Məməlilərin təkamülü ssenarisi, axırıncı fosil tapıntısı ilə yeni bir zərbə aldı. Bəhs olunan fosil tapıntısı, “New York Times” qəzetinin 24 fevral 2006-cı il tarixli sayında “Beaver or otter, it lived in dinosaurs’ time (Qunduz və ya su samuru idi, dinozavrların dövründə yaşadı)” başlığı ilə xəbər verildi. Elm yazarı John Noble Wilford tərəfindən təşkil edilən xəbərə görə, nəsli kəsilmiş fosil növü, Çində ələ keçirildi və yaşı 164 milyon il kimi hesablandı. “Castorocauda lutrasimilis” kimi adlandırılan canlı, təxminən 50 sm uzunluğunda idi, balıqlarla bəslənirdi və üzə bilən bir növ idi. “C. lutrasimilis”, diş quruluşu ilə qunduz, quyruq quruluşu ilə isə su samuruna bənzəyirdi.

Fosilin, təkamülçü elm adamlarını çaşdıran xüsusiyyətləri isə, məməlilərin təkamülü nağılı ilə diqqətə çarpan ziddiyyətli həyat şəkli və yaşıdır.

 

Məməlilərin təkamülü iddiası: Xəyal məhsulu ssenari

Təkamül nəzəriyyəsi, guya məməlilərin atalarının sürünənlər olduğunu iddia edir. Ancaq, məməlilər və sürünənlər arasında çox böyük fərqlər vardır. Məməlilər istiqanlı heyvanlardır (bədən istiliklərini özləri əmələ gətirər və sabit saxlayar), balalarını doğarlar, əmizdirərlər və bədənləri tüklü olur. Sürünənlər isə, soyuqqanlıdır (bədənlərində istilik əmələ gətirməzlər və bədən istilikləri çöldəki havaya görə dəyişər), yumurtlayaraq çoxalarlar, balalarını əmizdirməzlər və bədənləri (dəriləri) pulcuqludur.

İki canlı qrupu arasındakı bu fərqləri necə keçir, başqa sözlə desək, məməlilərə xas quruluşurlarını necə dəyişərək başqa bir canlının xüsusiyyətlərinə çevrildiyi sualına təkamülçülər cavab verə bilmirlər. İddia edilən bu dəyişikliklər tamamilə xəyal gücü məhsuludur. Təkamülçülərin buna dair qarşıya qoya biləcəkləri heç bir elmi dəlili də yoxdur. Necə ki, sürünənlərlə məməliləri bir-birinə bağlaya biləcək heç bir ara forma fosili də tapılmamışdır. Buna görə, təkamülçü paleontoloq Roger Lewin, “ilk məməliyə necə keçildiyi hələ bir sirdir” demək məcburiyyətində qalar. (Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, Science, cild 212, 26 iyun 1981, səh. 1492)

 

Məməlilər, fosil qeydlərində xüsusi quruluşları tam inkişaf etmiş olaraq ortaya çıxmışlar. XX əsrin məşhur təkamülçülərindən və neo-darvinist nəzəriyyənin qurucularından biri olan Corc Gaylord Simpson isə, təkamül nəzəriyyəsinə aid çox təəccüb doğuran bu həqiqəti belə ifadə edir:

 

“Dünyadakı həyatın ən heyrətləndirici hadisəsi, “Mezozoy çağının, yəni sürünənlər dövrünün, məməlilər dövrünə birdən dəyişməsidir. Sanki bütün baş rol aktyorluğunun çox sayda və növdəki sürünənlər tərəfindən boynuna götürüldüyü bir oyunun pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldığında isə, baş rolunda məməlilərin iştirak etdiyi və sürünənlərin bir kənara itələnildiyi yeni bir dövr başlamışdır. Ortaya çıxan məməlilərin bir əvvəlki dövrə aid izləri isə yoxdur. (Corc Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, səh. 42)”

 

Lewin və Simpsonun etiraflarından da aydın olduğu kimi, məməlilərin təkamülü iddiası kor-koranə dəstəklənilən bir fərziyyədən ibarətdir. Axırıncı C. lutrasimilis tapıntısı isə onsuz da xəyal gücündən başqa bir əsası olmayan bu ssenari ilə təəccüblü ziddiyyət təşkil edir.

 

  1. lutrasimilisin təkamülçü xəyal gücünə maneəsi

Təkamülçülərin həmişəki nağılına görə, guya məməlilərin təkamüllə yayılması, dinozavrların nəslinin kəsilməsindən sonra təxminən 65 milyon il əvvəl başladığı bildirilir. Dəniz məməlilərinin bəhs olunan təkamülü isə, dövrümüzdən 55-60 milyon il əvvəl başladığı iddia edilir. Bir başqa sözlə, dəniz məməlilərinin quru məməlilərindən təkamülləşdiyi hesab edilir. Ancaq təkamülçülərin bu ssenaridə C. lutrasimilisə (fosilə) tapa biləcəkləri bir yer yoxdur. Çünki fosilin yaşı 164 milyon ildir. Bu, məməlilərin guya dənizdə reallaşdığı iddia edilən təkamülünün başlanğıcından 100 milyon il qədər qədim bir tarixi vardır. Üstəlik, C. lutrasimilis, tam bir məməlidir. Üzmək üçün barmaqlarının arasında pərdə və tükləri də vardır. Tüklər, bəhs olunan təkamülün mənşəyi onsuz da, naməlum quruluşlar olaraq təkamülçülərə görə əhəmiyyətli problem yaradır. C. lutrasimilis isə, tüklərin fosil qeydlərindəki ən qədim nümunəsinin yaşını milyonlarla il daha da geriyə atmışdır. Bu vəziyyət isə, təkamülçüləri tamamilə çıxılmaz vəziyyətə salır. Necə ki, “New York Times” yazısında bu çətin vəziyyət haqqında bu şərhə yer verilmişdir:

 

“Erkən məməlilər sahəsi üzrə mütəxəssis və Almaniyanın Frankfurt şəhərindəki Senckenberg Tədqiqat İnstitutunda işləyən Tomas Martin, dənizlərin məməlilər tərəfindən fəthini 100 milyon il geriyə atdığını və [bəhs olunan təkamüllə əlaqədar] ənənəvi fikirlə təəccüblü şəkildə ziddiyyət təşkil etdiyini ifadə etdi.”

 

Nəticə

  1. lutrasimilis fosili, təkamül nəzəriyyəsinin elmin həqiqətlərinə əsaslanmayaraq, bu həqiqətlərə baxmayaraq dəstəklənən doqmatik inanc olduğunu açıq-aydın göstərdi. Fosilin sahib olduğu məməli xüsusiyyətlərində heç bir təkamüllü inkişaf izi görülmür. Fosil həm də, məməlilərin xəyali təkamülü ssenarisinin, zaman ölçüsünü də aşır. Bu vəziyyətdə, məməlilərin təkamülü ssenarisinin bir xəyal olduğu, fosil qeydlərinin üzə çıxartdığı yaradılış həqiqətinin isə, C. lutrasimilislə bir dəfə də bərkidiyi dəqiqdir. Məməlilər təsadüflərlə yaranan təsadüfi varlıqlar deyil, Allahın üstün məlumat və qüdrətlə yaratdığı yaradılış dəlilləridir.

 

Qeyd: Bu yazı eyni zamanda, aşağıdakı xəbərə cavabımızdır:

“Bilim ve Teknik” , Uzaq keçmişdən bir qonaq, aprel 2006-cı il