Keçən günlərdə, təkamülçü mediada, yeni tapılan fosil haqqında bəzi fərziyyə xarakterli xəbərlər verildi. Bu yeni fosil, dövrümüzdən 195 milyon il əvvəl yaşayan bir məməliyə aid idi. Dinozavrlar dövründə yaşadığı təsbit edilən, ilk dəfə “Science” jurnalında yayımlanan və “Hadrocodium wui” adı verilən bu fosil, bir kağız sancağından daha kiçikdir. Təkamülçü medianın bu fosil haqqındakı iddiası isə, bu canlının bütün məməlilərin atası olduğuna aid idi.
Heç bir elmi dəlili olmayan bu iddianın, bütün təkamülçü mətbuatında, eyni şəkildə nəşr olunmasının yeganə səbəbi, “hər fürsətdə təkamül təbliğatı” aparmaq ehtiyacıdır. Əslində, bu canlını “bütün məməlilərin atası” kimi göstərmək üçün heç bir elmi əsas yoxdur. Canlının xüsusiyyəti, bu günə qədər tanınan ən qədim məməli fosili olmasıdır. Ancaq, bu fosilin “ən yaşlı məməli” olması, onun bütün məməlilərin atası olduğunu göstərməz. Ondan sonra yaşayan hər hansı bir məməli sinfinin atası olduğunu da göstərməz.
Darvinist meydanın şərhi, yalnız təkamülçü ön mühakimələrlə irəli sürülən bir iddiadır. Həqiqətdə isə, “məməlilərin mənşəyi” mövzusu, təkamül nəzəriyyəsinin böyük maneələrindən birini əmələ gətirir.
Məməlilərlə, guya ataları olan sürünənlər arasında aşılmaz fərqlər vardır
Təkamülçülər, məməlilərin sürünənlərdən təkamülləşdiklərini iddia edərlər. Ancaq, bu iki canlı təsnifatı arasında çox böyük və aşılması qeyri-mümkün fərqlər vardır. Məməlilər, istiqanlı heyvanlardır (bədən istiliklərini özləri çıxarar və sabit saxlayarlar), balalarını doğarlar, əmizdirərlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər isə, soyuqqanlıdır (istilik çıxara bilməzlər və bədən istilikləri çöldəki havaya görə dəyişər), yumurtlayaraq çoxalarlar, balaları əmizdirmə kimi bir xüsusiyyətləri yoxdur və dəriləri pulcuqlarla örtülüdür.
Təkamülçülərin, məməlilərin mənşəyinə aid izah gətirə bilmələri üçün, əvvəlcə bir sürünənin, necə bədən istiliyi çıxarmağa başladığını, bu istiliyi nəzarət edəcək bir tərləmə mexanizmi əmələ gətirdiyini, pulcuqlarını tüklərə necə çevirdiyini və süd ifraz etməyə necə başladığını izah etməlidirlər. Halbuki, təkamülçü qaynaqlara baxsaq, və yaxud, bu mövzuda təkidlə bir səssizlik olduğunu, ya da, tamami ilə xəyali və elmdən uzaq ssenarilər izah edildiyini görərik.
Sürünən-məməli təkamülü ssenarisinə görə, təkamülçülərin izahları lazım olan bir başqa mövzudur, hər iki müxtəlif canlı qrupunun sahib olduğu çənə quruluşlarındakı fərqlərdir. Məməlilərdə, alt çənədə tək bir sümük vardır və dişlər bu sümüyün üzərindədir. Sürünənlərdə isə, alt çənənin hər iki yanında üç dənə kiçik sümük olar. Bir başqa əsas fərq, bütün məməlilərin orta qulaqlarında üç dənə sümük (örs, üzəngi və çəkic sümükləri) olmasıdır. Amma bütün sürünənlərdə isə, orta qulaqda tək bir sümük vardır. Təkamülçülər, sürünən çənəsinin və sürünən qulağının mərhələ ilə məməli çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Bu çevrilmənin hansı mərhələlərlə reallaşdığı sualı isə, cavabsızdır. Xüsusi ilə tək sümükdən ibarət olan bir qulağın, üç sümüklü hala necə çevrildiyi və eşitmə duyğusunun bu sırada necə davam etdiyi, əsla cavablanmayan bir sualdır.
Məməlilər fosil qeydlərinə əsasən birdən yaranar, ataları yoxdur
Fosil qeydləri də, sürünən-məməli təkamülünü rədd edir. Sürünənlərin məməlilərə təkamülləşdiyini göstərən heç bir ara forma fosili yoxdur. Təkamülçülərin ara forma kimi qarşıya qoyduqları “Synapsida” qrupuna aid canlıların ara forma xüsusiyyəti daşımadığı isə, elmi işlərlə aydın olmuşdur. Ashby L. Camp, 1998-ci ildəki məqaləsində “fosil qeydləri, məməlilərin hər hansı bir sinfinin mənşəyinə dair bir məlumat təqdim etmir, “monotremlərin”, kisəlilərin və müxtəlif ciftli məməli alt (aşağı) siniflərin mənşəyi naməlumdur” deyə yazır. (Ashby L. Camp “Reappraising the “Crown Jewel”“, Creation Matters, sentyabr/oktyabr 1998)
Fosil qeydlərindəki bu əhəmiyyətli boşluq səbəbi ilə, təkamülçü paleontoloq Roqer Levin, “ilk məməliyə necə keçildiyi hələ bir sirdir” demək məcburiyyətində qalır. (Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, Science, cild 212, 26 iyun 1981, səh. 1492.)
Məməlilər, arxalarında hər hansı bir “ata” olmadan, birdən yaranıblar. XX əsrin ən böyük təkamül qabaqcıllarından və neo-darvinist nəzəriyyənin qurucularından biri olan Corc Qaylord Simpson isə, təkamül nəzəriyyəsinə aid çox təəccüblü bu həqiqəti belə ifadə edir:
“Dünyadakı həyatın ən qarışıq hadisəsi, Mezozoy dövrünün, yəni sürünənlər dövrünün, məməlilər dövrünə birdən dəyişməsidir. Sanki, bütün baş rol aktyorluğunun, çox sayda və növdəki sürünənlər tərəfindən boynuna götürüldüyü bir oyunun pərdəsi, bir anda endirilmişdir. Pərdə, yenidən açılanda isə, bu dəfə baş rolda məməlilərin iştirak etdiyi və sürünənlərin bir kənara itələndiyi yeni bir dövr başlamışdır. Ortaya çıxan məməlilərin bir əvvəlki dövrə aid izləri isə yoxdur.” (Corc Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, səh. 42.)
Bir yandan da, birdən ortaya çıxan bu məməli sinifləri, bir-birlərindən çox fərqlidir. Yarasa, at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji dövrdə ortaya çıxmışlar. Bu canlıların aralarında təkamül bağı qurmaq, ən geniş təxəyyüllə belə qeyri-mümkündür. Təkamülçü zooloq Erik Lombard, “Evolution (Təkamül)” adlı jurnalda belə yazır:
“Məməlilər sinfinə daxil təkamüllü qohumluq əlaqələri (filogenetik bağlar) qurmaq üçün məlumat axtaranlar, məyus olacaqlar.” (Eric Lombard, “Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer”, Evolution, cild 33, dekabr 1979, səh. 1230.)”
Bir sözlə, məməlilərin mənşəyi, digər canlı qruplarında olduğu kimi, təkamül nəzəriyyəsi ilə heç bir şəkildə uyğun gəlmir. Corc Qaylord Simpson, bu həqiqəti uzun illər əvvəl belə etiraf etmişdir:
“Bu, məməlilərin 32 müxtəlif dəstəsinin hamısı üçün etibarlıdır… Hər dəstənin tanınan ən qədim və ən primitiv üzvi, bu dəstəyə aid əsas xarakterlərin hamısına onsuz da, malikdir və heç bir vəziyyətdə bir dəstədən bir başqasına doğru irəliləyən, davamlı bir inkişaf məlum deyil. Nümunələrin çoxunda, fərqlilik və boşluq o qədər böyükdür ki, bütün dəstənin mənşəyi fərziyyə və olduqca mübahisəlidir…
Ara formaların bu sistemli yoxluğu, yalnız məməlilərə xas deyil və paleontoloqların uzun zamandır aşkar etdiyi kimi, az qala qlobal (ümumbəşər) bir faktdır. Bu fakt, onurğalı, ya da onurğasız və demək olar ki, bütün heyvan sinifləri və bütün növləri üçün etibarlıdır. Açıqcası eyni fakt, bitkilərin fərqli kateqoriyalarına da aiddir.” (Corc G., Simpson, “Temp and Mode en Evolution”, Kolumbiya University Press, New York, 1944, səh. 105, 107)
Nəticə: Yeni tapılan fosil “bütün məməlilərin atası” deyil
“Hadrocodium wui” fosilinin bütün məməlilərin atası kimi təyin olunması üçün, bu canlıdan törəyən başqa məməli növlərinin izlərinin tapılması və bunlar ilə digər 32 məməli dəstəsi arasında ara forma fosillərinin ortaya qoyulması lazımdır. Məsələn, bu canlının nəslindən törəyən məməlilərin, müəyyən müddət ərzində bir yarasaya, ata və ya balinaya çevrildiyini göstərən ara formalara aid fosillər olmalıdır. Ancaq yuxarıda da, ifadə edildiyi kimi, fosil qeydləri bunun tam əksini ortaya qoyur. Məməlilər, təkamülləşməmiş, birdən ortaya çıxmışlar, yəni yaradılmışlar.
Buna görə, “Hadrocodium wui” fosili, yalnız “bu günə qədər olan ən qədim məməli fosili” ola bilər. Bunun xaricində, insanlar da, daxil olmaq üzrə, bütün məməlilərin atası ola bilməz. Təkamülçülərin, bu kiçik canlını, “bütün məməlilərin atası” kimi göstərmələri, tapılan hər fosilə, heç bir elmi dəlil olmasa da, bir şəkildə bir təkamül etiketi yapışdırma səyinin bir nümunəsidir yalnız.