“Hürriyet Bilim” jurnalının 30 avqust 2003-cü il tarixdəki sayında nəşr olunan və “İnkişaf etmiş canlıların tək hüceyrəli atası kimdir?” başlığını daşıyan bir məqalə, elm jurnallarının təkamül nəzəriyyəsi olduğunda “elmdən kənar” iddialara yer verə bildiklərini ortaya qoyması baxımından əhəmiyyət daşımaqdadır.
Yazının giriş sətirlərində heç bir elmi dəlilə əsaslanmayan, həm də reallaşmasının qeyri-mümkünlüyü elmi olaraq ortaya qoyulmuş təkamülçü iddialardan elmi gerçəklərmiş kimi danışılır. Çox hüceyrəlilərin sözdə təkamülüylə əlaqədar bir iddiaya yer verən yazı bu sətirlərlə başlayır:
“Canlılar dünyasının təkamüllü inkişafı son dərəcə maraqlıdır. Dəniz canlıları, havada uçuşan qanadlılar, kiçik və nəhəng yırtıcılar və otyeyənlər – hamısı müəyyən bir zaman içində inkişaf etmişdir və hamısı da tək hüceyrəli bir canlıdan törəmişdir.”
Görüldüyü kimi, “Hürriyet Bilim” təkamüldən isbat edilmiş, tarixi bir gerçəkmiş kimi danışmaqdadır. Halbuki verdiyi bu təəssürat tamamilə gerçəyə ziddir. Canlıların təkamüllü inkişafı mümkün deyil. Mütəxəssislərin fosil təbəqələri haqqındakı tapıntılarına baxıldığında bu vəziyyət asanlıqla görülə bilər. Növlər fosil təbəqələrində qüsursuz bədən strukturlarıyla birdən ortaya çıxarlar. Bu ortaya çıxışın ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə ortaya çıxan canlıların təkamülçülərin iddia etdikləri kimi, “atasal qrupları” olmamasıdır.
Oksford Universiteti Zooloji Kolleksiyalar rəhbəri Tom Kemp, “Fosillər və təkamül” adlı 1999-ci ildə çap olan kitabında bu vəziyyəti belə etiraf edir:
“Yeni canlı kateqoriyaları az qala bütün vəziyyətlərdə fosil təbəqələrində təyin edici xarakteristikaları onsuz da mövcud olaraq və bilinən atasal qrupları olmadan ortaya çıxar.” (1) (vurğu bizə aiddir)
Qısacası, fosil təbəqələri pilləli inkişafa əsaslanan və növlər arasında ata-soy zənciri olduğunu iddia edən təkamül nəzəriyyəsini qəti olaraq yalanlamaqdadır. Kempin sözləri canlılığın yaradılmış olduğunun bilavasitə etirafıdır. Çünki ani və qüsursuz ortaya çıxma yaradılışı təsvir edər. Təkamülçü paleontoloq Mark Czarnecki bu gerçəyi belə etiraf edir:
“Nəzəriyyəni (təkamülü) isbat etmənin önündəki böyük maneə, hər vaxt üçün fosil qeydləri olmuşdur… Bu qeydlər heç bir zaman üçün Darvinin fərz etdiyi ara formaların izlərini ortaya qoymamışdır. Növlər birdən meydana gələrlər və yenə birdən yox olarlar. Və bu gözlənilməz vəziyyət, növlərin Allah tərəfindən yaradıldığını müdafiə edən yaradılışçı fikri dəstəkləyər.” (2) (vurğu bizə aiddir)
Fosillər sahəsində mütəxəssis olanlar tərəfindən ortaya qoyulan bu ifadələr, buna bənzər daha bir çox etiraf və bunları zəruri edən elmi gerçəklər, “Hürriyet Bilim”in “təkamüllü inkişaf” iddialarının ancaq bir nağıldan ibarət olduğunu göstərməkdədir. Təkamüllü inkişaf nağılından bir sonrakı cümlədə ortaya qoyulan iddia (yəni çox hüceyrəlilərin tək hüceyrəlilərdən təkamülləşdiyi tezisi) də heç bir elmi dəlili olmayan, ön mühakimələrə söykənən bir nağıldan ibarətdir. Çox hüceyrəli canlıların təkamüllə necə ortaya çıxmış ola biləcəyinə dair təkamülçülər tərəfindən dəlil göstərilməsi bir tərəfə, izah da gətirilməsi mümkün olmamışdır.
Burada “Hürriyet Bilim”in iddialarını daha uzun ələ almağı lazımlı görmürük. Çünki “Hürriyet Bilim”in bu xəbərindəki araşdırma daha əvvəl “New Scientist” jurnalında nəşr olunmuş və biz də “New Scientis”tə cavab verən yazı nəşr etmişdik. Cavabımızı buradan oxuya bilərsiniz.
1) Fossils and Evolution, Dr TS Kemp – Curator of Zoological Collections, Oxford University, Oxford Uni Press, səh. 246, 1999
2) Mark Czarnecki,”The Revival of the Creationist Crusade”, MacLean”s, 19 yanvar 1981, səh. 56.