“Cumhuriyet Bilim Teknik” jurnalının 4 fevral 2006-cı il sayında “Milyardlarla il əvvəl fotosintez” başlıqlı xəbər nəşr olundu. Xəbərdə Stanford Universitetindən, Michael Tice və Donald Lowenin milyardlarla il əvvəl yaşamış bakteriyaların fosillərindən qaynaqlanaraq inkişaf etdirdikləri təxminlərinə yer verilirdi.

Buna görə Tice və Lowe, əldə etdikləri bəzi tapıntıları, fotosintezin bu dövrdə (günümüzdən fərqli olaraq) hidrogen və karbon 4 oksid çıxartdığına aid şərhlər edirdilər. “Cumhuriyet Bilim Teknik”, bu iddianı “elm adamları arasında mübahisə olunan bir təxmin” kimi bildirirdi. Xəbərdə fotosintezin “təxmin edilən” bu xəyali versiyasından, primitiv fotosintez kimi bəhs edilir, bu ifadə ilə fotosintezin təkamül prosesindən keçdiyi təəssüratı bağışlayır. Halbuki, fotosintezin kompleksliyi, bu mükəmməl mexanizmin, iddia edilən təkamül mənşəyini, xəyal edilməsi belə mümkün olmayan bir nağıla çevirir.

Mövzunu bir az daha ətraflı araşdırmaq, fotosintezin təkamül adına böyük bir problem olduğunu qəbul etməyi də eyni şəkildə tələb edir. Bu açıq həqiqəti təkamülçülər də, qəbul etmək məcburiyyətində qalırlar. Məsələn Prof. Əli Demirsoy bu haqda belə etiraf edir:

 

“Fotosintez olduqca kompleks bir hadisədir və bir hüceyrənin içərisindəki orqaneldən ortaya çıxması qeyri-mümkün görünür. Çünki bütün addımların birdən əmələ gəlməsi qeyri-mümkündür, bir-bir ortaya çıxması da mənasızdır.” (Prof. Dr. Əli Demirsoy, Varislik və Təkamül, Ankara, Meteksan nəşrləri, 1984, səh. 8)”

 

CBT”-ə elm xəbərlərini nəşr edərkən xəyal edilməsi belə mümkün olmayan ssenariləri, kor-koranə qəbul etmiş bir üslub göstərməmələrini tövsiyə edirik.

 

(Qeyd: Fotosintezin təkamül maneəsi haqqında baxın. http://www.netcevap.org/propaganda_fotosentez.html )