“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 6 mart 2004-cü il tarixli sayında “Eşq acısının təkamül faydaları” başlıqlı yazı nəşr olundu. “New Scientist” jurnalının 14 fevral 2004-cü il tarixli sayında, tərcümə edilən yazıda, aşiq olub ayrılmış insanlar üzərində aparılan bəzi təcrübələrə yer verilir, təcrübələrdən beyin yoxlanışı ilə əldə edilən məlumatlarla, eşq acısı çəkənlərin hiss etdikləri qəzəb, nifrət və peşmançılıq kimi hisslər, təkamülçü prizmasından şərh olunurdu. Eşq acısı çəkən insanların yaşadıqları depressiyaları orqanizmə xeyir və fayda cəhətdən qiymətləndirən tədqiqatçıların hamısının mövzuya münasibəti eyni idi. Təkamülü ehkam kimi mənimsəmişdilər və təcrübələrdən, müşahidələrdən əldə etdikləri məlumatları, bu ehkamlı baxış aspektinə uyğunlaşdıraraq təkamül nağılları yazırdılar.
Bu yazıda, CBT-nin bu ön mühakiməli münasibəti ortaya qoyulacaq. Bunun üçün, aşağıdakı nümunədə ümumilikdə mövcud olan ön mühakimələri araşdırmaq kifayətdir:
“Atalarımızın beyni, rədd edilən eşqi qəzəbə çevirmə əlaqələrini nə üçün inkişaf etdirmişdir? Qəzəb, sağlamlığımız üçün zərərlidir. Təzyiqi yüksəldər, ürəkdə stress yaradar və immunitet sistemini zəiflədər. Bu səbəbdən eşq-nifrəti artıma ilə əlaqədar əhəmiyyətli bir problemi həll etmək üçün, təkamül keçirmiş ola bilər.” (Vurğu bizə aiddir)
İndi isə “CBT”-di haqqında vurğuladığımız bu ifadələrdəki nöqteyi-nəzəri araşdıraq. İlk cümlədəki problemin sorğu-sual forması, beynin eşqi qəzəbə çevirmə əlaqələrinin təkamül məhsulu olduğunun mübahisəsiz qəbul edildiyini göstərir. Xülasə, “bu əlaqələr təkamüllə inkişaf etmiş ola bilərmi?” kimi bir sual verilmir, bir ehkam kimi qəbul edilən, bəhs olunan təkamülün “nə üçün” ola biləcəyinə aid və yalnız xəyal gücünə əsaslanan bir fərziyyə ilə kifayətlənir. Burada isə bir zərərə işarə edildiyi (qəzəbin sağlamlığa zərəri), sonra da bu zərərin ortaya çıxartdığı problemin təkamüllə həll edilə biləcəyi iddiası irəli sürülür. Həqiqətdə, bu elmi şərh deyil, həqiqətdən uzaq bir hekayədir. Bu cür həqiqətdən uzaq hekayələr, elmi cəhətdən sınaqdan keçirilməsi və təkrarlana bilən şərtlərindən məhrumdurlar. Buna görə, elmi cəhətdən hər hansı bir uşaq nağılından çox bir dəyəri yoxdur.
Asanlıqla göründüyü kimi, praktikada, bu cür hekayələrin yaranmasına heç bir maneə yoxdur. Bir təkamülçü, hər hansı bir orqanizmə, hər hansı bir fayda verən, hər hansı bir bioloji quruluş və ya, davranış forması haqqında asanlıqla bir təkamül nağılı uydura bilər. CBT-dəki yazının başlığında görünən “Eşq acısının təkamül faydaları” ifadəsi də, təkamülçülərin bu zəhmətsiz axtarışının bir məhsuludur.
Bu araşdırmamızın, oxucularımıza bu hekayələrin yaradılmasındakı məntiqi, asanlıqla təsbit etmədə köməkçi olmağını diləyirik. “Cumhuriyet Bilim Teknik” səlahiyyətlilərinə isə, materializmə bağlılıqlarını nəzərdən keçirmələrini tövsiyə edir, təkamül nəzəriyyəsinə verdikləri dəstəyin nəticəsiz olduğunu görmələrini diləyirik.