“Cumhuriyet” qəzetinin əlavəsi olan “Cumhuriyet Bilim ve Teknik” (CBT) jurnalının 6 yanvar 2001-ci il tarixli sayında “Yeriməkdən əvvəl üzməyi öyrəndik?” başlıqlı yazı nəşr olundu. Təkamülçülərin, bu yazıya da əks etdirilən çarəsizliklərinin gözlər önünə sərilməsi cəhətindən yazı haqqında bəzi nöqtələri vurğulamaqda fayda görürük.

Yazıda, bəzi təkamülçülərin, insanın atasının həm suda həm də quruda yaşayan, bir növ meymundan törədiyi və ilk dəfə dişi olanların iki ayaqları üzərində dik dayanmağa başladıqları iddialarından bəhs edilir. Bu iddianın günümüzdəki qabaqcıllarından biri isə Elaine Morgan adındakı feminist jurnalist və Televiziya oyunçusudur. Elaine Morganın iddiaları tamamilə xəyal gücünə əsaslanır. Bu haqda verə bildiyi heç bir elmi dəlil də yoxdur. Hətta “Descent of Woman” (Qadının mənşəyi) adlı kitabında, yalnız xəyal gücünü istifadə edərək, insanın təkamülü haqqında ssenarilər yazmışdır.

Əslində mövzu araşdırıldığında, Elaine Morganın yalnız sahib olduğu feminist ön mühakimələr səbəbi ilə, belə bir nəzəriyyə irəli sürüldüyü aydın görünür. Çünki bu nəzəriyyənin yeganə mərkəz nöqtəsi, iddia edilən xəyali təkamül prosesində qadının ön plana çıxarılmasıdır. CBT-dəki yazıda bu mövzu belə ifadə edilmişdir:

 

“İnsanın təkamülü ilə əlaqədar, indiyə qədər bildirilən fikirlər arasında ehtimalı ən zəif olanlardan birinə görə, insanlar həm suda həm quruda yaşayan bir növ meymun idilər və ancaq erkəklər su kənarında öz iki ayaqları üzərində dik dayanmağa başladıqlarında inkişaf edə bilmişdilər.”

 

Yəni qarşımızda, feminist bir təkamülçünün, “qadın üstündür” fikrini dəstələmək üçün ortaya atdığı yeni bir təkamül nağılından başqa bir şey yoxdur.

Necə ki, təkamülçü elm adamlarının böyük bir hissəsi də, bu iddianı ciddi qəbul etmirlər. Ancaq, Elaine Morganın iddiasında israrlı ola bilməsinin və özünə bəzi tərəfdarlar tapa bilməsinin yeganə səbəbi, onun bu fərziyyəsini qəbul etməyən təkamülçülərin də, öz fərziyyələrini dəstəkləyən heç bir dəlilə belə sahib olmamalarıdır. Çünki insanın atalarının yarı suda, yarı quruda yaşadığı iddiasına qarşı çıxan təkamülçülər, insanın atalarının savannalarda təkamülləşdiyini iddia edirlər. Ancaq “savannalarda təkamül” haqqında da, dəlilləri olmadığı kimi, bir çox cavablandıra bilmədikləri suallar onları gözləyir. Bu səbəbdən, insanın suda yaşayan ataları iddiası, feminist təkamülçünün xəyal etdiyi və David Attenborough, Philip Tobias kimi bir neçə təkamülçünün də, çarəsizlikdən sarıldıqları bir nağıldan başqa şey deyil. Hər iki tərəf həmişə bir-birinin maneələrini və qeyri-mümkünlüklərini ortaya qoyur.

Hər iki tərəf də bir dəlilə sahib olmadıqlarını tez-tez etiraf etmək məcburiyyətində qalırlar. Məsələn CBT-dəki yazıda bildirildiyinə görə, Londondakı Təbiət Tarix Muzeyindən Prof. Chris Stringer, suda təkamül iddiası ilə əlaqədar olaraq nəzəriyyənin dik dayanma vəziyyətimiz haqqındakı şərhlərinin o biri nəzəriyyələr qədər yaxşı olduğunu deyir, amma əlavə etmək məcburiyyətində qalır: “Bununla birlikdə, dəlilimiz yoxdur…”

30 aprel 1999-cu il tarixində Belçikada, “The Evolution and Complexity” “Scientific Research Network of the Fund for Scientific Research” (FWO) Flanders tərəfindən təşkil edilən simpoziumda (müşavirədə) suda təkamül və savannada təkamül fikrini müdafiə edən təkamülçülər qarşı-qarşıya gətirildilər. “Water and Human Evolution: Savanna, forest or aquatic origins of our hominid ancestors?” (Su və insanin təkamülü: İnsana xas atalarımızın mənşələri savannadır və ya sudur?) adlı müşavirədə təkamülçü elm adamları həmişəki kimi heç bir ortaq nəticəyə gələ bilmədilər. Yalnız hər fərziyyənin elmi problemlərindən bəhs olundu.

Təkamül nəzəriyyəsi elmi dəlili olmayan, Charles Darvinin xəyal gücü ilə inkişaf etdirilərək, materialist tərəfdarları tərəfindən baş tacı edilən bir nəzəriyyədir. Elmi həqiqət olmadığı üçün, bu günə qədər irəli sürülən bütün təkamülçü iddialar bir fərziyyə olmaqdan kənara çıxa bilməmişlər. Hər təkamül iddiası, elmi dəlillər ilə bir-bir təkzib edildiyi üçün, yerinə yenilərini gətirməli olmuşlar, ancaq bunun içində elm deyil, xəyal gücü vardır. Feminist TV oyunçusunun irəli sürdüyü və CBT kimi bəzi tərəfdarlar tərəfindən bəhs edilən bu cür iddialar da, eyni prosesin bir məhsuludur.

Burada diqqətçəkən şey, təkamül nəzəriyyəsinin həqiqətdə elmin deyil, xəyal gücünün sahəsinə girən bir düşüncə olmasıdır. Tarixdə bir təkamül yaşanmadığı və buna dair də, heç bir dəlil tapılmadığı üçün, istəyən hər kəs istədiyi kimi ssenari yaza bilir. Feministlər, “meymundan insana keçərkən əvvəl qadınlar ayağa qalxdı, onlar təkamülün qabaqcılı oldular” deyir. Sol ideologiyanı mənimsəyənlər “ilk ayağa qalxan, ilk solçu idi” deməkdədir. (Məsələn baxın, İlhan Səlcuq, “Təkamülün kitabı”, Respublika, 11 iyun 1987, səh. 2)

Karl Marksla birlikdə kommunist ideologiyanın qurucusu olan Friedrich Engels, “Meymundan insana keçiddə əməyin rolu” deyə bir məqalə yazaraq, xəyali təkamül prosesinin “əmək”lə əlaqədar olduğunu müdafiə etmişdir. Mövzunu cinsiyyətlə əlaqələndirmək istəyənlər, hər cür insan davranışının ardından cinsi impulsların tapıldığını, təkamülün də, bu impulslarla inkişaf etdiyini iddia edirlər. Necə ki, CBT jurnalının eyni sayındakı “Cinsiyyət və təkamül” başlıqlı bir başqa məqalə, bu fikri irəli sürür.

Göründüyü kimi, təkamül mövzusu, hər kəsin istədiyi hekayəni, istədiyi kimi uydura bildiyi “sərbəst atış yeri” vəziyyətindədir. Bunun səbəbi isə, şəxsən təkamülün özünün uydurulmuş bir hekayə olmağıdır.