“Radikal” qəzetinin 20 oktyabr 2005-ci il tarixli sayında “Həyatın qaynağı ölü ulduzlardır?” başlıqlı xəbər nəşr olundu. Yazıda dünyamızdan 12 milyon işıq ili uzaqlıqda olan bir qalaktikada, bol miqdarda “PAH” molekulunun tapıldığı xəbər verilirdi. Yazıda “PAH” molekulu belə tanıdılırdı:

 

PAH, hər növ həyat forması üçün kilid vəzifəsini daşıyır. Bu molekullar, bitkilərin fotosintez etməyini təmin edən xlorofili çıxardır və eyni zamanda, kofeinin və şokoladın əsas maddələrindən biridir. Əvvəl dünyaya düşən meteorlarda amin turşuları və “PAH”-lərə rast gəlinmişdi. İndiyə qədər toplanan tapıntılar, “PAH” molekullarının ölən ulduzların küləklərində yarandığını və beləcə kainata dağıldığını göstərir.

 

“Radikal” qəzeti burada “vint bərabərdir kompüter” şəklində yekunlaşdıra biləcəyimiz bir səhv məntiq sərgiləyir. Bu səhv məntiq, olduqca kompleks olan dünyadakı həyat ilə, onun quruluş daşlarından birinin arasında, digər bütün komponentləri nəzərə almayan bir bərabərlik qurmağa çalışmaqdan qaynaqlanır.

“PAH” molekulu ilə “həyat” arasında, bir vint ilə bir kompüter arasındakından dəfələrlə çox fərq vardır. Amin turşularının təsadüfi hadisələrlə, hüceyrədə istifadə edilən tək bir zülalı da əmələ gətirmələri riyazi olaraq qeyri-mümkündür. Zülal yaransa belə, bu hüceyrə xaricində, dərhal parçalanıb dağılacaq. Parçalanmasa belə, yenə kafi olmaz, çünki zülalın təkbaşına varlığı da, həyat üçün kifayət deyil. Hüceyrəvi maşınların işləməsi üçün, DNT və zülallar eyni anda dövrədə olmalıdırlar. DNT-nin də, zülal kimi təsadüfən əmələ gəlməsi ehtimalı sıfırdır. Bunlar, bir yerdə hazır olsalar da, hüceyrə pərdəsi olmadan heç bir işə yaramazlar. Hüceyrə pərdəsi olsa belə, genetik kod olmadan hüceyrəvi maşınlar işləməz… Bu siyahı daha uzanıb gedər. Burada toxunduğumuz mərhələlərin hər biri riyazi qeyri-mümkünlüklərdir və müasir elm hüceyrənin təsadüfi olaraq ortaya çıxma ehtimalının qəti olaraq olmadığını göstərməkdədir.

“Radikal” qəzeti “PAH” molekulu ilə yanaşı yer üzünə düşən meteoritlər üzərində amin turşularına da rast gəlindiyini, bu hadisənin həyatın kosmosdan gəldiyi iddiasını dəstəkləyən bir dəlil olduğunu bildirir.

Astronom və eyni zamanda təkamülçü olan Paul Davies, amin turşusu tapıntısına əsaslanaraq həyatın bu şəkildə yarana biləcəyi səhvini belə ifadə edir:

 

“Amin turşuları, zülalların quruluş daşları ola bilərlər, ancaq quruluş daşları ilə bir yerə gətirilmiş quruluş arasında dünyalar qədər fərq vardır. Necə ki, bir neçə kərpicin kəşfi bir az uzaqda bir evin olduğunu göstərməz, eyni şəkildə bir amin turşusu yığını da, həyatın tələb etdiyi, zülal kimi böyük və xüsusiləşmiş molekullardan çox uzaqdır.” 1

 

Buna görə, “Radikal” qəzetinin “PAH” molekulunun bir qalaktikadakı varlığından yola çıxaraq, həyatın təsadüfən başladığı iddiasını qəbul etmək, bir kompüter mağazasında, yerdə bir vint tapan birinin çıxıb “deməli bu mağazadakı bütün kompüterlər özbaşına əmələ gələr” deyə düşünməyi qədər axmaqlıqdır.

“Radikal”-ın səhifələrində belə axmaq düşüncənin “elm” kimi təbliğatının aparılması isə, əlaqədar olduğu materialist fəlsəfənin elmi tapıntılar qarşısında düşdüyü aciz vəziyyətdir. Bu köhnə fəlsəfəyə dəstək olan “Cumhuriyet Bilim Teknik” jurnalı, bu aciz vəziyyəti bu sözlərlə etiraf etmişdir:

 

“Mövzu həyatın mənşələri olanda, bir neçə konkret həqiqətlə kifayətlənmək məcburiyyətində qalmağımız utandırıcı vəziyyətdir. Yer üzündə, həyatın ilk dəfə nə vaxt və haralarda yarandığına aid üstün kor-koranə bir məlumata sahib olsaq belə, bəhs edilən bu prosesin necə inkişaf etdiyinə və həyatdan məhrum, bir qrup kimyəvi elementin necə təsadüfən bir yerə yığılaraq ilk canlı hüceyrəyə çevrildikləri mövzusuna gəlincə gücsüz qalırıq.” 2

 

Məhz “Radikal” qəzeti “PAH” molekulunun varlığından materialist ssenarilər hazırlaya biləcək qədər elmdən uzaq düşüncələrə, bu çarəsiz vəziyyətə görə düşmüşdür. Halbuki materialist ön mühakimələri bir tərəfə qoyanda həyatın təsadüflərlə başlamadığını, göstərdiyi möhtəşəm kompleksliklə açıq-aydın yaradılışı sübut etdiyi görülə bilər. Necə ki, hüceyrəni yaxından araşdıran elm adamlarından və eyni zamanda bir materialist olan Francis Crick, gördüyü möhtəşəm yaradılış qarşısında “Bu gün sahib olduğumuz məlumatlar işığında, bunu ancaq dürüst adam deyə bilər: “Bir mənada həyat möcüzəvi şəkildə ortaya çıxmışdır” etirafını etmək məcburiyyətində qalmışdır. 3

 

Yer üzündə həyatın, bütün qalaktikalar və molekulların yaradıcısı olan Allah yaratmışdır. “Radikal” qəzetinə, materialist ön mühakimələri bir tərəfə buraxmağı və səhv məntiqləri ilə davam etdirdiyi materialist ssenarilərə son verərək, yaradılış həqiqətini qəbul etməyini tövsiyə edirik.

 

 

1) Davies P.C.W., “The Fifth Miracle: The Search for the Origin of Life,” Penguin: Ringwood , Australia , 1998, səh.57-58

2) “Marslıların Soyundan mı Geldik?”, Cumhuriyet Bilim Teknik, 13 sentyabr 2003 tarixli qapaq yazısı

3) Francis Crick, Life Itself: Its Origin and Nature, New York, Simon and Schuster, 1981, səh. 88