“Hürriyet Bilim” jurnalının 3 yanvar 2004-cü il və 10 yanvar 2004-cü il tarixli saylarında, “Musiqi ilə əlaqədar macəramız necə başladı?” başlıqlı iki silsilə yazı nəşr olundu. Yazıda, insanın musiqi qabiliyyəti, təkamülçü prizması ilə izah olunmağa çalışılır, bu haqda heç bir sübutu olmayan fərziyyələrə yer verilirdi.

Ancaq bu fərziyyələrin təkamül nəzəriyyəsinə heç bir aidiyyatı yoxdur. Təkamül nəzəriyyəsinin əsaslandığı naturalist fəlsəfə, insanın musiqi qabiliyyətini şərh etməkdə tamamilə qeyri-kafidir. Bu yazıda, “Hürriyet Bilim” haqqında danışılan, yer verilən təkamülçü iddialar cavablandırılacaq.

Yazının əvvəlində, Darvinin 1871-ci ildə nəşr etdiyi “The Descent of Man” adlı kitaba müraciət olunur və Darvinin, musiqinin guya təkamüldəki yeri ilə əlaqədar bir iddiası bildirilir. Buna görə, qabaqcıl (guya ibtidai dövrdə) qadın və kişinin bir-birini dilin ahəngiylə deyil (danışmaqla, sözlə deyil), notla və ritmlə ovsunladıqları iddia edilir. Bir sözlə, toxunulan bu iddia ilə əlaqədar, bilinməsi lazım olan iki nöqtə vardır. Birincisi, heç bir elmi dəlili olmayan və yalnız xəyal gücünə əsaslanan bu fərziyyə, yazının başlığında verilən suala onsuz da cavab verir. Yazı başlığında, “musiqi ilə əlaqədar macəramız necə başladı?” deyə soruşulduğu halda, Darvinin fərziyyəsindəki xəyali qadın və kişinin onsuz da not və ritm, yəni musiqi qabiliyyətinə sahib olduqları görünür. Bu səbəbdən, bu iddia məntiqi cəhətdən, yazıda cavabı axtarılan suala heç bir cavab vermir. İkincisi, və daha da əhəmiyyətli olaraq, elmi tapıntılar, Darvindən bəhs olunan bu iddianın, təməldən səhv olduğunu göstərmişdir. Darvinin, bu iddiasının çərçivəsini əmələ gətirən “seksual seçmə nəzəriyyəsi” artıq qəti surətdə elm tarixinin zibilliyinə atılmışdır. (*)

 

Yazıda, ortaya atılan bir başqa fərziyyə, bəzi meymun növlərinin musiqi qabiliyyətinə sahib olmağıdır, bu vəziyyətin də, insanın musiqi qabiliyyətinin guya ki, təkamülünün bir göstəricisidir. Ancaq bu, tamamilə əsassız yanaşmadır. Bu haqda aşağıdakı ifadələrə yer verilir:

 

“…Afrika düzənliklərindəki ilk və qədim insanların, bir zamanlar ailə daxilində yaratdıqları melodiyaların əks-sədası, indiki vaxtda, Sumatra, Borneo və Vyetnamın rütubətli meşələrində yaşayan, mahnı oxuyan meymunlarda az çox eşidilir.”

 

Bu ifadələrdəki məntiqi əsassızlıq ortadadır. Afrika düzənliklərində guya ilk insanlara aid olduğu iddia edilən musiqi melodiyaları, tamamilə xəyal məhsuludur. Tamamilə xəyal məhsulu olan və onsuz da, keçmişə aid olduğu müdafiə olunan bu melodiyaların dinlənilməsi imkanı və ehtimalı yoxdur. Buna baxmayaraq, bunları, həqiqətən dinləmiş, meymunlardakı mahnı bənzəri melodiyalarla həqiqətən müqayisə etmiş kimi, “az çox” şəklində bir dərəcələndirmək, tək bir şeyin göstəricisi ola bilər. Darvinistlər, xəyallarında mövcud olan melodiyaları dinləyir, həqiqətləri buna görə şərh etməyə çalışır.

İnsanın musiqi qabiliyyətinin, mahnı oxuyan meymunlarla təkamülə aid edilməsinin bir başqa əhəmiyyətli əsassızlığı daha vardır. Təbiətdə, meymunlardan başqa, musiqi yarada bilən çox sayda canlı növü vardır.

Bunlarla, meymunların musiqi yaratma qabiliyyəti cəhətindən, xəyali təkamül ağacındakı yerlərinin müqayisə edilməsi, haqqında danışılan fərziyyələrin etibarsızlığını göstərir. Məsələn quşlar melodiya yaratmaq qabiliyyəti cəhətdən, mahnı oxuyan meymunlardan daha da müvəffəqiyyətlidirlər, ancaq xəyali təkamül ağacında insana, meymunlardan daha da uzaqdırlar. Quşların melodiya yaratmaq qabiliyyətinə sahib olmaları, onların insanla ortaq bir atadan təkamülləşdiyini göstərməz. Eyni şəkildə meymunların mahnıya bənzər melodiya yaratmaq qabiliyyətlərinin olmağı da, insanla ortaq bir atadan təkamülləşdiklərini göstərməz.

Yuxarıdakı həqiqətlər, insanın musiqi qabiliyyəti ilə əlaqədar təkamülçü fərziyyələrin etibarsızlığını göstərir. Bunların etibarsızlığının təməlində, insanın musiqi qabiliyyətini naturalist prizmasından, şərhin qeyri-mümkünlüyü durur. Meşədə yaşayan bir canlının, bir başqa canlının ayaq səsini eşitməyi, həyatda qalmaq üçün əhəmiyyətli bir faktordur, ancaq bir insanın Motsartın simfoniyalarındakı melodiyalardan zövq almağının heç bir həyatda qalma üstünlüyü yaratmadığı aydındır.

Bu həqiqət, “Nature” jurnalının 7 mart 2002-ci il tarixli sayında nəşr olunan və musiqinin nevrobiologiyasına aid bir məqalədə, bu sözlərlə qəbul edilir:

 

“Musiqi bəyənmənin, darvinizmin həyatda qalma mübarizəsində gözə dəyən açıq bir üstünlüyü yoxdur.” 1

 

Naturalizmə əsaslanaraq izah olunması heç cür mümkün olmayan musiqi bəyənməyimiz, olduqca həssas nizamlamalar göstərən faktorlara əsaslanır. Bir skripkanın simlərindən çıxan səslər, əslində molekulların bir-birinə sürtünməsindən (toxunmasından) ortaya çıxar və dalğalar halında yayılar. Bu səs dalğaları, havada hərəkət edərək qulağımıza gəlib çatar. Qulağımızda bu titrəyişləri qəbul edən “musiqi” halına çevirən, olduqca kompleks dizayn vardır. Bu dizayn, xarici qulağın səsi, qulaq kanalına çatdıran qıvrımlı quruluşu, çəkic, zindan və üzəngi sümüklərinin üç ölçülü mühitdə, ortaya qoyduqları olduqca həssas yerləşməni və musiqinin tezliyi ilə titrəşən minlərlə tükcüyə əsaslanır. Bütün bu dizayn, üstün mühəndislik göstəricisidir. Molekulların sürtünməsindən musiqinin gözəlliklərinin çıxa bilməsi də, fizika qanunlarındakı nizamlamalar sayəsində mümkün ola bilir. Bütün bunlar, musiqi qabiliyyətimizin, onu qəbul etməyimizi təmin edən sistemlərlə yanaşı, şüurlu olaraq hazırlandığını göstərir. Əlbəttə, bunları yoxdan var edən və insana lütf edən Uca Allahdır. Allah bir Quran ayəsində belə buyurur:

 

“Gözlər Onu dərk etməz, O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır.” (Ənam surəsi, 103)

 

(*) “Seksual seçmə” nəzəriyyəsi və bunun məğlubiyyəti haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

 

1) Alison Abbott, “Neurobiology: Music, maestro, please!” Nature 416, 12 – 14 (7 mart 2002); doi:10.1038/416012a