“Bilim Ve Teknik” jurnalının aprel 2002-ci il tarixli sayında, “Qısqanclıq” başlıqlı yazı nəşr olundu. Yazıda, qısqanclığın sözdə təkamüllü müddət içində qazanılmış xüsusiyyət olduğu qarşıya qoyulurdu.

 

Təkamül nəzəriyyəsi, insanın bioloji mənşəyinə də elmi şərh gətirə bilməzkən, təkamülçülər sanki təkamül nəzəriyyəsi elmi həqiqətmiş kimi, insan davranışlarını da öz ideologiyaları istiqamətində şərh etməyə çalışırlar. Aşağıda, qısqanclığın niyə təkamüllü bir müddətin nəticəsi olmadığı və təkamülçülərin insan davranışlarının mənşəyi haqqındakı iddialarının etibarsızlığı açıqlanacaq və bu cür iddiaların cəmiyyət əxlaqına istiqamətli təhdid olduğuna diqqət çəkiləcək.

 

Qısqanclığın, “təkamüllü uyğunlaşma” olduğu yanılması

“Bilim Ve Teknik” jurnalındakı “Qısqanclıq” başlıqlı yazıda, qısqanclığın təkamüllü mənşəyi mövzu edilmişdir. İnsan davranışlarının mənşəyini təkamül nəzəriyyəsi ilə şərh etməyə çalışan təkamüllü psixoloqların iddiasına görə, qısqanclıq insanlara meymunabənzər atalarından miras qalmışdır və sözdə təkamül müddəti içində canlıların ətrafa uyğunlaşmaları və həyatda qalmaları üçün bəzi faydalar təmin etmişdir. Təkamüllü psixoloqlar, qısqanclığın kişilərdə və qadınlarda fərqli səbəbi olduğunu, hər iki səbəbin də təkamülə qatqısı olduğunu müdafiə etməkdədirlər.

Təkamülçülərin bu fərziyyəsinə görə; “kişilər “cinsi qısqanclığa” daha meyllidirlər. Bunun səbəbi isə: kişi, genlərini bir sonrakı nəsilə nə nisbətdə müvəffəqiyyətlə köçürdüyündən heç bir zaman əmin ola bilməz. Məsələn, bir qadın hamilə qaldığında, balalarının genetik vəsaitində öz genlərinin də olduğunu bilər. Ancaq, kişilər üçün həmişə bir şübhə var, çünki övladlar gerçəkdə başqa bir kişiyə aid ola bilər. Bu səbəbdən, kişinin genlərini bir sonrakı nəsilə köçürə bilməmə ehtimalı meydana gələr. Bu səbəblə kişilər, yoldaşlarının cinsi fəaliyyətini nəzarət etməyə uyğunlaşmışlar.” Bu fərziyyələr təkamülçü psixoloqların “kişilər yoldaşlarının cinsi sədaqətlərindən narahatlıq duyarlar, yoldaşlarını cinsi baxımdan qısqanarlar” fikirini mənimsəmələrinə səbəb olmuşdur. Təkamülçü psixoloqlara görə “qadınların qısqanclığı isə romantikdir, onlar kişilərin romantik sədaqətlərini qısqanarlar. Çünki romantik sədaqəti olmayan bir kişi vaxtını və əməyini kifayət qədər özünə və uşaqlarına ayırmayacağı üçün qadın övladlarını yetişdirmədə çətinlik çəkəcəkdir. Bu isə ona təkamüllü baxımdan əlverişsiz olacaqdır. Ancaq romantik qısqanclıq, onun bu əlverişsizliyi aradan qaldırmasına kömək edəcək.”

Təkamülçülərin bu fərziyyəsini test etmək üçün bir çox fərqli psixoloq fərqli təcrübələr və çalışmalar icra etdilər. Ancaq bu testlərin nəticələri həmişə naməlum idi və təkamülçülər gözlədikləri nəticələri əldə edə bilmədilər. Son olaraq, DeSteno, Balovey, Harris və Christenfield adlı elm adamları daha dəqiq nəticələr ala biləcəkləri, fərqli parametrlər istifadə etdikləri təcrübələr və araşdırmalar icra etdilər. Bu təcrübələrin nəticələri isə təkamüllü psixoloqların qarşıya qoyduqları fərziyyələr ilə ziddiyyətli çıxdı.

“American Psychological Society”in nəşri olan “APS Observer”də nəşr olunan bir xəbərdə, bu mövzuda əldə edilən nəticələr belə qiymətləndirilməkdədir:

 

“Torontodakı APS illik konvansiyonunda, Northeastern Universitetindən David A. DeStenonun başçılığında, “Sex Differences en Jealousy: Evolution or Artifact?” (Qısqanclıqda cinsi fərqliliklər: Təkamül və ya insan itehsalı?) başlığı altında, araşdırmaçılar bu mövzudakı təkamüllü fikirlə qəti olaraq ziddiyyət təşkil edən yeni araşdırma nəticələrini ortaya qoydular… Bu araşdırmaların nəticələri göstərir ki, cinsi-romantik qısqanclıq arasındakı cinsi fərqlər təkamülləşmiş psixoloji mexanizmlərin deyil, şəxsi mərkəzçiliyin nəticəsidir.” (Ovudan Milevsky, “Gender Differences en Jealously Revisited”, APS Observer, sayı 14, nömrə 6, iyul/avqust 2001)

 

Bir başqa deyişlə qısqanclıq duyğusunun təkamüllü mənşəyi yoxdur. “Bilim Ve Teknik” jurnalında yer alan tezis, yalnız təkamülçülərin fərziyyələrinə və xəyal güclərinə söykənən, qısqanclığın mənşəyini təkamül nəzəriyyəsinə uydurmaq üçün çıxarılan məcbur etmə ssenarilərdir. Heç bir elmi müşahidə, təcrübə və araşdırma ilə dəstəklənilməyən bu iddiaların etibarsızlıqları da tərəfsiz psixoloqların detallı araşdırma və təcrübələri ilə göstərilmişdir.

 

Təkamülçülərin iddiasındakı məntiqsizlik

Təkamülçü psixoloqların yuxarıda haqqında danışılan iddialarına görə, canlılar təkamül müddəti içində qısqanclığın özlərinə fayda gətirəcəyini görmüşlər və bu səbəblə qısqanclığı mənimsəmişlər. Yazıda belə deyilməkdədir:

 

“Qısqanclıq bizə hansı faydaları verir? Bu problemin cavabı təkamüllü psixoloqlara görə qısaca belədir: Qısqanclıq törəmə üçün təhlükə yarada biləcək bütün xarici faktorlarla öhdəsindən gəlməyi təmin edən və atalarımıza bu baxımdan əhəmiyyətli ölçüdə kömək etmiş olan bir ehtirasdır.”

 

Bu iddiaya görə, sözdə heyvan olan atalarımız, qısqanclığın törəmələrinə fayda verdiyini görərək bu xüsusiyyəti mənimsəmişlər və ayrıca sonrakı nəsillərə köçürmüşlər. Yəni bir meymun, sözgəlişi yoldaşını qısqandığında genlərini bir sonrakı nəsilə köçürməyi daha çox zəmanət altına aldığını görmüş, bunun nəticəsində isə qısqanc olmağa qərar vermişdir. Bu xüsusiyyətini, öz balalarına necə köçürəcəyi isə, təkamülçü psixoloqların şərh gətirmədikləri, hətta heç söz etmədikləri bir mövzudur. Bu nöqtədə bir başqa axmaqlıq isə, bir heyvanın genlərini bir sonrakı nəsilə köçürmə mövzusunda narahatlıq duyması və bunun üçün bir üsul təyin etməsidir. Necə ki, bu fərziyyənin müdafiəçilərindən psixoloq David Buss bu məntiqsizliyi fərqinə varmış və belə demişdir:

 

“Heç bir kişi “arvadım başqa biriylə cinsi əlaqə yaradır, irsi atalığım təhlükəyə girəcək, beləcə genlərim yeni qurşaqlara ötürülməyəcək…” deyə düşünməz.”

 

Yaxşı elə isə bu şüur kimə aiddir? Bu kişinin genlərinəmi? Yoxsa “təbiət” bu kişi üçün narahatlıq duymaqda və genlərini bir sonrakı nəsilə köçürməsini zəmanət altına almaq üçün ona qısqanclıq duyğusunu aşılamaqdadır? Əlbəttə ki, bunların hamısı axmaqlıqdır. Ortada bu qayğını daşıyacaq bir şüur yox ikən, belə bir müddətdən söz etmək əlbəttə ki, qeyri-mümkündür.

Ayrıca indiki vaxtda, qısqanclıq hissini ən çox daşıyan bir insan da, genlərini bir sonrakı nəsilə ötürmə qayğısı daşımamaqdadır. Qısqanclıq, tamamilə insanların xarakterləri, böyüdülmə şəkilləri, kompleksləri, özlərinə olan etibarsızlıqları, içində olduqları ətraf, sahib olduqları əxlaq ilə əlaqədar olaraq inkişaf etdirilən xüsusiyyətdir.

Görüldüyü kimi, təkamülçülərin bu cür iddiaları tamamilə xəyal məhsulu ssenarilərdən və yaraşdırmalardan meydana gəlməkdədir. Bu iddiaların elm adamı sifəti daşıyan kəslərin ağızlarından və ya qələmlərindən çıxması insanları aldatmamalıdır. Ağıl və sağlam fikir sahibi hər insan, qısqanclığın təkamüllü müddət içində, kişi və qadınların genlərini bir sonrakı nəsilə ötürmə qayğısının nəticəsində ortaya çıxmadığını asanlıqla görə bilər.

 

Təkamüllü psixoloqlar hər şeyi açıqladıqlarını zənn edərkən heç bir şeyi açıqlaya bilməzlər

Təkamüllü psixologiya, təkamülçülərin insanların davranış formalarının təkamülün bir nəticəsi olduğunu göstərmək üçün icad etdikləri bir sahədir. Nə var ki, təkamülçülər insanın bioloji mənşəyini də təkamül nəzəriyyəsi ilə açıqlaya bilməməkdədirlər. Təkamül nəzəriyyəsi adına bir çox ssenari çıxaran təkamülçü elm adamları, təkamüllü psixologiyadan söhbət gedəndə daha çox inanılmaz və məntiqdən kənar xəyal məhsullarına müraciət etməkdədirlər. Necə ki, “Bilim Ve Teknik” jurnalında yer alan yazı da bunun tipik nümunəsidir. Təkamülçülər bu xəyali ssenarilərlə, sanki təkamül insan həyatındakı hər mövzunu açıqlayan elmi həqiqətmiş kimi düşüncə yaradarlar.

Çikaqo universitetindən Jerry E. Coyne, təkamülçü olmasına baxmayaraq, təkamüllü psixologiyanın hər şeyi şərh etmə iddiasını “böyüklük ehtirası” olaraq xarakterizə etmiş, “Təkamüllü psixologiyanın pəri nağılları” başlıqlı yazısında belə demişdir:

 

“Problem budur ki, təkamüllü psixologiya meqalomaniyanın (böyüklük ehtirasının) elmi qarşılığından sıxıntı duyur. Təkamüllü psixologiya tərəfdarlarının əksəriyyəti hər insan hərəkətinin və ya hissinin (bunlara depressiya, homoseksuallıq, din və şüur da daxil) beyinlərimizə təbii seleksiya ilə qoyulduğuna qane oldular. Bu fikrə görə, təkamül insanlığımızı açacaq kiliddir – tək kiliddir.” (Jerry Coyne, “The fairy tales of evolutionary psychology.”, The New Republic, 4 mart, 2000.)

 

Genetika üzrə professor Gabriel Dover isə təkamülçülərin hər sahədə hekayə izah etməsini belə ifadə etməkdədir:

 

“Yerli yerində hekayə izah etmə problemi… daha çox dərin və geniş; təkamüllü psixologiya, darvinçi tibb, dilçilik, bioloji etik və sosial biologiya kimi bir çox yeni elm sahəsini də ehtiva edir. Burada, seçilmə nəzəriyyəsinin ən kobud uyğunlaşdırmalarına əsaslanılaraq, insanın niyə belə olduğuna dair ən kobud şərhlər təqdim edilir. Psixoloji istehsallığın fərz edilən təkamüllü şərhdən payını almayan istiqaməti yox kimi görünür…” (Gabriel Dover, “Dear Mr Darvin: Letters on the Evolution of Life and Human Nature,” [1999], University of Kaliforniya Press, Berkeley CA, 2000, səh. 45).

 

Sheffield universitetindən davranış ekoloq Tim Birkhead isə təkamüllü psixologiya haqqındakı bir çalışma üçün etdiyi tənqidində belə deyir:

 

“Çox səyə gərək qalmadan, təkamüllü psixologiya gerçək elm olmaq yerinə nəzəri əyləncə olaraq qalacaq.” (Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 aprel 2000))

 

Amerikan Təbiət Tarixi muzeyi paleoantropoloqlarından Ian Tattersall isə yenə təkamüllü psixologiya sahəsindəki çalışmalar üçün belə deyir:

 

“Nəticədə biz burada elmin deyil, bir nağıl danışanın sənətinin məhsuluna baxırıq.” (Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 aprel 2000))

 

Qısacası, insan davranışlarını təkamül nəzəriyyəsi ilə şərh etməyə çalışan hər fərziyyə, bir nağıldan fərqsizdir. Bu gerçəyi təkamülçülərin də bilmələrinə baxmayaraq, “təkamül nəzəriyyəsi hər şeyi açıqlayacaq qədər möhkəm və elmi nəzəriyyədir” təəssüratı verə bilmək üçün bu nağıllara göz yummaqdadırlar.

 

Təkamüllü psixologiyanın qəbulu cəmiyyət əxlaqına istiqamətli ciddi təhdiddir

İnsan davranışlarının və xüsusiyyətlərinin təkamül nəzəriyyəsi ilə açıqlanması istiqamətindəki çalışmalar əslində cəmiyyət əxlaqı üçün əhəmiyyətli təhlükə meydana gətirməkdədir. Çünki insanın heyvandan təkamülləşdiyini qarşıya qoyan təkamülçülər, insan davranışlarını, psixologiyasını, xüsusiyyətlərini və cəmiyyətləri heyvanların xüsusiyyətləri ilə uyğunlaşdıraraq şərh edərlər. Təkamüllü psixoloqlara görə, hər insan davranışının təkamüllü mənşəyi var və heyvan olan atalarımız bu davranışı təkamüllü fayda üçün mənimsəmişlər. Sözgəlişi təkamüllü psixoloqlara görə, bir insanın şiddət ehtiva edən davranışlar nümayiş etdirməsinin səbəbi, təkamül müddəti içində meymun atalarının şiddətdən fayda vermiş olması və bu səbəblə həyatda qalmasıdır. Bu məntiqə görə, şiddət təbiidir, canlıların həyatda qalmaları üçün lazımlıdır.

Hər nə qədər təkamül psixologiyası yeni bir elm sahəsi kimi görünsə də, təməlində yatan fikri nəzəriyyənin qurucusu Darvin tərəfindən 19-cu əsrdə yekunlaşdırılmışdı. “The New Republic”in baş redaktoru, elm, texnologiya və fəlsəfə yazıçısı Robert Wright, “The Men Animal” adlı kitabında bunu belə ifadə edir:

 

“İnsanlıqdan çıxaran biokimyasal məlumata ikinci qarşılıq Darvinin idi – tam imtina. Azad iradədən imtina edin; kimsə heç bir şey üçün günahlandırılmağı və ya etibar sahibi olmağa layiq olmaz; hamımız biologiyanın kölələriyik. Darvin qeydlərində belə yazmışdı: “Pis ruhlu adamı xəstə insan kimi görməliyik. Nifrət edib, diksinməkdənsə, acımaq daha uyğun olar” (Rober Wright, The Men Animal, Vintage Books, New York, 1995, səh. 353)

 

Darvinin liderliyini etdiyi bu görüşə görə, cinayət törədən bir insan əslində günahsızdır, çünki cinayət törətmək onun genlərində vardır, bu səbəblə günahlandırılmamalı, cəza görməməlidir. Buna görə, insanın vicdanı, iradəsi, ağılı yoxdur, “genlərinin köləsidir”.

 

Təkamüllü psixoloqların, əxlaqı və vicdanı tamamilə əhəmiyyət verməyən, insanları gen maşını kimi görən bu görüşlərinin ən təəccüblü nümunəsi Randy Thornhill və Craig Palmer adlı iki professor tərəfindən 1999-cu ildə yazılan “Təcavüzün təbiət tarixi” (A Natural History of Rape) adlı kitabda verildi. Bu təkamülçü yazıçıların iddiasına görə, təcavüz bütün digər pisliklər kimi, təkamül müddəti baxımından aydın ola bilərdi. Çünki təkamüllü düşüncəyə görə kişilərin mümkün olduğu qədər daha çox qadın ilə daha çox övlad sahib olmaları təbii təkamüllü impuls idi. Əgər kişi yaşadığı cəmiyyətdə bunu etməyə istəkli qadın tapa bilməzsə, o zaman təcavüzə müraciət etməli idi.

Təkamüllü psixoloqların insanı heyrətə salan, cəmiyyət içindəki korlanmağı “elmi örtüyü” altında qızışdıran şərhlərinin bir başqası isə, 1996-cı ildə qəzetlərdə nəşr olunan bir xəbər üzərinə gəldi. Harvard Universiteti hüquqçularından, təkamül əleyhinə nəşrləri ilə tanınan Philip E. Johnson “Wedge of the Truth” adlı kitabında bu mövzunu belə köçürməkdədir:

 

“1996-1997 illərində qəzetlər körpə cinayətləriylə əlaqədar şok edici iki hadisəni bildirirdi. Birində on səkkiz yaşında iki kollecli gənc bir otel otağında körpələrini dünyaya gətirdilər, onu öldürdülər və sonra cəsədi zibilə atdılar. Digərində isə on səkkiz yaşındakı gənc qız, məktəb rəqs gecəsindən evə gələrək duşun altında uşaq doğdu, körpəsini öldürüb zibil qutusuna atdı və rəqs salonuna geri döndü. İki hadisə də cinayət günahlandırmasıyla mühakiməyə səbəb oldu və ənənəvi şərhlər bu hadisələri əxlaqi çöküntüyə ya da bir növ zehni pozuqluğa bağlayırdı.

Massachussetts İnstitutu Psixologiya bölməsində psixologiya professoru olan Steven Pinker təkamülçü psixologiyanın qabaqcıl dəstəkçilərindəndir. Onun daha fərqli şərhi vardı: Genetik zərurət. “New York Times” adlı qəzetdə yazan Pinker, körpəsi doğulduğu gündə öldürmənin zehni xəstəlik olmadığını, çünki “tarix boyunca bunun bir çox mədəniyyətdə tətbiq olunduğunu və qəbul edildiyini” iddia etdi. Ona görə körpənin öldürülməsi təkamüllü tariximiz boyunca anadan gələn genlərimizə işlənmişdi. Primitiv şərtlər altında anaların mövcud balalarına yetərli baxımı təmin etmək və yeni doğan körpələrini bəsləmək arasında çətin seçim etmələri lazım olmaqda idi və buna görə “əgər körpə xəstə doğuldusa və həyatda qalması mümkün deyil isə, o zaman qüsurları ortadan qaldıraraq təkrar sınamağa davam edə bilərlər” idi… Pinkerə görə… ilk 1-2 gündə gözlənilməyən bir körpəni öldürmək qəti olaraq təbii və doğru hərəkət olaraq görünməkdədir.” (Phillip E. Johnson, The Wedge of Truth, Splitting the Foundations of Naturalism, InterVarsity Press, Downers Grove, Illinois 2000, səh. 111)

 

Yalnız qısqanclıq deyil, təcavüz, mərhəmətsizlik, təcavüzkarlıq kimi xüsusiyyətlərin təkamülün təbii nəticəsi olduğunu qarşıya qoymaq və bu cür pis əxlaq xüsusiyyətlərini göstərən insanları günahkar görməmək, cəmiyyət əxlaq və nizamını təməlindən sarsıdacaq, insanlığı fövqəladə böyük çöküntüyə aparacaq. Xüsusilə 20 və 21-ci əsrdə təcavüzkarlıq, eqoizm, zalımlıq, əxlaqi degenerasiya, müharibə kimi pisliklərin gedərək yayılması və dozasının artmasının təməlində Darvinistlərin bu təlqinləri yer almaqdadır. Elmi nəşrlərin yanında, məktəb kitabları, jurnallar, qəzetlər darvinist təlqinlərlə doludur. İnkişaf etmiş heyvan olduqları, etdikləri pisliklərin heyvan olan atalarından özlərinə miras qaldığı və həyatda qalmaq üçün bunlara ehtiyacları olduğu təlqin edilən insanlar, şüur altlarında pislikləri də qanuni görə bilməkdə, cinayətə meyl göstərə bilməkdədirlər.

Bu səbəbdən təkamüllü psixologiyanın həm elmi baxımdan etibarlılığı yoxdur, həm də şərhləri cəmiyyət əxlaqını təməlindən zədələyəcək şəkildədir. Təkamülçü nəşrlər, təkamül nəzəriyyəsini hər şeyi açıqlayan sehrli nəzəriyyə kimi göstərməyə çalışarkən, cəmiyyət əxlaq və nizamını pisləşdirəcək, elm və ağıldan tamamilə uzaq iddialardan uzaqlaşmalıdırlar.

 

Darvinin cinsi seçilmə nəzəriyyəsindəki yanılmalar

“Qısqanclıq” başlıqla yazıda yer verilən mövzulardan bir başqası da Darvinin cinsi seçilmə nəzəriyyəsi idi. Darvin bu nəzəriyyəsi ilə, bəzi növlərdə dişi ilə erkəyin niyə bir-birlərindən fərqli xüsusiyyətlərə sahib olduqları sualına cavab verdiyini sanmışdı. Yazıda da dediyi kimi, Darvin tovuz quşunu nümunə olaraq göstərmiş və niyə tovuz quşlarında erkəyin dəbdəbəli quyruğu varkən dişinin quyruğunun daha sadə olduğunu sorğulamışdı. Darvinə görə, erkək tovuz quşları dişiləri ilə cütləşə bilmək və onların diqqətlərini çəkə bilmək üçün uzun və dəbdəbəli quyruğa sahib olmuşdular.

Təkamül nəzəriyyəsinin hər parçası kimi, cinsi seçilmə nəzəriyyəsi də əhəmiyyətli məntiq pozuqluqları, elmi yanılmalar və ziddiyyətlərlə doludur. Burada bunların hamısına yer verilməyəcək, yalnız bəziləri ifadə ediləcək.

 

1) Cinsi seçilmə nəzəriyyəsinə görə, bir növ içindəki erkək, məsələn, erkək tovuz quşu cütləşmək üçün bəzi estetik xüsusiyyətlər inkişaf etdirər. Ancaq estetik xüsusiyyətlər, tovuz quşunun tüklərində olduğu kimi, əksəriyyətlə qorunma, qaçma, kamuflyaj kimi mövzularda canlıya zərərlər gətirər. Bu vəziyyətdə, erkək cütləşmək üçün üstünlük yaratmış olsa belə, həyatda qalma şansı azalacağı üçün, təkamüllü baxımdan qazanc verməmiş olacaq. Bu təbii seçilmə ilə cinsi seçilmə arasındakı ziddiyyətlərdən biridir.

2) Cinsi seçilmə nəzəriyyəsinin iddiasına görə, dişi tovuz quşu fövqəladə estetika anlayışına malikdir. Bu əlbəttə ki, son dərəcə məntiqsiz iddiadır. Tovuz quşlarının tüklərinin cütləşmədə əhəmiyyətli yeri olduğu bilinməkdədir. Ancaq erkək tovuz quşu tüklərini açdığında, dişinin tək anladığı erkək cütləşməyə hazır olduğudur. Bunun xaricində estetik istiqamətdən qiymətləndirmə etmə və qərar vermə qabiliyyət və qavrayışına sahib deyil. Dişi tovuz quşu uzun quyruq kimi aşkar xüsusiyyətləri seçim edə bilər və ya uzun və qısa quyruğu bir-birindən ayırd edə bilər. Ancaq, erkək tovuz quşlarının tüklərində asanlıqla bilinməyəcək qədər incə detallar da var (göz naxışının üst hissəsində sap olmaması, göz naxışının yaxınındakı sapın qəhvəyi olması və T tüklərinin qarışıq şəkli kimi). Bu incə detallardakı dəyişiklikləri ayırmaq üçünsə fövqəladə detallı müşahidə lazımdır və bir çox insan yaxından araşdırsa da bu xüsusiyyətlər arasındakı fərqləri seçə bilməz. Lakin dişi tovuz quşları, erkək tovuz quşlarını bu qədər yaxından araşdırmağa əsla cəhd etməzlər. Bu səbəbdən erkəklərin tüklərindəki fərqləri seçə bilmək üçün bir insanınkından daha yaxşı gözə ehtiyacları vardır.

Darvinin özü də, erkək tovuz quşları arasında çətinliklə ayırd edilə biləcək olan estetik xüsusiyyətlərin bir problemin olduğunu anlamışdı. Və belə demişdi:

 

“Bir çoxları dişi bir quşun incə kölgələri və mükəmməl naxışları təqdir etmə qabiliyyətinin qəti olaraq ağlasığmaz olduğunu söyləyəcək. Dişi tovuz quşunun təxminən bir insan qədər zövq alma qabiliyyəti olması şübhəsiz, fövqəladə hadisədir.” (Charles Darvin, The Descent of Man, John Murray, London1888, səh. 412)

 

Dişi tovuz quşunun bu cür ayırdetmə xüsusiyyəti olduğuna dair heç bir dəlil olmamasının yanında, təkamülçülərin dişi quşdan bu cür fövqəladə qabiliyyət gözləmələri isə son dərəcə təəccüblüdür.

  1. Cinsi seçilmə nəzəriyyəsinin ən diqqətə çarpan məntiqsizliklərindən biri, tovuz quşlarının möhtəşəm tüklərinin necə meydana gəldiyi sualının təkamülçülər tərəfindən cavabsız qalmasıdır. Erkək tovuz quşu cütləşmək üçün belə bir ehtiyac duysa belə, möhtəşəm tüklərin təsadüfi mutasiyalarla meydana gəlməsi qəti olaraq qeyri-mümkündür.

 

Cambridge və Bristol universitetlərindən Stuart Burgess, tovuz quşlarının tüklərinin möhtəşəmliyini və təkamül nəzəriyyəsinin bu tüklərin necə meydana gəldiyini açıqlaya bilmədiyini “Tovuz quşlarının tüklərinin gözəlliyi və cinsi seçilmə nəzəriyyəsindəki problemlər” başlıqlı yazısında belə yekunlaşdırar:

 

“Tovuz quşunun quyruğu, böyük tükləri, parlaq, işıldayan rəngləri və qarışıq naxışları ilə fövqəladə gözəlliyə malikdir. Quyruq tüklərindəki rənglər, incə-film təbəqəsi olaraq adlandırılan optik təsir ilə çıxarılar. Göz naxışının yüksək dərəcədə parlaqlığı və itiliyi vardır, çünki rəng istehsal mexanizmi son dərəcə yüksək səviyyədə ən uyğun dizayna malikdir. Cinsi seçilmə nəzəriyyəsinə görə, tovuz quşu quyruğu addım-addım təkamülləşmişdir, çünki dişi tovuz quşu cütləşmək üçün gözəl erkək seçər. Ancaq, cinsi seçilmə zəncirinin necə başladığının və ya dişi tovuz quşunun niyə gözəl xüsusiyyətləri seçdiyinin təmin edici şərhi yoxdur. Ayrıca, tüklərin və gözəl naxışların fiziki quruluşunda sadələşdirilə bilməz komplekslikdir.” (Stuart Burgess, “The beauty of the peacock tail and the problems with the theory of sexual selection”, Technical Journal, 15(2):94-102, 2001)

 

Burgessin də ifadə etdiyi kimi tovuz quşunun quyruğundakı estetik xüsusiyyətləri meydana gətirən strukturların bir çoxu sadələşdirilə bilməzdir. Bunun mənası: Bir quruluşun funksional olması üçün, sahib olduğu xüsusiyyətlər eyni anda, bir yerdə olmalıdır, yəni təkamül müddətində mərhələ-mərhələ inkişaf edərək meydana gələ bilməz.

Darvin də tovuz quşunun tüklərindəki qüsursuz dizaynı görmüş və bu dizaynı təkamül nəzəriyyəsi ilə açıqlaya bilməyəcəyini asanlıqla anlamış və yoldaşı Asa Graya yazdığı 3 aprel 1860-cı il tarixli məktubda belə demişdi:

 

“… İndi isə təbiətdəki bəzi diqqətə çarpan strukturlar məni çox narahat edir. Məsələn bir tovuz quşunun tüklərini görmək, məni xəstə edir.” (Norman Macbeth, Darvin Retried: An Appeal to Reason, Boston: Gambit, 1971, səh. 101)

 

Nəticə olaraq, təkamülçülər dişi tovuz quşunun cütləşmə üçün dəbdəbəli quyruğu seçdiyini və tovuz quşlarının möhtəşəm quyruqlarının bu səbəblə meydana gəldiyini qarşıya qoyarlar, ancaq bu qüsursuz dizayna sahib fövqəladə gözəllikdəki tüklərin təkamül mexanizmləri ilə necə meydana gəldiyini açıqlaya bilməzlər. Bunu bir az da düşünsələr, Darvinin etiraf etdiyi kimi “xəstə olarlar.” Çünki təbiətdəki qüsursuz dizaynları, fövqəladə komplekslikdəki strukturları bir az belə düşündüklərində boyun əyəcəkləri, könüldən təslim olacaqları, üstün bir güc və ağla sahib olan Yaradıcımızın varlığını açıqca görməkdədirlər. Nə var ki, böyüklük duyğuları səbəbiylə bu gerçəyi qəbul edə bilməməkdə və buna görə böyük narahatlıq duyurlar.

 

Nəticə

“Bilim Ve Teknik” jurnalındakı “Qısqanclıq” başlıqlı yazı, burada da araşdırıldığı kimi həm elmdən son dərəcə uzaqdır, həm ağıl və məntiqdən kənar izahlar ehtiva etməkdədir, həm də cəmiyyət əxlaqını zədələyə biləcək təlqinlərə yer verməkdədir. “Bilim Ve Teknik” jurnalının, bundan sonrakı nəşrlərində, haqqında danışılan nöqtələrə diqqət yetirəcəyini ümid edirik.