“Hürriyet” qəzetinin 20 noyabr 2005-ci il tarixli “Pazar” əlavəsində və “Vatan” qəzetinin 14 noyabr 2005-ci il tarixli sayında, həyatın Marsdan gələn mikroorqanizmlərlə başladığı bildirildi. İddiaya görə bu mikroorqanizmlər elm adamlarının fikrincə Marsdan gəldiyi müəyyən edilmiş ALH4001 kodlu meteorit kimi cisimlərlə yer üzünə səyahət etmişdir.
“Hürriyet” və “Vatan” qəzetlərinin bu mövzunu ideoloji həyəcanla şərh etdiyi, bu həyəcandan ötəri mövzunu təkamül nəzəriyyəsini dəstəkləyən bir inkişaf hesab edib, yanıldıqları görünür. Bu mövzu həyatın “mənşəyi” deyil, adı üstündə həyatın “səyahəti” ilə əlaqədar bir mövzudur. Diqqət yetirilsə, izah edilən ssenarinin başında həyat formaları onsuz da mövcuddur. Həyat formalarının Marsdan yer üzünə və ya əks istiqamətdə səyahət etməsi ilə əlaqədardır. Ancaq bu hadisə, ilk hüceyrənin necə yarandığı, hüceyrənin fəaliyyətlərini təşkil edən genlərin genetik məlumatının necə əmələ gəldiyi, hüceyrə içindəki möhtəşəm komplekslikdəki orqanellərin necə yarandıqları və möhtəşəm bir quruluşla (nizamla) funksional bir hüceyrəni necə əmələ gətirdikləri suallarını cavablandırmaz.
Yer üzü, olduqca kompleks quruluşlara sahibdir və bu həqiqət, təsadüfləri qəti surətdə rədd edir. Məşhur astronom və riyaziyyatçı Sir Fred Hoylenin bənzətməsi ilə, həyatın təsadüfən başladığı ehtimalı, bir zibilxanaya düşən ildırımla ortaya mükəmməl bir reaktiv təyyarənin çıxması qədərdir, yəni qeyri-mümkündür.1
“Vatan” və “Hüriyyet” qəzeti, hüceyrədəki yüksək səviyyədəki kompleks mexanizmlərin yaradılışı sübut etdiyi həqiqəti qəbul etməyib “Həyat Marsdan gəldiyi və belə başladığı” kimi maraqsız ssenariləri qurmaları yalnız ideoloji səbəblərə əsaslanır. Hər iki qəzetə də elm adı altında kor-koranə müdafiə etdikləri materialist ideologiyanı tərk etmələri və bütün canlıların Uca Allah tərəfindən yaradıldıqları həqiqəti qəbul etmələrini tövsiyə edirik.
Əlaqədar yazılar:
- MARSDA HƏYATIN OLABİLƏCƏK VARLIĞI, TƏKAMÜL NƏZƏRİYYƏSİNİ NİYƏ DƏSTƏKLƏMƏZ
- “Sabah” qəzetinin “Məgər Marsdan gəlmişik” yanılması
1) “Hoyle on Evolution,” Nature, sayı 294, 12 noyabr, 1981, səh. 105