“Hürriyet Bilim” jurnalında 12 aprel 2003-cü il tarixində nəşr olunan “Qəhqəhə insanın ictimailəşmə vasitəsidir” başlıqlı yazıda qəhqəhənin təkamül nəzəriyyəsinə görə mənşəyi sorğu-sual olundu. Elm örtüyünü həvəskar kimi istifadə edildiyi yazı, ziddiyyətli məntiqləri ilə təkamülçülərin düşüncə strukturlarının əsassızlığına gözəl nümunə təşkil edir. Bu cavabımızda, gülməyi təkamül məntiqi ilə şərhin əsassız istiqamətlərini gözlər önünə səririk.

Hər nə qədər psixiatr tərəfindən yazılmış olsa da, elmi, ya da məntiqli hər hansı mülahizəyə rast gəlinməyən yazı, ehkamlı təkamül təbliğatından başqa bir xüsusiyyət daşımırdı. Psixiatr Emin Ceylan imzası ilə nümayiş olunan məqalə, təkamülçü ön mühakimə ilə yoğrulmuşdu və buna görə, həmişə səhv başlanğıc nöqtələrindən hərəkətlə axmaq mənfəət axtarırdı.

 

QƏHQƏHƏNİN TƏKAMÜLLÜ FAYDASI YANILMASI

Məsələn yazıda “insanın bütün sadə funksiyaları həyatda qalma strategiyası ilə əlaqəli olduğuna görə” deyildikdən sonra gülmənin səbəbi təkamüllü baxımdan açıqlanmağa çalışılmışdır. Qarşılıqlı mənfəətlərə söykənən olaraq “İctimai bağların güclənməsi”nə faydası olan ya da “təcavüzkarlığı söndürməyə yarayan, bir cins boyun əymə davranışı” olduğu iddia edilmişdir. Yazarın düşüncəsinin təməlində insan bir heyvandır; duyğuları olması gözlənilməməkdədir fikri yatmaqdadır. Bu təkamülçü düşüncə şəklinə görə hər davranışı və hər etdiyi iş həyatda daha yaxşı yaşamasını və rahatlamasını məqsəd qoymaqdadır. Eyni səhv məntiqə görə, insanın ətrafındakı insanlarla zarafatlaşıb, cəmiyyət içində ünsiyyətdə olması heyvani ehtiyacları gərəyidir.

İnsanı bir heyvan növü olaraq xarakterizə edən təkamül nəzəriyyəsi təbii ki, onu təkcə heyvani ehtiyaclarıyla birlikdə qiymətləndirəcək, heyvanlarla eyni tutacaqdır. Amma bu iddianı dəstəkləyən heç bir dəlil yoxdur.

 

BEYİNDƏKİ TƏŞKİLATLANMA VƏ ŞÜURLU RƏHBƏRLİK TƏSADÜFLƏ İZAH OLUNA BİLMƏZ

“Hürriyet Bilim” jurnalındakı yazının bir başqa səhv çıxış nöqtəsi isə, hər şeyin maddə ilə sadələşdirilməsidir. Buna görə, insanın duyğuları (hissləri) ola bilməz, çünki duyğular beyində əmələ gələn molekullar sayəsində ortaya çıxar. Təkamülçü materialist həyat fəlsəfəsinin təməlini təşkil edən bu anlayışa görə, hər şey atomlar arası qarşılıqlı təsirdən ibarətdir; maddə mütləqdir, ruh yoxdur.

Əvvəlcə, bunu aydınlaşdırmaq lazımdır ki, sahib olduğumuz hər funksiyanın sinir sistemimizdə mütləq bir qarşılığı vardır. Amma, obyektiv olaraq düşünən hər insan, sinir sistemindəki dizayn gerçəyi ilə üz-üzə qalar.

Beyin örtüyü və beyin sapındaki (kökündəki) nüvələrin hər biri bədənimizin fərqli əsas funksiyalarını idarə edir. Bu mərkəzi rəhbərliyin öz içindəki qüsursuz və hissələrin də, bir-birləri ilə uyğun funksiyası sayəsində, həyatımıza davam edə bilərik. Beyin sapında (kökündə) mövcud olan bir qrup sinir hüceyrəsi, tənəffüs etmə mərkəzimiz olaraq vəzifə yerinə yetirər. Biz şüurunda olmadan, qaçarkən ya da yatarkən belə, ağciyərlərimizin hansı miqdarda hava ilə dolub boşalması lazım olduğunu təyin edərək, hüceyrələrimizin ehtiyacı olan oksigeni təmin edərlər. Bu təsis olunma və hüceyrə vəzifələndirməsi böyük məsuliyyət nümunəsidir. Bu məsuliyyəti və şüuru, bəhs olunan hüceyrələrin öz başlarına boynuna götürmələri isə qeyri-mümkündür. Göründüyü kimi insan beyninin varlığının davamı, insan ağlının qavrayamayacağı bir güc tərəfindən təmin edilmişdir. Aydındır ki, bu güc, şüur və şüurun yer üzündəki qaynağı, sonsuz məlumat sahibi Uca Allahdır.

 

BEYİN SAPINI (KÖKÜNÜ) PRİMİTİV (SADƏ) KİMİ ADLANDIRMA CAHİLLİYİ

Məqalədə bəhs edilən digər yanılma isə çox təəccüblüdür. Həqiqətləri səhv şərh etməyə nümunə olaraq, yazar gülmənin nəzarət edildiyi yer olan beyin sapı üçün “beynin primitiv bölgəsi” kimi təqdim etmişdir. Halbuki, bu çox səhv izahdır. Hər saniyə ürək döyüntümüz, tənəffüs və digər bir çox istəkdən kənar bədən funksiyamız, beyin sapında mövcud olan xüsusiləşmiş neyronlar tərəfindən avtomatik idarə olunur, müvəffəqiyyətli şəkildə idarə altında tutulur. Bu əsas funksiyalar, xəbərimiz olmadan, doğulduğumuz anda aldığımız ilk nəfəsimizdən son nəfəsimizə kimi sürən şüurlu idarəetmə sayəsindədir. “Primitiv” olduğu iddia edilən beyin sapının degenerasiya vəziyyətində isə ölüm dəqiq və qaçınılmazdır. Hətta tibdə “beyin ölümü” deyiləndə “beyin sapı” ölümü nəzərdə tutulur. Beyin sapı ölümü tərifi somatik (bədəni) ölümə bərabərdir. Hüquq cəhətdən insanın varlığının sona çatması mənasını verər və ancaq bu vəziyyətdə, qanuni orqan və toxuma transplantasiyası imkanı yaranar. Bu cür əsas funksiyaya sahib bir toxumanı primitiv kimi xarakterizə etmək darvinist ön mühakiməsindən başqa bir şey deyil.

 

GÜLMƏK İNSANIN NƏZARƏTİNDƏ DEYİL

Gülməyin fiziologiyası isə, bizim nəzarətimiz xaricindədir. Qəhqəhə çəkərkən, qısa aralıqla, ritmik və nizamlı şəkildə nəfəs alıb vermək, bir sıra kompleks sinirlərin prosesləri vasitəsi ilə reallaşar. Gülmək heç vaxt insanın nəzarəti altında deyil. Beyindəki sinir hüceyrələri arasında dəyişdirilən kimyəvi maddələrdən xəbərimiz belə olmaz. Kimyəvi düsturlarını bilmədiyimiz kimi, hansı qəbuledicilərə, necə bağlanacaqlarını, daha sonra necə aradan qaldırılacaqlarını da bilmərik, idarə də edə bilmərik. Amma gülərik, zarafatlaşarıq və xoşbəxt olarıq.

Duyğular molekulyar qarşılıqlı təsirlər nəticəsində əmələ gələr. Bu elmi həqiqətdir. Amma molekulların təsadüflər nəticəsində bir-birlərini təsir etdikləri ya da molekul və qəbuledici molekulların təsadüfən bir-birləri üçün uyğunlaşması iddiası tamamilə səhvdir. Beynimizdə gülmə ya da digər duyğularımızın yaranması üstün nizam və insan ağılının sərhədlərindən kənar bir dizayn sayəsində reallaşır. Beynimizdə hər güləndə ya da sevinəndə yaşadığımız bu həqiqət, bizə Uca Allahın varlığını dərk etməyimizi təmin edən bir dəlildir. Bizə, gülmə və ya kədərlənmə hislərini yaşadan, Quranda bildirildiyi kimi, Uca Allahdır:

 

“Doğrusu, güldürən və ağladan Odur. Doğrusu, öldürən və dirildən Odur.” (Nəcm surəsi, 43-44)