BBC 2 TV kanalında 17 aprel 2003-cü il tarixində sənədli film yayımlandı. Sənədli filmdə, “imanın guya bir xəstəlik olduğu və buna görə tarix boyunca yaşamış din öndərlərinin müalicə edilmələri lazım olan xəstələr olduqları” kimi tamamilə əsassız və ön mühakiməli iddia irəli sürüldü. Bu yazımızda, bu iddianın niyə etibarsız olduğunu və niyə səhv qiymətləndirmənin məhsulu olduğunu izah edəcəyik.

BBC 2 TV kanalında nəşr olunan “GOD ON THE BRAIN” sənədli filmində imanın bir xəstəlik olduğu kimi, olduqca əsassız iddia irəli sürüldü. Hətta, bu iddianı, tibbi araşdırmanın dəstəklədiyi də bildirildi. Epilepsiya xəstələri üzərində aparılan bir işə görə, klinik ölüm keçirən xəstədə mistik hisslər oyanırdı. Xəstədə klinik ölümə səbəb olan, beynin temporal lobundakı elektrik fəaliyyəti, sağlam adamlarda süni olaraq təqlid edildiyində eyni mistik hisslər yenə oyana bilir. Bu nöqtədən hərəkətlə, temporal lob epilepsiyanın, yer üzündə din və iman anlayışlarının ilk dəfə yaranmağının səbəbi olduğu iddia edildi.

Həqiqətdə, tibb sahəsində epilepsiya patologiyasının başa düşülməsi üçün icra edilən bu və buna bənzər işlər, xəstəliyin daha yaxşı müalicə edilə bilməsi cəhətdən faydalıdır. Ancaq, beyindəki bu patologiya ilə, din və iman anlayışları arasında bir əlaqə qurmağa çalışmaq çox böyük səhvdir.

 

MİSTİKA: XƏYAL DÜNYASINA QAÇIŞ

Əvvəlcə proqrama hakim olan yanlış baxış aspektinin üzərində dayanılmalıdır. “Mististika” ilə “din” bir-birlərinin hissələri deyildirlər (bir-birilərini tamamlamırlar). Din Allahın insanlığa elçiləri ilə təsvir etdiyi bir həyat şəklidir. İnsanlar öz daxili dünyalarında və ətraflarında Allahın varlığına aid dəlilləri gördükdən sonra, ağıl və vicdanları ilə bu çağırışın haqq (doğru) olduğuna qərar verərlər. Yer üzündə ən doğru yaşayış tərzi, Allahın təsvir etdiyi din əxlaqıdır. Din əxlaqına uyğun yaşamağa başlamaq üçün sağlam əqli mühakimə şərtdir. Mistika isə (dindən tamamilə fərqli olaraq) insanın məntiq və ağılla icra etməklə nail ola bilmədiyi metafizik qavrayışları bir xəyal dünyasında axtarışıdır. Mistika sözü məna olaraq, “gözlərini bağlamaq” mənasını verən “myein” sözündən törəmişdir. Meditasiya ya da trans vəziyyəti də, bu ağıl və məntiq dünyasından sıyrılıb mistik mühit əmələ gətirməyə çalışmaqdır. Mistika cərəyanı, ağıl gücünü bir tərəfə buraxaraq duyğunu ön plana çəkər.

Bu səbəblərə görə, “mistika” ilə həqiqi din və Allahın varlığına iman arasında bir bənzərliyin qurulması tamamilə səhvdir. Çünki həqiqi din, Allahın varlığını, əqli dəlillərə əsaslanaraq qavramağı əmr edər. Necə ki, günümüzdəki araşdırmalar da, dini inancın ateistlərin iddia etdiyi kimi, bir “ağıl xəstəliyi” deyil, tam əksinə, ağıl sağlamlığının təməl şərti olduğunu göstərir. Bəhs edilən “ağıl xəstəliyi” şərhini əslində ilk dəfə XIX əsrin ateist mütəfəkkirlərindən Freud etmişdir. Ancaq sonra, Freudu təəccüblü şəkildə təkzib etmişdir. Amerikalı yazar Patrick Glynn, bu mövzunu belə yekunlaşdırır:

 

XX əsrin son dörddə biri (Freudun qurduğu) psixoanalitik aspekti heç də uyğun gəlmədi. Bunun ən diqqət çəkici istiqaməti isə, Freudun din haqqındakı fikirlərinin tamamilə səhv çıxması idi. İroniya ilə, son 25 ildə psixologiya sahəsində aparılan tədqiqatlar, dini inancın, Freudun və müridlərinin iddia etdiyi kimi, bir növ nevroz və ya nevroz qaynağı olmaq bir tərəfə, ümumi zehni sağlamlıq və xoşbəxtliyin ən əsas faktorlardan biri olduğunu aşkar etdi. Üst-üstə aparılan bir çox araşdırma, dini inanc və ibadətlərlə, intihar, spirt və narkotik asılılığı, boşanma, depressiya kimi sağlam davranışlar arasında güclü əlaqə olduğunu göstərdi. Qısacası, eksperimental məlumatlar, psixoterapevt peşəsinin guya “elmi” ortaq inancla tamami ilə tərs düşdü.

 

Nəticədə, yenə Patrick Glynnin ifadəsi ilə “XX əsrin sonunda müasir psixologiya, dinin yerini almaq bir tərəfə qalsın, dinlə yenidən tanış olmağa başladı və insanın əqli həyatı haqqındakı yalnız dünyəvi dünyagörüşünün, həm nəzəri, həm də, təcrübi səviyyədə təkzib olunduğu ortaya çıxdı.”

Bu aşkar həqiqətlərə baxmayaraq “BBC 2” kanalı, Freuddan miras qalan keçmiş bir iddianı, guya ki, bir neçə yeni tapıntını bəzəyərək yenidən ortaya çıxardır, ancaq öncə də, ifadə etdiyimiz kimi həqiqətdə bu iddiaya heç bir ağıllı və elmi dəlil göstərə bilmir. Bu da, “BBC 2” kanalının çıxış nöqtəsinin, eyni ilə Freudda olduğu kimi, ateist ön mühakimədən başqa bir şey olmadığının dəlilidir.

 

MƏDƏNİYYƏT ÖNDƏRLƏRİ PEYĞƏMBƏRLƏR

Proqramda, temporal lobda müəyyən olunan patologiyanın səbəb olduğu mistik duyğulanmaların, dinin qaynağı olduğu bildirilərək, tarix boyunca gəlmiş peyğəmbərlərin də, bu cür problemləri olan kəslər ola biləcəyi yanılması ortaya atılmışdır. Proqramda, keçmişə aid belə bir araşdırma apara bilməyəcəyi də qəbul edilir. Bu ifadə, həbs olunan iddianın bir fərziyyədən ibarət olduğunu göstərilir.

Bununla yanaşı, bu azğın iddianı təkzib edən bir çox dəlil vardır. Peyğəmbərlər, yaşadıqları dövrün ən ağıllı insanları olub, onları izləyən cəmiyyətləri mədəniyyəti ən yüksək səviyyəyə çatdırmışlar. Yaşadıqları dövrlərdə ən müvəffəqiyyətli başçı, ən müvəffəqiyyətli dövlət adamı və düşüncəli olduqları üçün, arasında olduqları cəmiyyətlərə lider, sonrakı nəsillərə də davranışları ilə nümunəvi insanlar olmuşlar. Tarix boyunca nəsildən-nəsilə keçən bu həqiqətə baxmayaraq proqramda irəli sürülən xəstəlik iddiası əsassız bir böhtandan ibarətdir.

 

NƏTİCƏ

Təcrübəni şərh edənlərin dinə qarşı ön mühakimələri, nəticələri də səhv qiymətləndirmələrinə səbəb olmuşdur. Ağıl və vicdanları ilə fərq etdikləri həqiqətləri, peyğəmbərlərin izah etdiyi haqq dinlərdə tapan insanın, həqiqəti təsdiqlədikdən sonra, Allahın istədiyi kimi yaşamağa başlamağından daha ağıllı bir davranış ola bilməz. Bu ağıllı davranışı bir xəstəlik kimi təyin etmək isə, tamamilə məntiqdən uzaqdır.

Həqiqətdə peyğəmbərlərə atılan, bəhs edilən “ağıl xəstəliyi” iftirası, yeni bir iddia deyil, tarix boyu inkarçıların, peyğəmbərlərin haqq yoldakı mübarizələrinə maneə törətmək üçün müraciət etdikləri bir böhtandır. Quranda, bir çox peyğəmbər üçün buna bənzər iftiralar atıldığı bildirilir. Eyni böhtan peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v.)-ə də atılmışdır və Allah ona belə vəhy etmişdir:

 

“Nun. Qələmə və sətir-sətir yazdıqlarına and olsun. Sən, Rəbbinin neməti ilə məcnun deyilsən. Həqiqətən, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. Həqiqətən də, sən böyük əxlaq sahibisən! Artıq yaxında görəcəksən və onlar da görəcəklər. Sizdən, hansınızın “fitnəyə tutulub-dəli olduğunu.” (Qələm surəsi, 1-6)