmə ümumiyyətlə məhduddur və müəyyən bir istiqaməti yoxdur. 1

 

kertenkeleBu səbəbdən bundan 200 milyon il sonra yaşayacaq olan canlıların bugünkülərdən fərqli olacağını düşünməyimizi tələb edəcək bir vəziyyət yoxdur.

“Vatan” qəzetində yer alan xəbər, əslində təbliğat məqsədiylə hazırlanmış “The Future is Wild” (Gələcək vəhşidir) adlı kitaba əsaslanır. Bu kitabın yazıçıları fanatik təkamülçülərdirlər və (təkamülün elmi etibarsızlığını ortaya qoyan bütün dəllilərə gözlərini yumaraq) elmə zidd bu nəzəriyyəni dəstəkləməyə davam etməkdədirlər. Bu qəribə varlıqların da elmi dəlillərdən deyil, darvinist təbliğatdan doğulduğu açıq gerçəkdir. Məqsədləri, təkamül haqqında doğru məlumata sahib olmayan insanları, xəyal məhsulu ssenarilər ilə təsir etməyə çalışmaqdır.

“Vatan” qəzetindəki xəbərdə “flish” adlı balığın yanında bir də qəribə kərtənkələnin rəsmi var. Təkamülçü elm adamlarının bu qəribə canlını hazırlayarkən xəyal gücünün sərhədlərini aşdıqları aydın olmaqdadır. Bu maraqlı kərtənkələnin duzlu suda yaşayan milçəklərlə bəslənəcəyi irəli sürülməkdədir. “Kriptil” olaraq adlandırılmış olan heyvanın, milçəkləri tutma şəkli də maraqlıdır: Boyunun ətrafında bir yelə kimi dayanan yapışqan orqana yapışan milçəklərli, təxminən öz boyu qədər uzada bildiyi diliylə tutub yeməyi iddia edilməkdədir.

Diqqət yetirilsə, bu iddiaların heç birinin elmi dayağı yoxdur. Burada köçürülən məlumatlar, yer alan şəkillər tamamilə xəyalidir. Üstəlik bu iddialar, təkamül nəzəriyyəsi ilə də ziddiyyət təşkil etməkdədir. Çünki təkamül nəzəriyyəsinin öz fərziyyələrinə görə, canlıların inkişafı təsadüfidir və əvvəldən proqnozlaşdırıla bilinməz. “Vatan” qəzetində nəşr olunan şəkillərin çəkənlər isə, təkamül nəzəriyyəsinin öz fərziyyələrini belə əhəmiyyət vermədən, təkamül təbliğatı etməyə çalışmaqdadırlar. Bu darvinistlərin “Flish” və “Kriptil” adını verdikləri xəyali varlıqlar çəkdikləri kimi, bir başqası da “dino-balina” və ya “yarasa-qoyun” kimi tam fərqli xəyali varlıqlar çəkə bilər. Heç bir elmi dəyəri olmayan bu gülünc ssenarilər, əslində təkamül nəzəriyyəsinin təbliğat vəsaitinin tükəndiyini bir daha gözlər önünə sərməkdədir.

“Vatan” qəzeti isə elmi baxımdan “gülünc” qarşılanması lazım olan bir iddianı səhifələrində nəşr etdirmiş, bir elm xurafatının təbliğatına qatılmaqda qorxu görməmişdir. “Vatan” qəzetinə elmi mövzularda daha həqiqi və obyektiv xəbərlər nəşr etməyə dəvət edirik.

 

 

1) S.J. Gould, “Evolution”s Erratic Pace”, Natural History, cild 86, may 1977