Header

“Hürriyet” qəzetindən itlərin mənşəyi haqqında hekayələr

Aa4a

15 dekabr 2002-ci il tarixdə “Hürriyet” qəzetində “Bütün itlərin anası” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, “Science” jurnalında nəşr olunan 3 ayrı araşdırma qaynaq göstərilərək, itlərin sözdə təkamülündən danışılırdı.

Xəbərdə, soyu tükənmiş bəzi məməli növləri, canavarların və itlərin təkamüllü atası kimi tanıdılmışdır. “Hürriyet” qəzetindəki xəbərdə yer alan elmi yanılmaları görə bilmək üçün, daha əvvəl saytımızda “National Geographic” jurnalına verilən “National Geographic”in “İtlərin təkamülü yanılması” başlıqlı cavabı oxuya bilərsiniz.

(baxın: http://www.netcevap.org/natgeo0201.html )

“Hürriyet” qəzetinin hazırladığı xəbərdə əhəmiyyət vermədikləri

“Hürriyet” qəzeti, itlərin sözdə təkamülü ilə əlaqədar xəbərində yer verdiyi iddiaları, dəqiqləşmiş elmi tapıntılar kimi oxucuya çatdırmışdır. Halbuki, xəbərin qaynağı olan “Science” jurnalında yer alan yazılarda, itlərin mənşəyi mövzusunda bir çox fərqli görüş olduğu bir çox elm adamı tərəfindən etiraf edilməkdə, bu araşdırmaların nəticələri etibarlı deyil. Məsələn, Georgia Universitetindən I. Lehr Brisbin, “İtlərin mənşəyi haqqında nəşr olunan hər şey müzakirəlidir” deməkdədir. (1)

Amherst, Massachusettsdəki Hampshire Collegedən davranışsal ekoloq Raymond Coppinger isə “Science” jurnalında nəşr olunan araşdırmalar üçün “Bunlara inandığımdan əmin deyiləm.” deyərək, bu araşdırmalara inanmadığını ifadə etmişdir. (2)

“Science” jurnalı yazıçılarından Elizabeth Pennisi isə, itlərin təkamülü haqqındakı ziddiyyətli nəticələrdən bəzilərini belə ifadə etməkdədir:

Bir çox həvəsli, itlərin canavarlardan təkamülləşdiyini söyləyən standart hekayə mövzusunda həm fikirdir. Ancaq bəziləri itlərin məsələn bir çox çaqqal növündən birindən… təkamülləşdiyi mövzusunda israrlıdır. Digərləri it evcilləşdirməsinin birdən çox növ ilə bir dəfədən çox edildiyini və bunun it növünün içindəki müxtəlifliyi açıqladığını qarşıya qoyur. (3)

Bu iddiaların hamısı hər hansı bir dəlilə əsaslanmadan qarşıya qoyulan fərziyyələr olduğu üçün, itlərin mənşəyi haqqındakı alternativ hekayələrin sayını daha da artırmaq mümkündür.

“Science” jurnalı, hər nə qədər təkamül nəzəriyyəsinin dünyadakı bir nömrəli müdafiəçilərindən biri olsa da, itlərin sözdə təkamülü ilə əlaqədar ziddiyyətləri və bəzi elm adamlarının şübhələrini nəşr etməkdən çəkinməmişdir. Ancaq “Hürriyet” qəzeti, eyni obyektivliyi göstərə bilməmiş, itlərin sözdə təkamülü ilə əlaqədar hekayələri qəti elmi gerçəklər kimi oxucusuna köçürməyi seçmişdir. “Hürriyet”in bu mövzularda obyektiv və ağıllı nəşr siyasəti izləməsini diləyirik.

1) Elizabeth Pennisi, “A Shaggy Dog History”, “Science”, Volume 298, sayı 5598, 22 noyabr 2002, səh. 1540-1542

2) Elizabeth Pennisi, “A Shaggy Dog History”, “Science”, Volume 298, sayı 5598, 22 noyabr 2002, səh. 1540-1542

3) Elizabeth Pennisi, “A Shaggy Dog History”, “Science”, Volume 298, sayı 5598, 22 noyabr 2002, səh. 1540-1542

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313