Təkamül təbliğatı, elm və ağıldan uzaq bir inancı, müxtəlif hiylələrlə elmi bir görünüşdə yayma səyidir. Təkamülçülərin müraciət etdiyi bu hiyləli metodlardan biri də fərdiləşdirmə saxtakarlığıdır. Fərdiləşdirmə, insan olmayan varlıqlara insana xas xüsusiyyətlərin ətf edilməsi deməkdir.

Darvinist ideologiyanın elmdən uzaq təbliğatını, ölkəmizdə davam etdirən quruluşlardan Ntvmsnbc.com-da verilən bir xəbərdə belə bir hiyləyə müraciət edildiyi görünür. Həmin xəbər, insanlarda fədakarlıq haqqında olan təkamül hekayələrini bu başlıq altında bildirir: “Təkamül, insana həmrəyliyi öyrətdi”. (27 fevral 2006-cı il.)

Təkamül, gələcəyi görə bilməyən, heç bir məlumatı və şüuru olmayan, kor təsadüflərlə davam edən bir prosesdir. Aydındır ki, kor təsadüflərə və təbiət hadisələrinə əsaslanan xəyali təkamül prosesi üçün “öyrətmək” kimi şüur tələb edən bir hərəkəti istifadə etmək tamamilə cəfəngiyat hesab edilir. Təsadüflərə əsaslanan kor hadisələr, fədakarlığın nə olduğunu hiss edə bilməz, bilə bilməz və öyrədə bilməzlər.

Quranda bildirilən gözəl əxlaq xüsusiyyətlərindən olan fədakarlıq, həqiqətdə təkamülçü dünya görüşünü açıq şəkildə yalanlayır və bu vəziyyətin təkamül nəzəriyyəsi ilə razılaşmamağı qabaqcıl təkamülçülər tərəfindən açıq-aşkar etiraf edilir. Aşağıda Ntvmsnbc.com xəbərinin davamı araşdırılır, xəbərdəki məntiqsizliyi və hiylələrlə bəzənmiş darvinizm təbliğatı cavablandırılır.

 

Təkamülçülərin çarəsiz hekayəsi: “Bu nöqteyi-nəzərdən faydalıdır, deməli, bunun üçün təkamülləşdi.”

“Ntvmsnbc.com”-da yazılan xəbər, fədakar davranışların mənşəyi ilə əlaqədar olaraq inkişaf etdirilən bir təkamülçü hekayə haqqındadır. Haqqında danışılan hekayə, sıra ilə Emory, Notre Dama və Vaşinqton Universitetlərində işləyən Dr. Ceyms Rilling, Dr. Agustin Fuentes, Dr. Robert Sussman adlı tədqiqatçıların şərhləri ilə birlikdə nəql edilir. Tədqiqatçılar, təkamül hekayələrinin ana təması olaraq qədim dövrlərdə, vəhşi heyvanlara yem olan insanların həmrəyliyini bildirir. Həmrəyliyin, insanların erkən çağlardan gələn qorunma və sağ qalma instinktinin bir təzahürü olduğunu, buna görə insanların, onları əhatə edən vəhşi varlıqlara ov olmamaq üçün həmrəyliyi inkişaf etdirdiklərini irəli sürür. Ancaq bu, təkamülçülərin tamamilə ümidsiz bir hekayədən ibarətdir. Çünki ortada fədakarlığın “təkamülləşdiyi hekayəsi”nə aid heç bir şərh gətirilmir, bu fədakarlıq ehtiyacına diqqət yetirmək üçün kifayətdir. Bu, təkamülçülərin tez-tez müraciət etdiyi bir hiylədir. Hər hansı bir bioloji quruluş və ya davranışın faydasını ifadə edən təkamülçü elm adamları, sürətli bir keçid edərək “deməli bu xüsusiyyət, bu fayda üçün təkamülləşmişdir” şəklində bir nəticəyə gələrlər. Halbuki belə etməklə iddia edilən təkamülün “necə” reallaşdığı sualına heç bir elmi cavab verə bilməyəcəkləri aydındır.

Özü də bir təkamülçü olan paleontoloq Henry Gee, təkamülçü bioloqların bu haqdakı korluğunu belə bir misalla tənqid edir:

 

“Burnumuz eynək daşımaq üçün düzəldilmişdir, buna görə eynək istifadə edə bilərik.” Təkamülçü bioloqlar hər hansı bir quruluşu, faydalı hala gələn adaptasiya kimi şərh edəndə, hələ də, tamamilə bu məntiqlə hərəkət edirlər, amma bu faydanın necə təkamülləşdiyi, ya da, həqiqətdə bir quruluşun təkamül tarixinin bu quruluşun şəkil və xüsusiyyətlərinə necə təsir edə biləcəyi haqqında, bizə heç bir şey deyə bilməyəcəyini görə bilməzlər.” (“IN SEARCH OF DEEP TIME, Beyond the Fossil Record to a New Hıstory of Life”, Henry Gee, The Free Press, A Division fo Simon & Schuster, Inc., 1999, səh 103)

 

“Ntvmsnbc.com” xəbərində, fədakar davranışların yalnız insanlara xas olduğu bu sözlərlə ifadə edilir:

 

İnsanlardakı həmrəylik instinktinə qarşılıq, heyvanlar üzərində aparılan tədqiqatlar, özlərinə hər hansı bir riski olmasa da, məsələn meymun növlərinin bir-birlərinə həmrəylik şəklində kömək etməyə yanaşmadıqlarını ortaya qoyur.

 

Yaxşı, amma insanın xəyali meymunabənzər ataları necə fədakar insanlara çevrilə bilərlər? Bilindiyi kimi, təkamülçülər insan davranışlarının, beyin hüceyrələrindəki molekulyar qarşılılıqlı təsirlərlə genlərinin bir məhsulu olduğunu iddia edirlər. Bu iddiaya görə məsələn, hansı mutasiyaların, hansı mərhələlərlə meymunabənzər bir canlıya danışıq qabiliyyəti qazandırdığını, onun vaxt keçdikcə insan kimi hiss etməsini və düşünməsini təmin etdiyini bildirə bilər? Təkamülçülərin bu suala verə biləcəkləri heç bir cavabları yoxdur. Necə ki, “Ntvmsnbc.com” xəbərində də, buna aid ən kiçik elmi şərh gətirilmir, fədakarlığın təkamülü hekayəsi kor-koranə bir ehkam kimi müdafiə olunur. Əlbəttə, insanlar, kosmosa gəmi göndərdiyi kimi, vəhşi heyvanlara qarşı həmrəylik içinə də girə bilərlər. Bunun kimi nümunələrə baxaraq meymunabənzər canlıların zamanla həmrəylik xüsusiyyəti inkişaf etdirib, insanlara çevrildikləri iddiası isə, pəri nağıllarından fərqsiz, dərin xəyal gücünə əsaslanan və üstəlik, elmi olaraq deyilən bir hekayədən ibarətdir.

Bilinməlidir ki, təkamül təbliğatında tez-tez müraciət edilən bu hekayələr, heç bir elmi əsas yoxdur. “Ntvmsnbc.com” kimi məşhur elm qaynaqları, elm adamlarının ağzından bunları, elmi fikirlər kimi qiymətləndirsə də, elm adamlarının özləri, bunların əslində hekayədən ibarət olduğunu çox yaxşı bilirlər. Böyük təkamülçülərdən paleontoloq Stephen J. Gould, bu haqda aşağıdakıları bildirmişdir:

 

“Təkamül biologiyası, anatomiya və ekologiyanı qeydləndirən və sonra, hansı sümüyün nə üçün bu cür göründüyü, ya da, bu canlının niyə orada yaşadığı ilə əlaqədar tarixi və ya adaptasiya ilə əlaqədar şərhlər etmək istəyən, spekulyativ bir arqument şəkli ilə ciddi dərəcədə maneə törədilmişdir. Elm adamları bu nağılların hekayə olduğunu bilirlər, təəssüf ki, bunlar professional ədəbiyyatda çox ciddi və real alınırlar. Sonra bunlar, “elmi həqiqətlər” halına çevrilər, məşhur ədəbiyyata daxil olar.” (Stephen Jay Gould, “Introduction,” en Björn Kurtén, Dance of the Tiger: A Novel of the Ice Age (New York: Random House, 1980), XVII-XVIII)

 

Göründüyü kimi, “Ntvmsnbc.com”-un elmi görünüşdə apardığı “hekayə” təbliğatının heç bir elmi izahı olmayan bir nağıldan ibarətdir. Təkamülçülər, fədakarlıq haqqında heç bir şərhi yoxdur, təkamülə olan kor-koranə inanclarını ifadə etmək üçün uzağa gedə bilməyən ehkamlı rəftar göstərirlər.

 

“Fədakarlığın bioloji mexanizmi” yanılması

“Ntvmsnbc.com”-un bənzər bir yanılması da, fədakarlığın bioloji mexanizmləri haqqında edilən şərhlərdir. “Ntvmsnbc.com” xəbərində bu haqda aşağıdakılar yazılır:

Xəbərin bu sətirlərində fədakarlığın yalnız bioloji əsaslı olduğu və bunun, beyin göstərmə texnikaları ilə dəlilləndirildiyi kimi, bir təəssürat verilməyə çalışılır. Ancaq şüurla əlaqədar digər bütün xüsusiyyətlər kimi fədakarlıq da, maddəyə daxil ola bilməyən xüsusiyyətdədir və oksigen, karbon, azot kimi atomlardan gələn beyin hüceyrələrinin necə fədakarlıq hissi əmələ gətirə biləcəyinə dair ən kiçik elmi dəlil yoxdur.

(Daha çox məlumatı buradanburadan əldə edə bilərsiniz).

 

ABŞ-ın böyük tədqiqat təşkilatlarından Emory Universiteti mütəxəssisi Dr. Ceyms Rilling, həmrəylik instinktinin arxasındakı bioloji mexanizmləri araşdırmaq üçün, beyin dalğalarını göstərmə texnikasına müraciət edir. Dr. Rilling, təcrübəsinin ümumi və fərdilik arasında seçim etməsini tələb edən eksperimental bir oyunda, insan beynində əmələ gələn nevroloji dəyişiklikləri göstərdi.

 

Fədakarlıq, təkamülçülər üçün böyük maneədir

“Ntvmsnbc.com”, sahibləndiyi bu təkamül hekayəsi ilə, fədakarlığın təkamülü iddiasının elmi yolla açıqlandığı təəssüratı verməyə çalışır. Halbuki, bu yanıldıcı səy, boşunadır. Fədakar davranışlarda, əslində təkamül nəzəriyyəsi ilə aşkar şəkildə ziddiyyət təşkil edən bir vəziyyətdən bəhs olunur. Necə ki, Harvard Universitetindən olan tanınmış təkamülçü sosiobioloq Edward O. Wilson, fədakarlığı “bütün biologiyanın ən böyük problemi” kimi təyin etmişdir. (Edward O. Wilson, “Sociobiology”, Cambridge, MA: Harvard University Press, 1975, səh. 382)

Məsələn, bəzi insanlar, yetim uşaqları övladlığa götürüb, doğma uşaqları ilə birlikdə böyütməklə fədakarlıq göstərirlər. Bu fədakar kəslər imkan və xüsusiyyətlərindən, yəni öz uyğunluqlarının qarşılığında başqalarının uyğunluğunu artırmaqdadırlar. Bu səbəbdən fədakar bir insan, həyatda qalma ehtimalını azaltmış olur. Təkamül nəzəriyyəsi isə, həyatda qalma mücadiləsində fərdi və eqoistliyi əsas götürürlər. Yalnız uyğun xüsusiyyətlərə sahib olan fərdlərin həyatda qala biləcəyini, insanların ancaq öz xüsusiyyətlərini daha uyğun hala gətirib, başqa fərdlər üzərində üstünlük əldə etmək üçün işləməklərinin lazım olduğunu öyrədir. Buna görə, təkamülçü düşüncəyə görə, fədakarlıq davam etməməli, ortadan qalxmalıdır. Ancaq fədakar insanların varlığı bilinən bir həqiqətdir.

“Bilim və Teknik” jurnalındakı bir məqalədə isə, təkamülçülərin bir-birinin əleyhinə olduqları bu problemi belə ifadə edilir:

 

Problem, canlıların niyə bir-birlərinə kömək etmələridir. Darvinin nəzəriyyəsinə görə, hər canlı öz varlığını davam etdirmək və törəyə bilmək üçün mücadilə göstərir. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə, bu davranışın uzunmüddətli təkamüldə ləğv olunmalıdır. Halbuki canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir. (Bilim ve Teknik, cild:190, səh. 4)

 

Və bu problemin təbii seleksiya ilə izah olunması heç bir şəkildə mümkün olan deyil. Tanınmış təkamülçülərdən John Maynard Smith, bu problemlə əlaqədar belə bir sual verir:

 

Əgər təbii seleksiya, fərdi yaşayış ehtimalına və çoxalmasına zəmanət verən xüsusiyyətlərinin seçimi isə, özünü fəda edən davranışları necə açıqlayacağıq? (John Maynard Smith, “The Evolution of Behavior”, Scientific American, dekabr 1978, cild 239, nömrə 3, səh. 176)

 

Görüldüyü kimi “təkamül insana həmrəyliyi öyrətdi” ssenarisi hər hansı əsaslı zəmindən məhrum, çarəsiz bir xəyaldan ibarətdir.

 

Nəticə

“Kor təsadüflər bizə fədakar olmağı öyrətdi” iddiası, insanları təsadüf nəticəsində dünyada yaşadıqlarına inandırmağa çalışanların, ideoloji cəhətdən sahibləndiyi axmaqlıqlardan ibarətdir. Fədakarlıq, Allahın insana ilham etdiyi əxlaqi davranışdır. Bir insanın fədakarlığı, əxlaqı “düzgün”, eqoistliyi isə “səhv” bilməsinin heç bir təkamül şərhi yoxdur. Təsadüfi hadisələr, müəyyən qanunların düzgünlüyü və ya səhv olmağı haqda dünyanın harasında olursa-olsun az-çox bütün insanlar tərəfindən qəbul edilən meyarları qanun kimi yerləşdirə bilməzlər və bunları insanlara öyrədə bilməzlər. Aydındır ki, insanın fədakarlığı, onu yaradan Uca Allahın ruhuna verdiyi ilhamıdır. Quran ayələrində belə bildirilir:

 

And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə. (Şəms surəsi, 7-8)