18 fevral 2003-cü il tarixli “Vatan” və “Posta” qəzetlərində olduqca əsassız bir iddia nəşr olundu. “Posta” qəzetində “Bir gen sayəsində müasir olmuşuq” başlığı istifadə edildiyi halda, “Vatan” qəzeti, xəbəri “mədəniyyətlər gen dəyişməsi ilə yarandı” başlığı ilə verirdi. Yazılarda Richard Klein adlı elm adamının, mədəniyyətlərin mənşəyi ilə əlaqədar xəyali iddialardan bəhs edilirdi. Klein, insan oğlunun sahib olduğu yüksək mədəniyyət səviyyəsinin, əlli min il qədər əvvəl, genlərdə əmələ gələn bir mutasiyadan qaynaqlandığını bildirdi. “Vatan” və “Posta” qəzetləri heç bir elmi sübutu olmayan bu iddianı elmi həqiqət kimi əks etdirirdi.
Stanford Universitetində vəzifə sahibi olan Richard Kleinin iddiasına dəlil olaraq təqdim etdiyi mutasiya, “foxp2” geni ilə əlaqədardır. Bir antropoloq olan Kleinin, əslində genetika elmi ilə heç bir əlaqəsi yoxdur. Bu gen, əvvəllər də irəli sürülmüş təkamülçü iddiadan başlayaraq (saytımızda elmi olmadığı izah edilmiş), mədəniyyətlərin formalaşması üçün bioloji izahat verməyə çalışır.
“Foxp2” geni ilə əlaqədar darvinist xəyallar
2001-ci ildə aparılan araşdırmada, eyni ailəyə mənsub olan 24 adamda görülən pis danışıq tərzi araşdırıldı. Bu insanlar qırtlaq, dil və üz əzələlərini idarə edə bilmir, həm də, qrammatika qaydalarını öyrənməkdə çətinlik çəkirdilər. Genetik analizlər nəticəsində, hamısının “foxp2” genində pozuqluq təsbit edildi. Bunu təyin etməklə yanaşı, dillə bir gen arasındakı əlaqə ilk dəfə göstərildi. Bir il sonra aparılan bir başqa araşdırmada, insandakı “foxp2” geni ilə bəzi məməlilərdəki “foxp2” geninin düzülüşü müqayisə edildi. Tədqiqatçılar, gendəki düzülüşün insanın oranqutan və siçana görə 3, şimpanze, qorilla və Hindistan makakasına görə 2 kiçik fərq olduğunu təsbit etdilər. Bu fərqlər, darvinist ön mühakimələrinə görə “mutasiya” məhsulu fərz edildi. Halbuki, fərqliliyin mutasiya, yəni təsadüfən dəyişmə ilə yarandığını göstərən hər hansı bir dəlil yox idi.
İlk növbədə bildirmək lazımdır ki, “foxp2” geni ilə əlaqədar bu tədqiqatlar təkamül nəzəriyyəsinə heç bir dəlil gətirmir. Dil qabiliyyətinə nəzarət edən qırtlaq, dil və üz əzələləri kimi strukturlara aid məlumatların DNT-də kodlaşdırıldığı labüddür. Dil ilə əlaqədar bütün fiziki quruluşların (diafraqma, qabırğa və sinə qəfəsi, ciyərlər, nəfəs borusu, qırtlaq, dil, dişlər) genetik təməlləri çıxarıla bilər və bu tapıntının təkamülə dəlil ola biləcəyi kimi bir xüsusiyyəti ola bilməz. (Eyni şəkildə, bir reaktiv təyyarəsinin elektronika əmr sisteminin necə işlədiyini izah etmək, bu dizaynın hansı mərhələlərlə mövcud olduğunu, parçaların necə hazırlanıb yerinə yerləşdirildiyini izah etmək kifayət deyil). Çünki bu tapıntılar, dil kimi kompleks bir qabiliyyətin, kompleks mexanizmlərini üzə çıxardacaq. Əgər təkamülə bir dəlil kimi təqdim etmək istəsələr, belə kompleks dizaynın təsadüfən, mutasiyalar və təbii seleksiya ilə necə əmələ gələ biləcəyinə dair elmi dəlillər göstərilməli və tutarlı fikirlər ortaya qoyulmalıdır. Halbuki belə bir fikir yoxdur.
Əslində “foxp2” geninin dildə rol oynaması təkamülə deyil, şüurlu dizayna dəlil ola bilər. Çünki, bu gendə “məlumata əsaslanan dizayn” vardır. Bu məlumat, çox xüsusi əlifba sırası ilə DNT-də kodlaşdırılmışdır. Danışıq əsnasında ortaya çıxan əməliyyat da kompleks sistemin qüsursuzca işlədiyini göstərir. Bir insanın danışıq əsnasında 100 müxtəlif əzələsi hərəkət edir və bu qabiliyyət, elm adamlarının təsviri ilə “insanın reallaşdırdığı ən kompleks əzələ hərəkətidir.” Danışmaq üçün olan hər quruluş, hər təfsilat DNT-də şifrələnmişdir. Dizaynın kompleks və məlumata əsaslanması, bu gen və nəzarət etdiyi quruluşların şüurlu şəkildə hazırlandığını göstərir.
Həm də “foxp2” geni yalnız dillə əlaqədar deyil. Siçanlarda ağciyər inkişafında əsas rol oynadığı, həm də, beyin inkişafı ilə də əlaqədar olduğu məlumdur. Həyatda bu qədər əhəmiyyətli rol oynayan orqanları nəzarət edən bir genin, təsadüfən mutasiyalarla inkişaf etdiyinə inanmaq, xəyal qurmaqdan başqa bir şey deyil. Gen, bir çox müxtəlif xüsusiyyəti nəzarət etdiyi (yəni pleiotropik təsir göstərdiyi) üçün, guya mərhələli təkamül əsnasında əmələ gələn bir mutasiya, beyin və ağciyər kimi kompleks orqanları ancaq degenerasiyaya uğradar, beləliklə orqanizm üçün ölümcül pozulmalar ortaya çıxardar. Çünki mutasiyalar təsirli olduqları vaxt daim zərərlidir.
Richard Kleinin “foxp2” nağılı
Richard Klein, insana aid arxeoloji qeydlərdə, təxminən 50.000 il əvvəl bir mədəniyyətləri, partlayış izlərinin müşahidə edildiyini, daha qədim dövrlərdə insan əli çıxarılan alətlərin sadə olduğunu və bölgədən bölgəyə çox dəyişmədiyini ifadə edir. Klein, sonra da, alətlərin xüsusiyyətində sürətli bir dəyişiklik yaşandığını, bu alətlərdə bölgələrə görə xüsusiləşmələr görüldüyünü, insanların cavahirat və daş-qaş istehsalına əhəmiyyət verməyə başladıqlarını izah edir. Bu dəyişikliyin səbəbini araşdıran, antropoloqlar arasındakı məşhur fikri mənimsəmir. Antropoloqların çoxu bu vəziyyətin, bir növ mədəni və ya demoqrafik dəyişiklikdən qaynaqlandığını təxmin edir. Klein isə, dəyişikliyin bioloji mənşəli ola biləcəyini fərz edir. Təkamülçü genetiklərin iddialarına əsaslanaraq, “foxp2” mutasiyasının son iki yüz min illik dövrdə, böyük ehtimalla da, təxminən 50.000 il əvvəl reallaşdığını iddia edir. Beləliklə, insanın “anlayış və ünsiyyət” qabiliyyətinin inkişaf edə biləcəyini, mədəniyyətlərin bu inkişafın bir nəticəsi olduğunu bildirir. Kleinin, mutasiyaya əsaslanan mədəniyyətlər iddiası səhvdir. Mədəniyyətlərin təməlində insan ağlı dayanır. İnsan ağıl sahibi yeganə canlı olaraq, məlumatı araşdıra bilir, şərh edə bilir və istifadə edə bilir.
Ağlı sayəsində elmi kəşflər edir, yeni texnologiyalar inkişaf etdirə bilir və mədəniyyətlərin inkişaf etməyini təmin edir. Ağılı sayəsində məlumatı danışaraq və yazaraq nəsildən-nəsilə keçirə bilir. Əgər insan ağlı olmasaydı mədəniyyətlər də olmazdı.
“Foxp2” kimi genlər isə bioloji quruluşlardan məsuldur və ağılla heç bir əlaqələri yoxdur. Genlərin beyin toxumasının əmələ gəlməsində rol oynadığı üçün mutasiyaların insan ağlını inkişaf etdirə biləcəyi iddiası, materializmin yanlışlığıdır. Çünki Kleinin mutasiyalarla inkişaf edə biləcəyini irəli sürdüyü “qavramaq və ünsiyyət” qabiliyyətləri insan şüurundan qaynaqlanmır. Şüur isə, sinir hüceyrələri arasındakı maddə alverləri ilə izah edilə bilməz. Şüurun beyində maddi qarşılığını axtaran materialist elm adamları, buna aid heç bir işarəyə rast gələ bilməmişdir. Məşhur təkamülçü Julian Huxley, şüurun qaynağı haqqında çarəsizliyini etiraf etmişdir:
“Şüurlu hal qədər möhtəşəm bir şeyin necə bir sinir hüceyrəsinin başladıcı hərəkəti nəticəsi ortaya çıxdığı, eyni Ələddinin lampası hekayəsində lampanın ovuşdurulması ilə cinin görünməsi qədər izah olunmazdır…”
Buna görə mədəniyyətlərin qaynağı beyinlə və beyni təyin edən genlərlə izah oluna bilməz. Bütün bu bioloji quruluşlar, molekullar və atomlardan əmələ gəlir. Bu atomlar hər nə şəkildə təşkil edirlərsə-etsinlər sivil həyatın qaynağı olan insan ağlını izah edə bilməz. Çünki insan bədənini əmələ gətirən oksigen, karbon, hidrogen və ya azot kimi atomlar, necə kosmos gəmisi düzələcəyini bilmirlərsə, sənət əsərləri əmələ gətirə bilmirlərsə, siyasət nəzəriyyələri hazırlaya bilmirlərsə eləcə də mədəniyyətləri araşdıran bir antropoloq ola bilməzlər.
Kleinin iddiası isə, insan genləri üzərinə qurulmuş darvinist bir fərziyyədən ibarətdir. Genlərdə əmələ gələ biləcək təsadüfi dəyişikliklə, interneti inkişaf etdirən, xəstəliklərə tibbi çarələr axtaran, universitetlər quran, dövlətlər quran, elmi araşdırmalar aparan, qəzet çıxardan, televiziya verilişi hazırlayan, göydələnlər və şəhərlər tikən, sənət əsərləri yarada bilən insan ağlı arasında əlaqə qurmaq böyük cəfəngiyatdır.
“Posta” və “Vatan”dan böyük səhv
Hər iki qəzetin mövzuyla əlaqədar xəbərləri oxuyanda bəhs edilən darvinist fərziyyəni elmi bir kəşf zənn etdikləri aydın olur. Kleindən sanki “mədəniyyətlər genini kəşf edən adam” kimi danışılan xəbərlərdə elmi xəbər cəhətdən olduqca həvəskar bir üslub sərgilənir. Hər iki qəzet də mövzunun elmi arxa planını araşdırmadan, bu təkamülçü boş sözlərini nəşr etməkdən çəkinmədiklərini görürük. Xəbərdəki səhvlər və bunlarla əlaqədar həqiqətlər aşağıdakılardır:
1) “Posta” qəzeti Kleinin iddiasını tədqiqatlarla əldə edilən dəqiq nəticə kimi təqdim edir. Halbuki Klein, bir genetik deyil və iddialarını nəşr etdiyi Stanford Universiteti internet saytında heç bir təcrübə və ya tədqiqatdan danışmır. Etdiyi şey yalnız darvinizmə əsaslanan ssenarilər çıxartmaqdan ibarətdir. Həm də bir nəticəyə nail olduğunu bildirən bir ifadəsi yoxdur və antropoloqların əlli min il əvvəl olanları əsla qəti bir şəkildə bilməyəcəklərini özü də etiraf edir.
2) “Posta” qəzeti, iddianı “bioloji şifrəmiz genlərlə əlaqədar yeni bir iddia ortaya atıldı” şəklində verir. Halbuki bu iddia insan mədəniyyətlərdəki sürətli inkişafla əlaqədardır. Həm də, genlər, bioloji şifrə deyil. Genetik şifrə genlərdə kodlaşdırılıb və ədəbiyyatda “bioloji şifrə” deyə bir anlayış yoxdur.
3) “Vatan” qəzetinin Kleinin iddiasını anlamaq üçün daha da, yersiz davrandığı görünür. Xəbərində yaradıcılıq genindən danışır. Birincisi, ədəbiyyatda belə bir gen yoxdur. Əgər “foxp2” geni nəzərdə tutulursa, bu, çox gülünc bir düşüncədir. Bu gen, rəssam, memar və ya mühəndislərin araşdırıb, yaradıcılıqlarına qatqısı sübut edilməmişdir. Belə bir şey mümkün deyildir. Nə bir rəssamın, nə də, bir mühəndisin “foxp2” geni başqa insanlarınkından fərqli deyil. Həm də yaradıcılıq tamamilə zehni bir qabiliyyətdir və materializmi çıxılmaz vəziyyətə salan insan ağılı ilə əlaqədardır.
4) “Vatan” qəzeti, xəbəri, Kleinin nağılına yeni nağıllar qataraq verir:
“Amerikadakı Stanford Universiteti mütəxəssisləri, təkamül prosesində ibtidai (icma quruluşunda) insanların “foxp2” adlı yaradıcılıq genində dəyişikliklər olması ilə saysız dillərin danışılmağa başlandığını və insanların əl bacarıqlarının inkişaf edərək gözəl sənətləri yaratdıqlarını bildirdi”.
“Foxp2” genindəki dəyişikliklərlə saysız dillər danışılmağa başlandığına dair nə bir iddia, nə də bir elmi dəlil yoxdur. Gözəl sənətlərin mutasiya ilə yaradıldığı da, sübut edilməyib. Göründüyü kimi “Vatan” qəzeti, iddia sahibinin belə xəbəri olmayan nağıllar danışır.
5) “Vatan” qəzetində Kleindən nəql edilən bu sözlərə də yer verilir:
“Danışıq bacarığının inkişafında əhəmiyyətli rol oynayan bu gen, ibtidai insanın müasir insana çevrilməsini açıqlayır.”
Yuxarıda izah etdiyimiz kimi danışıq bacarığının bəhs edilən gendəki mutasiyalarla əmələ gəldiyini göstərən, yəni “ibtidai insanın müasir insana çevrildiyi” iddiasını dəstəkləyən heç bir dəlil yoxdur. “Vatan” qəzeti genin dillə əlaqədar olduğunu desəydi daha obyektiv bir yanaşma sərgiləmiş olardı. Digər tərəfdən danışıq qabiliyyəti təkamüllə açıqlamanın əksinə, təkamülün əsassızlığını üzə çıxardır. Klein, yalnız təkamülçü genetiklərin izah etdiyi nağılları danışır, “Vatan” qəzeti də bu boş sözlərə inanıb səhifələrində nəşr edir.
Nəticə
Richard Kleinin iddialarının heç bir elmi əsası yoxdur. Bunlar, darvinizmi dəstəkləmək və insanla heyvan arasındakı uçurumu gizləmək məqsədi ilə ortaya qoyulmuş fərziyyələrdir. “Foxp2” geni və danışıq qabiliyyəti ancaq şüurlu dizayna dəlil ola bilər. Mədəniyyətlər, insan ağlının məhsuludur. Maddə ilə izah oluna bilməyən bu möcüzəvi ağıl, Uca Allahın insana ilham etdiyi bir nemətdir. Yaradıcılığın qaynağı da Allahın insana üflədiyi “ruh” dur. “Posta” və “Vatan” qəzetləri bundan sonra obyektiv elmi xəbərlər verməyi düşünürlərsə, bu cür iddiaları, onların elmi əsası haqqında məlumat sahibi olmadan nəşr etməməlidirlər.